Əsgər Əliyev (8 noyabr 1974, Ləj, Lənkəran rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı.
Əsgər Əliyev | |
---|---|
Əsgər Ələkbər oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Ləj, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Mükafatları |
Əsgər Əliyev 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank–artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində Mart hadisələri baş verərkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Hadisə zamanı Əsgər Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ləj kənd qəbiristanlığında dəfn edilmişdir.
Əsgər Əliyev adına Dostluq Parkı Lənkəran şəhərinin Qala xiyabanı və Fikrət Məmmədov küçəsinin kəsişməsində yerləşən park.[1] Park Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsgər Əliyevin adını daşıyır.[2] Dostluq parkında Təbriz çayxanası və Veteranlar klubu fəaliyyət göstərir.[3]
Haftoni qəsəbə orta məktəbində "Xatirə guşəsi" yaradılmışdır.