Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsgər
Əsgər — orduda xidmət edən şəxs. Əsgər sözü latınca, exercitus - ordu sözündən yaranmışdır və bütün türkdilli xalqlarda eynilə işlənir. == Haqqında == Əsgər orduda vəzifəsi olan, xüsusi qanunlarla silahlı qüvvələrə qatılan şəxsdir. Əsgərlik insanlıq tarixindəki ən qədim sənətlərdən biridir. Əsgərlərin vəzifələri ölkəsinin torpağını xarici və daxili təhdidlərdən qorumaqdır. Əsgərlər asılı vəzifələrinin yanında - ehtiyyaca bağlı olaraq - əməliyyat axtarış, tibbi yardım, yanğın söndürmə, əsayişin qorunması kimi çox geniş yayılmış vəzifələri yerinə yetirirlər.
Əsgər Məmmədov (əsgər)
Əsgər Zaur oğlu Məmmədov (25 mart 2002; Edişə, Cəlilabad rayonu, Azərbaycan — 23 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsgər Məmmədov 25 mart 2002-ci ildə Cəlilabad rayonunun Edişə kəndində Zaur Məmmədovun ailəsində anadan olmuşdur. 2008–2019-cu illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Əsgər Məmmədov 10 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əsgər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsgər Məmmədov 23 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn edilmişdir.
Əsgər Məmmədov (əsgər, 1972)
Əsgər İsmayıl oğlu Məmmədov (8 yanvar 1972, Bərdə rayonu, İmirli – 26 aprel 1994, Ağdam)— Birinci Qarabağ döyüşlərində şəhidi olmuşdu. == Həyatı == Əsgər Məmmədov 1972-ci il 08 yanvar tarixində, Bərdə rayonunun İmirli (Əmirli) kəndində anadan olub. 1979-cu ildə ilk təhsilini imirli kəndində almışdı. 1989-cu ildə təhsilini bitirmişdi. == Hərbi xidməti == 1990-cı ildə həqiqi hərbi xidmətə gedib. Moskvada Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 26 aprel 1994-cü ildə Ağdam Atçılıq Zavodu yaxınlığında bir neçə gün davam edən döyüşlərdə şəhid olub.
Əsgər Əsgərov
Əsgər Əsgərov (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü
Bayraqdar əsgər
Bayraqdar — mənası:Bayraq tutan, bayraq daşıyan adam. Tarix boyu döyüşlərdə ordunun ön hissəsində həmin ordunun rəmzi sayılan Döyüş Bayrağını daşıyan əsgərlər mövcud olub. Müasir dövrdədə bayraqdar əsgər hərbi birləşmənin və ya qurumun Döyüş Bayrağını daşıyır. Bayraqdar əsgər fəal, çevik və cəsur əsgərlərdən təyin olunur. O, hər zaman bayrağı göz bəbəyi kimi qorumalıdır. == Bayrağın daşınma qaydası == Farağat vəziyyətində — bu zaman bayraqdar əsgər bayrağın tutacağından sol əl ilə yuxarıdan sağ əl ilə aşağıdan tutaraq bayrağı sinəsindən qolları bükülmüş qədər məsafədə aralı tutur. Səfərli kalona vəziyyətində — komanda verilən zaman müxtəlif birləşmələrin (bölük, dəstə, briqada və s.)bayraqdarları müəyyən olumuş məsafədə (bölük bayraqdarı — 4 addım, dəstə bayraqdarı — 8 addım və s.)addımlayaraq çıxır. Bu zaman bayraqdar bayrağı sağ əl ilə aşağıdan sol əl ilə yuxarıdan özünün sağ tərəfində tutaraq irəliləyir. Diqqət !!! mərkəzə vəziyyətində — zamanı isə Bayraqdar bayrağı sol əlin köməyi ilə onun tutacağını sağ qolun dirsəkdən bükülmüş vəziyyətinə uyğun önə uzadır və sol əl yana sıxılır.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Naməlum əsgər
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. == Naməlum əsgər məzarı == Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Ramiz Əsgər
Ramiz Əskər (10 yanvar 1954, Qaraçanta, Amasiya rayonu) — azərbaycanlı şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü. == Həyatı == Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir (1978). Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan "Azərbaycan bu gün" jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan "Odlar yurdu" qəzetinin baş redaktoru (1984-1991), "Hürriyyət" qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), "XXI əsr" qəzetınin baş redaktoru (1994-1996), "Yeni Forum" jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülmüşdür.
İgid əsgər
"İgid əsgər" — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir. 2016-cı ilin may ayında ATV telekanalında İlqar Mikayıloğlunun aparıcısı olduğu "Xeyirə qarşı" verilişində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyasının balaca istedadı 5 yaşlı Nuray Rəhmanın "İgid əsgər" ifası internetdə izlənilmə rekordu qırmışdır.
Əli Əsgər
Əli Əsgər (1968) — Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor.[mənbə göstərin] == Həyatı == === Ailəsi === Ailəlidir, bir övladı var. == Təhsili və pedaqoji fəaliyyəti == 1986–1993-cü illər ərzində Azərbaycan Texniki Universitetinin Radio Texnika fakültəsində həm bakalavr, həm də magistr dərəcələrində təhsilini tamamlamışdır. Məzun olduğu dövrdə ölkədəki vəziyyəti diqqətə alaraq hüquq təhsili almağa qərar verərək, 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakülətsinə daxil olub. 1998–2000-ci illər ərzində isə Türkiyənin nüfuzlu universitetlərindən olan Mərmərə Universitetinin Sosial Elmlər İnstitutundan Ümumi Hüquq üzrə magistr dərəcəsi alıb. 2007-ci ildə isə Ankara Universitetində doktorantura təhsilini tamamlamış və "Post Sosialist Ölkələrdə Siyasi Rejim Dəyişikləri" adlı dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == Doktorantura təhsilini tamamladıqdan sonra Azərbaycanda fəaliyyət göstərən bir qəzetin Türkiyə təmsilcisi olmuşdur. Əli Əsgərin fərqli QHT-lərdə Qafqaz, Rus-Slavyan, Orta Asiya və Türk dünyası ilə bağlı araşdırmaları mövcuddur. Eyni zamanda professor erməni vandalizmin gerçəkliyini Türk dünyasına çatdırılması üçün müxtəlif fəaliyyətlər göstərmiş, təbliğatlar aparmışdır. 2021-ci ildə professor adına layiq görülən Əli Əsgər halhazırda Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının müdiridir.[1] == Mükafatlar == Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası Özəl Mükafatı verilmişdir.
Əsgər İsayev
Əsgər Mustafa oğlu İsayev (20 dekabr 1935, Saral, Böyük Qarakilsə rayonu – 11 iyun 2021) — texniki elmlər doktoru (1983), professor (1984), Azərbaycan Respublikasının Əməkdar müəllimi (2006). == Həyatı == Əsgər İsayev 1935-ci ilin dekabrın 20-də Saral kəndində anadan olmuşdur. 1942-ci ildə Saral kəndində orta məktəbin birinci sinfinə getmiş və 1952-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. O, 1952-ci Azərbaycan Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş və 1957-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir. Ə.M.İsayev 1957–1959-cu illərdə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda konstruktor vəzifəsində işləmişdir. 1959-cu ilin aprel ayından 1975-ci ilə qədər öz əmək fəaliyyətini institutun elmi-tədqiqat şöbəsində kiçik elmi işçi, 1961-ci ilin sentyabrından həmin institutun "İnşaat konstruksiyaları" sonra isə "Dəmir-beton konstruksiyaları" kafedralarında baş müəllim vəzifəsində çalışmışdır. 1964-cü ildə materiallar müqaviməti ixtisası üzrə texniki elmlər namizədi elmi dərəcəsi adını almışdır. 23 sentyabr 1983-cü ildə Moskva şəhərində Moskva İnşaat Mühəndisləri İnstitutunda elmi işini müvəffəqiyyətlə müdafiə edərək "deformasiya olunan bərk cisimlər mexanikası" üzrə texniki elmlər doktoru elmi dərəcəsini almışdır. Onun bütün elmi fəaliyyətləri nəzəri mexanika, materiallar müqaviməti, inşaat mexanikası və tətbiqi mexanika elmlərinin müxtəlif hissələrinə həsr olunmuşdur. İsayev Əsgər 1 fevral 1967-ci ildə dosent, 27 aprel 1984-cü ildə isə "İnşaat mexanikası" kafedrası üzrə professor elmi adlarını almışdır.
Əsgər İsmayılov
Əsgər Ələkbər oğlu İsmayılov — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı və naziri (1941–1947)
Əsgər İsmayılzadə
Əsgər Bəxtiyar oğlu İsmayılzadə (22 yanvar 2002, Gülövşə, Yevlax, Azərbaycan — 4 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əsgər İsmayılzadə 22 yanvar 2002-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdur. 2005-ci ildə Yevlax rayonu V. Mövsümov adına Gülövşə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Mingəçevir Turizm kollecinin "Nəqliyyatda daşımaların təşkili" fakültəsinə daxil olmuşdur. == Hərbi xidmətləri == Əsgər İsmayılzadə 2019-cu ildə kolleci bitirdikdən sonra O, vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə gedir. Hərbi xidmətini Cəlilabad rayonunda "N" saylı hərbi hissədə xidmət çəkən Əsgər, öz arzusu ilə xidmətini Xüsusi Təyinatlı Qüvvələr'de (XTQ) davam etdirib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsgər İsmayılzadə Kəlbəcər, Füzulinin azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Şəhidimiz Yevlax rayon Gülövşə kənd qəbiristanlığında dəfn edilib.. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əsgər Əhmədov
Əsgər Əhmədov (professor) — Rusiya alimi. Əsgər Əhmədov (baş çavuş) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsi şəhidi.
Əsgər Əliyev
Əsgər Əliyev (8 noyabr 1974, Ləj, Lənkəran rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Ləj kənd qəbiristanlığında dəfn edilmişdir. Lənkəran rayonunda adına Dostluq parkı var.
Əsgər Ələkbərov
Əsgər Ələkbər oğlu Ələkbərov (16 iyul 1954, Rəncbər, Zəngibasar rayonu) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1995–2014), polis general-leytenantı. == Həyatı == Əsgər Ələkbərov 1954-cü ildə Ermənistan SSR-in Masis rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1988-ci ildə SSRİ DİN-in Milis Akademiyasını bitirmişdir. 1988–1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmiş, nazir vəzifəsini icra etmişdir. 1993–1994-cü illərdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Qərargah rəisi, Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifələrində, 1994–2002-ci illərdə Daxili İşlər Nazirinin müavini — Kadrlar İdarəsinin rəisi vəzifəsində xidmət etmiş, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli 772 №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Prezidentin 31 dekabr 1995-ci il tarixli 3178 №li Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 646 №li Fərmanı ilə isə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir. Xidmət etdiyi müddətdə cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində, habelə kadr hazırlığı sahəsində, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə bir çox mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 №li Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2014-cü il tarixli №li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini vəzifəsindən azad edilmişdir. Ailəlidir.
Əsgər Əyyubov
Əsgər Əyyubov Cabbar oğlu (1926, Nuxa – 2000, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı laureatı, SSRİ Coğrafiya Cəmiyyətinin Litge adına Qızıl medal laureatı. == Həyatı == Ə.C.Əyyubov Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. 1951-ci ildə BDU-nu bitirib, SSRİ EA Coğrafiya institutunun aspiranturasına qəbul olunmuşdur. 1954-cü ildə həmin isntitutda iqlimşünaslıq ixtisası üzrə "Azərbaycanın kurortları və istirahət yerlərinin iqliminin müqayisəli təhlili" mövzusunda namizədlik, 1971-ci ildə isə "Azərbaycanın iqlim ehtiyatları və onlardan əkinçilikdə istifadə olunması" mövzusunda doktorluq dissertasiyasını (Bakı şəhəri) müdafiə etmişdir.Əsgər Əyyubov istedadlı və işgüzar iqlimşünas alim olmaqla yanaşı həm də, aqroiqlim və kurort iqlimi elmi istiqamətlərinin, bitki və insan biometeorologiyası üzrə elmi məktəbin banisi və inkişaf etdiricisidir. Həmmüəlliflərlə birlikdə "Azərbaycanın iqlimi" monoqrafiyasına görə Respublika Dövlət mükafatına, "Azərbaycan SSR iqliminin bonitirofkası" əsərinə görə SSRİ EA Coğrafiya cəmiyyətinin F.P.Litke adına qızıl medalına, "Azərbaycanın aqroiqlim rayonlaşdırılması" divar xəritəsinə görə SSRİ XTNS-nın bürünc medalına, "Azərbaycan Respublikasının aqroiqlim atlası"na görə Respublika "Təhsil" cəmiyyətinin birinci mükafatına layiq görülmüşdür. == Elmi fəaliyyəti == Ə.C.Əyyubov 1955-ci ildə coğrafiya elmləri namizədi kimi Azərbaycan EA Coğrafiya institutunda kiçik elmi işçi, sonralar baş elmi işçi olmuş. 1973-cü ildən 2000-ci ilədək "Təbiəti mühafizə", "Meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı", "İqlimşünaslıq" şöbələrinin müdiri vəzifələrində işləmişdir. 1970–1990-cı illərdə YUNESKO-nun "İnsan və biosfer" (MAB) proqramı üzrə işçi qrupunun və ABƏŞ-də işçi qrrupunun rəhbəri idi. Respublika radiosunda 20 il müddətində "Təbiət" jurnalının aparıcısı olmuş, Bakı ali məktəblərində pedaqoji fəaliyyət göstərmiş, bir neçə elmi-texniki və müdafiə şuralarının üzvü, respublika prezidenti yanında Ali Attestasiya komissiyasının eksperti, bir çox monoqrafik əsərlərin redaktoru, EA "Xəbərlər" jurnalının (Yer Elmləri bölməsi üzrə) baş redaktorunun müavini olmuşdur == Elmi əsərləri == 200-dən artıq elmi əsər və 7 monoqrafiya çap etdirmişdir. Onlardan "Azərbaycanın iqlimi haqqında oçerklər" (1962), "İstisu kurortu" (Həmmüəlliflə) (1965), "İqlim və hava (1967)", "Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması (1968)", "Azərbaycan SSR iqliminin bonitirovkası (1975)", "Azərbaycan SSR-in kurort və istirahət yerlərinin iqlimi" (1987), "Azərbaycanın iqlimi" (həmmüəlliflərlə), "Azərbaycan SSR-in iqlim ehtiyatları" (1984) və s.
Əsgər (ad)
Əsgər — ən kiçik hərbi rütbə.
Əsgər (dəqiqləşdirmə)
Əsgər — ən kiçik hərbi rütbə.
Əsgər (qəzet)
"Əsgər" qəzeti — Azərbaycanda çap olunan ilk hərbi qəzetlərdən biri, Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılan qəzet. == Tarixi == Daxili Qoşunların mətbuat orqanı olan "Əsgər" qəzetinin ilk sayı 1992-ci ilin dekabr ayının 16-da dərc olunmuşdur. Qəzet odlu səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır. "Əsgər" qəzeti yarandığı gündən bu günədək Daxili Qoşunların döyüş və xidmət yolunun, şəxsi heyətin təlim-tərbiyəsinin işıqlandırılması, ümumilikdə qoşunların fəaliyyəti barədə ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində öz missiyasını uğurla yerinə yetirir. "Əsgər" qəzetinin ilk Baş redaktoru Rəfael Rzayev, Baş redaktorun müavini Təranə Məmmədova, məsul katibi Eldəniz Abbasov olmuşdur.
Əsgər (rütbə)
Əsgər — Azərbaycan Silahlı Qüvvələrində və dünyanın bir çox ölkələrində sıravi rütbəsi. Ondan aşağı hərbi məktəblərin müdavimləri götürülür. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə matros rütbəsidir. Hərbi məktəblərin dinləyiciləri müdavim adlanır. Tədris dövründə onlara sıravi heyətin, məktəbi bitirdikdə isə ilk zabit rütbəsi leytenant verilir.
Əsgər Abbasov
Abbasov Əsgər Məmmədismayıl oğlu (28 aprel 1916 – 9 fevral 1970) — teatr rəssamı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1964). == Həyatı == Əsgər Abbasov 28 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1933-cü ildən Azərbaqycan Milli Dram Teatrında dekorçu rəssam kimi çalışmağa başlamışdır. 1933-1936-cı illərdə Bakı Rəssaqmlıq Məktəbində təhsil almışdır. Təhsil aldığı müddət ərzində əmək fəaliyyətinə də ara verməmişdir. 1945-1949 və 1956-1969-cu illərdə Azərbaycan Musiqili Komediya Teatrında baş rəssam işləmişdir. == Yaradacılığı == Əsgər Abbasov Azərbaycan Milli Dram Teatrında işlədiyi dövrdə Mir Cəlalın "Mirzə Xəyal", Mixail Lermontovun "İki qardaş", K.Simonovun "Bizim şəhərli oğlan", Kondrat Krapivanın "Son gülən", S.Rəhmanın "Toy" pyeslərinin tamaşalarının quruluşçu rejissoru olmuşdur. Habelə, Səməd Vurğunun "Fərhad və Şirin" pyesində və Sabit Rəhmanın "Xoşbəxtlər" komediyasında geyim eskizlərinin müəllifi olmuşdur. Əsgər Abbasovun yaradıcılığının parlaq dövrü Musiqili Komediya Teatrına təsadüf edir. O, S.Ələsgərovun "Ulduz" (1957), Ü.Hacıbəyovun "Arşın mal alan" (1959) və "O olmasın, bu olsun" (1964), "Məşədi İbad", Z.Hacıbəyovun "Aşıq Qərib", S.Rüstəmov "Durna" (1965), Ş.Qurbanov və S.Ələsgərovun "Özümüz bilərik", M.Əlizadə və F.Əmirovun "Gözün aydın", İmre Kalmanın "Silva" (1960) və "Bayadera" tamaşalarının quruluşçu rəssamı olmuşdur.
Əsgər Abdullayev
Əsgər Abdullayev (futbolçu)
Əsgər Akayev
Askar Akayev (10 noyabr 1944, Qızıl Bayraq[d], Çüy vilayəti) — Qırğızıstan Respublikasının 1-ci Prezidenti (1990–2005).
Əsgər Cəlilov
Əsgər Xəlil oğlu Cəlilov — Azərbaycanlı şəhid. == Həyatı == Cəlilov Əsgər Xəlil oğlu 1936-cı ildə Gədəbəy rayonunun Mutudərə kəndində kolxozçu ailəsində anadan olmuşdur. Uşaqlıq illərini yoxsulluq içərisində keçirmişdir. Yaşının yetkinlik çağlarında kolxozda fəhləlik etmişdir. 1981-ci ildən Gədəbəy rayon rabitə qovşağının İsalı poçt şöbəsində poçtalyon işləmişdir. İşlədiyi müddətdə əhalinin dərin hörmətini qazanmışdır. == Hərbi xidməti == 1990-cı il 20 yanvar hadisələrindən on gün sonra xidməti vəzifəsini yerinə yetirərkən erməni quldurları tərəfindən faciəli surətdə 5 nəfər rabitə işçisi ilə birlikdə qətlə yetirilmişdir. == İrsi == Gədəbəy rayon qəbiristanlığında dəfn olunub. == İstinadlar == http://www.gedebey-ih.gov.az/page/77.html.
1593-cü ildə teleportasiya olmuş əsgər əfsanəsi
1593 teleportasiya olmuş əsgər əfsanəsi — bir xalq əfsanəsinə görə, 1593-cü ilin oktyabr ayında İspaniya imperiyasının əsgərlərindən biri müəmmalı formada Maniladan Mexikodakı Plaza Mayora (indi Konstitusiya meydanı) teleportasiya olmuşdur. Əsgərin Filippindən gəldiyi iddiası, Qomez Perez Dasmarinasın aylar sonra bu xəbər ilə Sakit okeanı keçən bir gəmi sərnişini tərəfindən təsdiq edilməsinə qədər meksikalılar tərəfindən rədd edildi. Folklorist Tomas Alliboun Cenvayr 1908-ci ildə əfsanəni "Meksika şəhərinin əhalisinin bütün təbəqələri arasında aktual" olaraq təsvir etdi. XIX əsrdə yaşayan paranormal araşdırmaçılar, hekayəyə inam verən, teleportasiya və yadplanetlilər tərəfindən qaçırılma kimi açıqlamalar verdilər. == Hekayə == Əsgər 24 oktyabr 1593-cü ildə Filippinin Manila şəhərinin Ümumi kapitanlığının tərkibində Qubernator sarayını mühafizə edirdi. Daha əvvəlki gün qubernator Qomez Perez Dasmarinas, Çinli piratlar tərəfindən öldürüldü, lakin gözətçilər hələ də sarayı qoruyurdular və yeni bir qubernatorun təyin olunmasını gözləyirdilər. Əsgərlərdən biri əsəbi və tükənmiş hiss etməyə başladı. Divara söykəndi və dincəlmək üçün gözlərini bağladı. Bir neçə saniyə sonra gözlərini açanda özünü Meksikada, okeanın minlərlə kilometr uzaqdakı digər sahilində tapdı. Ordakı bəzi mühafizəçilər onu səhv uniformada gördülər və onun kim olduğunu soruşmağa başladılar.
1593 teleportasiya olmuş əsgər əfsanəsi
1593 teleportasiya olmuş əsgər əfsanəsi — bir xalq əfsanəsinə görə, 1593-cü ilin oktyabr ayında İspaniya imperiyasının əsgərlərindən biri müəmmalı formada Maniladan Mexikodakı Plaza Mayora (indi Konstitusiya meydanı) teleportasiya olmuşdur. Əsgərin Filippindən gəldiyi iddiası, Qomez Perez Dasmarinasın aylar sonra bu xəbər ilə Sakit okeanı keçən bir gəmi sərnişini tərəfindən təsdiq edilməsinə qədər meksikalılar tərəfindən rədd edildi. Folklorist Tomas Alliboun Cenvayr 1908-ci ildə əfsanəni "Meksika şəhərinin əhalisinin bütün təbəqələri arasında aktual" olaraq təsvir etdi. XIX əsrdə yaşayan paranormal araşdırmaçılar, hekayəyə inam verən, teleportasiya və yadplanetlilər tərəfindən qaçırılma kimi açıqlamalar verdilər. == Hekayə == Əsgər 24 oktyabr 1593-cü ildə Filippinin Manila şəhərinin Ümumi kapitanlığının tərkibində Qubernator sarayını mühafizə edirdi. Daha əvvəlki gün qubernator Qomez Perez Dasmarinas, Çinli piratlar tərəfindən öldürüldü, lakin gözətçilər hələ də sarayı qoruyurdular və yeni bir qubernatorun təyin olunmasını gözləyirdilər. Əsgərlərdən biri əsəbi və tükənmiş hiss etməyə başladı. Divara söykəndi və dincəlmək üçün gözlərini bağladı. Bir neçə saniyə sonra gözlərini açanda özünü Meksikada, okeanın minlərlə kilometr uzaqdakı digər sahilində tapdı. Ordakı bəzi mühafizəçilər onu səhv uniformada gördülər və onun kim olduğunu soruşmağa başladılar.
77-ci atıcı diviziyanın əsgərlərinə həsr olunmuş memorial
S.Orjonikidze adına Qırmızı Bayraqlı Suvorov ordenli 77-ci atıcı Simferopol Diviziyasının əsgərlərinə abidə — İkinci Dünya Müharibəsi illərində Krımın azad edilməsində və Sapun dağına hücumda iştirak edən milli 77-ci atıcı diviziyasının azərbaycanlı döyüşçülərinin şərəfinə Sevastopol şəhərində Sapun dağında quraşdırılmış xatirə kompleksi. == Tarixi hadisələr == 1943-cü ilin yaz-yay aylarında milli 77-ci atıcı diviziyası Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstə ilə möhkəmləndirildi. 1944-cü il aprelin 13-də 77-ci atıcı diviziya Qırmızı Ordunun digər hərbi birləşmələri və hissələri ilə birlikdə minə yaxın nasisti əsir götürərək Simferopolu azad etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə bu qəhrəmanlığa görə diviziyaya "Simferopol" fəxri adı verildi. Hərbi hissənin 613 döyüşçü və diviziya komandiri SSRİ-nin orden və medallarına layiq görüldü. 1944-cü il mayın 7-də səhər 10.30-da Sovet qoşunları Sapundağ - Karan ərazisinə hücum etdi. Bütün cəbhəboyu qanlı döyüşlər başladı. Döyüş hər xəndək üçün saatlarla davam etdiyi Sapundağı bölgəsində xüsusilə şiddətli idi. Saat 19.30-da 77-ci və 32-ci Qvardiya atıcı diviziyalarının əsgərləri ilk olaraq Sapun dağının zirvəsinə çatdılar. 77-ci diviziyanın döyüşçüsü Əbdüləziz Qurbanov düşmən atəşi altında hücum zamanı zirvəyə çatdı və Sapundağının üstünə Qırmızı Bayraq sancdı.
77 –ci atıcı diviziyanın əsgərlərinə həsr olunmuş memorial
S.Orjonikidze adına Qırmızı Bayraqlı Suvorov ordenli 77-ci atıcı Simferopol Diviziyasının əsgərlərinə abidə — İkinci Dünya Müharibəsi illərində Krımın azad edilməsində və Sapun dağına hücumda iştirak edən milli 77-ci atıcı diviziyasının azərbaycanlı döyüşçülərinin şərəfinə Sevastopol şəhərində Sapun dağında quraşdırılmış xatirə kompleksi. == Tarixi hadisələr == 1943-cü ilin yaz-yay aylarında milli 77-ci atıcı diviziyası Azərbaycandan 1500 döyüşçü və komandirdən ibarət dəstə ilə möhkəmləndirildi. 1944-cü il aprelin 13-də 77-ci atıcı diviziya Qırmızı Ordunun digər hərbi birləşmələri və hissələri ilə birlikdə minə yaxın nasisti əsir götürərək Simferopolu azad etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə bu qəhrəmanlığa görə diviziyaya "Simferopol" fəxri adı verildi. Hərbi hissənin 613 döyüşçü və diviziya komandiri SSRİ-nin orden və medallarına layiq görüldü. 1944-cü il mayın 7-də səhər 10.30-da Sovet qoşunları Sapundağ - Karan ərazisinə hücum etdi. Bütün cəbhəboyu qanlı döyüşlər başladı. Döyüş hər xəndək üçün saatlarla davam etdiyi Sapundağı bölgəsində xüsusilə şiddətli idi. Saat 19.30-da 77-ci və 32-ci Qvardiya atıcı diviziyalarının əsgərləri ilk olaraq Sapun dağının zirvəsinə çatdılar. 77-ci diviziyanın döyüşçüsü Əbdüləziz Qurbanov düşmən atəşi altında hücum zamanı zirvəyə çatdı və Sapundağının üstünə Qırmızı Bayraq sancdı.
Abdullah Əhmədov (əsgər)
Abdulla Əhməd oğlu Əhmədov (12 mart 2002, Sumqayıt – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdulla Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdulla Əhmədov sentyabrın 29-da Talış istiqamətində şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Abdulla Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Akif Abbasov (əsgər)
Abbasov Akif Elşən oğlu (25 mart 2001, Ağcabədi rayonu – 16 yanvar 2020, Tovuz rayonu) — əsgər. == Həyatı == Akif Abbasov 25 mart 2001-ci ildə Ağcabədi rayonunda anadan olub. Ağcabədi şəhər 1 saylı orta məktəbində orta təhsilini alaraq 2019-cu ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə yollanıb. Tovuz rayonunun Ağdam kəndi istiqamətində qulluq edən Akif Abbasov 16 yanvar 2020-ci il tarixində doyüş tapşırığını yerinə yetirərkən düşmənin basdırdığı minaya düşüb. Şəhidin nəşi Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb. Şəhid hərbçi 22 fevral 2020-ci il tarixində Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra medalla təltif edilib.
Akif Qurbanov (Əsgər)
Akif Qurbanov — (2 iyul 1968-ci ildə doğulub) — Gəncə şəhərində anadan olmuşdur. 39 saylı məktəbin yetirməsi idi. Hərbi xidmətini Rusiyada keçirmişdir. Akif Qurbanov 1990-cı illərin əvvəllərində ermənilərin azğınlığına dözə bilməyərək könüllü olaraq cəbhəyə getmişdir. Akif Qurbanov 1994-cü il may ayının 11-də itkin düşmüşdür. == Həyatı == Akif Qurbanov 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 39 saylı məktəbin yetirməsi idi. Çox qabiliyyətli və savadlı bir gənc idi. Gəncə şəhər elektrik-Sənaye Texnikumunda oxumuşdur. Hərbi xidmətini Rusiyada keçirmişdir.
Akif Əsgərov
Akif İzzətulla oğlu Əsgərov (1 may 1940, Naxçıvan – 18 noyabr 2023, Bakı) — heykəltaraş, Azərbaycan Respublikasının xalq rəssamı (2018). == Həyatı == 1 may 1940-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1958–1963-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1963–1969-cu illərdə indiki Leninqrad indiki Sankt-Peterburq şəhərində M. K. Anikuşinin emalatxanasında təhsil almışdır. Onun 1978-ci ildə tuncdan tökülmüş "Su içərkən" adlı heykəl kompozisiyası Rəssamlıq Akademiyasının diplomuna layiq görülmüşdür. Akif Əsgərovun yaradıcılığının əsasını dəzgah və monumental heykəltəraşlıq təşkil edir. Akif Əsgərov "İblis", "Topal Teymur", "Şeyx Sənan", "Su içərkən", "Rəfiqələr"(1986), "Oturan qız"(1992), "Qız fikir dünyasında", "Oğlan uşaqları xalça üstündə"(1994), "Ayaq üstündə duran çılpaq qız" və s. dəzgah heykəllərinin yaradıcısı olmuşdur. Heykəltəraş "General şəhidlərə abidə" (1996, Urmiya), Yusif Məmmədəliyevin abidəsi (1998, Bakı), Bülbülün abidəsi(2012, Bakı), Nizami Gəncəvinin büstü (2001, Kişnyov), Əli Mərdan bəy Topçubaşovun Qəbirüstü abidəsi(2002, PAris), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin büstü (2005, Sloveniya), Frideş Podmanskinin xatirə lövhəsi (2010, Budapeşt), Ulu Öndər Heydər Əliyevin Abidələri (Şamaxı, Xaçmaz, Quba, Balakən, Zaqatala, Misir, Bakı, Türkiyə, Tbilisi, Qusar 2004–2012-ci illər) və s. heykəllərinin müəllifi, "Xocalı"(2011, Berlin), "Dostluq" (2012, Qnezno) abidələrinin həmmüəllifidir. Akif Əsgərov 1970–1972-ci illərdən SSRİ Rəssamlar İttifaqının üzvü, 2016-cı ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü olmuşdur.
Allahverdi Allahverdiyev (əsgər)
Allahverdi Əli oğlu Allahverdiyev (9 iyul 2001, Əzizbəyov rayonu – 27 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahverdi Allahverdiyev 9 iyul 2001-ci ildə Bakı şəhərinin Xəzər rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Allahverdi Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində baş atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Allahverdi Allahverdiyev 27 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Allahverdi Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Allahverdi Həsənov (əsgər)
Almaz Əsgərova
Almas Balabəy qızı Əsgərova (23 yanvar 1949, Bakı – avqust 1988, Bakı) — azərbaycanlı kinoaktrisa. Ən məşhur rolu Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi "Nəsimi" filmindəki Şəms roludur. == Həyatı == Almaz Əsgərova 1949-cu ildə Bakıda anadan olub. Ə. Əzimzadə adına rəssamlıq məktəbində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunur. Burada tanış olduğu Azər Süleymanovla ailə həyatı qurur. Moskvada kinorejissorluğu bitirib Bakıya qayıdan Azər Süleymanov, Almaza aktrisa olmağı məsləhət görür və tezliklə o, kinostudiyada Adil İsgəndərovun kursuna daxil olur. Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradır — "Qanun naminə"də" Salamatovun xanımı, "Mən ki, gözəl deyildim"də Elmira, "Ulduzlar sönmür"də Fatimə. Daha sonra "Bir cənub şəhərində" Solmaz, "Ürək... Ürək...", "İstintaq davam edir", "Uşaqlığın son gecəsi" filmlərinə çəkilir. Ustadı Adil İsgəndərov onu çəkəcəyi "Vaqif" filmində Xuraman obrazı üçün hazırlayırdı.
Anar Hüseynov (əsgər)
Anar Rəhim oğlu Hüseynov (1997, Tərtər rayonu – 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Anar Hüseynov 1997-ci ildə Tərtər rayonunda doğulub. Anar ailədə kiçik uşaq olmaqla 3 qardas idilər. Anar 10 nömrəli internat məktəbdə oxuyub. == Hərbi xidməti == 2016–2018-ci ildə Lələtəpə döyüşündə könülü iştirak edib. 2020-ci il sentyabrın 27-si baş verən Qarabağ Müharibəsinə könüllü olaraq gedib. Ağdərə uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Anar Məmmədov (əsgər)
Anar Qəhrəman oğlu Məmmədov (12 avqust 1995, Gəncə – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Məmmədov 1995-ci il avqustun 12-də Gəncə şəhərində anadan olub. 2013-2017-cı illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb, 2017-2019-cu illərdə isə həmin universitetdə magistr dərəcəsi alıb. Subay idi. == Hərbi xidməti == Anar Məmmədov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-da yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Məmmədov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Tağıyev (əsgər)
Anar Zakir oğlu Tağıyev (14 oktyabr 1996, Kəbirli, Beyləqan rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Tağıyev 14 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. == Hərbi xidməti == Anar Tağıyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Anar Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Tağıyev 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Tağıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Tağıyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Anar Əliyev (əsgər)
Anar Talıb oğlu Əliyev (16 may 1991, Oğuz rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Əliyev 16 may 1991-ci ildə Oğuz rayonunda anadan olub. 1998–2009-cu illərdə Oğuz şəhər şəhid E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur. Ailəli idi, 1 oğlan övladı yadigar qaldı. == Hərbi xidməti == Anar Əliyev 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsində savaşıb. Anar Əliyev oktyabrın 26-da Füzulinin azad edilməsində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Anar Əliyev oktyabrın 27-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aqil Məlikov (əsgər)
Aqil Məmmədov (əsgər)
Aqil Məmmədov (30 iyul 1969, Qubadlı rayonu – 6 avqust 1992, Laçın rayonu) — Qarabağ müharibəsi iştirakçısı. 7 avqust 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Aqil Məmmədov 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı Heydər Əliyevin 457 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Aqil Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirmişdir. O, Füzuli şəhərində sürücülük peşəsinə də yiyələnmişdir. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır. == Qarabağ müharibəsi == Aqil Məmmədov 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıtmışdır. Aqil Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşulmuşdur.
Aqil Quliyev (əsgər)
Aqil Mətləb oğlu Quliyev (3 dekabr 2000; Bərdə, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil Quliyev 3 dekabr 2000-ci ildə Bərdədə Mətləb Quliyevin ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə akademik Zərifə Əliyeva adına Texniki Fənnlər təmayüllü məktəb-liseydə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Aqil Quliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. O, 2020-ci ilin iyunundan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinə tabe olan "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Aqil Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı və kəşfiyyatçı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aqil Quliyev 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aqil Əliyev (əsgər)
Aqil Faiq oğlu Əliyev (10 yanvar 1999, Tovuz rayonu – 15 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Aqil Əliyev 1999-cu il yanvarın 10-da Tovuz rayonunun Pələkli kəndində anadan olub. 2005-2013-cü illərdə V. Rəhmanov adına Pələkli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Aqil Əliyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Aqil Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Aqil Əliyev oktyabr 15-də Suqovuşan ətrafında gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Pələkli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Arif Rüstəmov (əsgər)
Arif Rüstəmov (11 oktyabr 2001, Salyan, Salyan rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Arif Rüstəmov 11 oktyabr 2001-ci ildə Salyan şəhərində anadan olmuşdur 2018-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Turizm və Menecment kollecinə daxil olmuşdur == Hərbi xidməti == Arif Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb və orada rabitəçi kimi xidmət edib. Qazax rayonu N sayılı hərbi hissədə qulluq edən şəhidimiz 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsinə qatılıb. == İkinci Qarabağ müharibəsində iştirakı == Arif Rüstəmov Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Arif Rüstmov 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25. dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (18.
Arif Əsgərov
Arif Nəriman oğlu Əsgərov (1 yanvar 1961, Qovlar, Tovuz rayonu) — Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini == Həyatı == Arif Nəriman oğlu Əsgərov 1961-ci il yanvarın 1-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan omuşdur. 1982-ci ildə Lenin Ordenli və Qırmızı Əmək Bayrağı Ordenli Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun "Dəmir yolunun iqtisadiyyati və idarə edilməsi" ixtisasını bitirmişdir. 1982–1989-cu illərdə Azərbaycan dəmir yolu Bakı maliyyə şöbəsinin müffətişi, 1989–1993-cü illərdə yolun mühasibat və maliyyə xidməti rəisinin müavini, 1993–1993-cü illərdə yolun maliyyə xidmətinin rəisi, 1993–1994-cü illərdə yolun maliyyə xidməti rəisinin müavini, 1994–1996-cı illərdə "Azərreyl" Səhmdar Cəmiyyətinin Baş direktorun 1-ci müavini, 1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolu maliyyə və məlumat xidmətinin rəisi, 1996–2000-ci illərdə yolun maliyyə xidmətinin rəisi, 2000–2003-cü illərdə yolun "Tarif və nəqliyyatservis" xidmətinin rəisi, 2003–2004-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Maliyyə və kredit departamentinin rəisi vəzifələrində çalışmışdır. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == Arif Əsgərov 2004–2009-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2009–2015-ci illərdə isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini təyin edilmişdir.
Asif Rəhimov (əsgər)
Asif Həsrət oğlu Rəhimov (17 aprel 1993; Çayqaraqoyunlu, Şəki rayonu, Azərbaycan — 3 noyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Rəhimov 17 aprel 1993-cü ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində Həsrət Rəhimovun və Könül Rəhimovanın ailəsində anadan olmuşdur. 2000-ci ildə Şəki rayon Çayqaraqoyunlu kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2011-ci ildə məktəbin 11-ci sinfini bitirmişdir. Ailəli idi, Kənan adlı 3 yaşlı oğlu və Yağmur adlı 1 yaşlı qızı var. == Hərbi xidməti == Asif Rəhimov 2011-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2013-cü ilin aprel ayında hərbi xidmətdən tərxis olunaraq mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ilin yanvar ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Asif Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Asif Əsgərov
Asif Yunis oğlu Əsgərov (1966, Naxçıvan) — Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Asif 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir. Ailəlidir, 2 övladı var.
Asif Əsgərov (icra başçısı)
Asif Yunis oğlu Əsgərov (1966, Naxçıvan) — Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Asif 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir. Ailəlidir, 2 övladı var.
Asif Əsgərov (siyasətçi)
Asif Yunis oğlu Əsgərov (1966, Naxçıvan) — Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Asif 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir. Ailəlidir, 2 övladı var.
Musa Əsgərov (əsgər)
Musa Rövşən oğlu Əsgərov 16 iyun 2000-ci ildə Daşkəsən rayonunun Muşavaq kəndində doğulmuşdur. 2007-ci ildə Muşavaq kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2017-ci ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbi bitirmişdir. 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. == Həyatı == Əsgərov Musa Rövşən oğlu 16 iyun 2000-ci ildə Daşkəsən rayonunun Muşavaq kəndində doğulmuşdur. 2007-ci ildə Muşavaq kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2017-ci ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbi bitirmişdir. 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyə başlamışdır. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir.
Nadir Əsgərov (əsgər)
Nadir Yolçu oğlu Əsgərov (1969 – 1992, Gədəbəy) — Azərbaycanlı şəhid. == Həyatı == Əsgərov Nadir Yolçu oğlu 1969-cu ildə Gədəbəy rayonunun Şurakənd kəndində anadan olmuşdur. 1979–1986-cı illərdə həmin kəndin orta məktəbində oxumuşdur. 1987–89-cu illərdə keçmiş Sovet ordusunda xidmət etmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq Vətənin müdafiəsinə qoşulmuşdur. Gədəbəy rayonunda yerləşən "N" hərbi hissəsinin tərkibində "Qoca dağ" sahəsində vuruşmuş və həmin yerdə şəhid olmuşdur. Ailəli olmuşdur. 2 övladı var == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Rüfət Əsgərov (əsgər)
Rüfət Qabil oğlu Əsgərov (29 yanvar 1997, Rostov, Yaroslavl vilayəti – 25 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Əsgərov 1997-ci il yanvarın 29-da Rusiya Federasiyasının Rostov şəhərində anadan olub. 2004-2015-ci illərdə S.Bəhlulzadə adına Qaraçuxur qəsəbəs Xarici Dillər Təmayüllü Gimnaziyasında, 2015-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Menecment” ixtisası üzrə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rüfət Əsgərov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rüfət Əsgərov oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Bakı şəhərinin Binə qəsəbəsində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Təbriz Əsgərov (əsgər)
Təbriz Çapay oğlu Əsgərov (18 iyul 1997, Xok, Naxçıvan Muxtar Respublikası – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Təbriz Əsgərov 18 iyul 1997-ci ildə Kəngərli rayonunun Xok kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Təbriz Əsgərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlərdə fərqlənmişdir. 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 13 noyabr tarixində Naxçıvanda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Vüqar Əsgərov (əsgər)
Vüqar Rza oğlu Əsgərov (26 noyabr 1994, Qarabağlar, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əsgərov Vüqar 1994-cü il noyabrın 26-da Şərur (indiki Kəngərli) rayonunun Qarabağlar kəndində anadan olub. 2001–2012-ci illərdə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub, lakin maddi çətinliklərə görə təhsilini davam etdirə bilməyib. 2014-cü ildə hərbi xidməti başa vurduqdan sonra yenidən universitetə qəbul olur, amma təhsildən imtina edir.4 övladlı ailənin 2-ci oğul övladı olan Əsgərov Vüqar qardaşını Rusiyada baş vermiş avtomobil qəzasında itirib. Atası ağır ürək və şəkər xəstəsi olan Vüqarın ən böyük arzusu onun sağlamlığına qovuşması olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Əsgərov Vüqar 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Əsgərov 25 oktyabr 2020-ci ildə Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Əsgərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əsgər Əsgərov (jurnalist)
Əsgər Fərhad oğlu Əsgərov (14 mart 1936, Qaraçanta, Amasiya rayonu) — SSRİ Jurnalistlər Birliyinin üzvü (1967), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986), "Təbib" nəşriyyatının baş redaktoru (2009) == Həyatı == Əsgər Əsgərov 14 mart 1936-cı ildə Ağbaba-Şörəyel mahalının (Amasiya rayonu) Qaraçanta (sonradan Əzizbəyov) kəndində müəllim ailəsində anadan olub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə rayon mərkəzində almışdır. 1955-ci ildə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə tarix-filologiya fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra Amasiyada Yeniyol kənd səkkizillik məktəbində dil-ədəbiyyat müəllimi (1960), "Kolxozçu tribunası" rayon qəzetində ədəbi işçi, yerli radio verilişlərində təşkilatçı-redaktor (1960–1963), Amasiya orta məktəbində müəllim (1963–1965) işləmişdir. 1965-ci ildə Amasiya rayon Komsomol Komitəsinin birinci katibi seçilmişdir. 1967-ci ilin fevralında İrəvanda "Sovet Ermənistanı" respublika qəzetində şöbə müdiri, 1978-ci ildən isə qəzetdə məsul katib işləmişdir. Sov.İKP MK yanında Moskva İctimai Elmlər Akademiyasının məzunudur (1978). 1986-cı ildən Bakı şəhərinə köçmüş və Abşeron rayonunda rəhbər vəzifələrdə çalışmış (1986–1993), Abşeron rayon Dövlət arxivinin müdiri olmuşdur (1993–2008). 2009-cu ildən Azərbaycan Tibb Universiteti "Təbib" nəşriyyatının baş redaktorudur. 1967-ci ildən SSRİ Jurnalistlər Birliyinin üzvü, 1986-cı ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Əsgər Əsgərovun vaxtaşırı respublika mətbuatında, dövrü nəşrlərdə məqalələri, oçerkləri çap olunur.
Əsgər Əsgərov (rəssam)
Əsgər Əsgərov (1948 – 14 avqust 2017) — Azərbaycan rəssamı. == Həyatı == 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1975–1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil almışdır. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində iştirak etmişdir. 1973-cü ildə Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak etmişdir. Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir. Bakı Rəssamlıq Gimnaziyasında müəllim kimi çalışmışdır.
Ənvər Əsgərov
Ənvər Əsgərov (1 may 1940, Qutqaşen – dekabr 2014) — Sovet və Azərbaycan rəssamı, 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sultan Məhəmməd mükafatı laureatı, Azərbaycanın əməkdar rəssamı, Azərbaycanda və xaricdə çoxsaylı sərgi iştirakçısı. Ənvər Əsgərovun əsərləri Azərbaycan və Rusiya muzeylərində, Azərbaycan, Rusiya, Böyük Britaniya, Türkiyə, İsveçrə və ABŞ-də şəxsi kolleksiyalarda saxlanılır. == Bioqrafiya == Ənvər Əsgərov 1 may 1940-cı ildə Qəbələdə anadan olmuşdur. İlk peşəkar təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində Barat Maratlı, Kamil Xanlarov və Lətif Feyzullayev kimi rəssamlardan almışdır. Daha sonra Sankt-Peterburqdakı V.Muxina adına Ali Sənaye Rəssamlığı İnstitutunu bitirmişdir. 1968-ci ildən Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1993-cü ildə Rəssamlar İttifaqı tərəfindən Sultan Məhəmməd mükafatına layiq görülüb. 2000-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür. Ənvər Əsgərovun yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olmuşdur. Lakin onun yaratdığı Bakının neftçıxarma şəhəri simaları o qədər lirik və zərif idilər ki, rəssamın əsərləri Azərbaycan paytaxtının vizit kartı kimi çıxış edirdilər.