Qluboka qəsri

Qluboka (alm. Frauenberg‎) ― Çexiyada tarixi şato. Qluboka ölkənin ən gözəl qəsrlərindən biri sayılır.

Qluboka qəsri
Zámek Hluboká
Xəritə
49°03′03″ şm. e. 14°26′31″ ş. u.
Ölkə
Tikilmə tarixi XIII əsr
Üslubu neoqotika
Rəsmi sayt zamek-hluboka.cz
zamek-hluboka.eu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qluboka Çexiyanın ən məşhur və ən çox ziyarət edilən qəsrlərindən biridir. Qala 2019-cu ildə 293 000 nəfər ziyarətçi sayı ilə ən çox ziyarət edilən 3-cü qəsr olmuşdur.[1]

XIII əsrin ikinci yarısında indiki qalanın yerləşdiyi ərazidə qotik üslublu qəsr tikilmişdir. Bu qəsr ilk olaraq Renosans dövründə genişləndirilmiş, daha sonra isə 18-ci əsrin əvvəllərində Adam Frans şu Şvartsenberqin əmri ilə Barokko üslubunda qəsrə çevrilmişdir. 19-cu əsrdə II İohann Adolf şu Şvartsenberq qəsrin İngiltərədəki Vindzor sarayının romantik üslubunda yenidən qurulmasını əmr etmişdir. Memarlar Frans Beer ve F. Devoretskiy 1841-ci ildən 1871-ci ilə qədər 1,9 kvadrat kilemetrlik bir ingilis parkı ilə əhatə olunmuş romantik bir Neoqotik qəsr inşa etdilər.

1661-ci ildə İohann Adolf şu Şvartsenberq qəsri Baltasar Marradasın varislərindən satın almış və beləliklə Qluboka qəsri Şvartsenberqlər ailəsinə keçmişdi. Onlar qəsrin son sahibinin (Adolf Şvartsenberq) 1939-cu ilin sonunda nasistlərdən qaçmaq üçün xaricə mühacir etməsinə qədər Qlubokada yaşamışdırlar.[2]

Qluboka qəsri 1940-cı ildə Gestapo tərəfindən, II Dünya Müharibəsi bitdikdən sonra isə Çexoslovakiya hökuməti tərəfindən ələ keçirilmişdir.[mənbə göstərin]

Qluboka qəsri hal-hazırda xalqa açıqdır və Çexiya Respublikasının Milli Mədəniyyət Abidəsidir.[1]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Qəsr Şanxay cəngavərləri filminin səhnələridnən birində istifadə edilmişdir.[3] 2019-cu ildə K-pop solisti Park Gi Xun L. O. V. E. mahnısını yayımlamış və klip qəsrdə çəkilmişdir.

  1. 1 2 "Návštěvnost hradů a zámků v roce 2019 opět překonala pětimilionovou hranici" (çex). Národní památkový ústav. 2020-01-23. 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  2. "Stručná historie zámku" (çex). Státní zámek Hluboká nad Vltavou. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  3. "Rytíři ze Šanghaje". Česko-Slovenská filmová databáze (çex). 2015-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]