Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Qitələrarası Kubok (futbol)
Qitələrarası Kubok — Avropa və Cənubi Amerikanın ən güclü klublarının iştirak etdiyi yarış. == Tarixi == 1960-cı ildə – Avropa Çempionları Kuboku turniri artıq ən populyar turnir olanda UEFA-nın baş katibi Avropanın və Cənubi Amerika (futbolda ən böyük inkişafı olan qitələr) nın ən güclü klubları arasında matç keçirmək ideyasını təklif edir. Məhz onun KONMEBOL-a (Cənubi Amerika Futbol Federasiyasına) məktubundan sonra Libertadores Kubokunun birinci turnirini də təşkil edirlər. Birinci turnirdə Montevideonun məşhur "Penyarol" klubu qalib gəlir. Həmin 1960-cı ildə daha iki matç keçirilir: Madridin məşhur "Real" klubu ilə "Penyarol" klubu arasında. İki görüşün nəticəsinə görə uruqvaylılara üstün gələn "Real" (5:1 öz meydanında və 0:0 rəqib meydanında) klublar arasında dünyanın birinci qeyri-rəsmi çempionu olur. Maraqlıdır ki, turnirin birinci qolunu elə birinci dəqiqədə Ferents Puşkaş (Macarıstan) vurmuşdur. Avropalıların birinci qələbəsində sonra amerikalılar cəsarətlə işə girişdilər və artıq bir neçə qələbədən sonra xeyli irəli çıxdılar. Ola bilsin ki, məhz buna görə 70-ci illərin sonuna yaxın Avropa klubları bu turnirə marağı itirdilər. Onda yaponlar, daha doğrusu, məşhur "Toyota" avtomobil konserninin nümayəndələri işə qarışdılar.
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960-2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi. Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı.
Lübek
Lübek (alm. Lübeck‎ [ˈlyːbɛk]) — Almaniyanın şimalında (Şlezviq-Holşteyn federal torpağının cənub-şərqi) şəhər. Şəhər Şimali Almaniya ovalığında, Baltik dənizi sahilində Travemünde rayonunda axan Trave çayının mənsəbinin yaxınlığında yerləşir. Tarixə Hanza ittifaqının ən böyük mərkəzi kimi düşmüşdür. Əsas abidələri Almaniyada YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına salınıblar. Lübek şəhəri 10 rayona bölünür. == Əhali == 2015-ci il hesablamalarına görə, şəhərdə 216,253 nəfər əhali yaşayır.
Amerika Kuboku
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Azərbaycan Kuboku
Azərbaycan Kuboku — Azərbaycan futbol klubları üçün hər il keçirilən müsabiqə. Azərbaycan Kuboku adətən sentyabr ayından maya kimi keçirilir. Azərbaycan Kuboku qalibi Azərbaycanın UEFA klub sıralamasında aldığı yerdən asılı olaraq UEFA Avropa Liqası və ya UEFA Avropa Konfrans Liqasında iştirak hüququ qazanır. == Tarixi == Ölkə kubokunun finalında yalnız 16 klub çıxış edib. == Bütün finallar == "Mövsüm" sütunu turnirin keçirildiyi tarixi bildirir. İki matçdan ibarət final oyunları sıra ilə düzülmüşdür. "Hesab" sütununda göstərilən hesablar final matçı barədə məqaləni əks etdirir.
Balkan Kuboku
Balkan Kuboku — Balkan ölkələrindən Avropa kuboklarına qatılmayan klub komandaları arasında təşkil olunmuş turnir. == Tarixi == 1960-cı ildən başlayan bu turnir, Türkiyənin Fənərbaxça klubunun prezidenti Faruk İlqaz tərəfindən irəli sürülən təkliflə 1967-də Balkan İkinciləri Kuboku adı ilə təşkil olundu. 28 dəfə oynanılan bu turnir 1994-cü ildən etibarən keçirilmir.
Berluskoni Kuboku
Berluskoni Kuboku
Birlik Kuboku
Birlik Kuboku — Müstəqil Dövlətlər Birliyi və Baltik ölkələrin futbol üzrə çempion klubları ilə keçirilən turnir. Hər il yanvar ayında Rusiyada təşkil olunur. Keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə "Birlik kuboku" yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnir gənclərdən ibarət milli komandaların iştirakı ilə keçirilib. 23 iyul 2016-cı ildə Rusiya Futbol Federasiyası prezidenti Vitali Mutko turnirin daha keçirilməyəcəyini elan edib, lakin bununla belə turnirin Azərbaycanda yenidən bərpa edilməsini müzakirə edirlər. == Tarixi == İlk dəfə 1993-cü ildə Moskvada təşkil olunmuşdur. 2009-cu ilin sentyabr ayında Sankt-Peterburqda "Birlik Kuboku"nun keçirilməsi haqqında birlik üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qərarının layihəsinin tamamlanması üzrə İşçi Qrupun iclasında turnirin adı dəyişdirilərək "MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku" Beynəlxalq açıq futbol turniri olmuşdur. Yarışa daha çox sponsorların cəlb olunmasına, həmçinin mükafat fondunun formalaşmasına imkan yaratmaq məqsədi ilə 2009-cu ilin noyabr ayından turnirin himayədarı dəyişərək turnirə MDB Başçılarının Şurası olmuşdur. O vaxta qədər isə "Birlik kuboku" ilə bağlı bütün məsələlər - həm nəzarət, həm də təşkilatçılıq Rusiya Futbol İttifaqına məxsus olub. == Təmsil olunan ölkələr == Azərbaycan Belarus Ermənistan Estoniya Finlandiya Latviya Litva Moldova Özbəkistan Qazaxıstan Qırğızıstan Gürcüstan Rusiya Serbiya Tacikistan Türkmənistan Ukrayna Qeyd 1.
CEV Kuboku
CEV Kuboku (kişilər) — Kişilər arasında CEV Kuboku
Challenge Kuboku
Avropa Qadınlar CEV Çelenc Kuboku — Kişilər arasında Çelenc Kuboku
Emirates kuboku
Emirates kuboku - 2007-ci ildən bəri hər il Arsenal FK-nın təşkilatçılığı ilə keçirilən turnir. 4 klubun iştirakı ilə qrup sistemi ilə keçirilir. Turniri ESPN kanalı yayımlayır. Kubokun son qalibi İspaniyanın Valensiya klubudur. Turnirin digər qalibləri arasında Arsenal (3), Hamburq (1), Nyu York Red Buls (1) və Qalatasaray (1) klubları da var. == Qaydalar == Turnirin reqamentinə görə komandalar öz aralarında 1 dəfə olmaqla oyun keçirirlər. Qalibiyyət 3 xal, heç-heçə 1 xal, məğlubiyyət 0 xal ilə qiymətləndirilir. Həmçinin hücum futbolunu sərgiləmək üçün hər qola görə 1 xal verilir. Əgər 2 komandanın xalları və top fərqi bərabərdirdə bu zaman onların turnir boyunca qapıya endirdikləri zərbələrin sayı müəyyən olunur.
FA Kuboku
The Football Association Challenge Cup və yaxud FA Kuboku. İngiltərə'də hər il İngiltərə Futbol Federasiyası tərəfindən təşkil olunan turnir. 1871-ci ildə yaradılan FA Kuboku dünyadakı ilk futbol turniridir. Kuboku ən çox hərəyə 12 dəfə Arsenal və Mançester Yunayted klubları qazanıblar. == Tarixi == 1871-ci ildə yaradılan turnir dünyanın ən yaşlı futbol turniridir. İngiltərə ilə yanaşı bəzi Uels klublarıda turnirin iştirakçılarındandırlar. I-ci Dünya Müharibəsi (1915–1919) və II-ci Dünya Müharibəsi (1939–1945) illərində fasilə verilən turnir, digər bütün illərdə təşkil olunmuşdur. 42 fərqli komandanın qazandıqı turnirin ilk qalibi Uonderers klubudur. Turnir finala kimi tək oyunluq ələmə sistemi ilə irəliləyir. Oyun bərabərə bitərsə qonaq komandanın meydançasında ikinci bir oyun təşkil olunur və 90 dəqiqənin sonunda qalib müəyyənləşməsə 15 dəqiqəlik iki əlavə hissə oynanılır.
Kluxor aşırımı
Kluxor aşırımı — Baş Qafqaz silsiləsində, Hərbi Suxumi yolu üzərində yerləşən aşırım. Hündürlüyü dəniz səviyyəsindən 2781 metrdir. Aşırım hissənin uzunluğu 45 km-dir. Brokhauz və Efronun ensiklopedik lüğətində aşırım belə təsvir edilmiş: Kodori dərəsi boyu, Qafqaz silsiləsindən Kluxor aşırımı vasitəsi ilə daşlıq yol keçir. Bu yol Suxumi ilə Çerkessk şəhəri arasında əlaqə vasitəsidir. Aşırım ərazisi ilə iki çay axır: Şimala Şimali Kluxor, cənuba isə Kliçi çayı. == Nəqliyyat == Kluxor aşırımı Hərbi Suxumi yolunun ən yüksək hissəsidir. Yolun Kluxor aşırımından keçən hissəsi avtomobil hərəkəti üçün uyğun deyil. Hərbi Suximi yolundakı nəqliyyat əlaqəsi aşırım ərazisində olan hava şəraitindən asılıdır. Qış aylarında ərazidə tez-tez qar uçqunları müşahidə olunur.
Kolobok adası
Kolobok adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının qərbində, Komsomoles adasının şimal-qərbindən 13 km məsafədə yerləşir. Qonşu Şimal adası ondan cəmi 550 m aralıda yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Diametri 600 metrdir. Şimalında ensiz körfəz yerləşir. Qərbində isə kiçik göl vardır. Səthi hamardır, yüksəklik yoxdur.
Konfederasiyalar kuboku
FİFA Konfederasiyalar Kuboku (ing. FIFA Confederations Cup) — Hər 4 ildən bir FİFA tərəfindən təşkil olunan beynəlxalq futbol turniri. == Tarixi == 1992 və 1995-ci ildə keçirilmiş ilk iki kubok Kral Fəhd Kuboku adı ilə təşkil olunmuş, 1997-ci ildəki 3-cü turnirdən etibarən FİFA tərəfindən tanınmış və turnirin adı FİFA Konfederasiyalar Kuboku olaraq dəyişdirilmişdir.
Konstruktorlar Kuboku
Konstruktorlar Kuboku Formula-1 (ing. World Constructors' Championship (WCC)) — konstruktorlar üçün əsas mükafatdır. Qalib, Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən mövsüm boyunca Formula 1 Qran-pridə bal hesablama sistemi əsasında müəyyən edilir. İlk dəfə Konstruktor Çempionatı 1958-ci ildə konstruktor Vanwall layiq görülmüşdür. 2018 mövsümünün sonunda Konstruktor Çempionatı 15 fərqli konstruktor tərəfindən qazanıldı. Ferrari ən çox zəfərlər - 16 titul, 6 ardıcıllıq daxildir (1999—2004). == Mövsümlə == == İstinadlar == == Konstruktorlar ilə == == Milliyətcə == == Mühərrik == 2019 mövsümünün Formula 1 çempionatında istifadə olunan motorlar qalın şriftlə vurğulanıb. 2019 mövsümünün Formula 1 çempionatına qatılan komandalar kursivlə vurğulanıb.
Koraç kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. == Qaliblər == == Xarici keçid == "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Koraça kuboku
Koraç kuboku - FİBA-nın rəhbərliyi ilə 1972-2002-ci illərdə keçirilmiş Avropanın kişi basketbol klublarının turniri. Nüfuzuna görə Avropada "Avropa çempionlar kuboku" (sonralar basketbol üzrə "Avroliqa" kuboku) və "Kubok çempionlarının kuboku" (sonralar Saporta kuboku) turnirlərindən sonra üçüncü yeri tuturdu. Turnir Sarayevo yaxınlığında avtomobil qəzasında həlak olmuş əfsanəvi Yuqoslav oyunçusu Radivoy Koraçın şərəfinə adlandırılmışdır. 2002-ci ildə bu turnir Saporta Kuboku adlandırılmış Avropa turniri ilə birləşdirildikdən sonra Avropa kuboku turniri kimi tanınmışdır. 2003-cü ildən bu yarış Serbiyada və Çernoqoriyada Padivoy Koraç turniri, ölkə parçalandıqdan sonra isə Serbiya kuboku adlandırılmışdır. == Qaliblər == == Xarici keçid == "Winners of FIBA Korac Cup (from 1971/72 to 2001/02)" (ingilis). bravepages.com. 2009-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-28.
Kuboklar Kuboku
UEFA Kuboklar Kuboku və ya UEFA Kubok qalibləri kuboku (ing. UEFA Cup Winners Cup)— UEFA üzvü olan ölkələrin milli kubok turnirlərin qaliblərinin iştirak etdiyi Avropa futbol kubok turniri. İlk dəfə 1960/61 mövsümündə, sonuncu dəfə isə 1998/99 mövsümündə keçirilmişdi. Yarış ləğv olundu, ölkə kuboklarında qalib gələn klublar isə əhəmiyyətinə görə ikinci avropa klub futbol turniri UEFA Kubokunda (2009/10 mövsümündə turnirin adı UEFA Avropa Liqasına dəyişdi) iştirak etmək hüququnu qazandılar. 1972-ci ildən turnirin qalibi UEFA Superkuboku uğrunda Avropa çempionlar kubokunun (indiki UEFA çempionlar Liqası) qalibi ilə oynamaq hüququnu qazandı. Yarışın 1999-cu ildə ləğvindən sonra Superkubokun talehi Çempionlar Liqası və UEFA Kubokunun (indiki UEFA Avropa Liqası) qalibi arasında həll olunur. 1994-cu ilə qədər yarış "Avropa kuboklarının sahibləri Kuboku" (ing. European Cup Winners Cup) adlanırdı, 1994/95 mövsümündən UEFA turnirin adını "UEFA kuboklar sahibləri Kuboku" qoydu. Kubokun ilk qalibi 1961-ci ildə İtaliyanın "Fiorentina" klubu oldu, sonuncusu isə 1999-cu ildə Romanın "Latsio" klubu oldu. == Tarixi == Bu turnir öz ölkəsinin kubokunu almış UEFA üzvü olan ölkələrin komandaları arasında ilk dəfə 1960/1961 mövsümündə, sonuncu dəfə isə 1998/1999 keçirilmişdir.
Latın Kuboku
Latın Kuboku — 1949–1957-ci illərdə futbol üzrə Fransa, İspaniya, İtaliya və Portuqaliya çempionları arasında keçirilmiş futbol çempionatı.
Libertadores Kuboku
Avropanın ən yaxşı futbol klubu Çempionlar Liqasında müəyyən edildiyi kimi Cənubi Amerikanın ən güclü komandası Libertadores Kuboku uğrunda yarışlarda məlum olur. Bu rəsmi olaraq "Kopa Libertadores de Amerika" – Amerikanı Azad edənlər Kuboku adlanır. == Tarixi == Libertadores Kuboku uğrunda birinci yarışlar 1960-cı ildə keçirilmişdir. Maraqlıdır ki, onun təşkilatçıları birinci turniri 1956-cı ildə başa çatmış Avropa Çempionları Kubokunun ən yaxşı cəhətlərini götürməyə çalışıblar. 1988-ci ilə qədər Libertadores Kubokunda bir qayda vardı: əgər finallarda rəqiblərin hər ikisi hərəyə bir qələbə qazanırdılarsa, onda hesabdan asılı olmayaraq onlar əlavə - üçüncü oyunu keçirmirdilər. Lakin sonra təşkilatçılar çempionu normal üsulla müəyyən etməyi qərara aldılar: finalda qələbələr bərabər olanda vurulan toplar nəzərə alınırdı, onlar da bərabər olanda matçdan sonra penaltilər vurulurdu.
Liqa Kuboku
İspaniya Liqa Kuboku — 1982-ci ildə qurulub.
Qluboka qəsri
Qluboka (alm. Frauenberg‎) ― Çexiyada tarixi şato. Qluboka ölkənin ən gözəl qəsrlərindən biri sayılır. == Turizm == Qluboka Çexiyanın ən məşhur və ən çox ziyarət edilən qəsrlərindən biridir. Qala 2019-cu ildə 293 000 nəfər ziyarətçi sayı ilə ən çox ziyarət edilən 3-cü qəsr olmuşdur. == Tarix == XIII əsrin ikinci yarısında indiki qalanın yerləşdiyi ərazidə qotik üslublu qəsr tikilmişdir. Bu qəsr ilk olaraq Renosans dövründə genişləndirilmiş, daha sonra isə 18-ci əsrin əvvəllərində Adam Frans şu Şvartsenberqin əmri ilə Barokko üslubunda qəsrə çevrilmişdir. 19-cu əsrdə II İohann Adolf şu Şvartsenberq qəsrin İngiltərədəki Vindzor sarayının romantik üslubunda yenidən qurulmasını əmr etmişdir. Memarlar Frans Beer ve F. Devoretskiy 1841-ci ildən 1871-ci ilə qədər 1,9 kvadrat kilemetrlik bir ingilis parkı ilə əhatə olunmuş romantik bir Neoqotik qəsr inşa etdilər. 1661-ci ildə İohann Adolf şu Şvartsenberq qəsri Baltasar Marradasın varislərindən satın almış və beləliklə Qluboka qəsri Şvartsenberqlər ailəsinə keçmişdi.
Reyder kuboku
Reyder kuboku — Avropa və ABŞ-də iki ildə bir kişilər arasında keçirilən qolf turniridir. Kubok adını ingilis biznesmen Samuel Reyderdən götürüb.
SSRİ Kuboku
Futbol üzrə SSRİ Kuboku — 1936–1992-ci illərdə SSRİ-də keçirilmiş futbol yarışı. SSRİ çempionatı ilə yanaşı, Sovet İttifaqının əsas turnirlərindən biri. Ümumilikdə 51 dəfə keçirilib. Ən titullu komanda Moskva "Spartak"ıdır — komanda 10 dəfə kuboku qazanıb.