Qarakənd faciəsində vəfat edənlərin siyahısı — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterində həyatını itirənlərin siyahısı.
1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ müharibəsi və hansı xalqın (Azərbaycan türkləri və ya ermənilər) sıxışdırıldığı məlum edilməsi idi. Bu səbəbdən də həmsədrlər razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər.[1]
Tanınmış və yüksək rütbəli dövlət rəsmilərini daşıyan helikopter Qarakənd istiqamətində olarkən vurulmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.[2] Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.[3]
Sıra nömrəsi | Ad | Məlumat |
---|---|---|
1 | Tofiq İsmayılov | Azərbaycan Respublikasının Dövlət katibi |
2 | İsmət Qayıbov | Azərbaycan Respublikasının Baş prokuroru |
3 | Məhəmməd Əsədov | Azərbaycan Respublikasının müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri |
4 | Vaqif Cəfərov | Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili |
5 | Vəli Məmmədov | Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili |
6 | Zülfü Hacıyev | Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili |
7 | Osman Mirzəyev | Azərbaycan Respublikasının Prezident Administrasiyasında şöbə müdiri |
8 | Alı Mustafayev | Telejurnalist |
9 | İqor Plaviski | Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru |
10 | Saylau Serikov | Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini |
11 | Fəxrəddin Şahbazov | Video-operator |
12 | Arif Hüseynzadə | AzTV-nin işıqçısı |
13 | Rafiq Məmmədov | Azərbaycan Respublikası Dövlət katibinin köməkçisi |
14 | Sergey İvanov | Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik şöbəsinin rəisi |
15 | Nikolay Jinkin | Fövqəladə vəziyyət rayonunun komendantı |
16 | Mixail Lukaşov | Milis general-mayoru |
17 | Oleq Koçerev | polkovnik-leytenant |
18 | Vladimir Kovalyov | Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəisi |
19 | Qurban Namazəliyev | Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı nazirinin 1-ci müavini |
20 | Vyaçeslav Kotov | Helikopter heyətinin komandiri |
21 | Gennadiy Domov | Helikopter heyətinin üzvü |
22 | Dmitri Yarovenko | Helikopter heyətinin üzvü |