Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dirijor
Dirijor (fr. diriger — idarə etmək, yönəltmək, başçılıq etmək) — ansambl (orkestr, xor, opera və s.) musiqisininin ifa prosesinə başçılıq edən şəxs. Dirijor ansamblın bütün üzvlərinə nəzarət edərək, onları düzgün istiqamətə yönəldərək musiqi əsərinin gözəl şəkildə ifa olunmasını təmin edir. Əvvəllər ansamblın bir üzvü D. rolunda çıxış edir, ifaçılara yol göstərirdi; sonralar xüsusi D. meydana gəldi. D. əsərin ifa xarakterini orkestr üzvlərinə xüsusi hərəkətlə şərh edir. Dirijorluq sənəti xüsusi əl hərəkətləri sisteminə əsaslanır; dirijorun üzünün ifadəsi, baxışı, mimikası mühüm rol oynayır. Dirijor ansamblın həmahəng səslənməsini, ifanın texniki kamilliyini təmin edir, əsərin ideya məzmununu, üslubunu və bədii məqsədini idarə etdiyi kollektivə çatdırmağa çalışır. == Azərbaycan milli dirijorluq məktəbi == Azərbaycan milli dirijorluq məktəbinin formalaşması, inkişafı Niyazinin adı ilə bağlıdır. Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuş, bu əsərlərin şərh edilməsində özünə məxsus orijinal ifaçılıq üslubu yaratmışdır. Onun traktovkasında milli bəstəkarların bir çox əsəri, o cümlədən Ü. Hacıbəyovun "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxildir.
Azad Əliyev (dirijor)
Azad Sabir oğlu Əliyev (29 mart 1951-ci il, Bakı, Azərbaycan - 30 mart 2014-cü il, Bakı, Azərbaycan) — Azərbaycan dirijoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor, Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (2006-2014). == Həyatı == Azad Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirmişdir. Pedaqoji fəaliyyətə 1960-cı ildən, 6 №-li musiqi məktəbindən başlamışdır. A.Zeynallı adına Orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1974-1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır. 1972-1980-ci illər "Respublika" sarayının baş səs rejissoru olmuşdur. 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsidndə çalışmışdır. Həmini dövrdə Sumqayıtda ilk kamera orkestri yaratmış və bu orketstrlə müxtəlif konsertlərdə çıxış etmişdir. 1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasının direktoru və BMA-nın "Opera hazırlığı" kafedrasının müəllimi vəzifəsində çalışırdı.
Dilarə Əliyeva (dirijor)
Dilarə Asif qızı Əliyeva (22 iyul 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru (2012-ci ildən), Əməkdar İncəsənət Xadimi (2008), 4 dəfə prezident mükafatına layiq görülmüşdür.[mənbə göstərin] == Həyatı == Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969–1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən 7 nömrəli musiqi məktəbi ilə başlamışdır. Daha sonralar 1978–1980-ci illərdə 15 nömrəli musiqi məktəbində, 1980–1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994–2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbində çalışdığı illərdə ilk adı "Qız qalası" olan Uşaq Xor Kapellasının əsasını qoyur. Bu günə qədər Uşaq Xor kapellesını davam etdirərək bir sıra dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə çıxışlar edir. 2012-ci ildən bu günə qədər isə Dilarə xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Öz bilik və təcrübələrini daim uşaqlarla paylaşmağa çalışan Dilarə Əliyeva hər zaman uşaqların bilik və bacarıqlarına yüksək qiymət vermiş, gənclərə dəstək olmağa çalışmışdır. == Fəaliyyəti == 1975–1979-cu illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhil almışdır. 1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb.
Dirijor (film, 1980)
"Dirijor" (pol. Dyrygent) — rejissor Anje Vaydanın filmi. == Məzmun == Gənc istedadlı skripka ifaçısı Marta ABŞ-yə təhsil almağa gəlir. O, burada bir vaxtlar anası ilə məhəbbət hekayəsi yaşamış məşhur dirijorla tanış olur. Con Lyasoski uzun mühacirətdən sonra doğma şəhərinə baş çəkmək və yerli simfonik orkestrlə çıxış etmək qərarına gəlir. Bu orkestrə Martanın əri Adam rəhbərlik edir. Onun bu orkestrlə məşqi zamanı iki dirijor arasında böyük fərq olduğu görünür. Müdrik, xeyirxah maestro Lyasoski və lovğa, zalım Adam bir-birindən çox seçilir. Böyük musiqiçinin gəlişi gənc cütlüyün ailə münasibətlərində də öz əksini tapır. == Mükafatlar və nominasiyalar == === Mükafatlar === ==== 1980-ci ilin Beynəlxalq Berlin kinofestivalının mükafatı: ==== Ən yaxşı kişi roluna görə "Gümüş Ayı" mükafatı – Anje Severin == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Anje Kiyovski Rejissor : Anje Vayda Operator : Slavomir İdzyak Musiqisindən istifadə edilən bəstəkar : Lüdviq van Bethoven (Simfoniya No.
Etibar Əhmədov (dirijor)
Etibar Əhmədov (azərb. Əhmədov Etibar Əhmədağa oğlu‎, rus. Ахмедов Этибар Ахмедага оглы; d. 6 iyun, 1959. Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Federasiyasının əməkdar artisti. Novosibirsk Musiqili Komediya Teatrının quruluşçu dirijoru. == Həyatı == Əhmədov Etibar Əhmədağa oğlu 1959-cu il iyunun 6-da Bakıda anadan olub. 1974-cü ildə Bakıda Asəf Zeynallı adına musiqi məktəbinin xor dirijorluğu şöbəsinə pedaqoq Q.Gimpileviçin sinfinə qəbul edilib və 1978-ci ildə oranı bitirib. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş xormeysteri N.Məlikovun rəhbərlik etdiyi dövlət imtahan komissiyasının tövsiyəsi ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) xor dirijorluğu fakültəsinə - kafedranın dosenti L.Atakişiyevanın sinfinə daxil olub. Təhsil illərində E.Əhmədov kamera xorunda xor artisti kimi çalışıb, Sovet İttifaqının şəhərlərində (Sevastopol, Simferopol, Tbilisi, İrəvan, Kişinyov) qastrol səfərlərində olub.
Kamal Abdullayev (dirijor)
Kamal Canbaxış oğlu Abdullayev (18 yanvar 1927, Bakı – 6 dekabr 1997, Moskva) — Azərbaycan dirijoru, professor, Azərbaycan SSR xalq artisti (1967). == Həyatı == Kamal Abdullayev 1927-ci ildə Bakıda anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə (A.A.Qrossmanın sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirir və 1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə başa vurur. Öz üzərində daima çalışan Kamal Abdullayev Moskvaya gedir və 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirir. Həmin ildən doğma Vətənə qayıdaraq 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən də onların ilk təfsirçisi olmuşdur. Q.Qarayevin "Yeddi gözəl" və S.Hacıbəyovun "Gülşən" baletlərində, C.Cahangirovun "Azad" operasında onun dirijor kimi əməyini xüsusi qeyd etmək lazımdır.
Sevil Hacıyeva (dirijor)
Sevil İnşalla qızı Hacıyeva (16 iyul 1975, Bakı) — Azərbaycanin ilk qadın dirijoru, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü, BMA-nın dosenti, Azərbaycan Dövlət Akademik Opera və balet teatrının baş xormeysteri və dirijoru. == Həyatı == Sevil İnsalla qızı Hacıyeva 1975-ci il iyulun 16-da Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini G.G.Şaroyev adına musiqi məktəbində fortepiano üzrə almışdır. 1999-cu ildə Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakultəsini – Xalq artisti Yalçın Adıgözəlovun sinifini bitirmişdir. Hal-hazırda BMA-nın dirijorluq kafedrasının dosentidir. 2003-cü ildən 2009-cu ilə qədər Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına “ Mahnı və rəqs “ ansamblında xormeyster vəzifəsində çalışmışdır. 2003-cü ildə Sevil Hacıyeva Opera və balet teatrına - baş xormeyster vəzifəsinə təyin edilmişdir. Teatrda fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlığını nəzərə alaraq 2006-cı ildə dahi Üz.Hacıbəylinin “ Leyli və Məcnun ”operası Sevil Hacıyevaya həvalə olundu. Bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gələrək Sevil Hacıyeva ilk qadın dirijoru adını qazandı. Bundan əlavə Sevil Hacıyeva Üz.
Çingiz Axundov (dirijor)
Axundov Çingiz Məmməd oğlu (03.09.1959, Naxçıvan şəhəri) — Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Dövlət Universitetinin "Orkestr alətləri və dirijorluq" kafedrasının professoru, Naxçıvan Dövlət Filarmoniyası kamera orkestrinin bədii rəhbəri və dirijoru. == Həyatı == Çingiz Axundov 1959-cu ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1983-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Orkestr alətləri" fakültəsini bitirib. 1982-ci ildə I "Zaqafqaziya kamera musiqisi" festivalının laureatı olmuş və I dərəcəli diploma layiq görülmüşdür. 1976-cı ildən orkestr ifaçısı kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetində işləyir. "İncəsənət" fakültəsində ilk xalq çalğı alətləri orkestri, skripkaçılar ansamblı, kiçik tərkibli simfonik orkestrini təşkil etmişdir. Fakültənin "Opera studiyası"nda Ü.Hacıbəyovun "Leyli və Məcnun" operası, "Arşın mal alan" operettasını tələbə orkestri üçün orkestrləşdirmiş və orkestrə rəhbərlik etmiş, bu əsərlərlə Türkiyənin Qars, Trabzon, Samsun, Rusiyanın Novosibirsk şəhərlərində çıxış etmişdir. Pedagoji fəaliyyətlə yanaşı 1985-ci ildən ifaçılıq fəaliyyətilə də məşğul olmuş Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır. Bu kollektiv ilə Ü. Hacıbəyovun "Koroğlu" operasını tamaşaya qoyub Türkiyənin Ordu və Türkmənistanın Aşqabad şəhərində konsertlər vermişdir.
Əyyub Quliyev (dirijor)
Əyyub Ramiz oğlu Quliyev — Azərbaycan musiqiçisi, dirijor, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru (2013-cü ildən), Azərbaycanın əməkdar artisti (2017). == Həyatı və fəaliyyəti == Əyyub Quliyev 26 iyul 1984-cü ildə anadan olmuşdur. İlk təhsilini ailəsində almağa başlayan Əyyub Quliyev, sonra Rəşid Behbudov adına 2 saylı musiqi məktəbinə gedir. Gənc sənətkarın musiqiyə olan sevgisi nəticəsində 15 yaşında Bakı Musiqi Akademiyasının Xor dirijorluğu fakültəsinə qəbul olmuşdur. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirmişdir. Əyyub Quliyev 2005-2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. Polişukun sinfində təhsil almışdır. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinfində təkmilləşmə kurslarında iştirak edərək təhsilini davam etdirmişdir. Sənətkarın ilk çıxışları hələ 2000-ci ilə təsadüf edir. Debütünü böyük məsuliyyət və zəhmət tələb edən uşaq orkestri ilə etmişdir. Bir müddət sonra sənətkarın yaradıcılığında beynəlxalq festivallar və müsabiqələr bir-birini əvəz etməyə başlayır.
Dorilər
Dorilər (q.yun. Δωριεῖς) — əsas qədim yunan tayfalarından biri. == Mənşəyi == Yunan mifologiyasına görə, dorilərin əcdadı Dor hesab olunur. E.ə. XIII əsrin sonu – XII əsrin əvvəllərində dorilər, ehtimal ki, Frakiya-İlliriya mənşəli, qərbi yunan dialektlərində danışan digər tayfaların tərkibində Mikena sivilizasiyasının mərkəzləri yerləşən Orta Yunanıstana və Peloponnesə soxulmuşlar. Bu hadisə "dorilərin basqını" adlandırılır. == Tarixi == Dorilərin tayfa qrupları Peloponnes, Egey dənizinin cənub adaları, Kiçik Asiyanın şimal-qərb hissəsində məslunlaşmışdılar. E.ə. VIII–VI əsrlərdə baş tutan böyük yunan kolonizasiyası gedişində Adriatik dənizinin şimal sahillərində, Cənubi İtaliya, Siciliya, boğazlar zonası və Qara dənizyanında dorilərin polisləri meydana gəlmişdir. Bu polislər arasında ən məşhur, hərbi cəhətdən uzun müddət yunan dövlətlərinin ən güclüsü Sparta idi.
Pirilər
Pirilər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Pirilər kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kəndin keçmiş adi Pirməmmədli olmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Dağıstandan gəlmiş Məşədi Pirməmmədin atası salmışdır. Sonralar toponimin ikinci komponenti (Məmmədli) düşduyündan yaşayış məntəqəsi Pirilar adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Dərilər
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Driver
Drayver (ing. Driver) yaxud sürücü — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM), video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluetoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2–20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Zirilər sülaləsi
Zirilər sülaləsi— 972—1163-ci illərdə və Əlcəzair ərazisində iqtidarda olmuş bərbəri xanədanı. == Tarixi == Sanhacənin ən önəmli qəbilələrindən olan Zirilər, İfrikiyə ilə Məğrib-i Övsat arasında yerləşmişdir. Adını Ziri ibn Mənaddan alan Zirilərin biri X əsrdə Şimali Afrikada, digəri XI əsrin əvvəlində Əndülüsdə dövlət quran iki qolu vardır. Şimali Afrika Ziriləri (972-1148). Şimali Afrikada qurulan ilk böyük Bərbəri xanədanıdır. Xanədanın qurucusu Buluqqin b. Zirinin atası Ziri b. Mənad bölgədə Ağləbilərin xidmətində olmuş bir ailədən gəlməkdəydi və özü də Fatimilərin xidmətində çalışırdı. Zirinin mənsub olduğu Sanhacə qəbiləsiylə Bərbərilərin digər önəmli qolu Zənatə qədimdən bəri bir-birinə düşmandır. Bölgənin nəzarətini əlində tutmaq istəyən Fatımilər bundan faydalanaraq, qərbdə Zənatə ilə mücadələlərində sınır güvənliğini sağlamaq amacıyla Ziri b.
Didier Bezace
Didier Bezace (10 fevral 1946, IX arondisman (Paris) – 11 mart 2020[…], XI arondisman) — fransız aktyor. == Həyat və karyera == Bezace 10 fevral 1946-cı ildə Parisdə anadan olub. Molière'dən uyğunlaşdırılmış Georges Feydeau və Emmanuel Bove'nin ssenarisini canlandırdığı teatr arvadı Avignon İncəsənət və Mədəniyyət Festivalında 2001-ci ilin İyul ayında nümayiş olundu. Teatrdan kənarda Bezace, Le Thibault, Sissi və Mon fil d'ailleurs kimi televiziya filmləri ilə Le Pressentimentdə rol aldı. Karyerası boyunca aktyor Jan-Pier Darroussin və ssenarist, müəllif Emmanuel Bovein əsərlərində iştirak etmişdir. == Ölümü == Fransız aktrisa Didier Bezace 11 mart 2020-ci ildə Parisdə 74 yaşında vəfat etdi.
Varis Dirie
Varis Dirie (21 oktyabr 1965[…]) — dünyanın ən məşhur supermodellərindən biri. O, öz həyatını "Səhra çiçəyi" əsərində qələmə alıb. Hazırda kitabının adını daşıyan "Çöl çiçəyi" fondunun sponsorluq etdiyi kompaniyaların təşkili ilə məşğul olur.
Dilarə Əliyeva (drijor)
Dilarə Asif qızı Əliyeva (22 iyul 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru (2012-ci ildən), Əməkdar İncəsənət Xadimi (2008), 4 dəfə prezident mükafatına layiq görülmüşdür.[mənbə göstərin] == Həyatı == Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969–1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən 7 nömrəli musiqi məktəbi ilə başlamışdır. Daha sonralar 1978–1980-ci illərdə 15 nömrəli musiqi məktəbində, 1980–1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994–2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbində çalışdığı illərdə ilk adı "Qız qalası" olan Uşaq Xor Kapellasının əsasını qoyur. Bu günə qədər Uşaq Xor kapellesını davam etdirərək bir sıra dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə çıxışlar edir. 2012-ci ildən bu günə qədər isə Dilarə xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Öz bilik və təcrübələrini daim uşaqlarla paylaşmağa çalışan Dilarə Əliyeva hər zaman uşaqların bilik və bacarıqlarına yüksək qiymət vermiş, gənclərə dəstək olmağa çalışmışdır. == Fəaliyyəti == 1975–1979-cu illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhil almışdır. 1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb.
Kamal Abdullayev (drijor)
Kamal Canbaxış oğlu Abdullayev (18 yanvar 1927, Bakı – 6 dekabr 1997, Moskva) — Azərbaycan dirijoru, professor, Azərbaycan SSR xalq artisti (1967). == Həyatı == Kamal Abdullayev 1927-ci ildə Bakıda anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə (A.A.Qrossmanın sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirir və 1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə başa vurur. Öz üzərində daima çalışan Kamal Abdullayev Moskvaya gedir və 1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirir. Həmin ildən doğma Vətənə qayıdaraq 1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən də onların ilk təfsirçisi olmuşdur. Q.Qarayevin "Yeddi gözəl" və S.Hacıbəyovun "Gülşən" baletlərində, C.Cahangirovun "Azad" operasında onun dirijor kimi əməyini xüsusi qeyd etmək lazımdır.