Valerian Minaeviç Bakradze (gürc. ვალერიან ბაქრაძე; 1901–1971) — sovet və gürcü dövlət xadimi.
Valerian Bakradze | |
---|---|
gürc. ვალერიან ბაქრაძე | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 sentyabr 1901 |
Vəfat tarixi | 3 aprel 1971 (69 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
1901-ci ildə Seva kəndində anadan olub. 1921-ci ildən ÜİK(b)P üzvüdür.
1919-cu ildən 1923-cü ilədək Qızıl Ordu sıralarında xidmət etmişdir. 1934-cü ilə qədər Gürcüstan KP MK-nın (b) qəza, dairə, rayon komitələrinin katibi və Tiflis şəhər şurasının icraiyyə komitəsinin sədri.vəzifələrində çalışmışdır.
1937-ci ilin iyulundan 1946-cı ilin dekabr ayına qədər Gürcüstan SSR Xalq Komissarları Sovetinin (1946-cı ilin aprelin 9-dan Nazirlər Şurasının) sədri vəzifəsini tutmuşdur.
1939–1954-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Üik P (b) MK üzvlüyünə namizəd idi. 1946-cı ilin dekabrından 1954-cü ilin aprel ayına qədər Gürcüstanın Nazirlər Şurasının sədrinin müavini idi, həmçinin 1947-ci ildə qida sənayesi naziri olmuşdur.
1953-cü ilin aprel ayından sentyabr ayınadək ikinci dəfə Nazirlər Şurasının sədri postunu tutmuşdur, eyni zamanda yüngül və yeyinti sənayesi naziri idi.
1971-ci ildə vəfat etmişdir.