Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
300 Komitet
Komitet 300 və ya 300-lər Komitəsi (ing. Committee of 300) — Yer kürəsində Vahid Dünya Hökuməti (Yeni Dünya Nizamı) yaratmaq istədikləri iddia olunan siyasi-iqtisadi-ictimai təşkilat.
Komitet 300
Komitet 300 və ya 300-lər Komitəsi (ing. Committee of 300) — Yer kürəsində Vahid Dünya Hökuməti (Yeni Dünya Nizamı) yaratmaq istədikləri iddia olunan siyasi-iqtisadi-ictimai təşkilat.
İcraedici Komitə dağları
İcraedici Komitə (ing. Executive Committee Range) — Qərbi Antarktidanın Meri Berd Torpağında yerləşən 76°20' və 77°20' c.e arasında yerləşən dağ massivi. Silsilə bazaltdan ibarətdir. Ayrı-ayrı hissələrdə buzun üzərinə çıxır. Bu hissələrdə buzlağın qalınlığı 1000 metrdən 4285 metrə qədərdir (4181). Bütün Antarktidanın və silsilənin ən hündür sönmüş vulkanı Sidli dağıdır. Silsilə ilk dəfə 1940-cı ildə Meri Berd tərəfindən təşkil olunan ekspedisiya tərəfindən kəşf edilmiş və Amerikan Antarktida İcrayə Komitəsinin şərəfinə adlandırılmışdır.
Komitet 300: Dünya hökumətinin sirləri
Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri — Con Koulmanın 300-lər Komitəsindən bəhs edən didaktik kitabı. Kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman yazır: "Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxtda müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib" == Məzmun == Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüurun nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli "Komitet 300" təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir. Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "The Committee of 300" ( (ing.)). coleman300.net. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09. "John Coleman Komitet 300" ( (az.)).
Kipr Türk Ümumi Komiteti
Kipr/Kıbrıs/Qıbrıs Türk Ümumi Komiteti (türk. Kıbrıs Türk Genel Komitesi) — Şimali Kiprdə türklərin ilk müstəqil dövləti. = Tarixi = 21 dekabr 1963-cü ildə baş verən hadisələrdən sonra, Türklərin Kipr Cümhuriyyətindəki siyasi quruluşdan çəkilməsi səbəbiylə 21 dekabr 1963-cü ildə ayrı bir idarə olaraq quruldu. Türk Müqavimət Təşkilatı ilə koordinasiyada Kiprli Türklər adına öz qanunverici və icraedici işlərini gördü. Məclisin sədri Kipr Türktür Partiyasının nın lideri və komitənin prezidenti Fazıl Kiçik, prezident müavini isə Rauf Raif Denktaş idi. 27 dekabr 1967-ci ildə Kipr Müvəqqəti Türk Hökumətinin elan edilməsi ilə son buldu.
Beynəlmiləl Döyüşçülərin İşləri üzrə Komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: muharibə, lokal muharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Bonitet
Bonitet — müəyyən sahədə olan orqanizmlərin və ya onların yaşama şəraitinin iqtisadi baxımdan qiymətləndirilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Komilər
Komilər — ana dili komi dili olan Fin-uqor xalqlarından biri, Fin-uqor xalqlarının Fin-perm qrupunun Perm yarımqrupuna daxildirlər, əsasən Rusiyada yaşayırlar. Komi dilinin dilaektlərində danışan üç subetnik qrupdan ibarətdirlər: Komi-zıryanlar, Komi-permyaklar və Komi-yazvalar. Komi-zıryanlar komilərin subetnik qrupudur və əsasən Rusiyada yaşayırlar. Komi dilinin dialekti – komi-zıryan dialektində danışırlar.
Komitas
Komitas Vartapet və ya tam adı Soğomon Kevork Soğomonyan (erm. Սողոմոն Գևորգի Սողոմոնյան və ya erm. Կոմիտաս Վարդապետ; 26 sentyabr və ya 8 oktyabr 1869, Kütahya — 22 oktyabr 1935, Paris) — Osmanlı ermənisi, bəstəkar, musiqişünas və xor rəhbəri. == Həyatı == Soqomon Soqomonyan musiqiyə bağlı və təkcə türkcə danışan Kütahyalı bir ailədə doğulmuş, bir yaşındaykən anası, 10 yaşındaykən atası ölmüşdür. 1881-ci ilə qədər atasının anası tərəfindən böyüdülmüş, həmin vaxtda Qərbi Azərbacyanın Üçkilsə şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedərək 1895-ci ildə buranı bitirərək keşiş olmuşdur. VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə Komitas adını almışdır. "Keşiş" anlamına gələn "Vartapet" ləqəbi ilə birlikdə anılmağa başlandı. Üçmüədzin (Eçmədzin və ya Üçkilsə) Manastırı xorunda iştirak etdikdən sonra 1896-cı ildə Berlinə gedərək Kaiser Friedrich Wilhelm Universitetinə yazılmış və musiqişünaslıq təhsili almışdır. 1899-da musiqişünaslıq doktoru dərəcəsini almış və Üçmüədzinə dönmüşdür. Kənd yerlərini qarış-qarış gəzərək 3000-ə qədər Erməni, Azərbaycan, Anadolu, Türk, Kürd və Fars xalq mahnısını toplayaraq nota köçürmüş, kolleksiya yaratmışdır.
Kumite
Kumite (yap. 組手, kəlmə mənası "əllər ilə mübarizə") — kata və kihonla birlikdə karate təliminin üç əsas hissəsindən biridir. Kumite şəxsin kihon və katadan öyrəndiyi üsullardan istifadə edərək rəqibə qarşı məşqdə istifadə etdiyi fəndlərdən ibarət olan karatenin bir hissəsidir. Kumite müəyyən bir texnikanı və ya bir bacarığı inkişaf etdirmək üçün istifadə edilə (məsələn, rəqiblə olan məsafəni təsirli şəkildə təyin etmək və tənzimləmək) və ya rəqabətdə edilə bilər.
Komet
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Arbitraj komitəsi
Arbitraj (en. Arbitration, ru. Арбитражный суд) — qeyri-rəsmi təşkilat olub, vətəndaşların mübahisələrini araşdırmaq və həll etməklə məşğuldur. Arbitraj xidmətini hüquq təhsil olan şəxs göstərir və məhkəmənin müdaxiləsi olmadan məsələ həll olunur. Mübahisələrin məhkəmədən kənar və ya alternativ həlli üsullarından biridir. Mübahisələrin alternativ həllinin əsas formaları danışıqlar, mediasiya və arbitrajdır və bu üsullar 21-ci əsrdə beynəlxalq səviyyədə və əksər dövlətlərdə milli səviyyədə müasir hüquq praktikasının ayrılmaz hissəsinə çevrilmişdir. == Həmçinin bax == Mediasiya == Xarici keçidlər == The Association for International Arbitration International Institute for Conflict Prevention & Resolution (CPR).
Komitas Vartabed
Komitas Vartapet və ya tam adı Soğomon Kevork Soğomonyan (erm. Սողոմոն Գևորգի Սողոմոնյան və ya erm. Կոմիտաս Վարդապետ; 26 sentyabr və ya 8 oktyabr 1869, Kütahya — 22 oktyabr 1935, Paris) — Osmanlı ermənisi, bəstəkar, musiqişünas və xor rəhbəri. == Həyatı == Soqomon Soqomonyan musiqiyə bağlı və təkcə türkcə danışan Kütahyalı bir ailədə doğulmuş, bir yaşındaykən anası, 10 yaşındaykən atası ölmüşdür. 1881-ci ilə qədər atasının anası tərəfindən böyüdülmüş, həmin vaxtda Qərbi Azərbacyanın Üçkilsə şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedərək 1895-ci ildə buranı bitirərək keşiş olmuşdur. VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə Komitas adını almışdır. "Keşiş" anlamına gələn "Vartapet" ləqəbi ilə birlikdə anılmağa başlandı. Üçmüədzin (Eçmədzin və ya Üçkilsə) Manastırı xorunda iştirak etdikdən sonra 1896-cı ildə Berlinə gedərək Kaiser Friedrich Wilhelm Universitetinə yazılmış və musiqişünaslıq təhsili almışdır. 1899-da musiqişünaslıq doktoru dərəcəsini almış və Üçmüədzinə dönmüşdür. Kənd yerlərini qarış-qarış gəzərək 3000-ə qədər Erməni, Azərbaycan, Anadolu, Türk, Kürd və Fars xalq mahnısını toplayaraq nota köçürmüş, kolleksiya yaratmışdır.
Meltzer Komitəsi
Meltzer Komitəsi (ing. Meltzer Commission) — 1998-ci ildə ABŞ Konqresi tərəfindən yaradılmış Beynəlxalq Maliyyə Qurumları üzrə Məsləhətçi Komitənin qısa adıdır. Rəhbəri olmuş Allan Meltzerin adı ilə çağrılır. Meltzer Komitəsinin məqsədi BVF və DB kimi dünya miqyaslı iqtisadi təşkilatlara ABŞ dövlətinin ayırdığı vəsaitin hədər gedib-getmədiyini üzə çıxarmaq və onların fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürməkdir. Komitənin verdiyi ən mühüm tövsiyələrdən biri BVF və DB arasında aydın əmək bölgüsünü bərpa edib təkrarlanan funksiyaları aradan götürməkdir. Bu baxımdan BVF-nin orta və uzun müddətə borc verməsini dayandırmaq və bunu yalnız DB-nın regional qollarının öhdəsinə buraxmaq məsləhət görülür. BVF isə son çarə kreditoru olaraq yalnız maliyyə sabitliyi baxımından əvvəlcədən müəyyən olunmuş şərtləri ödəyən ölkələrə qısamüddətli kreditlər ayırmalıdır. Həmçinin, Fondun kreditləri bazar qiymətlərindən xeyli yüksək faiz dərəcəsi ilə verilməlidir ki, ona doğrudan da son çarə kimi müraciət olunsun. Beləcə,BVF dünya maliyyə sabitliyini qoruyan və üzvü olan ölkələrdə sağlam fiskal siyasəti təbliğ edən “daha kiçik bir qurum” şəklinə düşər. DB-nin isə öz növbəsində “Dünya İnkişaf Agentliyinə” çevrilərək yoxsul ölkələrə borc verməkdənsə, səylərini texniki yardım və yoxsulluğu azaltma qrantlarının verilməsinə yönəltməsi lazım bilinir.
Qarabağ Komitəsi
Qarabağ Komitəsi (erm. Ղարաբաղ կոմիտե) — 1980-ci illərin sonlarında bir çox erməni tərəfindən faktiki lider kimi tanınan bir qrup erməni ziyalısı. Komitə 1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə yaradılıb. Komitə 1988-ci il dekabrın 7-də Ermənistanda baş vermiş zəlzələdən sonra Azərbaycandan göndərilən humanitar yardıma mane olmaq ittihamı ilə 1988-ci il dekabrın 11-də sovet hakimiyyəti tərəfindən həbs edilmiş, lakin 31 may 1989-cu ildə sərbəst buraxılmışdır. Komitə daha sonra Pan-Erməni Milli Hərəkatını yaratmışdır. 1990-cı ildə The New York Times komitəni "Ermənistanda ən nüfuzlu millətçi qrup" adlandırmışdır. == Üzvləri == == İstinadlar == == Əlavə ədəbiyyat == Galstyan, Hambardzum. Unmailed Letters. Aqop Hacikyan tərəfindən tərcümə olunub. London: Gomidas Institute.
İsokiçi Komine
İsokiçi Komine (17 iyul 1867, Şimabara, Naqasaki prefekturası – 3 oktyabr 1934, Rabaul) – yapon əsilli Avstraliya fermeri, mirvari ovçusu və biznesmeni. Alman Yeni Qvineyasının ilk yapon sakini və yerli yapon icmasının lideri olmuşdur. == Həyatı == === İlk illəri === İsokiçi Komine 17 iyul 1867-ci ildə Yaponiyanın Şimabara şəhərində doğulmuşdur. 1890-cı ildə Avstraliyanın Tersdi adasına miqrasiya etmişdir. O, mirvari ovu ilə məşğul olmağa başlamış və öz lugerini almışdır. 1894-cü ildə qayıq tikintisinə maraq göstərmişdir. O, 1895-ci ildə kənd təsərrüfatına yararlı torpaqlar tapmaq üçün Yeni Qvineyanın Binaturi və Flay çayları boyunca səyahət etmiş, lakin kəşflərindən yararlanmaq üçün kapital tapa bilməmişdir. Komine 1901-ci ildə Avstraliyanın Kerns şəhəri yaxınlığında torpaq alıb şəkər yetişdirmək istəsə də, Avstraliya vətəndaşlığına qəbul edilmədiyi üçün uğursuz olmuşdur. Britaniya Yeni-Qvineyasında daimi yaşama icazəsi də qəbul edilməmişdir. === Yeni Qvineyada === Komine 1901-ci ildə Alman Yeni Qvineyasına köçmüşdür.
300-lər Komitəsi
Komitet 300 və ya 300-lər Komitəsi (ing. Committee of 300) — Yer kürəsində Vahid Dünya Hökuməti (Yeni Dünya Nizamı) yaratmaq istədikləri iddia olunan siyasi-iqtisadi-ictimai təşkilat.
Amerika Yəhudi Komitəsi
Amerika Yəhudi Komitəsi (American Jewish Committee) — 11 noyabr 1906-cı ildə yaradılmış yəhudilərin maraqlarının təbliğatını aparan qrupdur. Bu, ən qədim yəhudi təbliğat təşkilatlarından biridir və The New York Times-a görə, "geniş miqyasda Amerika yəhudi təşkilatlarının duayeni kimi qəbul edilir". 2009-cu ildən etibarən AYK özünü "Yəhudilərin və İsrailin təbliği üçün Qlobal Mərkəz" kimi təqdim edir. == Haqqında == Amerika Yəhudi Komitəsi (AYK) beynəlxalq təbliğat təşkilatıdır və onun əsas diqqət mərkəzində olan məsələ yəhudilərin dini və mülki hüquqlarını beynəlxalq səviyyədə təbliğ etməkdir. Təşkilatın ABŞ-də 22 regional ofisi, xaricdə 10 ofisi və dünya üzrə yəhudi icma institutları ilə 33 beynəlxalq tərəfdaşlığı mövcuddur. AYK-nın proqram və şöbələrinə Afrika İnstitutu, Asiya Sakit Okean İnstitutu, Amerika Plüralizmi üzrə Belfer Mərkəzi, İnsan Hüquqlarının İnkişafı üzrə Yakob Blauşteyn İnstitutu, Müasir Yəhudi Həyatı, Hökumət və Beynəlxalq Münasibətlər, Harriet və Robert Haylbrun Beynəlxalq Dinlərarası Münasibətlər İnstitutu, Dinlərarası və Qruplararası Münasibətlər, Doroti və Yulius Koppelman Amerika Yəhudi-İsrail Münasibətləri İnstitutu, Latino və Latın Amerikası İnstitutu, Layihə Mübadiləsi, Lourens və Li Ramer Alman-Yəhudi Münasibətləri İnstitutu, Rusiya ilə Əlaqələr, Skandinaviyaya Təşəkkür, Transatlantika İnstitutu və Müsəlman-Yəhudi Məsləhət Şurası daxildir. == Tarixi == === 1900 – 1929 === 11 noyabr 1906-cı ildə 81 yəhudi əsilli amerikalı Amerika Yəhudi Komitəsini yaratmaq üçün Nyu-Yorkdakı Savoy hotelində bir araya gəldi. Qrup Rusiya İmperiyasında yəhudilərə qarşı qırğınlardan narahat idi. Komitənin rəsmi bəyanatında qurulma məqsədi ilə bağlı "yəhudilərin mülki və dini hüquqlarının pozulmasının qarşısını almaq və təqiblərin nəticələrini yüngülləşdirmək" qeyd edilmişdi. İlk illərində təşkilata hüquqşünas Lüis Marşal, bankir Yakob H. Şif, hakim Mayer Sultsberger, alim Sayrus Adler və digər imkanlı və siyasi əlaqələri olan yəhudilər rəhbərlik edirdi.
Avropa Bölgələr Komitəsi
Avropa Bölgələr Komitəsi ( ing. Committee of the Regions ) — qısa adı CoR Avropa Birliyi Anlaşmasıyla qurulmuşdur. Komitənin 329 həqiqi üzvü və eyni sayda alternativ üzvü var. Komitə işlərini Lüksemburqda aparır. İlk iclasını 9–10 mart 1994-cü ildə keçirmişdir. Avropa Birliyi Anlaşması Şura və Komissiyanın regional maraqlarının əsas olduğu təhsil, gənclər, mədəniyyət, cəmiyyətin sağlamlığı, iqtisadi və ictimai bütünləşmə və Avropa səviyyəsində nəqliyyat, telekommunikasiya, enerji sahələri kimi mövzularda Bölgələr Komitəsinin fikrinə müraciət edilməni zərurət halına gətirmişdir. Bölgələr Komitəsi bundan başqa özbaşına da fikir bildirə bilər. Bölgələr Komitəsinin fəaliyyətləri ildə 5 dəfə təşkil olunan əsas heyət iclaslarından başqa 8 komissiya və 4 alt komissiya tərəfindən yeridilir. Komitəyə bağlı bir xüsusi komissiya Avropa Birliyində təşkilati islahat mövzusunda hesabat hazırlayır. 1999-cu il Amsterdam Anlaşmasıyla müstəqillik qazanan Komitə Birlik nizamnaməsi ilə əlaqəli yerli mövzuları gündəmə gətirir və səlahiyyət yerləşdirməsi prinsipilə işləyir.
Azərbaycan Arxeoloji Komitəsi
Azərbaycan Arxeoloji Komitəsi (AAK; Азәрбајҹан Археоложи Комитәси) — Azərbaycan SSR-də tarixi abidələri qeydə almaq, mühafizə etmək və öyrənməklə məşğul olmuş komitə. Azərbaycan Arxeoloji Cəmiyyəti və Abidələri Mühafizə Komissiyasının birləşdirilməsi nəticəsində, 1923-cü ildə yaradılmışdır. Sədri Tağı Şahbazi Simurğ olmuşdur. Akademik Vasili Bartold komitəyə fəxri üzv seçilmişdi. 3 may 1925-ci ildə AAK-ın nizamnaməsi təsdiq olunmuşdur. AAK Abşeron, Lənkəran, Salyan və s. yerlərdə tədqiqat işləri aparmışdı. AAK-ın "Xəbərləri" nəşr olunurdu. 1927-ci ildə Azərbaycanda Asari-ətiqə, İncəsənət və Təbiəti Mühafizə Komitəsinə çevrilmişdir. 1930-cu ildə bu komitə ləğv olunmuş, səlahiyyəti abidələri mühafizə edən Azərbaycan mərkəzi idarəsinə verilmişdir.
Azərbaycan İnqilab Komitəsi
Azərbaycan SSR İnqilab Komitəsi — Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda ali qanunvericilik və icra hakimiyyətini həyata keçirən faktiki ali hakimiyyət orqanı. Yerlərdə sovet hakimiyyəti qəza, məntəqə və kənd inqilab komitələrinin əlində idi. 1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilmişdir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Hüseynov yaxından iştirak etmişdir. Qurultayda Mirzə Hüseynov hazırkı vəziyyət haqqında məruzə etmişdir. Qurultayın qəbul etdiyi qətnamədə göstərilirdi: "Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı indiki vəziyyətə dair edilən məruzəni dinləyib qeyd edir ki, Azərbaycan Respublikasının yaşadığı kəskin təsərrüfat və iqtisadi böhran, fəhlə və kəndlilərin son dərəcə ağır halı mövcud kapitalist və mülkədar üsul‐idarəsinin labüd nəticəsidir və ancaq onu məhv etməklə aradan qaldırmaq olar". Qurultay AK(b)P MK‐nın Əli Bayramov, D. Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə. Qarayev, B. Naneyşvili, Həmid Sultanov, Y. Rodionov, M. Pleşakov, Ağababa Yusifzadə, Mirzə Davud Hüseynov və b. ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçmişdir. Mirzə Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilmişdir.
Bakı Texnika Komitəsi
Bakı texnika komitəsi — Neft emalı sənayesinə dair statistika məlumatlarının hazırlanması, neft məhsullarının keyfiyyətinin yoxlanması zamanı qarşıya çıxan mübahisəli məsələlərin həlli ilə məşğul olan orqan. == Yaradılması və faəliyyəti == Əsası 1887-ci il martın 20-də qoyulmuşdu. Maliyyə nazirliyinin təsdiqlədiyi qaydalara əsasən, neft məhsullarının keyfiyyətinin yoxlanmasına və ixracına nəzarət üçün Bakı brakeraj komitəsi yaradılmışdı. Bakı Xəzinə Palatası müdirinin sədrlik etdiyi həmin komitəyə dövlət əmlak nazirliyinin nümayəndəsi, böyük brakçı (zay məhsulları çıxdaş edən işçi) və yerli sənayeçilərin 3 nümayəndəsi daxil idi. 1891-ci il iyunun 11-də Bakı brakeraj komitəsi BTK-yə çevrildi. Ticarət, sənaye və ərzaq nazirliyi nəzdində olan komitə sədr, texnik, laborant və katibdən ibarət idi. Mədən nəzarəti idarəsinin və aksiz rüsumları idarəsinin nümayəndələri üzv hüququnda komitəyə daxil idilər. Komitənin vəzifələrinə işıqlandırıcı mineral yağların sınaqdan keçirilməsi şərtlərinin, neft məhsullarının yoxlanılması və analizi qaydalarının müəyyən edilməsi, mineral yağların yoxlanmasında texniklərlə neft sənayeçiləri arasında yaranan mübahisələrin müzakirəsi, ixrac edilən neft məhsullarının miqdarı, istehsalın həcmi haqqında statistika məlumatlarının hazırlanması və digər məsələlər daxil idi. BTK 1918-ci il mayın 13-də Bakı Xalq Komissarları Sovetinin qərarı ilə ləğv olunmuşdu. == Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyətii qurulduqdan sonra komitə bərpa olundu və yenidən öz vəzifələrinin icrasına başladı.
Beynəlxalq Olimpiya Komitəsi
Beynəlxalq Olimpiya Komitəsi (ing. International Olympic Committee (İOC); fr. Comité international olympique,) — müasir Olimpiya hərəkatının ali rəhbər orqanı. 23 iyun 1894-cü ildə Parisdə Beynəlxalq konqresdə Fransa ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarının dirçəldilməsi və təşkil olunması məqsədilə yaradılmış beynəlxalq təşkilat. == Məlumat == Təşkilatın mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir. BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü") hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.
Diasporalar Koordinasiya Komitəsi
Diasporlar Koordinasiya Komitəsi – 20 yanvar 2013-cu il tarixində Azərbaycanın paytaxtı Bakıdakı Türk Şurası Diaspor İşlərindən Məsul Nazirlər və Qurum Nazirlərinin birinci toplantısında qurulmuş təşkilatdır. == Haqqında == Türkdilli ölkələrin diasporları bu komitə altında birləşmişdir. Məqsədi "türk diasporları arasındakı əlaqəni, kommunikasiyanı və bağlılığı təmin etmək" olaraq açıqlanmışdır. Türkdilli Ölkələr Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı etdiyi açıqlamasında bunları demişdir: İlk öncə, çalışma qrupu qurulacaq. Dünyanın hər yerində diasporumuz var və milyonlarla insan tərəfindən təmsil edilirik. Bunların gücləri birləşəcək və bunların hamısının fəaliyyətlərini kordinasiya edəcəyik. Təmas qrupu da ilk toplantısını apreldə reallaşdıracaq və sonrasında nazirlər toplanacaq. Toplantı nəticəsində də dövlət rəhbərlərinə hesabatlar veriləcək. Üzv Dövlətlərin Diaspor Qurumları ilə Türk Şurasının Beşinci Diaspor Əlaqə Qrupu Yığıncağı arasında Təcrübə Mübadiləsi Proqramı 8 Fevral 2019-cu ildə Fəxri Yolu, Şəhidlər Anıtı və Bakı Türk Şəhidləri Anıtını ziyarətlə başladı. İclas, Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Komitənin Birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Erkan Özaral, Türkiyə Respublikası, Xarici Türklər və Əlaqəli İcmalar (YTB) vitse-prezidenti Abdulhadi Turus, Qazaxıstan Respublikası Sosial İnkişaf Nazirliyi Diasporla ünsiyyət üçün məsuliyyət daşıyan İctimai İcma Komitəsi və qarşılıqlı fəaliyyət şöbəsinin müdiri Meiram İmanbayev, Qırğızıstan Dövlət İmmiqrasiya Xidmətinin nümayəndəsi Galieva Jarkhinay, üzv dövlətlərin nümayəndələri, üzv ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri və TürkPA, Türk Mədəniyyəti və İrsi Vəqfinin və TIKA nümayəndəliyinin nümayəndələri.
Diasporlar Koordinasiya Komitəsi

Dövlət Təhlükəsizlik Komitəsi
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı. SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı. Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "…siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar…" 1978-ci ildə o zamankı rəhbəri Yuri Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır. 1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur. Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə