Eldəniz Əzizli

Eldəniz Yəmən oğlu Əzizli (20 aprel 1992, Beyləqan rayonu) — Azərbaycanın yunan-roma güləşçisi. Üçqat dünya və ikiqat Avropa çempionu.

Eldəniz Əzizli
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan
Doğum tarixi (31 yaş)
Doğum yeri
İdman növü Yunan-Roma güləşi
Karyera illəri 2000h. h.
Məşqçisi Vaqif Feyzullayev
(2007-ci ildən)
Boyu 1.62 sm
Çəkisi 57 kq
Ağırlıq dərəcəsi 55 kq
Komandası "Neftçi"

Karyerası[redaktə | mənbəni redaktə et]

Eldəniz Əzizli güləşlə 2000-ci ildən məşğul olmağa başlayıb. 2007, 2008 və 2009-cu illərdə kadetlər arasında, 2010 və 2011-ci illərdə isə yeniyetmələr arasında Avropa çempionu olub. 2010 və 2012-ci illərdə yeniyetmələr arasında dünya çempionu adını qazanıb.

2013-cü ildə Kazanda təşkil olunmuş Ümumdünya Yay Universiadasında üçüncü olub.[1]

2018-ci ildə 55 kq çəki dərəcəsində dünya və Avropa çempionu olub.[2]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Eldəniz Əzizli futbol mütəxəssisi Şahin Diniyevin bacısı oğlu, yazıçı və publisist Akif Şahverdiyevin isə kürəkənidir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan güləşçisi Eldəniz Əzizli Kazan Universiadasını üçüncü pillədə başa vurmuşdur // Azertag.az. 15 iyul 2013.
  2. Güləşçi Eldəniz Əzizli dünya çempionu olub, Rəsul Çunayev bürünclə kifayətlənib // Report.az. 26 oktyabr 2018.
  3. "Eldənizə tapşırmışdım ki, dayısı olduğumu heç yerdə deməsin". Oxu.az. 31 oktyabr 2018 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]