Keri Linn Rassell (ing. Keri Lynn Russell; 23 mart 1976[1], Faunten-Velli[d], Kaliforniya)[2] — ABŞ aktrisası. 1998–2002-ci illərdə yayımlanan "Felisiti" serialındakı rolu ilə məşhurlaşdı. Bu rola görə o "Qızıl Qlobus" mükafatına layiq görüldü. Bundan sonra Rassell "Qeyri-mümkün missiya 3", "Ofisiant", "August Rush", "Fövqəladə tədbirlər", "Meymunlar planeti: İnqilab" filmlərində rol aldı. O, "Amerikalılar' serialındakı performansına görə "Praytaym Emmi" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib.
Keri Rassell | |
---|---|
ing. Keri Russell | |
| |
Doğum adı | Keri Lynn Russell |
Doğum tarixi | 23 mart 1976[1] (48 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | aktrisa, rəqqasə, kino aktrisası, televiziya aktrisası, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 1991-ci ildən |
IMDb | ID0005392 |
Vikianbarda əlaqəli mediafayllar |
Keri Rassell Kaliforniyanın Faunten-Velli şəhərində ev xanımı olan Stefaniya və Nissan Motorsda müdir vəzifəsində çalışan Devid Rassellin ailəsində anadan olmuşdur.[3] Özündən böyük Todd adında qardaşı, özündən balaca Culia adında bacısı var. Atasının işi ilə əlaqədar olaraq ailə Koppel, Mesa və Haylands Ranç şəhərlərində yaşamışdı. Rasselin rəqsi ona "Miki Maus Klubu" şousunda iştirak imkanı yaratdı.[4]
Rassel televiziyada ilk dəfə Disney Channel-da yayımlanan "Miki Maus Klubu" şousunun heyətində çıxmışdı.[5] O, bu şouda 1991-ci ildən 1994-cü ilə qədər (4-6 mövsüm) iştirak etmişdı və bü müddət ərzində gələcəyin aktyoru Rayan Qoslinq və gələcəyin pop müğənniləri Kristina Agilera, Britni Spirs, JS Çeyzes, Castin Timberleyk və Toni Lukka ilə tərəf müqabili olmuşdu.[6]
1992-ci ildə Əzizim, uşaqları böyütdüm filmində və 1993-cü ildə isə Oğlanlar dünya ilə görüşür sitkomunda rol alır. 1995-ci ildə Evli və uşaqlı serialının bir seriyasında təkrar görünür. Bundan sonra 1996-cı ildə Dayənin cazibəsi filmi daxil olmaqla bir neçə teleserial və filmdə rol aldı.[4] Həmin il Malibu sahlilləri serialında ona da rol verildi.[4]
1994-cü ildə Rassel Bon Jovinin “Always” mahnısının videoklipinə çəkilir.[7] 1997-ci ildə isə Nərilti serialının iki seriyasında öz məharətini göstərir.[4]
1998-2002-ci illərdə Felisiti serialına çəkilmiş və burdakı roluna görə 1999-cu ildə Qızıl Qlobus Mükafatı qazanmışdı. Rasselin uzun və dalğalı saçı onun yaratdığı pesronajın ən bariz xarakteristikası idi. İkinci mövsümdə saç düzümünü dəyişməsi serialın izlənmə sayında nəzərəçarpacaq enməyə səbəb oldu.[8]
Bu serial davam edərkən Rassel Şimali Amerikada məhdud sayda baxışı həyata keçirilmiş Həftədə səkkiz gün, Döngə və Mamboya aşiq filmlərində də rol ifa etdi. Bir sonrakı film rolu isə Biz əsgərdik filmində Vyetnam müharibəsi vaxtı xidmət edən ABŞ xidmətçisi rolu olur.[4] Film Felisiti serialının bitməsindən iki ay əvvəl göstərilməyə başlayır.
Felisiti serialı bitdikdən sonra Rassell Nyu-York şəhərinə köçür və Ceremi Piven, Endryu Makkarti və Eşli Atkinson ilə birlikdə Neyl LaButun Kök Donuz əsəri ilə öz off-Broadway debütünü etdi.[9] 2005-ci ildə televiziya və kino aləminə dönərək Sadə günlərin sehri telefilmində, Qəzəbin Görünüşü (Kevin Kostner, Coan Allen və Evan Reyçel Vud ilə birlikdə) teatr filmində və Qərbə Doğru mini-serialında iştirak edir.
İl | Adı | Rol | Qeydlər | |
---|---|---|---|---|
1992 | Əzizim, uşaqları böyütdüm | Mendi Park | ||
1995 | Məmurlar | Sandra | Telefilm | |
1996 | Dayənin cazibəsi | Mişel Vinston | Telefilm | |
Lotereya | Feliçe Danbar | Telefilm | ||
1997 | Məsumluq İtirildikdə | Erika French | Telefilm | |
Həftədə səkkiz gün | Erika | |||
1998 | Döngə | Emma | Filimin digər adı Ölü | |
1999 | SinderElmo | Şahzadə | Telefilm | |
2000 | Mamboya aşiq | Lyusi Maklaflin | ||
2002 | Biz əsgərdik | Barbara Geoheqan | ||
2005 | Qəzəbin Görünüşü | Emili Volfmayer | ||
Sadə günlərin sehri | Oliviya "Livvi" Dann | Telefilm Nominasiya — Peyk Mükafatı | ||
2006 | Çətin tapşırıq 3 | Lindsey Ferris | Nominasiya — Yeniyetmə Seçimi Mükafatı | |
Rotenburq | Keyti Armstronq | |||
2007 | Ofisiant | Cenna Hanterson | ||
Parkdakı Qız | Selesta | |||
Avqust Raş | Lila Novaçek | Nominasiya — Yeniyetmə Seçimi Mükafatı | ||
2008 | Yuxu nağılları | Cill | ||
2009 | Möcüzə Qadın | Möcüzə Qadın (səs) | ||
Ot yarpaqları | Canet | |||
2010 | Fövqəladə tədbirlər | Eylin Krouli | ||
2012 | Keçilər | Cudi | ||
2013 | Ostinlend | Ceyn Heys | ||
Qaranlıq Səma | Leysi Barrett | |||
2014 | Meymunlar planeti: İnqilab | Elli | ||
2016 | Müstəqil Jons ştatı | Serena Nayt | ||
2019 | Ulduz müharibələri: Skayvolkerin yüksəlişi | Zorii Bliss | ||
2021 | Antlers | Julia Meadows | ||
2023 | Cocaine Bear | Sari |
İl | Adı | Rol | Qeydlər |
---|---|---|---|
1991–1993 | Miki Maus Klubu | Özü | |
1993 | Oğlanlar dünya ilə görüşür | Cessika | 1 seriya |
1994 | Atasının qızı | Feba Uoker | 3 seriya |
1995 | Evli və uşaqlı | Eypril Adams | 1 seriya |
1996 | Malibu sahlilləri | Xloe Uoker | 10 seriya |
1997 | 7-ci cənnət | Kamilla | 1 seriya |
Nərilti | Kler | 2 seriya | |
1998–2002 | Felisiti | Felisiti Porter | 84 seriya Qızıl Qlobus Mükafatı Yeniyetmə Seçimi Mükafatı Nominasiya—Yeniyetmə Seçimi Mükafatı (1999–2002) |
2005 | Qərbə Doğru | Naomi Uiler | 1 seriya |
2007 | İnternalar | Melodi O'Hara | 2 seriya |
2010–2011 | Uayldın qaçışı | Emmi Kadubik | 13 seriya |
2013–indiyədək | Amerikalılar | Elizabet Cenninqs | 39 seriya Peyk Mükafatı Nominasiya—Tənqidçilərin Seçimi Televiziya Mükafatı (2013–15) Nominasiya—Peyk Mükafatı Nominasiya—Saturn mükafatı |
2013 | İnkişafın həbsi | dul Karr (səs) | 1 seriya |
İl | Mükafat | Kateqoriya | Əsərin adı | Nəticə |
---|---|---|---|---|
1993 | Cavan Aktyor Mükafatı | Outstanding Young Ensemble Cast in a Youth Series or Variety Show | Miki Maus Klubu | Namizəd |
1993 | Cavan Aktyor Mükafatı | Best Young Actress Co-Starring in a Motion Picture | Əzizim, uşaqları böyütdüm | Namizəd |
1999 | Qızıl Qlobus Mükafatı | Best Performance by an Actress in a TV Series – Drama | Felisiti | Qazandı |
1999 | Yeniyetmə Seçimi Mükafatı | TV – Choice Actress | Felisiti | Namizəd |
1999 | Yeniyetmə Seçimi Mükafatı | TV – Breakout Performance | Felisiti | Qazandı |
2000 | Yeniyetmə Seçimi Mükafatı | TV – Choice Actress | Felisiti | Namizəd |
2001 | Yeniyetmə Seçimi Mükafatı | TV – Choice Actress | Felisiti | Namizəd |
2002 | Yeniyetmə Seçimi Mükafatı | TV – Choice Actress, Drama | Felisiti | Namizəd |
2005 | Peyk Mükafatı | Outstanding Actress in a Miniseries or a Motion Picture Made for Television | Sadə günlərin sehri | Namizəd |
2006 | Yeniyetmə Seçimi Mükafatı | Movies – Choice Actress: Drama/Action Adventure | Çətin tapşırıq 3 | Namizəd |
2006 | ƏXƏ Mükafatı | Sadə günlərin sehri | Qazandı | |
2007 | ƏDF Mükafatı | Best Seduction Shared with Nathan Fillion | Ofisiant | Namizəd |
2008 | Yeniyetmə Seçimi Mükafatı | Choice Movie Actress: Drama | Avqust Raş | Namizəd |
2013 | Tənqidçilərin Seçimi Televiziya Mükafatı | Dram Seriallarında Ən Yaxşı Aktrisa | Amerikalılar | Namizəd |
2014 | Tənqidçilərin Seçimi Televiziya Mükafatı | Dram Seriallarında Ən Yaxşı Aktrisa | Amerikalılar | Namizəd |
2014 | Peyk Mükafatı | Televiziya Dram Seriallarında Ən Yaxşı Aktrisa | Amerikalılar | Namizəd |
2014 | Saturn mükafatı | Televiziyada Ən Yaxşı Aktrisa | Amerikalılar | Namizəd |
2015 | Tənqidçilərin Seçimi Televiziya Mükafatı | Dram Seriallarında Ən Yaxşı Aktrisa | Amerikalılar | Namizəd |
2015 | Peyk Mükafatı | Televiziya Dram Seriallarında Ən Yaxşı Aktrisa | Amerikalılar | Qazandı |