Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vedat Albayrak
Vedat Albayrak — Türkiyəni təmsil edən cüdoçu. 2 mart 1993-cü ildə Gürcüstanda anadan olan Vane Revazişvili cüdo ilə məşğul olmağa başladıqdan sonra, Yunanıstana yollanaraq, Roman Moustopoulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində Vedat Albayrak ad-soyadı ilə çıxış edir. 2018-ci ildə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Türkiyə millisinə dünya çempionatlarında 17 ildən sonra ilk medalı qazandıraraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Vedat Okyar
Vedat Okyar — Türkiyə futbolçusu 1945-ci ildə Bursada anadan olan Vedat Bursaspor, Beşiktaş, "Diyarbakirspor" və "Karagümrük" klublarının şərəfini qoruyub. 1968-1976-cı illərdə Beşiktaşda forma geyinən və kapitan sarğısını daşıyan Okyar 253 oyunda 21 gol vurub. 33 dəfə milli komanda heyətində yer alan mərhum futbolçu karyerasını bitirdikdən sonra idman yazarı kimi çalışırdı. 19 iyul 2009-cu ildə xeyli vaxtdır xəstəxanaların birində müalicə olunan Okyar dünyasını dəyişib.
Ədat
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir. == Ədatların mənaca növləri == === Qüvvətləndirici ədatlar === 'Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ' ədatları qüvvətləndirici ədatlardır. Məsələn: Lap başımı itirmişəm. Artıq mən belə fikirlə razı deyiləm. Axı o bununla maraqlanırdı? Sən bunu desən belə, heç kəs razı olmayacaq. Bunu mütləq deməlisən ha! Hətta mən də bunu bilmirdim. Düz yanında dayandı.
Sedat Balkanlı
Sedat Balkanlı (15 yanvar 1965, İstanbul – 29 aprel 2009, İstanbul) — Türkiyə milli komandasının və "Qalatasaray"ın veteran futbolçusu. Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona "qızıl baş" ləqəbini veriblər. 1994/95 mövsümündə "Qalatasaray"ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında "Qaziosmanpaşa", "Konyaspor", "Bursaspor", "Eskişeherspor" və "Fənərbaxça"nın da şərəfini qoruyub. Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib.
Sedat Peker
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Sedat Pekər

Sədat Bucaq
Sədat Edib Bucaq (31 oktyabr 1960, Sivərək[d], Şanlıurfa ili) — TBMM XIX, XX, XXI dönəm Şanlıurfa DYP Millət vəkili. Bucaq tayfası mənsubudur. Evli və 3 uşaq atasıdır. 3 noyabr 1996-cı ildə Balıkəsir ili, Susurlukda keçirdiyi qəza ilə, Susurluq Qəzası olaraq bilinən hadisənin baş qəhrəmanlarından biri olmuşdur. Türkiyə Böyük Millət Məclisi Ümumi Qurulunda 11 dekabr 1997-də toxunulmazlığı qaldırılan Sədat Edib Bucaq haqqında Baş prokurorluq, qiyabi həbs qərarıyla axtarılan Abdullah Çatlının yerini bildiyi halda səlahiyyətli mərcilərə xəbər verməyərək saxlamaq, cinayət törətmək məqsədiylə təşəkkül meydana gətirmək və dəhşətli xüsusiyyətdə silah saxlamaqda günahlarından, 11 ildən 20 ilə qədər ağır həbs istəyiylə iddia açılmışdır. Susurluk İddiası daxilində cinayət törətmək üçün təşəkkül meydana gətirmək günahından haqqında verilən bəraət qərarı Yargıtay tərəfindən pozulan DYP köhnə Millət vəkili Sədat Edib Bucaq, daha sonra dövlət sirri səbəbiylə açıqlamadığı bəzi məlumat və şəkilləri məhkəməyə təqdim etmişdir. Yargıtay 8. Cəza Dairəsin tərəfindən haqqındakı 1 il 15 gündəlik həbs cəzası təsdiqlənilmişdir. 22 iyul 2007 seçkilərində Demokrat Partiyanın (DP) Şanlıurfadan 1. sıra millət vəkili namizədi olan Sədat Edib Bucağın adı, ən son Ankara-Çankayadakı lüks restoran, bar və iş yeri sahibi və çalışanlarını silahla təhdid edərək çıxar təmin etdikləri iddia edilən kəslərə istiqamətli təşkil edilən "Kaldırım(Səki)" əməliyyatına qarışmış olub, ədliyyəlik olaraq mətbuatda yer almış, daha sonra bunu "sui-qəsd" olaraq açıqlamışdır.
Vedad İbişeviç
Vedad İbişeviç (bosn. Vedad Ibišević; doğ. 6 avqust 1984-cü il, Vlasnetsa, YSFR) — Bosniyalı futbolçu. Almaniyanın Herta klubunun hücumçusu. == Bioqrafiyası == İbişeviç Yuqoslaviyada, bosniyalı ailəsində, əhalisinin əksəriyyətinin serblər olduğu bir şəhərdə anadan olub. Müharibə başladıqdan sonra təqiblər baş verdi. Valideynləri ata yurdlarını tərk edərək daha sakit şəhərə,Tuzlaya köçməyə məcbur oldular. Bu vaxtı Vedadın cəmi yeddi yaşı vardı. Tuzlada futbol karyerası başladı və tezliklə müvafiq yaşda olan milli yığmaya dəvət edildi. 2000-ci ildə ailəsi daha sərfəli təklif axtarışı məqsədi Bosniyanı tərk etdi və Vedad İsveçrənin Baden gənclər komandasında oynamağa başladı.
Ənvər Sədat
Məhəmməd Ənvər əs-Sadat (ərəb. محمد أنور السادات‎ Muḥammad ʾAnwar as-Sādāt; 25 dekabr 1918[…], Mit Əbülkövm, əl-Minufiyyə mühafəzəsi[d], Misir sultanlığı[d] – 6 oktyabr 1981[…], Qahirə) — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981), marşal (1973). Nobel Sülh mükafatı laureatı (1978). 1978-ci ildə İsraillə Kemp-Devid sülh müqaviləsini imzalamış və ərəb dünyasında kəskin etirazlarla qarşılanmışdır. == Həyatı == Ənvər Sadat 1918-ci il 25 dekabrda, əl-Minufiyyə şəhərinin Mit Əbülkövm kəndində doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra hərbi məktəbə daxil oldu. 1938-ci ildə Hərbi Akademiyanı bitirdi.
Vədad Albayraq
Vedat Albayrak — Türkiyəni təmsil edən cüdoçu. 2 mart 1993-cü ildə Gürcüstanda anadan olan Vane Revazişvili cüdo ilə məşğul olmağa başladıqdan sonra, Yunanıstana yollanaraq, Roman Moustopoulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində Vedat Albayrak ad-soyadı ilə çıxış edir. 2018-ci ildə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Türkiyə millisinə dünya çempionatlarında 17 ildən sonra ilk medalı qazandıraraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Vədad Okyar
Vedat Okyar — Türkiyə futbolçusu 1945-ci ildə Bursada anadan olan Vedat Bursaspor, Beşiktaş, "Diyarbakirspor" və "Karagümrük" klublarının şərəfini qoruyub. 1968-1976-cı illərdə Beşiktaşda forma geyinən və kapitan sarğısını daşıyan Okyar 253 oyunda 21 gol vurub. 33 dəfə milli komanda heyətində yer alan mərhum futbolçu karyerasını bitirdikdən sonra idman yazarı kimi çalışırdı. 19 iyul 2009-cu ildə xeyli vaxtdır xəstəxanaların birində müalicə olunan Okyar dünyasını dəyişib.
Vədad Uşaqlıgil
Xəlil Vədad Uşaqlıgil (türk. Halil Vedad Uşaklıgil; 1904, Konstantinopol – 1937, Tirana) — Türkiyə diplomatı. == Həyatı == 1904-cü ildə İstanbulda yazıçı Xalid Ziya Uşaqlıgil və Fatma Məmnunə Uşaqlıgilin övladı olaraq anadan olmuşdur. Ondan əvvəl doğulan bacı-qardaşları Vədidə, Sadun, Güzin vəfat etmişdir. Ondan Bihin adlı bacısı və Bülənd adlı qardaşı qalmışdır. Qardaşı Bülənd Uşaqlıgil də onun kimi diplomat olmuşdur. Birinci Dünya müharibəsindən sonra ailəsi ilə birlikdə Avropanın bir çox şəhərlərini gəzən Vədad xüsusilə Bern və Parisdə yaşayırdı. Mustafa Kamalın əmri ilə işlədiyi Osmanlı Bankından Xarici İşlər Nazirliyinə köçürülmüşdür. Lətifə xanım onun əmisi qızı idi və o, fortepiano istedadı sayəsində Mustafa Kamalla tanış olmaq imkanı qazanmışdı. O, Londonda yerləşdirilmişdi.
Vəda xütbəsi
Vəfat etməzdən əvvəl Məhəmməd peyğəmbər həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr "Vəda xütbəsi" adı ilə İslam tarixinə düşdü. Bu, peyğəmbərin sonuncu həcc və xütbəsi idi. Bundan qısa müddət sonra peyğəmbər vəfat etdi. Xütbəyə təqribi 124.000 müsəlman qulaq asmışdır. Dinləyənlərin sayı baxımından ən güclü hədis hesab olunur. "Vəda xütbəsi"ndə bütün insanların bərabər olduğu və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan qaldırıldığı vurğulanır. Həmçinin "Vəda xütbəsi"ndə qadınlarla şəfqət və mehribanlıqla rəftar etmək, dində ifratçılığa yol verməmək, əmanəti qoruyub saxlamaq tövsiyə olunur. Peyğəmbərin orada işlətdiyi bu cümlə çox məşhurdur: "…Ey möminlər, ərəbin ərəb olmayana, ərəb olmayanın da ərəbə heç bir üstünlüyü yoxdur!
Sədat Edib Bucaq
Sədat Edib Bucaq (31 oktyabr 1960, Sivərək[d], Şanlıurfa ili) — TBMM XIX, XX, XXI dönəm Şanlıurfa DYP Millət vəkili. Bucaq tayfası mənsubudur. Evli və 3 uşaq atasıdır. 3 noyabr 1996-cı ildə Balıkəsir ili, Susurlukda keçirdiyi qəza ilə, Susurluq Qəzası olaraq bilinən hadisənin baş qəhrəmanlarından biri olmuşdur. Türkiyə Böyük Millət Məclisi Ümumi Qurulunda 11 dekabr 1997-də toxunulmazlığı qaldırılan Sədat Edib Bucaq haqqında Baş prokurorluq, qiyabi həbs qərarıyla axtarılan Abdullah Çatlının yerini bildiyi halda səlahiyyətli mərcilərə xəbər verməyərək saxlamaq, cinayət törətmək məqsədiylə təşəkkül meydana gətirmək və dəhşətli xüsusiyyətdə silah saxlamaqda günahlarından, 11 ildən 20 ilə qədər ağır həbs istəyiylə iddia açılmışdır. Susurluk İddiası daxilində cinayət törətmək üçün təşəkkül meydana gətirmək günahından haqqında verilən bəraət qərarı Yargıtay tərəfindən pozulan DYP köhnə Millət vəkili Sədat Edib Bucaq, daha sonra dövlət sirri səbəbiylə açıqlamadığı bəzi məlumat və şəkilləri məhkəməyə təqdim etmişdir. Yargıtay 8. Cəza Dairəsin tərəfindən haqqındakı 1 il 15 gündəlik həbs cəzası təsdiqlənilmişdir. 22 iyul 2007 seçkilərində Demokrat Partiyanın (DP) Şanlıurfadan 1. sıra millət vəkili namizədi olan Sədat Edib Bucağın adı, ən son Ankara-Çankayadakı lüks restoran, bar və iş yeri sahibi və çalışanlarını silahla təhdid edərək çıxar təmin etdikləri iddia edilən kəslərə istiqamətli təşkil edilən "Kaldırım(Səki)" əməliyyatına qarışmış olub, ədliyyəlik olaraq mətbuatda yer almış, daha sonra bunu "sui-qəsd" olaraq açıqlamışdır.
Karan-i Vəsat (Çaldıran)
Karan-i Vəsat (fars. كران وسط‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (11 ailə).
Mərgan-i Vəsat (Şot)
Mərgan-i Vəsat (fars. مرگن وسط‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Yarımqaya-i Vəsat (Maku)
Yarımqaya-i Vəsat (fars. ‎يارم قيه وسط‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (20 ailə).
Qarakənd faciəsində vəfat edənlərin siyahısı
2014-cü ildə vəfat edənlərin siyahısı
2014-cü ildə vəfat edənlərin siyahısı — 2014-cü ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı.
2015-ci ildə vəfat edənlərin siyahısı
2015-ci ildə vəfat edənlərin siyahısı — 2015-ci ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı.
2016-cı ildə vəfat edənlərin siyahısı
2016-cı ildə vəfat edənlərin siyahısı — 2016-ci ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı.
2017-ci ildə vəfat edənlərin siyahısı
2017-ci ildə vəfat edənlərin siyahısı — 2017-ci ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı. == Dekabr == === 31 dekabr === Yuri Barboy — 79 yaşında vəfat edib. === 30 dekabr === Çingiz Sadıqov — 88 yaşında vəfat edib. === 4 dekabr === Camal Mustafayev — 89 yaşında vəfat edib. === 2 dekabr === Tatyana Çaladze — vəfat edib. == Noyabr == === 26 noyabr === Leyla Vəkilli — 85 yaşında vəfat edib. === 19 noyabr === Çarlz Menson — 83 yaşında vəfat edib. == Oktyabr == === 26 oktyabr === Rafiq Hüseynov (diktor) — 71 yaşında vəfat edib. === 20 oktyabr === Minarə Tahirova — 81 yaşında vəfat edib. == Sentyabr == === 27 sentyabr === Hyu Hefner — 91 yaşında vəfat edib.
2018-ci ildə vəfat edənlərin siyahısı
2018-ci ildə vəfat edənlərin siyahısı — 2018-ci ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı. == Dekabr == === 27 dekabr === Aşıq Yanvar Bədəlov - 76 yaşında vəfat edib. == Noyabr == == Oktyabr == === 8 oktyabr === Qara Mustafayev - 86 yaşında vəfat edib. === 6 oktyabr === Monserrat Kabalye - 85 yaşında vəfat edib. === 1 oktyabr === Şarl Aznavur - 94 yaşında vəfat edib. == Sentyabr == === 26 sentyabr === İbrahim Qafarov === 25 sentyabr === Yədulla Səmədi - 66 yaşında vəfat edib. === 21 sentyabr === Sabir Bəşirov - 61 yaşında vəfat edib. === 17 sentyabr === Marlen Əsgərov - 81 yaşında vəfat edib. === 12 sentyabr === Ədalət Ziyadxanov - 72 yaşında vəfat edib. == Avqust == === 4 avqust === Anar Nağılbaz - 42 yaşında vəfat edib.
2019-cu ildə vəfat edənlərin siyahısı
2019-cu ildə vəfat edənlərin siyahısı — 2019-cu ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı. == Dekabr == == Noyabr == === 7 noyabr === === 2 noyabr === Mari Lafore — 80 yaşında vəfat edib. == Oktyabr == === 27 oktyabr === Vladimir Bukovski — 76 yaşında vəfat edib. === 26 oktyabr === === 13 oktyabr === Vasim Məmmədəliyev — 77 yaşında vəfat edib. === 11 oktyabr === Aleksey Leonov — 85 yaşında vəfat edib. == Sentyabr == == Avqust == === 30 avqust === Valeri Harper — 80 yaşında vəfat edib. == İyul == == İyun == == 4 iyun == İbrahim Emin === 24 iyun === Şirməmməd Hüseynov == May == == Aprel == == Mart == == Fevral == == Yanvar == === 1 yanvar === Raymond Ramazani Baya — 75 yaşında vəfat edib.
2020-ci ildə vəfat edənlərin siyahısı
2020-ci ildə vəfat edənlərin siyahısı — 2020-ci ildə vəfat edən ensiklopedik şəxslərin siyahısı. == Dekabr == == Noyabr == === 27 noyabr === Ali Zakir — 76 yaşında vəfat edib. Spiro Quberina — 87 yaşında vəfat edib. Möhsün Fəxrizadə — 62 yaşında vəfat edib. === 24 noyabr === Əjdər Həmidov — 67 yaşında vəfat edib. === 20 noyabr === Hikmət Hacızadə — 66 yaşında vəfat edib. === 19 noyabr === Manvel Qriqoryan — 64 yaşında vəfat edib. === 18 noyabr === Məhəmməd Həsənov (milli qəhrəman) — 61 yaşında vəfat edib. === 6 noyabr === Mixail Jvanetski — 86 yaşında vəfat edib. === 2 noyabr === Ədalət Paşayev (general) — 73 yaşında vəfat edib.
Avdat
Avdat — Petra ilə Qəzzə limanı arasında Buxur Yolu adlanan ticarət yolunun üzərində yerləşən Nəbatilərin mərkəzi şəhəridir. Şəhərin akropolu dəniz səviyyəsindən 655 metr yüksəklikdə Negev dağının yamacında yerləşir. Avdatın tikilmiş hissəsi 85 dunamdır və bütün Avdat Milli Parkı isə 2100 dunam ərazini əhatə edir. Avdat Milli Parkında qədim Nəbati tikililərinin qalıqları, o cümlədən gözətçi qülləsi, yaşayış kompleksi, məbəd tikililəri, şərabçılıq sahəsi , hərbi şəhərcik, yaxşı vəziyyətdə qalmış hamamlar və yenidən qurulmuş kənd təsərrüfatı terrasları var. 2005-ci ildə YUNESKO Avdatı Buxur Yolunun bir hissəsi kimi ümumdünya irsi siyahısına əlavə etdi. == Arxeoloji qazıntılar == Avdatın yaranma tarixi eramızdan əvvəl III əsrə təsadüf edir. Avdat haqqında ilk dəfə Yunan alimi Ptolemeyin “Coğrafiya” əsərində Roma əyaləti Ərəbistanın yeddi yaşayış məntəqəsi siyahısında rast gəlmək olar. Bizanslı Stefan, Herodyanın yazılarına əsaslanaraq, Avdat haqqında yazır ki, nəbatilərin məskənidir, tanrı kimi hörmət edilən padşahlarının adını daşıyır. Nəbatilərin tarixində Obodat (Avdat) adlı üç padşah olub, ancaq ölümdən sonra yalnız I Obodat ilahiləşdirilib. Eramızın I əsrində şəhər köçəri ərəb tayfalarının basqınlarından çox əziyyət çəkirdi.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bərat

Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir. Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur. Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır. Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir.
Dedal
Dedal (yun. Δαίδαλος, latın variantı Daedalus) — Qədim Yunan mifologiyası personajı, görkəmli rəssam və mühəndis. O, bir çox alətlərin ixtiraçısı, eləcə də Krit adasındakı labirintin memarıdır (bir sıra dillərdə, xüsusilə də fransız dilində, labirint anlayışı dedal sözü ilə ifadə olunur). Dedal bəzi mənbələrə görə Aresin qızı Alkippanın, digərlərinə görə Meropanın oğludur. Krit hökmdarı Minosun sarayında yaşamış və onun arvadı Pasifayanın ağ öküzlə birləşməsi üçün süni inək düzəltmişdi. Sonralar Minotavr dünyaya gəlmiş, Minos onu Dedalın tikdiyi labirintə salmışdır. Dedal labirintin sirrini açdığına görə həbs edilmişdi. O qaçmağa cəhd etmiş, yolda oğlu İkar ölmüşdü. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Gedit
gedit — GNOME desktop mühiti üçün mətn redaktorudur. gedit Linuxdan əlavə Microsoft Windowsda və Mac OS X-də də işləyir. gedit - sintaksis işarələmə (highlight) xüsusiyyətinə malikdir.
Heqat
Heqat (Hekat) qədim Misirdə tutum və ya həcm vahidi olub 4,8 litrə bərabərdir. Kəsir hissəsi Udjat gözü əsasında tərtib edilmişdir. Onun dörddə bir hissəsi - (göz bəbəyi) "Heqatı" adlanır. Das Heqat (auch Hekat) repräsentierte im Alten Ägypten als Hohlmaß die Menge von 4,8 Litern und entspricht zugleich zehn Henu. == İstinadlar == == Mənbələr == Rainer Hannig: Großes Handwörterbuch Ägyptisch-Deutsch : (2800 - 950 v. Chr.). von Zabern, Mainz 2006, ISBN 3-8053-1771-9, S. 1320. Wolfgang Helck: Kleines Lexikon der Ägyptologie, 1999 ISBN 3-447-04027-0 S. 179f.
Herat
Herat (fars. هرات‎, q.türk Häri) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər. == Tarixi == Heratın tarixi əntik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat straeteji bir önəmə sahib idi.
Hədət
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktor Al-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Hərat
Herat-İranın Yəzd ostanının şəhərlərindən və Xatəm şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,795 nəfər və 2,751 ailədən ibarət idi.