Komitas Vartapet və ya tam adı Soğomon Kevork Soğomonyan (erm. Սողոմոն Գևորգի Սողոմոնյան və ya erm. Կոմիտաս Վարդապետ; 26 sentyabr və ya 8 oktyabr 1869, Kütahya — 22 oktyabr 1935, Paris) — Osmanlı ermənisi, bəstəkar, musiqişünas və xor rəhbəri.
Komitas Vartabed | |
---|---|
erm. Կոմիտաս | |
Ümumi məlumatlar | |
Doğum adı |
Սողոմոն Գեւորգի Սողոմոնեան Согомон Геворгій Согомонян |
Ləqəbi | Կոմիտաս[1] |
Doğum tarixi | |
Doğum yeri | Kütahya, Osmanlı İmperiyası |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqi etnoqrafı[d], musiqişünas, müğənni, dirijor, xormeyster[d], musiqi pedaqoqu, folklorşünas |
Fəaliyyət illəri | 1891–1915 |
Səs tembri | bariton |
Təhsili | |
կոմիտաս.հայ | |
Vikianbarda əlaqəli mediafayllar |
Soqomon Soqomonyan musiqiyə bağlı və təkcə türkcə danışan Kütahyalı bir ailədə doğulmuş, bir yaşındaykən anası, 10 yaşındaykən atası ölmüşdür. 1881-ci ilə qədər atasının anası tərəfindən böyüdülmüş, həmin vaxtda Qərbi Azərbacyanın Üçkilsə şəhərindəki erməni kilsəsinin ruhani məktəbinə gedərək 1895-ci ildə buranı bitirərək keşiş olmuşdur. VII əsrdə yaşamış bir erməni xalq ozanı olan Katolikos Komitasın şərəfinə Komitas adını almışdır. "Keşiş" anlamına gələn "Vartapet" ləqəbi ilə birlikdə anılmağa başlandı.
Üçmüədzin (Eçmədzin və ya Üçkilsə) Manastırı xorunda iştirak etdikdən sonra 1896-cı ildə Berlinə gedərək Kaiser Friedrich Wilhelm Universitetinə yazılmış və musiqişünaslıq təhsili almışdır. 1899-da musiqişünaslıq doktoru dərəcəsini almış və Üçmüədzinə dönmüşdür.
Kənd yerlərini qarış-qarış gəzərək 3000-ə qədər Erməni, Azərbaycan, Anadolu, Türk, Kürd və Fars xalq mahnısını toplayaraq nota köçürmüş, kolleksiya yaratmışdır. Daha sonra bütün bu mahnılar ermənilər tərəfindən özününkü kimi qəbul edilmiş və qeyri millətlərə aid mahnılar da erməni mahnısı hesab olunmağa başlamışdır. Məşhur "Yaylıq (xalq mahnısı)" bunlardan sadəcə biridir.
Ən önəmli müstəqil əsəri İlahi Litürji Badarakdır. 1892-ci ildə bestələməyə başladığı bu əsəri bitirə bilməmişdir. Beynəlxalq Musiqi Cəmiyyətinə Avropadan kənardan qəbul edilən ilk müsiqi adamı olmuşdur. Avropada, Türkiyənin müxtəlif yerlərində və Misirdə musiqilər ifa etmiş, çıxışlarla nitq söyləmişdir.
1910-cu ildən sonra İstanbulda yaşamışdır. 300 üzvü olan Gusan Xorunu qurmuşdur.
Komitasın Osmanlıya xəyanət edən ermənilərlə əməkdaşlıqda olduğuna dair şübhələr vardı. Həmən dövrdə xeyli sayda erməni incəsənət, siyasət, din və başqa sahə adamları Osmanlıya qarşı vuruşan bölücü erməni dəstələrə geniş hərtərəfli dəstək göstərirdilər. 24 aprel 1915 tarixli Təhcir Qanunu səbəbilə həbs edilən 235 Erməni arasındaydı. Ertəsi gün 180-ə qədər İstanbullu Erməni ilə birlikdə qatara mindirilərək Çanqırıya sürgün edildi. Mehmet Emin Yurdakul, Halide Edip Adıvar və xarici diplomatların cəhdləri nəticəsində Tələt Paşanın xüsusi əmri sayəsində,[2] digər 8 Erməni sənətçi ilə birlikdə İstanbula qayıtmasına 7 mayda icazə verildi. Dönüşündən sonra ağıl sağlığını itirən Komitas, əvvəl Şişlidəki La Paix xəstəxanasında, sonra isə həyatının son 20 ilini keçirəcəyi Parisdəki bir sanatoriyə yatırıldı. Həyatının son 18 ilində heç piyano çalmadı, bəstələmədi, oxumadı və danışmadı. 20 oktyabr 1935 tarixində Parisdə öldü.