Kamen Opasnosti adası

Kamen Opasnosti adasıSaxalin adasının cənub-şərqində yerləşən Krilon burnundan 14 aralıda yerləşir. Ada Oxot dənizində Laperuz boğazında yerləşir. Öz növbəsində qayalıqdan ibarət olan adadır. Adanın uzunluğu 150 m, eni isə 50 m təşkil edir. Hündürlüyü 7,9 metrdir. Avropalılar ilk dəfə bu ada ilə 1787-ci ilin avqustunda Jan Fransua de Laperuzun ekspedisiyası zamanı tanış olmuşdur. Fransızlar adanı Təhlükəli (fr. La Dangereuse) olaraq adlandırmışlar.

Kamen Opasnosti adası
rus. Камень Опасности
Ümumi məlumatlar
Sahəsi 0,0075 km²
Hündür nöqtəsi 7,9 m
Əhalisi 0 nəfər (2008-ci il)
Yerləşməsi
45°47′15″ şm. e. 142°13′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Kamen Opasnosti adası xəritədə
Kamen Opasnosti adası
Kamen Opasnosti adası
Kamen Opasnosti adası xəritədə
Kamen Opasnosti adası
Kamen Opasnosti adası

Laperuza boğazını xüsusi ilə yay ayları duman basdığından gəmilər üçün böyük təhlükə yaranır. Buradan keçmək məqsədilə dənizçilər dəniz şirlərinin səslərinə qulaq asmalı olurdular. 1913-cü ildə adada 18 metrlik beton konstruksiyalı mayak inşa edilmişdir.