Sara Jio[1] (ing. Sarah Jio; 18 fevral 1978, Beynbric-Aylend[d], Vaşinqton) — Amerikalı yazıçı, sentimental romanların müəllifidir.
Sara Jio | |
---|---|
ing. Sarah Jio | |
Doğum tarixi | 18 fevral 1978 (46 yaş) |
Doğum yeri | |
Milliyyəti | Amerika |
Təhsili | Vaşinqton Universiteti |
İxtisası | Yazıçı |
Fəaliyyəti | nasir, jurnalist, yazıçı |
Fəaliyyət illəri | 2011-ci ildən |
Əsərlərinin dili | ingilis |
Janr | Roman |
İlk əsəri | "Mart ayında bənövşələr" |
Tanınmış əsəri | "Mart ayında bənövşələr" |
sarahjio.com |
Sara Jio 18 fevral 1978-ci ildə Sietldə, Vaşinqtonda anadan olub.[2] Uşaq ikən yazmağa başlayır və yerli qəzeti The Bremerton Sun üçün ilk köşəsin yazır. Daha sonra Jio Qərbi Vaşinqton Universitetində jurnalistika fakültəsinə daxil olur. Sara Jio karyerasına 2000-ci ildə The Silver Company-də hesab üzrə icraçı kimi başlamış və on il işlədiyi Seattle Pacific Universitetində redaktor olmuşdur. Eyni zamanda o, bir çox milli jurnal və qəzetlərdə səyahət, qidalanma, qida,[3][4] sağlamlıq və psixologiyanı əhatə edən mövzularda məqalələr təqdim edən müstəqil yazıçı kimi çalışmışdır. 2010-cu ildə Sara Jio Penguin Random House ilə müqavilə bağlayır və o vaxtdan bu beynəlxalq nəşriyyat şirkəti bestselleri Böyürtkən qışı daxil olmaqla 11 roman nəşr edib. Onun romanları dünyanın 30-dan çox ölkəsində nəşr olunub və onlarla dilə tərcümə olunub.[5]