Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ANobii
Anobii — oxucular üçün nəzərdə tutulmuş sosial şəbəkədir. Onun veb-saytı 2006-cı ildə Greg Sung tərəfindən açılmışdır. O, Mondadori tərəfindən 2014-cü ildə HMV Group, HarperCollins, Penguin və Random House tərəfindən dəstəklənən müəssisədən alınıb. Xidmət fərdlərə kitablarını kataloqlaşdırmağa və onları qiymətləndirməyə, nəzərdən keçirməyə və digər oxucularla müzakirə etməyə imkan verir. Xidmət Anobii veb-saytı və iOS və Android proqramı vasitəsilə mövcuddur. Proqramlar fərdlərə kitabları barkodla skan etməyə və həm icma, həm də ekspert rəylərini oxumağa imkan verir. Anobii 20-dən çox ölkədə oxuculara malikdir, lakin ən çox İtaliyada populyardır. == Tarixi == 2 mart 2011-ci ildə elan edildi ki, 2010-cu ildə Anobii HMV Group-un rəhbərlik etdiyi və HarperCollins, Penguin və [[Böyük Britaniya] tərəfindən dəstəklənən Böyük Britaniya startapı tərəfindən alınıb. Random House Group]] və şirkətin kitabları və ən çox ebookları almaq imkanı olan vebsaytın yeni versiyası üzərində işlədiyini bildirir. 12 iyun 2012-ci ildə HMV-nin payını Böyük Britaniyanın Sainsbury's supermarket şirkətinə 1 funt sterlinqə satdığı elan edildi.
Zenobia
Zenobia — III əsrdə Suriyada hökm sürən Palmira İmperatorluğunun kraliçasi və Kral Septimius Odinatusun ikinci həyat yoldaşı.Kralın ölümüylə rəhbərliyi ələ keçirdi və əsir düşənə qədər imperatorluğu idarə etdi.Suriya, Livan, Fələstin, Misir və Anadolunun cənub və şərq bölgələrini idarəsi altına aldı.Roma İmperatoru Orelian tərəfindən imperatorluğu yıxılaraq, əsir alındı və İtaliyanın Tibur (Tivoli) şəhərində iqamətə məcbur edildi. == Həyatı == Zenobia, Suriyanın Palmira şəhərində dünyaya gəlib və böyüdü.Latın və Yunan yazıçılar onu Zenobia kimi adlandırıblar. Onun Roman adı Julia Aurelia Zenobia və Yunancada Zēnobía (yun. ἡ Ζηνοβία) və ya Septimia Zenobia kimi tanınır."Septimia"nı Septimius Odaenatus ilə evləndikdən sonra adına əlavə ediblər.Onun adının Aramicə forması Bat-Zabbai (arami. בת זבי) idi. Ərəbcə yazıçılara, o al-Zabbā (ərəb. الزباء‎) kimi tanınır.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Zinobi Silikaşvili
Zinobi Silikaşvili (gürc. ზინობი სილიკაშვილი) və ya Zinovi Silikov (rus. Зиновий Силиков; 1891, Vartaşen, Nuxa qəzası – 16 oktyabr 1938, Tbilisi) — udinəsilli Gürcüstan-sovet ictimai xadimi. O, Gürcüstanda udin icmasının ilk rəhbəri və Kvareli bələdiyyəsinin Zinobiani kəndinin yaradıcısı olmuşdur. == Həyatı == === Erkən illəri === Zinobi Silikaşvili 1891-ci ildə Nuxa qəzasının Vartaşen (indiki Azərbaycanın Oğuz şəhəri) kəndində Andriya Silikov və Məryəm Ceyranovanın ailəsində anadan olmuşdur. Silikovlar varlı və yerli udin icmasının əhəmiyyətli nümayəndələri idi. Onların ailəsi Vartaşendə və onun ətrafında yerləşən ipək fabriklərinə, torpaqlara və digər əmlak növlərinə sahib idi. Silikaşvilinin əcdadı Petre Silikov 1822-ci ildə Müqəddəs Yelisey Kilsəsini qurmuşdur. Zinobi Silikaşvili 1911-ci ilə qədər Tbilisi İlahiyyat Seminariyasında təhsil almışdır. Daha sonra 1917-ci ildə Rusiyaya getmişdir.
Zabit Allahverdiyev
Zabit Məhəmmədşərifov
Zabit Əhmədoviç Məhəmmədşərifov (rus. Забит Ахмедович Магомедшарипов; 1 mart 1970) — Avar əsilli Rusiya qarışıq döyüş sənətkarı, hal-hazırda Ultimate Fight Çempionatının (UFC) yüngül çəki divizionunda yarışır. 30 İyul 2020 tarixinə görə, UFC yarım-yüngül çəki (featherweight) dərəcələrində 3-cü yerdədir. == Həyatı == Dağıstanda Xasavyurt şəhərində anadan olub. Əslən avardır. 10 yaşında sərbəst güləşlə məşğul olmağa başladı. Bir müddət kikboksinq və futbol ilə məşğul oldu. 2003-cü ildən etibarən Uşhu Sanda məşqlərinə başladı. 2012-ci ildən qarışıq döyüş sənətlərində yarışmağa başladı. Ailəli deyil.
Zabit Nəbizadə
Zabit Nəbizadə (1 may 1965, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Xalq Artisti == Həyatı == Zabit Nəbizadə 1965-ci ildə Şamaxı rayonunun Şıxzahırlı kəndində doğulub. Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində təhsil almışdır. 2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır. Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil etmişdir. 2005-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 2011-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Zabit Quliyev
Zabit Adil oğlu Quliyev (6 iyun 1975, Ərəbxana, Kürdəmir rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra rayonda təsərrüfat işlərində çalışır. 1993-cü ildə isə Milli Orduya çağırılıb. == Döyüşlərdə iştirakı == Zabit Quliyev cəbhə bölgəsində xidmətə başlayır. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənir.Dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarır. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib. == Ailəsi == Ailəlidir, bir övladı var. == Mükafatları == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Vüqar Əsgərov.
Zabit Səmədov
Zabit Mübariz oğlu Səmədov (belar. Забіт Самедаў; 21 iyun 1984, Candar, Qardabani rayonu) — Gürcüstanda azərbaycanlı ailəsində anadan olmuş, Azərbaycan idmançısıdır. == Həyatı və karyerası == Zabit Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçmüşdür. O, 9 yaşından idmanla məşğul olmağa başlamışdır. Əvvəllər o, Əziz Dursunovun təlimi altında 6 ay karate ilə məşğul olmuşdur. Sonra o Muay tay idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən o, Minskdə məşhur klub olan Chinuk GYM-də idmanını davam etdirir. O (en:Alexey Ignashov) və (en:Sergei Gur) ilə birlikdə məşqçi Dmitry Pioçeski təlimi altında məşqini sürdürür. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və avropa çempionu olmuşdur. Sonradan Zabit Səmədov peşakar döyüşlərə üz tutmuşdur.
Zabit Xəlilov
Zabit Cəmşid oğlu Xəlilov — 1-ci dərəcəli dövlət qulluqçusu, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "H. Zərdabi" mukafatçısı. == Həyatı == Zabit (Dolğun) Xəlilov 30 mart 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Pedoqoji İnstitutunu, 1991-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan KP MK-nin yanında Ali Partiya məktəbinin "partiya quruculuğu" fakultəsini "FƏRQLƏNMƏ" diplomları ilə bitirmişdir. 1981-1982-ci illərdə Daşkəsən Partiya Komitəsinin orqanı olan "Daşkəsən" qəzetinin nəzdində iki illik "Gənc muxbirlər" məktəbini bitirmişdir. 1981-1991-ci illərdə Daşkəsən Rayon Komsomol Komitəsində, Gəncə Şəhər Komsomol Komitəsində, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Beynəlxalq Gənclər Turizm bürosunda şöbə müdiri işləmişdir. 1991-1995-ci illərdə Gəncə İqtisadiyyat Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır. 1995-2013-ci illərdə Gəncə Şəhəri, Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar və Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləmişdir. Birinci dərəcəli dövlət qulluqçusudur. İşlədiyi müddətdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional şöbəsinin "Fəxri Fərman"ları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. 07 yanvar 2013-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Respublika" qəzeti redaksiyasının bölgə müxbiridir.
Sənan Axundov (zabit)
Tofiq Kərimov (zabit)
Tofiq Dadaş oğlu Kərimov (7 iyul 1973; Qaradağ rayonu Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tofiq Kərimov 7 iyul 1973-cü ildə Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. 253 nömrəli məktəbin birinci sinifinə daxil olub və həmin məktəbdə 8-ci sinifə qədər təhsil almış ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirmişdir. Ardınca Sovet İttifaqı Marşalı S.S.Biryuzov adına Riqa Ali Hərbi-Siyasi Məktəbində təhsil almışdır. Həmçinin Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin müdavimi olmuşdur. Şəhidin 3 oğlu yadigar qalıb. == Hərbi xidməti == Birinci Qarabağ müharibəsi zamanı cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Tofiq Kərimov 1998-2004 cü illərdə Xüsusi Təyinatlı Qüvvələrdə, 2004-2010-cu illərdə isə kəşfiyyat bölüyündə xidmət etmişdir. 2010-cu ildə öz istəyi ilə silahlı qüvvələrdən ehtiyata buraxılmışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun mayoru olan Tofiq Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Tofiq Kərimov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.
Zabit və Centilmen
Zabit və Centilmen, orijinal adı "An Officer and a Gentleman" olan 1982 tarixli klassik filmdir. Baş rollarda Richard Gere ve Debra Winger oynamışdırlar. Filmin rejissoru Taylor Hackforddur.
Şakir Sabir Zabit
Şakir Sabir Zabit (1913, Kərkük – 1990, Bağdad) — folklorşünas, etnoqraf və tarixçi. == Həyatı == Şakir Sabir Zabit 1913-cü ildə Kərkükdə anadan olub. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, liseyi Bağdadda bitirib. 1933-cü ildə Hərbiyyədən məzun olmuş Şakir Sabir Zabit İraq ordusunda zabit kimi xidmət edib. 1938-də hərbi məktəbi bitirib. 1953-cü ildə isə polkovnik rütbəsində təqaüdə çıxıb. Şakir Sabirın peşəsi zabit olduğuna görə ədəbi-bədii, elmi-publisistik əsərlərində “Zabit” təxəllüsündən istifadə edib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır. == Fəaliyyəti == İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır.
Əli Məhərrəmov (zabit)
Məhərrəmov Əli Əmirxan oğlu (30 oktyabr 1975, Daşkənd, Vardenis rayonu) — Azərbaycan hərbçisi, baş leytenant; İkinci Qarabağ müharibəsinin iştirakçısı. == Həyatı == Əli Məhərrəmov 30 oktyabr 1975-ci ildə Göyçə mahalının Daşkənd kəndində doğulub. 1983–1988-ci illərdə Vardenis rayonunun Daşkənd kənd orta məktəbində, 1988–1993-cü illərdə isə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. 1995-ci ildə Bakı Rabitə Kollecinin "Mühasibat uçotu" şöbəsinini, 1999-cu ildə isə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "İqtisadiyyat" fakültəsinin "Aqrar istehsalatın iqtisadiyyatı və idarə edilməsi" ixtisasını bitirmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə Göyçə mahalından məcburi köçərək Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır. 2000–2002-ci illərdə "Uşaqları Qoruyun" (ing. Save Childrens) təşkilatında provoyder, 2002–2003-cü illərdə KOSİA-SMEDA təşkilatında məsləhətçi vəzifələrində işləmişdir. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Hərbi xidməti == Əli Məhərrəmov 2003–2005-ci illərdə Baş leytenant rütbəsində Qazax rayonundakı N saylı hərbi hissədə artilleriyanın taqım komandiri olmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === 27 sentyabr 2020-ci ildə başlayan Azərbaycanın əks-hücum əməliyyatlarından sonra ehtiyatda olan artilleriya zabiti qismində xidmətə çağırılmışdır.
Corc Anson (zabit, 1769)
Corc Anson (ilk soyadı – Adams; ing. Sir George Anson; 1769[…] – 4 noyabr 1849, Çelsi, Böyük London) — Böyük Britaniya zabiti və siyasətçisi. O, Piriney müharibəsi dövründə hersoq Artur Uelsli Vellinqton rəhbərliyindəki Böyük Britaniya Süvari Briqadasını idarə etmiş və illərlə viqlərdən olan parlament üzvü kimi çalışmışdır. == Həyatı == Corc Anson Corc Adamsın və lord I Corc Veneybls-Vernonun qızı Meri Vernonun ikinci oğludur. Onun böyük qardaşı Tomas Anson, kiçik qardaşları isə ser Uilyam Anson və Frederik Anson idi. == Karyerası == === Piriney müharibəsi === Corc Anson Böyük Britaniya ordusuna 1786-cı ildə qoşulmuşdur. O, Hollandiyada, York hersoqu Şahzadə Frederik və ser Ralf Eberkrombi rəhbərliyi altında xidmət göstərmişdir. O, Piriney müharibəsindəki bütün kampaniyalarda iştirak etmişdir və İkinci Porto döyüşü zamanı 16-cı yüngül draquna rəhbərlik etdiyi görə mükafatla təltif olunmuşdur. Anson Talavera, Busak, Salamanka və Vittoriya döyüşlərindəki fəaliyyətinə görə daha çox hörmət qazanmışdır. O həmçinin, Vento-del-Poso döyüşündə də iştirak etmişdir.
Məhəmməd Baqiri (iranlı zabit)
Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) (farsca: محمد باقری) (iyun 1960, Təbriz, İran) — iranlı General-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri. Hal-hazırda İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisidir. == Bioqrafiya == Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssisdir. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014-2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir.
Zabit şərəfi (film, 2015)
4.1 şəhər motivləri kinoalmanaxı xaricdə təhsil alan beş gənc azərbaycanlı rejissorun lentə aldığı beş qısametrajlı filmdən ibarətdir. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası və Adarifilms tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Gülzar Qurbanova, Cavanşir Hadıyev, Roman Şulqa, Əli Nəsib, Teymur Nadir, Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov, Zemfira Sadıqova, Əlibəy Məmmədli, Əbdül Mahmudov, Dilarə Kazımova, Rövşən Vəliyev, Azər Aydəmir, Əbdül Mahmudov və Aqil M. Quliyev ifa edirlər.
Ehsan xan Naxçıvanski (zabit)
Ehsan xan Naxçıvanski (1855 — 1894) — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı. == Fəaliyyəti == II Kalbalı xanın böyük oğlu II Ehsan xan 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. II Ehsan xan ilk təhsilini çarın paj korpusunda almışdı. Ona ulan alayının leyb-qvardiyasında fəal iştirakına və yüksək nizamintizama görə 1876-cı ildə poruçik rütbəsi verilmişdir. 1879-cu ildə Baş qərargahın nəzdində fəaliyyət göstərən Nikolay Akademiyasına qəbul olmuş II Ehsan xan təhsilini yarımçıq qoyaraq 1880-1881-ci illərdə Mərkəzi Asiyada gedən hərbi əməliyyatlara qatılmış və ağır kontuziya almışdır. II Ehsan xan döyüşlərdə göstərdiyi xidmətlərə görə III dərəcəli “Müqəddəs Stanislav”, IV dərəcəli “Müqəddəs Anna”, qeyri-xristianlar üçün “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüş, 1879-cu ildə mayor rütbəsi almış və Rumın iyonu “Dəmir İyon xaçı” ordeninə layiq görülmüş, 1884-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir.