Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ariy Kamen
Ariy Kamen — Komandor adalarına daxil olan ada. İnzibati cəhətdən Kamçatka diyarı Aleut raroyu ərazisində yerləşir. Arxipelaqın dördüncü adasıdır. Berinq adasından 6,3 km qərbdə yerləşir. Ən hündür nöqtəsi 53 metrdir. Ada şirin sudan məhrumdur. Adadan cənubda hündürlüyü 2 m olan ensiz adacıq vardır. == Tarixi == Ada 1824 ildə О. Y. Kosebu tərəfindən Novıy adlandırılır. 3 ildən sonra adanı Litke ziyarət edir və onu Sivuçim adı verilir. 1848 ildə Ariy olaraq adlandırılır.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. == Ümumi məlumat == Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Kamen dağı
Kamen dağı — Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşən və hündürlüyü 1701 m olan zirvə. İnzibati cəhətdən Taymır və Evenk rayonları arasında yerləşir. Zirvə Putarana yaylası və Ortasibir alçaqdağlığının ən hündür nöqtəsi hesab edilir. Dağın ətəklərindən Xuta və Kotuy çayları başlanğıcını götürür. Zirvə 1971—1972-ci illərdə SSRİ EA Coğrafiya İnstitutu tərəfindən tətqiq edilmişdir.
Kanin Kamen
Kanin Kamen — Kanin yarımadasının şimalında, yaylaya bənzər tirə. İnzibati baxımdan Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Kanin Kamen Timanski tirəsinin davamını təşkil edir. Tirə kristalik şistdən təşkil olunmuşdur. Onun maksimal hündürlüyü 241 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos burnunu əmələ gətirir.
Serdse-Kamen
Serdse-Kamen (çuk. Пыттэлгыянраквын) — Çukot yarımadasının şimal-şərqində yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisində yerləşir. Burundan 11 km qərbdə Enurmino kəndi yerləşir. Çukot dilində — Pıttelqıyanrakvın olaraq «Burun sonunda ayrılmış daş» mənasını verir. == Tarixi == Burun 1728 ildə Vitus Berinq tərəfindən Herxard Millerin ekspedisiyası nəticəsində Serdse-Kamen bunu olaraq xəritəyə salmışdır. Bu burnun insan ürəyi ilə heç bir əlaqəsi yoxdur (bənzərlik). 1 sentyabr 1778-ci ildə Ceyms Kuk bu adı xəritədində qeyd edərkən ismin uğursuzluğunu vurğulamışdır. == Fauna == 2009-cu ildə dünyanın ən böyük Morj yerləşim yerləri aşkarlanmışdır. Burada 97 min baş morj aşkarlanmışdır.
Sivuçi Kamen
Sivuçi Kamen adası — Komandor adalarının tərkibinə daxil olan ada. Mednı adasının şimal-qərbində, sahildən 0,1 km aralıda yerləşir. Öz növbəsində uzunluğu 160 metr olan qayalı uzantıdan ibarətdir. Sahilə perepentukulyar formada uzanır. Adada yaşayış yoxdur.
Starik-Kamen
Starik-Kamen — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Orta Uralın, Vesyolıe Qorı silsiləsinin ən yüksək zirvələrindən biridir. Dağın hündürlüyü 755 m-dir. Qornouralski rayonundakı ən yüksək dağdır və Nijnı Taqil yaxınlığındakı ən yüksək dağ zirvəsidir. Geomorfoloji, geoloji və botanika təbiət abidəsidir. İstirahət, turizm və alpinizm üçün məşhur yerdir. Zirvə həmdə dini xarakter daşıyır. Sovet dövründə dinə qarşı mübarizə dövründə dağlarda dua etmək qadağan oluinur. Lakin bu günə qədər tək-tük dindarlar oraya qalxır. Ağ mərmərdən hazırlanmış, kənarları naxışlı olan Ata Pavelin qəbri, Starik-Kamen dağında yerləşirdi. 1962-ci ilə qədər qorunub bu qəbirüstü abidə qorunub saxlanılmışdı.
Kamon
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Karen
Karen — soyad, ərəb kişi adı, hansı ki, Ermənistandə geniş yayılıb. Karen Şeperd — ABŞ döyüş ustası, film və televiziya aktrisası. Karen Gillan — Şotlandiyalı aktrisa və köhnə maneken. Karen Cromie Digər Karen, həmçinin Karin, Karin-Pəxləvidlər, Karen-Pəxləvi — qədim İran sülaləsi, İranın yeddi böyük evindən biri. Karen — bir sıra terpenlərin orqanik birləşməsi, skipidarın komponenti. Karen — Birmada ştat (milli dairə).
Ramen
Ramen (yap. ラーメン, 拉麺, 老麺) - buğdadan hazırlanmış yapon əriştə şorbası. Yapon sayılsada Yaponiyaya Çindən gəlib. Yapon dilində ramen sözü Çin 拉麺 (pinyin: lāmiàn), mənşəlidir və "dartılmış makaron" mənasını verir.
Samen
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Amen
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Dikiy Kamen adası
Dikiy Kamen adası (fin Satasilmä) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Hündürlüyü 6 metr olan qayalıqdan ibarətdir. Üzərini iynəyarpaqlı meşələr örtmüşdür. Kozlinı və Martinsaari adaları arasında yerləşir. 1920–1940-cı illərdə ada Finlandiyaya məxsus olmuşdur.
Kamen-Muqdıkın adası
Kamen-Muqdıkın adası — Oxot dənizində, Odyan körfəzi, Melkovodnı buxtasında qərarlaşan ada. Materiklə arasında məsafə 250 km təşkil edir. İnzibati cəhətdən Maqadan vilayəti Olski rayonu ərazisinə daxildir. Adada daimi yaşayış yoxdur.
Kamen Opasnosti adası
Kamen Opasnosti adası — Saxalin adasının cənub-şərqində yerləşən Krilon burnundan 14 aralıda yerləşir. Ada Oxot dənizində Laperuz boğazında yerləşir. Öz növbəsində qayalıqdan ibarət olan adadır. Adanın uzunluğu 150 m, eni isə 50 m təşkil edir. Hündürlüyü 7,9 metrdir. Avropalılar ilk dəfə bu ada ilə 1787-ci ilin avqustunda Jan Fransua de Laperuzun ekspedisiyası zamanı tanış olmuşdur. Fransızlar adanı Təhlükəli (fr. La Dangereuse) olaraq adlandırmışlar. Laperuza boğazını xüsusi ilə yay ayları duman basdığından gəmilər üçün böyük təhlükə yaranır. Buradan keçmək məqsədi ilə dənizçilər dəniz şirlərinin səslərinə qulaq asmalı olurdular.
Kamen İnqrad FK
Kamen İnqrad (Velika) - Xorvatiyanın futbol klubu == Tarixi == 1929-cu ildə yaranıb. == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Sivuçi Kamen Vostoçnı
Sivuçi Kamen Vostoçnı adası — Komandor adalarının tərkibinə daxil olan ada. Mednı adasının şərqində, sahildən 0,5 km aralıda yerləşir. Öz növbəsində ada Rusiya Kamçatka diyarı Aleut rayonu ərazisinə daxildir. Komandor qoruğu ərazisinin tərkib hissəsini təşkil edir. Adada yaşayış yoxdur.
Starik-Kamen qayası
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Revda şəhər dairəsi bələdiyyə təşkilatının sərhədində, Ural dağlarında yerləşən qaya. Şunut dağından üç kilometr aralıda yerləşən Konovalovski Uval silsiləsinin zirvələrindən biridir. Qaya yaşlı bir insanın başını xatırlatdığından xarakterik forması ilə bu adı almışdır. Geomorfoloji təbii abidə və populyar bir turizm məkanıdır. == Coğrafiyası == Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində, Konovalovski Uval silsiləsində yerləşir. Şunut dağından 5 kilometr cənub-şərqdə, Bolşaya Lavrovka kəndinin 10,5 kilometr məsafədə yerləşir. Dağın hündürlüyü 648,1 metrdir. Geomorfoloji təbii abidədir. Yuxarıda 25-30 metr hündürlüyündə qəribə qaya formasiyadır. Papaqlı yaşlı bir insanın başını xatırladır.
Kamel Daoud
Kamel Daoud (17 iyun 1970[…], Mostaqanem, Mostaqanem vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Kamel Daoud 17 iyun 1970-ci ildə Əlcəzairin Mostaqanem şəhərində anadan olub. Onun "Merso, istintaq" romanı fransız yazıçısı Albert Camus-nun "Yad" romanının təsiri ilə yazılıb. "Yad"da baş qəhrəman Merso bir ərəbi öldürür. Əlcəzairli yazıçının romanı həmin ərəbin qardaşının dilindən nəql edilir. Ötən il Daoud başqa bir nüfuzlu mükafatı — Franois Mauriac ödülünü də qazanmışdı. Daoud Əlcəzairin Oran şəhərində yaşayır. 44 yaşı var. Jurnalistdir. Əlcəzair prezidenti Abdelaziz Bouteflikanı sərt tənqid edən yazarlardandır.
Karen Karapetyan
Karen Vilhelmoviç Karapetyan (erm. Կարեն Վիլհելմի Կարապետյան; 14 avqust 1963, Stepanakert) — Ermənistan baş naziri(13 sentyabr 2016 – 9 aprel 2018), Ermənistan baş naziri səlahiyyətlərinin icraçısı(9 aprel-17 aprel 2018; 23 aprel 2018-ci ildən), İrəvanın keçmiş meri (2010–2011), hakim Ermənistan Respublika Partiyası tərəfindən Ermənistan baş nazirliyinə namizədliyi irəli sürülüb. == Tərcümeyi-halı == 1970–1980 — İrəvan şəhər Lev Tolstoy adına 128 saylı orta məktəbində təhsil alıb. 1980–1985 — İrəvan Dövlət Universitetinin riyaziyyat fakültəsində təhsil alıb. 1989 — iqtisad elmləri namizədi elmi adını alıb. 1996–1998 — "Ermenerji" QSM baş direktorunun müavini. 1998–2001 — "Ermenerji" QSM baş direktoru. 2001 — "Ermrosqazprom" QSC baş direktoru. 2008 — Ereksimbank şurasının sədri. 17 dekabr 2010–28 oktyabr 2011 — İrəvanın meri.
Karen Klar
Karen Klar (9 aprel 1972) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Karen Klar Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Karen Klar Olimpiadanın gümüş medalına sahib olub.
Karen Kokburn
Karen Kokburn (2 oktyabr 1980, Toronto) — Kanadanı təmsil edən batut gimnastı. Karen Kokburn, 2000, 2004, 2008 və 2012-ci illərdə Kanadanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında bürünc, 2004 Afina və 2008 Pekin Olimpiadalarında isə gümüş medal qazanan Karen Kokburn, həmdə Dünya Çempionatlarında 2 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub. == Karyerası == === 2000 Sidney Olimpiadası === Karen Kokburn, 2000-ci ildə Kanada bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Kokburn, 37.40 xal topladı və 8 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı. === 2004 Afina Olimpiadası === Karen Kokburn növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Kokburn, 39.20 xal topladı və 8 idmançı sırasında 2-ci yeri tutaraq Olimpiya Oyunlarının gümüş medalını qazandı. === 2008 Pekin Olimpiadası === Karen Kokburn üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Kokburn, 37.00 xal topladı və 8 idmançı sırasında 2-ci yeri tutaraq yenə Olimpiya Oyunlarının gümüş medalını qazandı. === 2012 London Olimpiadası === Karen Kokburn sonuncu, dördüncü dəfə Olimpiya Oyunlarına, 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı.
Karen Qillan
Karen Şeyla Qillan (ing. Karen Sheila Gillan; 28 noyabr 1987, İnverness, Şotlandiya) — şotland aktrisa və model. == Həyatı == Karen İnverness, Şotlandiyada anadan oldu və böyüdü. Qardaşı və bacısı olmayan Qillanın atası Reymond Con Qillan və anası Marie Qillan (evlilikdən əvvəlki soyadı: Peterson) Kinmiliesdə yaşayır. 7 yaşında pianinoda ifa etməyi öyrənən aktrisa, gənc yaşda aktrisalığı sevməyə başladı və bəzi gənclik teatr qruplarında yer aldı. On altı yaşında karyerasını davam etdirmək üçün Edinburqa köçdü. Buradakı Telford kollecində HNC Aktyorluq kursunu bitirdi. On səkkiz yaşı tamam olanda İtaliya Conti Teatr Sənətləri Akademiyası adlı dram məktəbində oxumaq üçün Londona köçdü və buradan Ədəbiyyat fakultəsi diplomunu alaraq məzun oldu. == Karyerası == İtaliya Conti-də təhsil həyatında davam edərkən moddelik agentliyində işə götürüldü və 2007 London Moda Həftəsində modellik etdu. == Şəxsi həyatı == 2011-ci ildə Fashion Targets Breast Cancer (FTBC)-in kompaniyasında yer aldı.
Karen Şahnəzərov
Karen Şahnəzərov (8 iyul 1952, Krasnodar) — rejissor. Əslən Şahnəzərovlardandır. Tanınmış Sovet və rus kinorejissoru, ictimai xadim, "Mosfilm" konserninin baş rejissoru və idarə heyətinin sədri, Rusiyanın Xalq artisti.
Karen Şeperd
Karen Şeperd (ing. Karen Sheperd; d. ABŞ) — ABŞ döyüş ustası, film və televiziya aktrisasıdır. Karate üzrə 1978-1980-cı illərdə qadınlar arasında 1-ci yeri tutmuşdur. 1997-ci ildə "Qara kəmər" jurnalında qadın mükafatçılar arasında 1-ci yerə layiq görülmüşdür. Həmçinin, Karen Kunq-fu, Ciu-citsu, Kenpo, Cüdo və digər döyüş sənətləri ilə məşğul olub.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.