Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anoeta
Estadio Anoeta — İspaniyanın Donostia şəhərində 1993-cü ildə çox məqsədli olaraq inşa edilən bir stadion Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın Real Sosiedad komandasının matçlarını oynadığı stadion, 32.000 tamaşaçı tutuma malikdir.
Anceti
Busiris (q.yun. Βουσιρίτης νομός) və ya Anceti (q.misir 𓈩; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Busiris Aşağı Misirdə yerləşirdi və regionda sayca doqquzuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Anceti", "Aneceti", "Anetzi" və "Ati" daxildir. Tədqiqatda bu nom adətən "L09" adlandırılır.
Anitta
Anitta (e. ə. XVII əsr – təq. e.ə. 1740) — e.ə. XVIII əsrdə Anadoluda yaşamış Kuşşara və Nəsai şəhərlərinin kralıdır. Anittanın ağzında təsvir edilən Xet mətnləri , Xetərin paytaxtı Xattusada ən qədim sənədlərdir.
Ankara
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. == Etimologiya == Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur.
Ankona
Ankona (it. Ancona) — İtaliyada şəhər. Marke vilayətinin və eyni adlı Ankona əyalətinin inzibati mərkəzi. == Ümumi məlumat == Adriatik dənizi sahilində (28.2.2010 etibarıyla) 102.477 əhalisi olan bir liman şəhəridir. Ancona, Adriatik dənizinin ən böyük ticarət limanıdır. Adriatik dənizi sahilində, Konero burnunun şimal sahilindədir. Mühüm dəniz portu. Aeroport. Dəmiryol stansiyası. Hərbi dəniz bazası.
Ankuva
Ankuva (Assur dilində: Amkuva) və ya Hanikuil - antik Hett yaşayış məntəqəsi. == Tarixi == Zippalandanın cənubunda yerləşir. Bəzi mənbələrə görə Ankuva Taha allahı ilə əlaqədar keçirilən dini mərasim yürüşlərinin keçirildiyi yer olmuşdur. Ankuva şəhərinin Kattaha və ya Hanikkun tanrılarına sitayiş edilən müqəddəs məkan olduğu da iddia olunur. Kayseridə aşkar olunmuş Kültəpə adlı arxeoloji abidədə tapılmış bir Aşşur mətninə görə Ankuva şəhəri Sinhuttum və Kapitra əhalisi ilə birləşərək Hattilərə (bəzi türk mənbələrinə görə Hattilər və hetlər qohum xalqlardır) qarşı üsyan etmişlər. Bu şəhərin harada yerləşməsi haqqında məlumatlar mübahisəlidir. R.L Gornu Ankuvanın Yozğadda yerləşən Alişar ilinin şimalında aşkar edilmiş Alişar təpəsi arxeoloji abidəsi, M.Popko isə Alaca təpəsindən 10 km cənub-qərbdəki Əskiyarıq olduğunu iddia etmişlər.. Alişar təpəsindən 13 km şimal-qərbdə yerləşən Çadır təpəsində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələrinin tədqiqindən sonra Ankuvanın burada yerləşməsi barədə də iddialar meydana çıxmışdır.
Antena
Antena — elektromaqnit dalğalarının şüalandırılması və qəbulu üçün istifadə olunan radiotexniki qurğudur. Antena istənilən radioverici və radioqəbuledici qurğunun əsas tərkib hissələrindən biridir. Bu qurğuların işinin effektivliyi antena-fider sisteminin düzgün seçilməsindən və razılaşdırılmasından əhəmiyyətli dərəcədə asılı olur. Antena-fider sistemləri aviasiyada xüsusi əhəmiyyət kəsb edirlər. Belə ki, burada radiotexniki sistemlərə və vasitələrə spesifik tələblər qoyulur. Müasir hava limanları və gəmiləri tərkibində antena olan müxtəlif lokasiya, naviqasiya və rabitə qurğuları ilə təmin olunur. Antenanın növü, onun konstruksiyası və parametrləri həlli tələb olunan məsələnin xarakterindən asılı olur. Burada rupor, dalğaötürən-yarıq, parabolik-güzgü və s. antenalardan geniş istifadə olunur. Bu qurğular ifratyüksək tezlikli (İYT) şüalanma mənbələri olub, bəzi hallarda insan orqanizmi üçün təhlükəlidirlər.
Aukena
Aukena adası (fr. Aukena) — Qambe arxipelaqına daxil olan dördüncü ən böyük ada (Fransa Polineziyası). Manqareva adasından 5 km cənmub-şərqdə yerləşir. == Coğrafiya == Ada qayalıqdan ibarətdir. Adanın sahəsi 1,35 km²-dir. Maksimal hündürlüyü 198 metrdir. Uzunluğu 2,5 km, eni — 0,5 km təşkil edir == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Tarixi == Akamaru ilk dəfə 1797-ci ildə Ceyms vilson tərəfindən kəşf edilir. XIX əsrdə adaya katolik misionerlər ayaq basır. 1839-cu ildə isə adada ilk kilsə inşa edilir.
Axmeta
Axmeta (gürc. ახმეტა) – Gürcüstanda şəhər. Əhalisi 7105 nəfər təşkil edir (2014-ci il). Kaxetiya regionunda yerləşir.
Tanketka
Tanketka bir və ya ən çoxu iki nəfər üçün nəzərdə tutulmuş olan yüngül zirehli piyadalara dəstək maşınları olmuşdurlar. Onların əksəriyyətinin heç qüllələri də olmur və üzərlərində pulemyotlar və yaxud da qumbaraatanlar mövcud olurdu. Onlar 1930-1935-ci illər arasında məhdud sayda istehsal edilmiş və bu tarixdən sonra isə onların istehsalı ümumiyətlə dayandırılmışdır. Onların istehsallarının dayandırılmasının əsas səbəbi tank əleyhinə silahlara qarşı olduqca həssas olmaları idi. Ən klassik modelləri ingilislərin Carden Loyd tanketkalarıdır. Tanketkalar əsasən yaponlar tərəfindən cəngəllik müharibələri üçün istehsal və istifadə edilmişdirlər.
Akita
Akita (şəhər) — Yaponiyada yerləşən şəhər. Akita (it) — Yapon işçi it növü. Akita prefekturası — Yaponiyada yerləşən prefektura.
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.
Andela Bulatoviç
Anjela Bulatoviç (15 yanvar 1987, Podqoritsa) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Anjela Bulatoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Angela Hitler
Angela Franziska Johanna Hammitzsch (qızlıq soyadı: Hitler) (d. 28 iyul 1883 — ö. 30 oktyabr 1949) — alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin ögey bacısıdır. == Uşaqlıq illəri == Angela Alois Hitlerin və Franziska Matzelsberger'in ikinci uşağı idi və Avstriya-Macarıstanın Braunau bölgəsində dünyaya gəlmişdir. Bir il sonra anası vəfat etmiş və qardaşı Jr. Alois ilə birlikdə ögey anası Klara Pölzl ilə yaşamağa başladılar. Adolf Hitler ondan 6 yaş balaca olsa da, ən yaxın qardaşı idi. Hətta Adolf Hitlerin Mein Kampfda adını çəkdiyi yeganə bacısı idi. Angelanın atası 1903-cü ildə, ögey anası isə 1907-ci ildə vəfat etmişdir. == Evliliyi == 14 sentyabr 1903-cü ildə xırda vergi müfəttişi olan Leo Raubal ilə evləndi və 12 oktyabr 1906 tarixində Leo adlı bir oğlan uşağı dünyaya gətirdi.
Angela Melillo
Angela Melillo (it. Angela Melillo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Angela Merkel
Angela Merkel (alm. Angela Dorothea Merkel‎; 17 iyul 1954[…]) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
Angela Sarafyan
Angela Sarafyan (30 iyun 1983, İrəvan) — ABŞ aktrisası.
Ankara (roman)
Ankara—Yaqub Qədri Qaraosmanoğlunun 1934-cü ildə nəşr etdirdiyi romanı. == Mövzu == Yaqub Qədri Qaraosmanoğlunun yaradıcılığında önəmli yer tutan romanlardan biri də "Ankara"dır. Dövrün ictima-siyasi panoramasının əks olunduğu bu roman utopik bir əsərdir. Əsərdə milli mücadilənin sonucları ən xırda detallarına qədər təhlil olunur. Ümumiyyətlə, əsər həm konflikt, həm də dərin-gərgin konfliktlərin ortaya çıxartdığı xarakterlər baxımından diqqəti cəlb edir. Əsərdə hadisələr İstanbullu, evdar bir xanım olan Səlmanın kontekstində cərəyan edir. Konfliktlər, düyünlər bu əsas obrazın müstəvisində təqdim edilir. Onu da qeyd edək ki, seçilən məkanlar, xarakterler və dövr bir-biri ilə əlaqələndirilmiş, yazıçı öz ideyalarını bu obrazların simasında ümumiləşdirmiş, bəzən isə ümumiyyətlə simvollaşdırmışdır. Roman üç bölümə ayrılır, hər bir hissə isə Türkiyənin mühüm bir mərhələsini özündə əks etdirir: Birinci bölüm: Sakarya savaşı öncəsi (1922-ci illərə qədərki mərhələni əhatə edir). İkinci bölüm: Cümhuriyyətin elan olunmağa başladığı dövr (1926-cı illərə qədərki mərhələ).
Ankara (toponim)
Ankara — Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhərinın adı. Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα (Qədim yunan dilində Anqira və Ankira olaraq tələffüz edilir) olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Ankara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Ankara" olmuşdur. Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Ankara (آنقره) olmasına baxmayaraq, xalq arasında "Əngürü", qərb ölkələrində isə "Anqora" adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.
Ankara (viski)
Ankara viskisi — 1963-cü ildə Ankara, Atatürk Meşə Fermasında istehsalına başlanan, Türkiyənin ilk və tək viskisi. == Tarixçə == 1960-cı illərə qədər xaricə qapalı bir iqtisadiyyat modeli mənimsənən Türkiyədə, dövrün hökuməti tərəfindən yerli məhsulların istehsalını dəstəkləmək və xüsusilə spirtli içkilərin idxalı vəsiləsiylə xaricə yerli valyutanın çıxmasının qarşısını almaq məqsədilə yerli bir viski istehsalı edilməsi qərarlaşdırılmışdır. 1963-cü ildə viski istehsal etmək üçün TEKEL-in Ankaradakı pivə zavoduna kiçik bir hissə inşa edildi. Bu qurğunun istehsal həcmi 200.000 litrə yaxındır. 1980-ci illərə gəlindiyində Türkiyənin, iqtisadi siyasətlər istiqamətində açıq iqtisadiyyata keçid etməsiylə birlikdə daxili bazara idxal spirtli içkilərin girişi sərbəst buraxılmışdır. Belə bir rəqabət şəraitində Ankara viskisinin populyarlığı gündən-günə azalmağa başladı. O dövrdə hələ də viski istehsalına cavabdeh olan TEKEL, satış siyasəti və reklamda bəzi dəyişikliklər etməyə və bazarda saxlamağa çalışsa da, bu təşəbbüslərdən heç biri müsbət nəticə almadı. Ankara viskisinin istehsal hüquqları əvvəlcə Mey içki şirkətinə verildi və təxminən 10 il bu şəkildə davam etdikdən sonra dünyaca məşhur spirt istehsalçısı Diageoya satıldı. Xarici sərmayəçilər tərəfindən alınan Ankara viskisi qısa müddətdə fəaliyyətini dayandırdı. == İstehsal texnikası və xüsusiyyətləri == İstehsal müddətində Ankara viskininin əsas tərkib hissəsi kimi taxıl və düyü istifadə edilmişdir.
Ankara Hökuməti
Ankara Hökuməti və ya Türkiyə Böyük Millət Məclisi Hökuməti — Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında Ankaradakı hökumətə verilən addır. 23 aprel 1920-ci ildə Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi (TBMM) bünyəsində, ilk olaraq 25 apreldə Müvəqqət İcra Əncüməni sifətiylə, TBMM Rəisi Mustafa Kamal Paşa başçılığında bir hökumət yaradıldı. Beləcə, İstanbuldakı Osmanlı hökuməti xaricində Ankarada bir hökumət ortaya çıxmış oldu. Əncümən, 3 mayda, İcra Vəkilləri Heyəti adlı hökumət qurulana qədər vəzifəsinə davam etdi. Bu dövrdə bir dövlət başçısı yox idi və bu vəzifəni Məclis Reisi yerinə yetirirdi. Məclis, həmçinin 5 avqust 1921 tarixində çıxardığı Baş komandirlik Qanunu ilə Mustafa Kamal Paşayı baş komandirliyə gətirərək ordunun maddi və mənəvi gücünün artırılması ilə sövq və idarə edilməsi mövzusundakı səlahiyyətlərini icra etmək icazəsi vermişdir. 29 oktyabr 1923-cü ildə respublikanın elan edilməsiylə edilən seçkidə Mustafa Kamal Paşa "Reisicumhur" (Prezident) seçilərək dövlət başçısı olmuşdur. Hökumət başkanıysa "Başvekil" (Baş nazir) sifətini almış və Reisicumhur tərəfindən seçilməyə başlanmışdır. Bu səbəbdən 1923-cü ildən sonra qurulan hökumətlər, Türkiyə Böyük Millət Məclisi Hökuməti ya da Ankara Hökuməti olaraq adlandırılmazlar.
Ankara Universiteti
Ankara Universiteti — 1946-cı ildə Paytaxt Ankarada qurulmuş bir universitetdir. Ankara Universitetinin təməli şəxsən Atatürk tərəfindən atılmışdır. İlk olaraq 1925-ci ildə qurulan Hüquq Məktəbi, Türk cütçüsünə xidmət etmək üzrə 1933-cü ildə təhsilə başlayan Yüksək Əkinçilik İnstitutu, zəngin Anadolu mədəniyyətini araşdırmaq və Türkiyənin dünya ilə dil və mədəniyyət körpüsü qurmaq məqsədiylə 1935-ci ildə açılan Dil və Tarix-Coğrafiya Fakültəsi, 1859-cu ildən bəri Məktəbi Mülküyə adıyla üst səviyyə cəmiyyət idarəçiləri yetişdirən və 1936-cı ildə Paytaxt Ankaraya daşınan və Atatürkün xüsusi əmr və maraq əlaqələri ilə qurulan Siyasi Məlumatlar Məktəbini açmaq olmuşdur. Bunlara, hazırlıqları Atatürk tarfından başladılan ancaq quruluşu II Dünya Döyüşü səbəbiylə 1940-ın başına qalan Tibb və Fənn Fakültələrini əlavə etmək lazımdır. 1925-ci ildə qurulmuş olan Hüquq, 1935-ci ildə fəaliyyətə başlayan Dil və Tarix-Coğrafiya Fakültəsi, 1943-cü ildə açılan Fənn Fakültəsi, 1945-ci ildə quruluşu tamamlanan Tibb Fakültələrindən ibarət olan yaranan Ankara Universiteti 1946-cı ildə rəsmi olaraq quruldu. Universitet 1948-ci ildə Yüksək Əkinçilik İnstitutunun Əkinçilik və Baytar Fakültələrini bünyəsinə götürmüş, 1949-cu ildə İlahiyyat Fakültəsi, 1935-ci ildə qurulan 1950-ci ildə Fakültə adını alan Siyasi Məlumatlar Məktəbi, 1960-cı ildə Əczaçılıq Fakültəsi, 1963' te Yüksekokul olaraq qurulan 1977-ci ildə Fakültə olan Diş Həkimliyi Fakültəsi, 1965-ci ildə Təhsil Elmləri Fakültəsi və 1965-ci ildə də indi adı Ünsiyyət Fakültəsi olan Mətbuat Nəşr Yüksekokulu quruldu. Çankırı Meşə və Sağlamlıq Təhsili Fakültələri isə 1996-cı ildə təhsil-təhsilə açılmışdır.
Ankara dovşanı
Anqora dovşanı (türk. Ankara tavşanı) — uzun tüklü olduğuna görə həm tətbiqi, həm də dekorativ məqsədlər üçün yetişdirilən dovşan cinsləri qrupudur. Bu xəzdən anqora yunu — toxunuşda çox yumşaq zərif xovlu yun parça əldə edilir. Həm dekorativ heyvandarlıq üçün, həm yun əldə etmək üçün eyni cinslər yetişdirilir. Anqora dovşanlarından xəz istehsalı üzrə dünya lideri Çindir (illik 8 min tona qədər). Anqora dovşanının ömrü 7–10 ildir, xəzləri yeddi aylıqdan istifadəyə yararlı olur. == Tarixi == Anqora dovşanları dovşanların ən qədim cins qruplarından biridir. Onların yetişdirilməsinə Türkiyədə başlanmış və bu heyvanların ilkin adı Türkiyənin paytaxtı – əvvəllər Anqora adlandırılan – Ankaranın adı ilə verilmişdir, (Anqora keçiləri və pişiklərinə bənzər). Avropada bu heyvanlar XVIII əsrin ortalarında Fransada meydana çıxdılar və tez bir zamanda olduqca məşhurlaşdılar və XIX əsrin əvvəllərində anqora dovşanları demək olar ki, bütün qitəyə yayıldılar. Əvvəlcə anqora dovşanları Avropada zadəganlar arasında ev heyvanları kimi populyarlıq qazandı, bu cinslərin tətbiqi yetişdirilməsi daha sonra başladı.
Ankara döyüşü
Ankara döyüşü — Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq Düzənliyində baş verən döyüş. Orta əsrlər tarixinin ən qanlı döyüşlərindən biri olan və Osmanlıların məğlubiyyəti ilə tamamlanan Ankara döyüşü Osmanlı İmperiyasının parçalanmasına və Fetrət Dövrü (1402–1413) olaraq bilinən bir iqtidar boşluğu dövrünün yaşanmasına gətirib çıxardı. == Ümumi məlumat == Ankara Döyüşü, Teymurla İldırım Bəyazid arasında 20 iyul 1402-ci ildə Ankara ya 20 km. yaxınlıqdakı Çubuq Düzənliyində olmuşdur. Döyüş olmadan əvvəl Teymur, İldırım Bayezidə dörd məktub göndərmiş, İldırım Bəyazid dörd məktubla ona cavab vermişdir. Ancaq bu yazışmalar döyüşü önləyə bilməmişdir. Döyüşün qalibi Teymur olmuş, İldırım Bəyazid əsir düşmüşdür. Bu dörd məktub və cavablarının Türkcə surətləri, Konya Bələdiyyəsi Koyunoğlu Kitabxanası nr. 13435də qeydli olan əl yazması Münşeat və Mükatabatı Sultanıya məcmuəsində mövcuddur. == Döyüşün gedişi == Osmanlı sultanı I Bəyazid İldırımın 70 min ordusuna qarşı Teymurləng 150 minlik ordu və 32 fillə çıxdı.
Ankara ili
Ankara ili - Türkiyənin paytaxt ili. == İqtisadiyyatı == İqtisadiyyatına görə Türkiyədə birincidir. Burada əkinçilik, maldarlıq yaxşı inkişaf etməsə də, şərabçılıq və s. sahələrdə öndədir. == Əhali == 2011-ci ilin siyahıya alınmasına görə Ankara ilində 4 milyondan çox adam yaşayır. Onların 45%-i qadınlardır. = İqlim = İlin cənub və orta hissələrində iqlim in soyuq və qar yağmurlu qışları ilə isti və quraq yazları, şimalında isə Qara dəniz iqlimi 'nin mülayim və yağışlı halları görülə bilər. Yer iqlimin hakim olduğu bölgələrdə gecə ilə gündüz, yaz ilə qış mövsümü arasında əhəmiyyətli istilik fərqləri vardır. Ən isti ay iyul və ya avqustdur. Ildəki yerinə görə orta hesabla ən yüksək gündüz istilikləri 27-31 ° C 'dir.