Pirilər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Pirilər kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Pirilər | |
---|---|
40°09′13″ şm. e. 46°11′09″ ş. u.HGYO | |
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Kəndin keçmiş adi Pirməmmədli olmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Dağıstandan gəlmiş Məşədi Pirməmmədin atası salmışdır. Sonralar toponimin ikinci komponenti (Məmmədli) düşduyündan yaşayış məntəqəsi Pirilar adlanmışdır.[2]
Kənd dağətəyi ərazidə yerləşir.
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |