Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kelpi
Kelpi (ing. Kelpie) — Şotlandiyada göllərdə və hovuzlarda yaşayan və formasını dəyişən su ruhuna verilən ad. Adətən at kimi təsvir olunsada, insan şəklini də qəbul edə bilər. == Etimoloqiya == Kelpi sözünün etimologiyası Şotland german dilində qeyri-müəyyən olsa da, Şotland kelt dilindəki calpa ("düyə") ya cailpeach ("sıpanı") sözündən əmələ gəlməsi təxmin olunur. Sözün ilk qeydə alınması Uillyam Kollinsin qəsidəsində, 1759-cu ildən əvvəl təxmin olunur. == Lox Ness == Demək olar ki, hər böyük Şotlandiya sularının kelpi ilə bağlı bir hekayəsi var, lakin ən geniş məlumatlı olan Lox Ness gölüdür. == Bədii təsviri == 2013-cü ilin oktyabrında Folkirkdə yerləşən Fort və Klayd Kanalında heykəltaraş Endi Skott tərəfindən Kelpi atları ucaldılmışdır.
Keçi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Pepi
Pepi — kişi adı. I Pepi — Qədim Misirin VI sülalədən hökmdarı (təxminən e.ə. 2310–2260). II Pepi — Qədim Misirin VI sülalədən olan fironu. III Pepi — firon.
Epi
Epi (Əkbər Novruzlu; 15 yanvar 1999, Bakı, Azərbaycan) — Azərbaycan reperi, Vətən müharibəsinin iştirakçısı. == Həyatı və karyerası == Əkbər Novruzlu 15 yanvar 1999-cu ildə Bakıda anadan olmuşdur. 2005–2016-cı illərdə 45 nömrəli orta məktəbdə təhsil almışdır. 2016–2018-ci illərdə hərbi xidmətdə olmuşdur. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Epi 2013-cü ildən peşəkar olaraq "BizimEra Studio" ilə replə məşğul olmağa başlamışdır. 2014-cü ildən Bar Home adlı qrup yaratmış və dağılana kimi rəhbərlik etmişdir. 2014–2015-ci illərdə Şərab olmuşuq və Qırmızı Winston trekləri ilə populyarlıq qazanmışdır. 2015-ci ildə 6 trekdən ibarət Epinin Ədəbiyyatı albomu işıq üzü görmüşdür.
Afrika kəli
Afrika kəli (lat. Syncerus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Amblyseius keni
Amblyseius keni (lat. Amblyseius keni) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius keni Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Artur Keli
Artur Keli (ing. Arthur Cayley; 16 avqust 1821[…], Riçmond[d], Böyük London – 26 yanvar 1895[…], Kembric) — İngilis riyaziyyatçısıdır; qruplar nəzəriyyəsi, riyazi analiz, proyektiv həndəsə üzrə əsərlərin müəllifidir.
Asiya kəli
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis - Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı – arni (Bos arnee) cənubi Asiyada Himalay dağlarından Benqaliyədək, Assam cınqıllarında, Birma və Siamda, habelə Seylon adasında yaşayır. Keçmişdə Beynəlnəhreyndə (Mesopatamiyada) və bəzi müəlliflərin yazdığına görə, şimali Afrikada da yaşayırmış. Hind camışı 200 sm hündürlükdə və 1500 kq ağırlığında olur. Assam ölkəsində olanlar Borneo və Seylon adalarında olanlara nisbətən uzunbuynuzludurlar. Vəhşi hind camışı ev camışına çox oxşayır, bu səbəbdən onu ev camışının mənşəyi hesab edirlər.
Azərbaycan repi
Azərbaycan hip-hopu və ya Azərbaycan repi — hip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrında mahnı səsləndirib. 1990-cı illərin ortasında Azərbaycan hip-hopu ölkədə məşhurluq qazanmışdır. == Tarixi == 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1993-cü ildə Anar Nağılbazın "Kasıbların mahnısı" adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırmışdı. Daha sonra 1990-cı illərdə vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman", "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı. 2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdi. Ölkədə janrın populyarlığına baxmayaraq, Azərbaycanda rep kommersiya şəklini almayıb. 2000-ci illərin sonunda H.O.S.T. qrupu Azərbaycan musiqi səhnəsində populyarlıq qazandı. 2010-cu illərdə repçi Miri Yusifin reqqi və soul-pop janrlarından ibarət olan "Karma" albomu Azərbaycanın musiqi çartlarıda birinci yeri tutmuşdur.
Böyük Kəti
Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur. Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.
Cim Keri
Ceyms Yucin "Cim" Kerri (17 yanvar 1962[…]) — Kanadalı aktyor, komediya ustası. Cim üç dəfə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Hollivudun ən böyük və tanınmış ulduzlarından biridir. == Həyatı == Cim Kerri Kanadadanın Nyumarket qəsəbəsində anadan olmuşdur. Özündən böyük iki bacısı və bir qardaşı var. Əqidəcə katolik xristiandır. Ana tərəfdən fransız, irland, şotland və ata tərəfdən Kanadalı fransızdır. == Karyerası == İlk çıxışını "In Living Color" isimli bir tv şousunda etdi. Etdiyi qeyri-adi hərəkətlər və üz mimikaları ona erkən uğur gətirmişdi. 1994-cü ildə çəkildiyi "Maska" filmi isə ona dünya şöhrəti gətirdi.
Dağ kəli
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü. == Etimologiya == XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür. == Xüsusiyyətləri == Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır.
II Pepi
II Pepi (e. ə. XXIII əsr – e. ə. 2180-ci illər) — Qədim Misirin VI sülalədən olan fironu. Təxminən e.ə 2279-2219 aralığında hakimiyyətdə olmuşdur. == Həyatı və hakimiyyət illəri == II Pepi I Pepi və II Anxesenpepinin ən kiçik oğlu, II Merenranın qardaşı, firon Tetinin nəvəsi, ilk qadın vəzir Nebetin nəticəsi. Bəzi qaynaqlarda II Pepinin atasının ölümündən sonra 6 yaşında taxta çıxdığını və 94 il hakimiyyətdə qalaraq 100 yaşında vəfat etdiyi göstərirlər. Lakin müasir dövrdə qəbul edilmişdir ki, bu məlumatlar doğruluğu əks etdirmir və tarixi artefaktların yanlış təhlili nəticəsində yaranmışdır. Güman edilir ki, II Pepi az yaşında firon olsa da, yalnız 60-70 il arası hökm sürmüşdür.
I Pepi
I Pepi (e. ə. XXIV əsr – təq. e.ə. 2250) — Qədim Misirin VI sülalədən hökmdarı (təxminən e.ə. 2310-2260). == Hakimiyyət illəri == Manefona görə I Pepi 53 il,Turin papiruslarına əsasən isə 20 il hakimiyyətdə olmuşdur. Ancaq nəzərə almaq lazımdı ki Turin papiruslarının VI sülalə olan hissəsi çox pozulmuşdur.Heyvan Sürülərin siyahıya alınmasına nəzərə aparılmış araşdırmalar göstərir ki I Pepi ən azı 25 il fironluq etmişdir. I Pepi Teti və Iputun oğlu idi. Maraqlıdır ki, Abidosda I Setinin fironlar siyahısında Tetidən sonra Userkara firon kimi göstərilmişdir.
Kedi Koulman
Ketrin Qreys "Kedi" Koulman (14 dekabr 1960 və ya 1960, Çarlston, Cənubi Karolina) — amerikan astronavtı, HHQ polkovniki.
Kehi-cinqu
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Kehi məbədi
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Keli Devis
Keli Devis (18 yanvar 1989, Melburn) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Keli Devis Avstraliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Keli gölü
Kelistba gölü (Кельское озеро, Кели, устар. Кель; gürc. ყელის ტბა [келис тба]; oset. Хъелы цад) — Cənubi Osetiyanın Leninqor əyalətində göl. Ölkənin ən gölüdür. Kelsk platosunun üzrəində yerləşir. Dəniz səviyyəsindən hündürlüyü-2925 m-dir. Qidalanmasında qar suları başlıca rol oynayır. Hövzəsinin sahəsi 1 279 600 m²-dir. Uzunluğu isə 2170 m-dir.
Keri Qrant
Keri Qrant (ing. Cary Grant; əsl adı Arçibald Aleksandr Liç; 18 yanvar 1904[…], Bristol, Birləşmiş Krallıq – 29 noyabr 1986[…], Davenport[d], Ayova) — ABŞ və Böyük Britaniya aktyoru. == Həyatı == Arçibald Aleksandr Liç (Keri Qrant) 18 yanvar 1904-cü ildə Bristol adlanan ingilis şəhəri yaxınlığında anadan olmuşdur. Buna baxmayaraq, onun bütün fəaliyyəti Hollivudla bağlı olmuşdur. Yeniyetmə vaxtı o, avara akrobat truppasına qəbul olunmuşdur. Tezliklə o, özünəməxsus oyun tərzini təkmilləşdirir. Arçibald 1932-ci ildə ilk dəfə olaraq, Hollivuda gəlir. "Paramount Pictures" kino şirkətinin sahibləri onun üçün məhz burada "Keri Qrant" kimi səslənən səhnə təxəllüsünü fikirləşirlər. Bu, ona potensial rəqib hesab olunan Qeri Kuperin adının dəqiq olmayan anaqramı idi. Şöhrət Keri Qrantı tamamilə təsadüf nəticəsində tapır.
Keri Rassell
Keri Linn Rassell (ing. Keri Lynn Russell; 23 mart 1976, Faunten-Velli[d], Kaliforniya) — ABŞ aktrisası. 1998–2002-ci illərdə yayımlanan "Felisiti" serialındakı rolu ilə məşhurlaşdı. Bu rola görə o "Qızıl Qlobus" mükafatına layiq görüldü. Bundan sonra Rassell "Qeyri-mümkün missiya 3", "Ofisiant", "August Rush", "Fövqəladə tədbirlər", "Meymunlar planeti: İnqilab" filmlərində rol aldı. O, "Amerikalılar' serialındakı performansına görə "Praytaym Emmi" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. == İlk illəri == Keri Rassell Kaliforniyanın Faunten-Velli şəhərində ev xanımı olan Stefaniya və Nissan Motorsda müdir vəzifəsində çalışan Devid Rassellin ailəsində anadan olmuşdur. Özündən böyük Todd adında qardaşı, özündən balaca Culia adında bacısı var. Atasının işi ilə əlaqədar olaraq ailə Koppel, Mesa və Haylands Ranç şəhərlərində yaşamışdı. Rasselin rəqsi ona "Miki Maus Klubu" şousunda iştirak imkanı yaratdı.
Keti Beyts
Ketlin Doyl "Keti" Beyts (28 iyun 1948[…], Memfis, ABŞ) — Qızıl Qlobus mükafatlı Amerikalı teatr və kino aktrisası. == Filmoqrafiya == Titanik (1997) İlahi ordasan?
Keti Perri
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədi ilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Keti Veselak
Keti Vezelak (ing. Cathy Weseluck) — kanadalı aktrisa və komediyaçı, Vankuverdə okean Produktions ilə tez - tez işləyən, Britaniya Kolumbiyası və tanındğı rollar Ölüm Dəftərində "Near", Kibersiks/Adrian Seydelmanada "Cybersix" və Mənim kiçik Ponimə:Dostluq sehrində "Spike". == Erkən illəri == Keti Veselak Kanadanın Toronto şəhərində anadan olub. Onun rus kökləri var. Onun qohumları əslən Rusiya imperiyasından və ya Sovet İttifaqından (indiki Belarus ərazisi) gəlir. == Karyera == === Radyo === Səs aktrisası olmadan əvvəl, Vezelak, CBC radiosunda əlaqəli bir istehsalçı idi, aparıcılardan biri özünü səsləndirmədə sınamağı məsləhət gördü. Onun ilk səs işi Vancouver Centre ticarət mərkəzi üçün radio stansiyası oldu. === Səsləndirmə === Veselak bir çox cizgi filmləri və anime seriyasını səsləndirdi. O, Qandamın mobil kostyumunda Mirai yasima, Qandam qanadı Dorothy Catalonia və Katherine Bloom, Ölüm dəftəri yanında, Cybersixdə Cybersix, 1 / 2 dərəcə şampun, İnuyash ildə Kagome anası, Vern in U. B. O. S., Project ARMS və toddler Tranx, Chaotsu və Purar da Misa Takatsuki (bir çox başqaları arasında). O, həmçinin "mənim kiçik ponim: Dostluq sehrdir"animasiya uşaq serialında Spike və bir neçə ikinci dərəcəli personajları səsləndirir.
Keti Şixi
Keti Şixi (d. 26 aprel 1970) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Keti Şixi, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.