Hitlerin Qlobusu

Sovet kameraman tərəfindən 1945-ci ildə Reyxkanslerdə çəkilmiş Hitlerin qlobusu

Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu (həmçinin Hitlerin Qlobusu və ya Fürer Qlobusu kimi tanınan) şəxsən Adolf HitlerNasional Sosialist Alman Fəhlə Partiyası üçün dizayn edilmiş qlobus idi. Dövlət və Sənaye rəhbərləri üçün Kolumb Qlobusu 1930-cu illərdə Berlində hazırlanmış və Hitlerin vaxtının böyük bir hissəsini keçirdiyi ofisində yerləşirdi. Qlobus komediyaçı Çarli Çaplinin 1940-cı ildə rol aldığı Böyük diktator (film, 1940) filmində nümayiş etdirildikdən sonra Amerika Birləşmiş Ştatlarında geniş tanınmışdır. Üç məddah (film) adlı komediya qrupu özlərinin istehsal etdiyi daha 2 qısametrajlı filmdə qlobusu gülüş hədəfi etmişdir.

İki məhdud buraxılışdan biri Adolf Hitlerin yayda geri çəkilməsindən sonra Amerika ordusunun xüsusi nümayəndəsi olan Con Barsamiya tərəfindən oğurlanmış və 60 il sonra San-Fransiskoda keçirilən auksionda qlobus 100.000 $ dəyərində satılmışdır. Hitlerin ofisində yerləşmiş bu qlobus üzərində Efiopiyanı İtalyan Şərqi Afrika ilə dəyişdirdi və qlobus həmçinin özünün ölçüsü və eləcə də istehsal dəyəri ilə tanınmışdır.

Qlobusun iki məhdud buraxılışı 1930-cu illərdə Berlində hazırlanmışdır. Bunlardan biri Nasional Sosialist Alman Fəhlə Partiyası üçün, ikincisi isə şəxsən alman diktatoru Adolf Hitler üçün hazırlanmışdır.[1] Fürer üçün hazırlanmış qlobusun ölçüsü təxminən Volkswagen maşınının ölçüsü həcmində idi və böyük məsrəf hesabına istehsal olunmuşdur. O, Abissiniyanı (İndiki Efiopiya) İtalyan Şərqi Afrika ilə dəyişdirmişdir. Digəri isə adi bir ağacdan hazırlanmış və heç bir xüsusi özəlliyə malik deyildi.[1] İstehsal edilmiş qlobusların sayı fabrikdə yalnız qlobus istehsal edildiyini təsdiq edə bilmədi və bu məkan 1943-cü ildə hava uçuşları zamanı hərbi təyyarələr tərəfindən dağıdılmışdır.[1]

Polyak tarixçi və qlobus həvəskarı olan Volfram Pobanz inanırdı ki, baxmayaraq ki, qlobus onun ofisində yerləşirdi buna baxmayaraq yəqinki Hitlerin qlobusa qarşı xüsusi rəğbəti yox idi, ardıyca bəyan edir:

" Hitler yəqinki, qlobus barədə heç bir şey düşünmürdü. Orada Hitlerin qlobus ətrafında heç bir şəkli yox idi. O, Hitlerin bütün fotoşəkillərini yoxlamadan keçirmişdir. Əgər doğurdanda qlobus Hitler üçün hər hansı bir məna daşıyardısa deməli orada mütləq bunu isbatlayan bir şəkil olacaqdı.[1] "

1938-ci ildə Hitler köhnə Reyxskanslerin Üçüncü Reyxin nazirlikləri üçün yetəri qədər böyük olmadığı qənaətinə gəlir. O, yeni kansler binasının inşası üçün özünün sevimli arxitektoru olan Albert Şpeeri bu işə təyin edir.[2] Hitlerin tələbkarlığı ilə aparılmış böyük ölçülü yenidənqurma işləri nəticəsində bina 1939-cu ilin əvvəllərində hazır vəziyyətə gətirilmiş və qlobus Fürerin yeni tikilmiş olan kansler binasına gətirilərək burada mərkəzdə yerləşdirildi. 1945-ci ildə sovet ordusu binanı ələ keçirənədək qlobus burada yerləşmişdir.[2]

Guya dünyada mövcud olmuş çox sayda qlobusa Hitler sahib idi ki, bunlarında bir çoxu şübhəlidir.[1] Ümumilikdə isə onların hər üçü Berlində saxlanılır ki, bunlardan biri coğrafiya institunda, digəri Brandenburq muzeyində, üçüncüsü isə Almaniya Tarix Muzeyində saxlanılır.[1] Digər ikisi isə Münhendə ictimai kolleksiyada sərgilənir. Nifrət əlaməti olaraq həm sovet həm də Amerika əsgərləri tərəfindən sərgilənən bir çox qlobuslarda Almaniya üzərində güllə dəliyi ilə və ya silinmiş halda göstərilirdi.[3]

Dövlət və sənaye rəhbərləri üçün Kolumb qlobusu Böyük diktator (film, 1940) filmində parodiya edilmişdir.

Foto sübutlar əsasında, Hitlerin kanslerdə yerləşən ofisində mövcud olmuş qlobusların heç biri ikonik deyildir.[1]

İddialara görə 1945-ci ilin may ayının birində Hitlerin sahib olduğu bir qlobus amerika ordusunda xidmət etmiş Con Barsamiya tərəfindən Kelştaynhausun dağıntıları arasından tapılmışdır. Bavariya Alp dağlarında yerləşən bu məkan, müharibə öncəsi Hitler tərəfindən bir çox səbəblər üçün istifadə edilirdi. Həmin məkan Con Barsamiyanın ora gəlməsinə qədər artıq talan edilmişdir. O, qlobusu özüylə evinə aparmış və yalnız 60 ildən sonra 2007-ci ildə San-Fransiskoda keçirilən auksionda onu satmışdır. San-Fransiskodan olan sahibkar Bob Pritikin 20.000 $ məbləği ilə başlanan auksionun yekununda 5-ci cəhddən sonra nəhayət 100.000 $ qarşılığında bu qlobusa sahib oldu.[4][5]

2007-ci ilin sentyabr ayında tarixçi Volfram Pobanz bəyan etdi ki, Berlin muzeyində saxlanılan və üzərində güllə izi olan böyük qlobus Hitlerə məxsus deyil həmçinin başqa birinin ehtimalına görə isə bu qlobus Üçüncü Reyxin Xarici İşlər Naziri olan İoahim fon Ribbentropa məxsusdur və əlavə olaraq bu gün Hitlerə məxsus olan qlobusun harada olması ilə bağlı hər hansı iz yoxdur.[6]

Deyilənə görə, qlobus Adolf Hitlerin dünyanın işğalı ilə bağlı böyüklük həvəsini təmsil edərək simvolik xarakter daşıyırdı. Holivudda Hitleri və Nasistlərin parodiyasını edilmiş Üç məddah (film) filminin qısa olaraq Sən Nasist casusu! adlanan hissəsi 1940-cı ilin yanvar ayında nümayiş etdirilmişdir.[7]

1940-cı ilin oktyabr ayında nümayiş etdirilən Çarli Çaplinin rol aldığı Böyük diktator (film, 1940) filmində qlobus çimərlik topu kimi təsvir edilmiş və filmdə o, diktator "Adenoid Hinkel"in gözü qarşısında partlayır.[1]

Üç məddah (film) filminin Bir daha salamlamayacağam (film) və ardıyca You Nazty Spy! adlanan hissələri 1941-ci ilin iyul ayında nümayiş etdirildi, Moronikan diktatoru rolunu canlandıran Moe Houvard "Axel" partnyoları ilə birgə qlobus ilə "uzaq dur" adlı oyun oynayırlar. Heilstounun hərbi komandiri olan "Feld Marşal Herrinq", sonunda qlobusu Heilstounun başında vuraraq qırır.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 Kimmelman, 2007
  2. 1 2 BBC 2015
  3. de Quetteville, 2007
  4. The Daily Mail 2007
  5. Rubenstein, 2007
  6. Harry de Quetteville. "Globe made for Hitler is missing, says historian". Telegraph.co.uk. 21 September 2007. 25 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2017.
  7. "You Nazty Spy! at threestooges.net". 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]