Cim Keri

Ceyms Eygin "Cim" Kerri (17 yanvar 1962-ci il) - Kanadalı aktyor, komediya ustası və prodüser. Cim 3 dəfə Qızıl Qlobus mükafatına layiq görülüb. Hollivudun ən böyük və tanınmış ulduzlarından biridir.

Cim Kerri
ing. Jim Carrey
Doğum adı James Eugene Carrey
Doğum tarixi (61 yaş)
Vətəndaşlığı
Həyat yoldaşı Melisa Vumer (1987-1995)
Loren Holi (1996-1997)
Uşağı 1
Partnyorları
  • Lori Holden[d] (20012004)
Fəaliyyəti aktyor, prodüser, komediya ustası
Fəaliyyət illəri 1979-bu günə qədər
Mükafatları "Qızıl Qlobus Mükafatı" (1999, 2000)
IMDb ID0000120
İmzanın şəkli
jimcarrey.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Cim Kerri Nyumarket, Ontario, Kanadada anadan olmuşdur. Özündən böyük iki bacısı və bir qardaşı var. Əqidəcə katolik xristiandır. Ana tərəfdən fransız, irland, şotland və ata tərəfdən Kanadalı fransızdır.

Kariyerası[redaktə | mənbəni redaktə et]

İlk çıxışını "In Living Color" isimli bir tv şousunda etdi. Etdiyi qeyri-adi hərəkətlər və üz mimikaları ona erkən uğur gətirmişdi. 1994-cü ildə çəkildiyi Maska filmi isə ona dünya şöhrəti gətirdi. 1995-ci ildə Batman Forever filmində də eyni uğuru təkrarladı. Aktyor komediya ustası kimi tanınsa da çəkildiyi The Truman Show, Man on the Moon və s. kimi filmlərdə özünü dram aktyoru kimi də təsdiqlədi. Aktyor indiyə kimi Oskar mükafatı almasa da üç dəfə "Qızıl Qlobus" mükafatına sahib çıxmışdır. Bəzi animasiya filmlərində səsləndirmə fəaliyyəti də olmuşdur. Ssenaristi olduğu filmlər də var.