Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vivo
Vivo Communication Technology Co. Ltd. — Çin texnologiya şirkəti. Dünyanın ən böyük smartfon istehsalçılarından biridir. == Tarixi == Vivo 2009-cu ildə Çində yaradılıb. Şirkət 2012-ci ildə "Vivo X1" smartfonunu təqdim edir. 2014-cü ildən başlayaraq xarici bazarlara inteqrasiya edən Vivo, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində fəaliyyətə başlayır. 2017-ci ildə Vivo FIFA-nın Rəsmi Sponsoru olur. Forbes nəşrinin məlumatına görə şirkət, bu razılaşma üçun ildə 60 milyon avroya qədər reklam üçün pul ödəyəcək. == Fəaliyyəti == 2017-ci ilin birinci rübünün nəticələrinə görə Vivo 600,2 milyon smartfon satır.
En Vivo
En Vivo – Amerikalı pop qrupu Ha*Ashın 2-cü canlı albomudur. 6 dekabr 2017-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. = Albomdakı mahhnılar = == CD1 == == CD2 == == DVD == == Mənbə == En Vivo - Genius.
Il Divo
Il Divo - pop və digər janrları ilə opera və klassik musiqi birləşdirən bir musiqi qrupu, qrup kişi müğənnilər vokal kvartet ibarətdir clásico.1 beynəlxalq krossover kimi tanınan stili: Swiss Urs Büler, İspan Karlos Marin, Amerika Devid Miller və fransız Sebastyen İzambar. == Tarix == Saymon Il Divo qrupu üçün 2001-ci ildən 2003-cü ilin dekabrına kimi dünyada gənc müğənnilər arasında seçimlər keçirdi. İki ildən sonra, son olaraq amerikalı tenor David Millerlə müqavilə bağlandıqdan sonra seçimlər dayandırıldı və beləliklə, dörd kişi müğənnidən ibarət Il Divo qrupu yaranmışdır. Qrup ispan, italyan, ingilis, fransız və latın dillərində mahnılar oxuyur. ABŞ, Avstraliya və Avropada altı aylıq turlarını tamamladıqdan sonra 2006-ci Barbra Streyzandın Şimali Amerika turunda baş tutan iyirmi konsertin hamısında onun xüsusi qonaqları kimi çıxış etdilər. 20 dekabr 2011-ci ildə Paraqvayda baş tutmuş konsertdə 33 min 900 tamaşaçı vardı, bu nəticə onların ən böyük tamaşaçı yığını olan konserti idi.
Pirinsko Pivo
Pirinsko Pivo — dünyanın qabaqcıl pivə istehsalçılarından biri Carlsberg Group-a məxsus bolqar pivə markası. Ticarət markası və Blaqoyevqrad şəhərində yerləşən eyni adlı pivə zavodu Pirin dağ sisteminin adını daşıyır. == Tarixi == Blaqoyevqrad pivə zavodu 1967-ci ildə qurulmuş və 1971-ci ildə Pirinsko adlı öz pivəsini istehsal etməyə başlamışdır. 2002-ci ildə Danimarka pivə nəhəngi Carlsberg pivə zavodunu əldə etdi. Yeni sahibi Blaqoyevqrad pivə istehsalını modernləşdirdi və genişləndirdi, bu layihəyə 60 milyon leva investisiya etdi.
İn vivo
İn vivo — ölü bir orqanizmdən, canlı orqanizmin və ya bir orqanizmin tamamının varlığını göstərmək üçün istifadə edilən söz. Biologiyada, in vitro təcrübələri orqan, hüceyrə, protein və ya biomolekullar üzərində tətbiq edilir, lakin tərsinə in vivo tədqiqatı bütün bir orqanizmin üzərində aparılır.
İvo Andriç
İvo Andriç (serb. Иво Андрић/Ivo Andrić; 10 oktyabr 1892 – 13 mart 1975[…], Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR)) — hazırkı Bosniya və Herseqovina ərazisində doğulmuş Yuqoslaviya yazıçısı, diplomat, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1961). == Həyatı == İvo Andriç keçmiş Yuqoslaviyada, Bosniyanın Travnik şəhəri yaxınlığındakı Dolac kəndində doğulmuşdu. 2 yaşında atasını itirdiyindən anasının valideynlərinin himayəsində böyümüşdü. Uşaqlıq illərini keçirdiyi Vışeqrad şəhərində qatı katolik təlim-tərbiyəsi almışdı. Yazmağa başlayandan sonra İvan adını İvoya dəyişmişdi. Yazıçının milli mənsubiyyəti də müəyyən dərəcədə şübhəlidir. O, əslində xorvat ailəsində doğulmuşdu, lakin sonrada özünü serb kimi qələmə vermişdi. Bu gün iki xalq — xorvatlar və serblər İvo Andriçi öz sənətkarı sayırlar. Çoxmillətli Bosniyada yaşaması ona fərqli insanları və mədəniyyətləri yaxından müşahidə etmək və öyrənmək imkanı yaratmışdı.
İvo Daneu
İvo Daneu (sloven. Ivo Daneu; 6 oktyabr 1937, Maribor) — Sloveniya basketbolçusu və məşqçi. Maribor və Olimpiya Lyublyana klublarında çıxış etmişdir. Olimpiya ilə birlikdə 1957, 1959, 1961, 1962, 1966 və 1970-ci illərdə 6 dəfə ölkə çempionu olmuşdur. İvo 1956–1970-ci illərdə Yuqoslaviyanın milli basketbol komandasının üzvü olmuş və onun heyətində 209 oyun keçiritmişdir. Milli komanda ilə birlikdə 1970 Dünya Çempionatının qalibi olmuşdur və növbəti sıralanan yarışlarda gümüş medalı qazanmışdırI 1968 Yay Olimpiya Oyunları, 1963 və 1967 dünya çempionatları (sonuncu yarışın ən dəyərli oyunçusu seçilmişdir) və 1961, 1965 və 1969 Avropa çempionatları. 1967-ci ildə Yuqoslaviya, 1969-cu ildə isə Sloveniyada ilinin idmançısı adına layiq görülmşüdür. 1970–1971-ci illərdə "Olympiya" nın baş məşqçisi olmuşdur. 1991-ci ildə FIBA ən böyük ​​50 oyunçusundan biri seçildi və 2007-ci ildə FİBA ​​şərəf zalına daxil edildi.
İvo Perilli
İvo Perilli (it. Ivo Perili, 10 aprel 1902 - 24 noyabr 1994, Roma, İtaliya) - İtaliya ssenaristidir. 1933-1977 illər arasında 54 filmin ssenarisini yazmışdır.
İvo Lapenna
İvo Lapenna (5 noyabr 1909, Split – 15 dekabr 1987, Kopenhagen) — Yuqoslaviya hüquq professoru. Esperanto təbliğatçısı, 1964-1974-cü illərdə Dünya Esperanto Assosiasiyasının prezidenti vəzifəsində çalışmışdır. Esperantoda natiq, bir neçə kitabın müəllifi və UNESCO-nun Esperanto dilini tanıdığı 1954-cü il Montevideo Qətnaməsinin həmmüəllifi kimi tanınır. == Bioqrafiya == Lapenna Xorvatiyanın Split şəhərində (sonralar Avstriya-Macarıstan) anadan olub. 1933-cü ildə Zaqrebdə fəlsəfə doktoru, 1947-ci ildə Zaqreb Universitetində, sonra isə Londonda professor olur. 1949-cu ildə Yuqoslaviyanı tərk edərək Parisdə, 1951-ci ildən Böyük Britaniyada yaşayıb. 1962-ci ildə Böyük Britaniya vətəndaşı olur. İvo Lapenna 1987-ci ildə dəfn olunduğu Kopenhagendə vəfat edir. İvo Lapenna üç dəfə evlənir. Birinci həyat yoldaşı Emilija Lapenna, ikincisi Luba Lapenna, üçüncüsü Birthe Lapennadır (1986-cı ildən).
İvo Qrbiç
İvo Qrbiç (18 yanvar 1996, Split) — İspaniya La Liqasında çıxış edən Atletiko Madridin və Xorvatiya millisinin qapıçısı. == Klub karyerası == === Atletiko Madrid === 20 avqust 2020-ci ildə Qrbiç Atletiko Madrid ilə əlavə bonuslar və növbəti transferin faizi daxil olmaqla 3,5 milyon avro dəyərində dörd illik müqavilə imzaladı. Bununla da o ilk dəfə legioner futbolçu oldun. O, dekabrın 16-da İspaniya Kubokunda Cardassar ilə matçda debüt edib. Matç Atletiko Madridin 3–0 hesablı qələbəsi ilə başa çatıb. ==== Lill (icarə) ==== "Atletiko" ilə La Liqada 2020-21 mövsümündə çempion olduqdan sonra oyun təcrübəsi qazanmaq üçün Liqa-1'də 2020-21 mövsümünün çempionu olan "Lill"ə icarəyə verildi. "Lill"də ilk matçına 21 avqust 2021-ci ildə keçirilən "Lill"-"Sent-Etyen" matçında çıxıb. Matç 1-1 hesablı bərabərliklə başa çatıb. O , Çempionlar Liqasında debütünü sentyabrın 14-də VfL Wolfsburg ilə matçda edib. Matç qolsuz heç-heçə ilə başa çatıb.
Sara Jio
Sara Jio (ing. Sarah Jio; 18 fevral 1978, Beynbric-Aylend[d], Vaşinqton) — Amerikalı yazıçı, sentimental romanların müəllifidir. == Bioqrafiya == Sara Jio 18 fevral 1978-ci ildə Sietldə, Vaşinqtonda anadan olub. Uşaq ikən yazmağa başlayır və yerli qəzeti The Bremerton Sun üçün ilk köşəsin yazır. Daha sonra Jio Qərbi Vaşinqton Universitetində jurnalistika fakültəsinə daxil olur. Sara Jio karyerasına 2000-ci ildə The Silver Company-də hesab üzrə icraçı kimi başlamış və on il işlədiyi Seattle Pacific Universitetində redaktor olmuşdur. Eyni zamanda o, bir çox milli jurnal və qəzetlərdə səyahət, qidalanma, qida, sağlamlıq və psixologiyanı əhatə edən mövzularda məqalələr təqdim edən müstəqil yazıçı kimi çalışmışdır. 2010-cu ildə Sara Jio Penguin Random House ilə müqavilə bağlayır və o vaxtdan bu beynəlxalq nəşriyyat şirkəti bestselleri Böyürtkən qışı daxil olmaqla 11 roman nəşr edib. Onun romanları dünyanın 30-dan çox ölkəsində nəşr olunub və onlarla dilə tərcümə olunub. == Biblioqrafiya == 2011 — Mart ayında Bənövşələr (ing.
Sara Jio (yazıçı)
Sara Jio (ing. Sarah Jio; 18 fevral 1978, Beynbric-Aylend[d], Vaşinqton) — Amerikalı yazıçı, sentimental romanların müəllifidir. == Bioqrafiya == Sara Jio 18 fevral 1978-ci ildə Sietldə, Vaşinqtonda anadan olub. Uşaq ikən yazmağa başlayır və yerli qəzeti The Bremerton Sun üçün ilk köşəsin yazır. Daha sonra Jio Qərbi Vaşinqton Universitetində jurnalistika fakültəsinə daxil olur. Sara Jio karyerasına 2000-ci ildə The Silver Company-də hesab üzrə icraçı kimi başlamış və on il işlədiyi Seattle Pacific Universitetində redaktor olmuşdur. Eyni zamanda o, bir çox milli jurnal və qəzetlərdə səyahət, qidalanma, qida, sağlamlıq və psixologiyanı əhatə edən mövzularda məqalələr təqdim edən müstəqil yazıçı kimi çalışmışdır. 2010-cu ildə Sara Jio Penguin Random House ilə müqavilə bağlayır və o vaxtdan bu beynəlxalq nəşriyyat şirkəti bestselleri Böyürtkən qışı daxil olmaqla 11 roman nəşr edib. Onun romanları dünyanın 30-dan çox ölkəsində nəşr olunub və onlarla dilə tərcümə olunub. == Biblioqrafiya == 2011 — Mart ayında Bənövşələr (ing.
Şanxay Jiao Tonq Universiteti
Şanxay Jiao Tonq Universiteti (çin. 上海交通大学; hərfi tərcüməsi: azərb. Şanxay Nəqliyyat Universiteti‎) — Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən ali təhsil müəssisəsi. "Academic Ranking of World Universities" 2003-cü ildən bu universitet tərəfindən tərtib olunur. == Tarixi == Universitetin əsası 1896-cı ildə qoyulmuşdur. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üvüdür. "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Sant'İvo alla Sapienza
Sant'İvo alla Sapienza kilsəsi (it. Chiesa di Sant’Ivo alla Sapienza) — İtaliyanın paytaxtı Roma şəhərində yerləşən katolik məbədi və XVII əsrin parlaq və füsunkar barokko üslubunun təkrarolunmaz nümunəsidir. Dahi Borromini yaradıcılığının və ustalığının tanınmış incilərindən sayılan bu kilsə, Navona meydanından bir qədər şərqdə, daha dəqiq desək, Korso del Rinaşimento küçəsində yerləşir, ancaq hündür binaların fasadları kilsəni tam şəkildə seyr etməyə maneəçilik törədir. Mərkəzi binanın unikal memarlıq dizaynı və qəliz konçetto simvolikası onu, Romanın ən orijinal və gözəl kilsələrindən birinə çevirir. Kilsə yezuitlər ordeninin patronu, hüquqşünasların isə himayədarı olmuş Bretanlı İvoya ithaf olunmuşdur. == Tarix == Sant'İvo 1303-cü ildə birbaşa Vatikana təhtəlhesab olmuş kapella binası kimi Roma Papası VIII Bonifasi tərəfindən təsis edilmiş və bu bina daha sonralar La Sapienza Universitetinin formalaşması üçün əsas olmuşdur. Kilsə artıq mövcud olmuş, 1564–1630-cu illər arasında əsasən gecikmiş İntibah dövrünün memarı Cakomo della Portanın tərtib etdiyi layihə əsasında tədricən ucaldılan Palazzo della Sapienza sarayının tikili kompleksini haşiyələndirən köndələn və düzbucaq həyətində quraşdırılmalı idi. Kilsə başlanğıcda Müqəddəs Fortunataya həsr edilmişdir. Daha sonralar isə bu kilsə ilə digər müqəddəslərin — Müqəddəs Böyük Levin, La Sapienza Universitetinin rektorları olmuş konsistoriya hüquqşünaslarının himayədarı və ilahi xilaskarı Müqəddəs İvo, eləcə də təqdisetmə mərasimi münasibətilə kilsəyə təqdim olunmuş məzlum Müqəddəs Aleksandr adı ilə əlaqələndirilmişdir. Hələ memar della Portanın Romada fəaliyyət göstərdiyi illərdə Universitet kapellası üçün mərkəzi binanın inşa edilməsi planlaşdırılırdı, lakin o dövrdə kifayət qədər vəsaitin olmaması, bu ideyanın reallaşdırılmasına əngəl törətmişdir.
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden — Braziliya müğənni İveti Sanqalu və nəğməkar şair, New York Madison Square Garden yaşayır qeydə tərəfindən on birinci albom edir.
Ajio
Bico
Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur Bico Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir. ==== "Bico" sözünün etimologiyası ==== Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir. Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır: Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır ki, bu daha əsaslandırılmış versiyadır.
Biva
Biva gölü — Yaponiyanın ən böyük şirin sulu gölü. Biva (musiqi aləti) — Yapon musiqi aləti.
Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element. == Civənin tarixi == İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir: HgS+O2→Hg+SO2 Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir). == Civə təhlükəlidir == .Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.
Dico
Dico — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 162 nəfərdir. == Toponimiyası == Dico kəndi Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki di (kənd) və colqo (yer) sözlərindən düzəlib, "kənd yeri" mənasındadır.
Diqo
Diqo — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Diqo Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonim Talış dilindəki di (kənd) və qo (yer) sözlərindən düzəlib, "kənd yeri" deməkdir. == Etimologiyası == Coğrafi ad talış dilində di "kənd" və qo "yer" mənasındadır. Diqo Diqoov adından təhrifdir. == İqtisadiyyatı == Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Diva
Diva — opera, teatr, kino və pop musiqidə üstün qabiliyyətlərə sahib tanınmış qadın sənətçidir.
Eiso
Eyso - Eyso sülaləsindən ilk Rükyu kralı. Gihonun baş naziri idi, o taxtdan əl çəkərkən yerinə gəlmişdi. Onun hakimiyyəti dövründə vergi sistemində və idarəetmədə inkişaflar başlamışdı. Kumecima, İheya kimi adalar krala vergi verməyə başlamışdı. Amami-Oşima adası da ələ keçirilmişdi. 1272-ci və 1276-cı illərdə Xubilay xanın elçilərini qəbul etmişdi.
FİVB
Beynəlxalq Voleybol Federasiyası (ixtisarı FİVB) — dünya üzrə voleybola nəzarət edən qurum. 222 ölkənin voleybol federasiyası quruma üzvdür. Federasiyanın yaranma tarixi isə 1947-ci il ilə təsadüf edir.
Giro
Giro vulusvalisi — Əfqanıstanın Qəzni vilayətində inzibati ərazi vahidi.
Givi
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: == Aşağı Givi == Dəmirçi, Sitallı, Gəylər, Bazar. == Yuxarı Givi == Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Hivi
Hivi (alm. Hilfswilliger‎; azərb. könüllü köməkçi‎ sözünün abreviaturası) — İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqını işğal etməyə çalışan nasistlərin hitlerçi qüvvələr ilə əməkdaşlıq edən sovet qruplarını izah edən termin. Daha sonra işğal altındakı Şərqi Avropa bölgələrindəki yerli xalqlar üçün də istifadə edildi. Adolf Hitler istəksizcə sovet vətəndaşlarının Nasist Almaniyasının işğal edilmiş arxa bölgələrində işlədilməsinə icazə vermək qərarına gəlmişdir. Onların bir çoxu qısa müddətdən sonra hərbi hissələrə köçürüldü. Onlar Sovet hərbi əsirlərinə qarşı nasistlərin törətdikləri cinayətlərin bir hissəsi olaraq bir çox insanın ölümünə görə məsuliyyət daşıyırdılar cavabdeh idilər. == Haqqında == 1942-ci ilin sonlarında Hiwi qrupları 2-ci Panzer Ordusunun 134-cü Piyada Diviziyasının 50 faizini və Stalinqrad döyüşündəki 6-cı Ordunun 25 faizini təşkil edirdi. 1944-cü ilə qədər onların sayı 600.000-ə qədər artmışdı. Sovet İttifaqında yaşayan kişilər və qadınlar bu könüllü qruplara qəbul edilirdilər.
Çivi
Çivi — maşın hissələrini birləşdirmək üçün tətbiq olunan hissədir. Onlar ən qədim və sadə maşın hissələrindəndir. Çivilər silindrik və konusformalı olurlar. Çivi ilə birləşən hissələr bir-birinə nəzərən həm hərkətli, həm də sərt bərkidilə bilərlər. Onlar qüvvə ötürmə qabiliyyətinə malikdirlər. Çivilərin ölçüləri onlara düşən yükdən asılı olaraq kəsilməyə, əyilməyə aparılan hesabatlar nəticəsində tapılır. Bu ölçülər standartlaşdırlmışdır.
FIFO
FIFO (ing. first in, first out "birinci daxil, ilk çıxış") — zaman və prioritetlərlə bağlı məlumatların təşkili və manipulyasiya üsulu. Bu ifadə "birinci daxil, ilk çıxış" prinsipinə uyğun olaraq prosesi tənzimləməklə növbənin və ya ziddiyyətli tələblərə xidmətin texniki işlənməsi prinsipini təsvir edir. Birinci gələnə xidmət verilir, sonrakı birincinin xidməti başa çatana qədər gözləyir və s. Bu prinsip insanlar növbəyə daxil olduqları ardıcıllıqla xidmət alarkən növbəyə duran şəxslərin davranışına bənzəyir. Eyni şey, məsələn, tənzimlənməyən kəsişmədə, sürücülər sürməyə davam etmək üçün öz növbəsini gözlədikdə baş verir. Daha geniş mənada, LIFO (last-in, first-out son gələn, ilk çıxan) abstraksiya FIFO abstraksiyasının əksidir. Daha az istifadə olunan FILO sinonimini nəzərə alsaq, fərq daha aydın ola bilər ki, bu da birinci gələn, axırıncı çıxan ("ilk gələn, sonuncu çıxan") mənasını verir. Əslində, hər iki abstraksiya daha ümumi siyahı manipulyasiya anlayışının spesifik hallarıdır. Fərq siyahıda (məlumatlarda) deyil, məzmuna giriş qaydasındadır.