Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Publi Avreli Lisini Valeri Valerian
Publi Avreli Lisini Valeri Valerian (lat. Publius Aurelius Licinius Valerius Valerianus), Roma tarixşünaslığında daha çox Valerian kimi tanınır (200 – 260-cı illər, Bişapur[d], Fars ostanı) — 22 oktyabr 253-cü ildən 260-cı ilin yazına qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Edessa döyüşü zamanı Sasani şahı I Şapur tərəfindən əsir götürülmüş, əsirlikdə ölmüş yeganə Roma imperatoru olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "Valerian and Gallienus", at De Imperatoribus Romanis.
Viperina
Viperinae (lat. Viperinae) — heyvanlar aləminin pulcuqlular dəstəsinin gürzəkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Viperini
Gürzəkimilər (lat. Viperidae) — heyvanlar aləminin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi. == Sinonimləri == Viperae—Laurenti, 1768 Viperini—Oppel, 1811 Viperidae—Gray, 1825 == Yarımfəsilələri == Azemiopinae Liem, Marx and Rabb, 1971 Qurbağa gürzələr ?
Çiçerin
Georgi (Yuri) Vasilyeviç Çiçerin (rus. Гео́ргий (Ю́рий) Васи́льевич Чиче́рин; psevdonimləri: Ornatski, Batalin, Mixail Şaronov, Osvedomlennıy; 24 noyabr 1872[…] – 7 iyul 1936[…], Moskva) — Rusiya marksist inqilabçısı, sovet diplomatı, musiqişünası, RSFSR və SSRİ Xarici İşlər Xalq Komissarı (1918–1930), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin I, II, III IV və V çağırış deputatı, Sov.İKP MK deputatı (1925–1930). Çiçerinlər nəslinə bağlı bir ailədə anadan olan Çiçerin Sankt-Peterburq Dövlət Universitetinin Dil və Tarix fakültəsindən məzun olmuş və Rusiya imperiyası Xarici İşlər Nazirliyində işləmişdir. Bu dövrdə marksizmlə tanış olan Çiçerin sosialist qruplarla əlaqə quraraq Almaniya və Rusiyada siyasi fəaliyyət göstərmişdir. O, 1905-ci ildə Rusiya Sosial Demokrat İşçi Partiyasının menşeviklər fraksiyasına qoşulmuşdur. Çiçerin Birinci Dünya müharibəsi illərində bolşeviklərin müharibə əleyhdarı görüşlərini mənimsədiyi üçün siyasi təzyiqə məruz qalmışdır. O, müharibə əleyhinə təbliğat etdiyinə görə İngiltərədə həbs edilmişdir. Çiçerin 1917-ci ildə Rusiyada gerçəkləşən Böyük Oktyabr Sosialist inqilabından sonra ardından Xarici İşlər Komisarı Lev Trotskinin səyi nəticəsində sərbəst buraxılmış və Rusiyaya qayıtmışdır. O, SSRİ rəhbərləri – Vladimir Lenin və Lev Trotskinin qərarı ilə Xarici İşlər Komissarlığında işləməyə başlamışdır. Çiçerin Trotskinin vəzifəsindən istefa verməsindən sonra 1918-ci ilin mart ayında Xarici İşlər Xalq Komissarı olmuşdur.
Vilron
Vilron (fr. Villeron) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 702 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimal-şərqdə, Serji belediyyənin 35 km şərqdə yerləşir.
Valeri
Valeri — ad. Valeri Brainin — müsiqişünas, bəstəkar, pedaqoq, şair, tərcüməçi Valeri Leontyev — sovet və rus pop müğənnisi. Valeri Timoxin — Azərbaycanı təmsil edən stend atıcısı, məşqçi. Valeri Kərimov — Azərbaycan kinooperatoru, rejissor.
Dinlərin siyahısı
= İbrahimi dinlər =
Georgi Çiçerin
Georgi (Yuri) Vasilyeviç Çiçerin (rus. Гео́ргий (Ю́рий) Васи́льевич Чиче́рин; psevdonimləri: Ornatski, Batalin, Mixail Şaronov, Osvedomlennıy; 24 noyabr 1872[…] – 7 iyul 1936[…], Moskva) — Rusiya marksist inqilabçısı, sovet diplomatı, musiqişünası, RSFSR və SSRİ Xarici İşlər Xalq Komissarı (1918–1930), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin I, II, III IV və V çağırış deputatı, Sov.İKP MK deputatı (1925–1930). Çiçerinlər nəslinə bağlı bir ailədə anadan olan Çiçerin Sankt-Peterburq Dövlət Universitetinin Dil və Tarix fakültəsindən məzun olmuş və Rusiya imperiyası Xarici İşlər Nazirliyində işləmişdir. Bu dövrdə marksizmlə tanış olan Çiçerin sosialist qruplarla əlaqə quraraq Almaniya və Rusiyada siyasi fəaliyyət göstərmişdir. O, 1905-ci ildə Rusiya Sosial Demokrat İşçi Partiyasının menşeviklər fraksiyasına qoşulmuşdur. Çiçerin Birinci Dünya müharibəsi illərində bolşeviklərin müharibə əleyhdarı görüşlərini mənimsədiyi üçün siyasi təzyiqə məruz qalmışdır. O, müharibə əleyhinə təbliğat etdiyinə görə İngiltərədə həbs edilmişdir. Çiçerin 1917-ci ildə Rusiyada gerçəkləşən Böyük Oktyabr Sosialist inqilabından sonra ardından Xarici İşlər Komisarı Lev Trotskinin səyi nəticəsində sərbəst buraxılmış və Rusiyaya qayıtmışdır. O, SSRİ rəhbərləri – Vladimir Lenin və Lev Trotskinin qərarı ilə Xarici İşlər Komissarlığında işləməyə başlamışdır. Çiçerin Trotskinin vəzifəsindən istefa verməsindən sonra 1918-ci ilin mart ayında Xarici İşlər Xalq Komissarı olmuşdur.
Hitlerin Qlobusu
Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu (həmçinin Hitlerin Qlobusu və ya Fürer Qlobusu kimi tanınan) şəxsən Adolf Hitler və Nasional Sosialist Alman Fəhlə Partiyası üçün dizayn edilmiş qlobus idi. Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu 1930-cu illərdə Berlində hazırlanmış və Hitlerin vaxtının böyük bir hissəsini keçirdiyi ofisində yerləşirdi. Qlobus komediyaçı Çarli Çaplinin 1940-cı ildə rol aldığı Böyük diktator (film, 1940) filmində nümayiş etdirildikdən sonra Amerika Birləşmiş Ştatlarında geniş tanınmışdır. Üç məddah (film) adlı komediya qrupu özlərinin istehsal etdiyi daha 2 qısametrajlı filmdə qlobusu gülüş hədəfi etmişdir. İki məhdud buraxılışdan biri Adolf Hitlerin yayda geri çəkilməsindən sonra Amerika ordusunun xüsusi nümayəndəsi olan Con Barsamiya tərəfindən oğurlanmış və 60 il sonra San-Fransiskoda keçirilən auksionda qlobus 100.000 $ dəyərində satılmışdır. Hitlerin ofisində yerləşmiş bu qlobus üzərində Efiopiyanı İtalyan Şərqi Afrika ilə dəyişdirdi və qlobus həmçinin özünün ölçüsü və eləcə də istehsal dəyəri ilə tanınmışdır. == Mənbə == Qlobusun iki məhdud buraxılışı 1930-cu illərdə Berlində hazırlanmışdır. Bunlardan biri Nasional Sosialist Alman Fəhlə Partiyası üçün, ikincisi isə şəxsən alman diktatoru Adolf Hitler üçün hazırlanmışdır. Fürer üçün hazırlanmış qlobusun ölçüsü təxminən Volkswagen maşınının ölçüsü həcmində idi və böyük məsrəf hesabına istehsal olunmuşdur. O, Abissiniyanı (İndiki Efiopiya) İtalyan Şərqi Afrika ilə dəyişdirmişdir.
Hitlerin gündəlikləri
"Hitlerin gündəlikləri" (alm. Hitler-Tagebücher‎) — Alman jurnalistikası tarixində ən məşhur saxtakarlıqlardan biri ilə bağlı hadisə. "Hitlerin gündəlikləri" adlı hadisə "Ştern" jurnalının tarixindəki ən maraqlı hadisələrdən biridir. XX əsrin 80-ci illərində Konrat Kulyamadlı şəxs jurnalın əməkdaşlarından birinə özündə nasional-sosialistlərin lideri Adolf Hitlerin gündəliklərinin olduğunu söyləmişdi. O, jurnalın əməkdaşını inandırmışdı ki, gündəlikləri Hitlerin təyyarəçisindən götürüb. Bunu İsveçrədə olan bir nəfər də təsdiqləmişdi. Jurnalist bu xəbəri redaksiyaya sevinclə çatdırandan sonra gündəliklər çap olunmağa başladı. Bir müddət sonra isə mütəxəssis və oxucuların müdaxiləsi ilə aparılan araşdırma nəticəsində məlum olur ki, gündəliklər saxtadır. Hadisə alman jurnalistikasına böyük zərbə olur; o mənada ki, oxucuların inamını sarsıdır. Bu hadisədən sonra "Ştern"in redaksiyasında ciddi dəyişikliklər və ixtisarlar olur.
I Valerian
Publi Avreli Lisini Valeri Valerian (lat. Publius Aurelius Licinius Valerius Valerianus), Roma tarixşünaslığında daha çox Valerian kimi tanınır (200 – 260-cı illər, Bişapur[d], Fars ostanı) — 22 oktyabr 253-cü ildən 260-cı ilin yazına qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Edessa döyüşü zamanı Sasani şahı I Şapur tərəfindən əsir götürülmüş, əsirlikdə ölmüş yeganə Roma imperatoru olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "Valerian and Gallienus", at De Imperatoribus Romanis.
Valerian (imperator)
Publi Avreli Lisini Valeri Valerian (lat. Publius Aurelius Licinius Valerius Valerianus), Roma tarixşünaslığında daha çox Valerian kimi tanınır (200 – 260-cı illər, Bişapur[d], Fars ostanı) — 22 oktyabr 253-cü ildən 260-cı ilin yazına qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Edessa döyüşü zamanı Sasani şahı I Şapur tərəfindən əsir götürülmüş, əsirlikdə ölmüş yeganə Roma imperatoru olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "Valerian and Gallienus", at De Imperatoribus Romanis.
Valerian Bakradze
Valerian Minaeviç Bakradze (gürc. ვალერიან ბაქრაძე; 1901–1971) — sovet və gürcü dövlət xadimi. == Həyatı == 1901-ci ildə Seva kəndində anadan olub. 1921-ci ildən ÜİK(b)P üzvüdür. 1919-cu ildən 1923-cü ilədək Qızıl Ordu sıralarında xidmət etmişdir. 1934-cü ilə qədər Gürcüstan KP MK-nın (b) qəza, dairə, rayon komitələrinin katibi və Tiflis şəhər şurasının icraiyyə komitəsinin sədri.vəzifələrində çalışmışdır. 1937-ci ilin iyulundan 1946-cı ilin dekabr ayına qədər Gürcüstan SSR Xalq Komissarları Sovetinin (1946-cı ilin aprelin 9-dan Nazirlər Şurasının) sədri vəzifəsini tutmuşdur. 1939–1954-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Üik P (b) MK üzvlüyünə namizəd idi. 1946-cı ilin dekabrından 1954-cü ilin aprel ayına qədər Gürcüstanın Nazirlər Şurasının sədrinin müavini idi, həmçinin 1947-ci ildə qida sənayesi naziri olmuşdur. 1953-cü ilin aprel ayından sentyabr ayınadək ikinci dəfə Nazirlər Şurasının sədri postunu tutmuşdur, eyni zamanda yüngül və yeyinti sənayesi naziri idi.
Valerian Zubov
Valerian Aleksandroviç Zubov (1771 — 1804) — rus hərbi xadimi, Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandanı, Dərbəndin alınmasında fərqlənib və 25 yaşında general-mayor (1796) rütbəsi alıb. == Fəaliyyəti == Zubov II Yekaterinanın məşuqlarından biri olmuşdur. Polşada üsyanı yatıran zaman qıçını itirmiş və əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra II Yekaterina başda Zubov olmaqla rus qoşunlarının 30 minlik korpusunun Azərbaycana yürüşünü təşkil edir. Xəzər dənizindəki Rusiya hərbi donanması da onun sərəncamına verilmişdi. Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-də başlandı. Rus qoşunlarının yürüşü xəbərini alan Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə birlikdə əsir götürülüb Zubovun yanına gətirildi və o, imperatriçənin adından əsirlərə əfv olunacaqlarını vəd etdi. Dərbəndin idarəsini Rusiyameylli mövqedə duran Fətəli xanın qızı və Şeyxəli xanın bacısı Pəricahan xanıma tapşıran Zubov rus qoşunlarını Qubaya tərəf yeritdi və iyunun 6-da onu tutdu.
Valerie Amos
Valerie Amos, Baroness Amos (13 mart 1954[…], Corctaun) — Amos itlere yemek veren adamsir B,T de isleyir ve arax ici .
Valerik çayı
Valerik (çeç. Валарта, Валериг, Валерг; bəzi mənbələrdə Вайрик) — Rusiyada çay. Çay Çeçenistan Respublikasının qərbində yerləşir. Çayın mənsəbi Sunji çayının sağ sahilində, mənsəbinin 132 km-də yerləşir. Çayın uzunluğu 29 km, su toplayıcı hövzənin sahəsi — 35,4 km²-dir. Valerik çayının aşağı axarları yay aylarında quruyur. Buna səbəb çayın əsasən qar suları ilə qidalanmasıdır. O üzdən yay aylarında çayda yüksək səviyyə müşahidə olunmur. == Etimologiyası == Çayın adı çeçen dilindəki ilkin Valeran xi sözündən yaranıb. Hərfi tərcüməsi — "çayın ölümü" deməkdir.
Vilaria subacaulis
Berardia (lat. Berardia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Berardia subacaulis (Lam.) Vill. Alp dağlarında bitən yeganə növ. == Sinonimləri == Arctium lanuginosum Lam. Vilaria subacaulis Guett. Berardia subacaulis Vill. 1779 not (Lam.) Fiori & Paol. 1904 (based on Arctium lanuginosum Lam.
Vistlerin anası
1 №-li boz və qara aranjiman: Rəssamın anasının portreti (ing. Arrangement in Grey and Black, No.1: Portrait of the Artist's Mother) çox vaxt "Vistlerin anası" (ing. Whistler's Mother) kimi xatırlanır — amerikalı rəssam Ceyms Vistlerin 1871-ci ildə çəkdiyi ən məşhur rəsm əsəri. Əsərdə rəssamın anası Anna Vistler (1804–1881) təsvir olunub. Fransanın Paris şəhərindəki Orse muzeyində saxlanılır. Əsərin ölçüsü 144,3 × 162,4 sm-dir. == Tarixi == Anna Makneyl Vistler oğlu ilə London, Cheyne Walk, Çelsi-də yaşayarkən portret üçün poza verdi. Əsərlə əlaqədar bir neçə təsdiqlənməyən hekayə mövcuddur, onlardan biri belədir ki, bir gün portret üçün poza verməli olan model planlaşdırılan sessiyaya gəlmədiyindən Ceyms Vistler öz anası Anna Makneyl Vistlerdən onun portretini çəkmək üçün poza verməsini istəmişdir. Əvvəlcə o, modeli ayaq üstə çəkmək niyyətində idi. Lakin o zaman 67 yaşı olan yaşlı ana üçün uzun müddət ayaq üstə dayanmaq çox çətin idi.
Çiçerin notaları
Çiçerin notaları — 1920-ci ilin yanvarından Aprel işğalınadək Rusiya adından xarici işlər komissarı G.V.Çiçerinin Denikine qarşı birgə mübarizə təklifi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə göndərdiyi notalar. Bu notalar Azərbaycana diplomatik təzyiq səciyyəsi daşıyırdı. == Birinci nota == 1920-ci il 2 yanvar tarixli birinci notada çar generalı Denikinin Azərbaycan və gürcü xalqlarının düşməni olduğu vurğulanır, onun qoşunlarına yubanmadan cənubdan zərbə endirmək təklif olunurdu. Nota amiranəlik və üstüörtülü hədə xarakteri daşıyır: Çiçerinin birinci notasını Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski yanvarın 6-da aldı. Həmin gün Nəsib bəy Yusifbəylinin sədrliyi ilə Dövlət Müdafiə Komitəsinin təcili iclası keçirildi və qərara alındı ki, cavab notasında Azərbaycan Cümhuriyyətinin azad və müstəqil dövlət kimi Sovet Rusiyası ilə qarşılıqlı münasibətlər yaratmaq üçün danışıqlara başlamağa hazır olduğu bildirilsin. F.X.Xoyski yanvarın 14-də G.Çiçerinə cavab notasında yazırdı: == İkinci nota == Çiçerin 1920-ci il yanvarın 23-də Fətəli xan Xoyskiyə ikinci notasını göndərdi. Azərbaycanın müstəqilliyi artıq Antanta dövlətləri tərəfindən tanınmışdı. Buna baxmayaraq, Çiçerinin ikinci notası birinci notaya nisbətən daha amiranə və daha təcavüzkar məzmuna malik idi. İkinci notada Azərbaycan Hökuməti Denikinlə əməkdaşlıqda ittiham olunur, F.X.Xoyskinin birinci notaya cavabı Denikinə qarşı mübarizədən imtina kimi qiymətləndirilir, Denikinin Azərbaycanın müstəqilliyi üçün təhlükə olmasından, milli müqəddəratın həllində sovet hökumətinin prinsiplərindən bəhs edilirdi. Notada Denikinə qarşı birgə mübarizə təklifi yenə təkrarlanır, lakin Azərbaycan Xalq Cümhuriyyətinin tanınması məsələsinin üstündən keçilirdi.
İtlərin döyüşü
İtlərin döyüşü — azərbaycanlı rəssam Əzim Əzimzadənin 1938-ci ildə çəkdiyi rəsm əsəri. == Poçt markası üzərində == 2007-ci ilin iyun ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Əzim Əzimzadəyə həsr olunmuş 2 poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 10000 ədəd olan həmin markalardan biri "İtlərin döyüşü" adlı rəsm əsərinə həsr olunmuşdur.
Şivərin (Əbhər)
Şivərin (fars. شيورين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (35 ailə).
Şiələrin təqibi
Şiələrin İraq Şam İslam Dövləti tərəfindən soyqırımı (ərəb. الإبادة الجماعية الشيعية من قبل دولة العراق والشام‎, ing. Genocide of Shias by Islamic State of Iraq and al-Sham) və ya Şiələrin İraq Şam İslam Dövləti tərəfindən təqibi (ərəb. اضطهاد الشيعة من قبل دولة العراق والشام‎, ing. Persecution of Shias by Islamic State of Iraq and al-Sham) — 2014-cü ilin avqust ayından başlayaraq İŞİD-in idarə etdiyi Şimali İraqda şiələrin sistematik şəkildə öldürülməsinə verilən ad. Şiələrin İraqda əksəriyyəti təşkil etmələrinə baxmayaraq, onlar İŞİD tərəfindən kütləvi şəkildə öldürülürdülər. 12 iyun 2014-cü il tarixində İŞİD qüvvələri Speyşer düşərgəsi qətliamında ən azı 1,600–1,700 şiə kursamnt və məhbus öldürmüşdür. Şahidlərin dediklərinə görə, terror təşkilatının Mosul şəhərini almasından sonra, onlar sünni və şiə məhbusları ayırmışdılar. 650 şiə məhbus başqa bir yerə aparılıb öldürülmüşdür. Kürd vəzifəliləri buna bənzər bir hadisənin Ərbil şəhərində baş verdiyi barədə məlumat veriblər.
Vikilərin tarixi
Vikilərin tarixi — viki proqram təminatlarının və onun əsasında yaradılmış layihələrin tarixi. Vikilərin tarixi 1994-cü ildə Vard Kanningem şirkətinin "c2.com" saytında fəaliyyət göstərən məlumat bazasına və onu təchiz edən viki proqram təminatına "WikiWikiWeb" adını verdiyi zaman başlamışdır. Viki 1995-ci ilin martında yaranmasının ildönümü ilə bağlı qeydlərdə ictimaiyyətə təqdim edilmişdir. Beləliklə, "c2.com" ilk həqiqi vikidir və ya brauzer vasitəsilə asanlıqla redaktə edilə bilən, hər səhifə üçün etibarlı versiya tarixçəsi olan səhifələri və keçidləri olan vebsaytdır. Bu, Honolulu Beynəlxalq Hava Limanında "Wiki Wiki Shuttle" haqqında xatirələrinə əsaslanaraq ad olaraq "WikiWikiWeb"i seçmişdir. "Wiki" Havay dilində "sürətli" deməkdir. Wiki proqram təminatı 1980-ci illərdə sənədləşdirmə və proqram təminatı üçün istifadə edilən versiyaya nəzarət və hipermətn sistemlərində bəzi konseptual mənşələrə malikdir və NLS- in 1970-ci illərin "Jurnal" xüsusiyyətində bəzi aktuallaşmış mənşələrə malikdir. Onun uzaq əcdadlarına Vannevar Buşun 1945-ci ildə təklif etdiyi " memex " sistemi, 1972-ci ildə birgə hipermətn bazası ZOG, Xerox -dan NoteCards sistemi, Apple hipermətn sistemi HyperCard daxildir. Bu əvvəlki sistemlər üçün xarakterik olduğu kimi, Cunningham-ın motivi texniki idi: proqram təminatçıları arasında ünsiyyəti asanlaşdırmaq. Növbəti beş il ərzində bir çox alternativ viki proqramları və veb-saytları meydana çıxmışdır.
Pol Valeri
Pol Valeri-(30 Oktyabr 1871 – 20 İyul 1945) Fransız şair.1920-ci illərdə şair Sen-Jon Pers və Pol Klodel kimi qələm yoldaşları ilə birlikdə "Nuvel revyü fransez" jurnalı ətrafına toplanan ədəbi qüvvələrin sırasında təmsil olunmuşdu.
Valern (Fransa)
Valern (fr. Valernes, oks. Valèrna) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04231. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 241 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 156 nəfər arasında (15-64 yaş arasında) 120 nəfər iqtisadi fəal, 36 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.9%, 1999-cu ildə 73.4%). Fəal 120 nəfərdən 111 nəfər (54 kişi və 57 qadın), 9 nəfər işsiz (3 kişi və 6 qadın) işlədi.