Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lambada
Lambada — portuqal dilindən götürülmüş, Braziliyanın radiostansiyalarında işləyən di-ceylər (dj) son dərəcə populyar olan mahnıları məhz belə adlandırırdılar. Getdikcə bu ad rəqsin əsl adı olan "Karimbo"nu arxa plana atır. 80-ci illərin sonunda Port-Seqarda olan fransız prodüseri Olive Lamot yerli karnavalda bu rəqsi müşahidə edir və dərhal bundan Avropada pul qazanmağın mümkün olduğunu başa düşür. Fransaya qayıdan Lamot Cənubi Amerika mənşəli 4 qaradərili müğənni ilə Kaoma pop-qrupu yaradır. 1989-cu ildə Lambada mahnısı onların ifasında lentə alınır. Nəticədə Lambada ABŞ-də və Avropada ən hit mahnıya çevrilir. Bu rəqs başgiccələndirici şöhrət taparaq bütün dünyaya yayılır.
Kampala
Kampala (ing. və suah. Kampala) — Uqandanın paytaxtı və ən böyük şəhəri. Viktoriya gölünün şimal sahilində yerləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 1 659 600 nəfərdir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 1190 metrdir. Şəhərin adı antilop növü olan impalanın adından götürülmüşdür. Kampala hava limanı şəhərdən 35 km aralıdakı Entebbe şəhərində yerləşir. Şəhərdə Uqandanın ən böyük məscidi olan və Müəmmər əl-Qəzzafinin şərəfinə adlandırılan "Qəddafi məscidi" yerləşir. Şəhərin əsası 1890-cı ildə britaniyalı koloniyaçı Frederik Luqard tərəfindən Kampala təpəsində hərbi məntəqə kimi qoyulmuşdur.
Qampaha
Qampaha (sinh. ගම්පහ [ˈgamːpaha]; tam. கம்பஹா [[Beynəlxalq fonetik əlifba|[gam ɭpaha]]]) — Şri-Lankanın Qərb vilayətinin Qampaha dairəsinin əsas şəhəri. Şəhər Şri-Lankanın kommersiya paytaxtı Kolombonun şimal-şərqində yerləşir. Qampaha Qərb vilayətinin Kolombo, Neqombo, Kalutara, Panadura və Avissavella şəhərlərindən sonra ən böyük 6-cı şəhəridir. Qampaha şəhəri Neqombo şəhərindən sonra Qampaha dairəsinin ən böyük ikinci şəhəri hesab olunur. Şəhərin sahəsi 13 kmSuperscript text2 təşkil edir. Burada 75 hökumət institutunun ofisi yerləşir. == Etimologiya == Sinhal dilində "Qampaha" (ගම්පහ) "Beş kənd" deməkdir. Bu "beş kənd" İhalaqama, Pahalaqama, Medaqama, Pattiyaqama və Alutqamadır.
Lampas
Lampaslar - Şalvarın yan tərəflərinə tək və ya çüt şəkildə, enli və ya dar formada tikilən dekorativ parça zolağıdır. Lampaslardan ilk dəfə skiflər tərəfindən istifadə olunmuşdur.. Orta əsrlərdə lampaslar Fransada hərbi geyimlər üçün istifadə olunurduı. Müxtəlif hərbi hissələrin geyimləri və lampasları rəngləri, eni və tikiş tərzi ilə fərqlənirdi. Prussiya ordusunda 1832-ci ildən generalların lampasları qırmızı, ikiqat, Baş Qərargah zabitlərinin lampasları bənövşəyi rənglərdə idi. Rusiya ordusunun hərbi mundirlərində lampaslar ilk dəfə 1783-cü ildə general Qriqori Potyomkin tərəfindən keçirilən islahatın gedişində meydana çıxmış, lakin tezliklə Rusiya imperatoru I Pavel tərəfindən keçirilən növbəti hərbi islahat nəticəsində ləğv olunmuşdur. 1803-cü ildə rus ordusunda yenidən, əvvəlcə ulanlardan ibarət hərbi hissədə, sonralar isə digər hərbi hissələrdə tətbiq olunmuşdur. Rusiyada çar ordusunda lampaslar bu və ya digər formalarda 1917-ci ilədək mövcud olmuşdur. Rusiya imperiyasında lampaslar sülh dövründə də kazak hərbi hissələrinin hərbi mundirlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. Kazak hərbi hissələrinin fərqlənmə rənglərinə uyğun tək cərgəli geniş lampaslardan istifadə edirdilər.
Tamada
Tamada — Qonaqlıqlarda, toylarda və sairədə məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. == Tamada haqda == Tamada Türk deyimi olub "ev-eşiyi" (damata deməkdir. Toy şənliklərinə dəvət olunan toybəyinin xələflərindən biri kimi bizim günlər şəhər mühitində keçirilən ziyafət və qonaqlıqların başçısı, toy məclislərini idarə edən peşəkar sərəncamçı "masabəyi" yə verilən ad. Ona bəzən "süfrəbəyi" də deyilir. Tamada, bir qayda olaraq, təşkilatçılarla seçilir, və ya tədbirin iştirakçıları tərəfindən seçilir. Tamadanın vəzifələrinə nitqlərin (danışıqların) və tostların sırasının (nizamının) qurulması, təşkilat və artistlərin çıxışlarının kontrolu daxil olur. Tamada alkoqollu içkilərdən istifadə etmir. Çox ölkələrdə belə növün (nəsilin) ənənələri mövcuddur. Tamadanın ənənəsinin post-sovet vaxtına Sovet İttifaqının bütün respublikalarına yayıldı. Əsl peşəkar tamada - Təkcə yumor hissiylə deyil, həm də şən və istedadlı olmalıdır.
Amada
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Lampa
thumb|Mis gövdəli neft lampası (19-cu əsr) thumb|İşıq diodlu elektrik lampası Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır. Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur. Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur. Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar, qövs lampalarını və işıq diodlarını göstərmək olar.
Devi lampası
Devi lampası— tor arakəsmənin içində qapalı alov fitili lampadan ibarət alışqan atmosferə malik yerlərdə istifadə olunan təhlükəsiz lampalardır. 1815-ci ildə Hemfri Devi tərəfindən kəşf olunub. Əvvəllər onun yanmasında bitki yağından istifadə edilib. Bu daş kömür mədənlərində metan və digər alışan qazların olmasına görə partlayış təhlükələrini azaltmaq üçün yaradıldı. Devi lampası barədə xəbərlər noyabrın 3-də 1815-ci ildə Nyukaslda Kral Cəmiyyətinin görüşdə açıqlanıb və lampanı əks etdirən sənəd formal olaraq Noyabrın 9-də təqdim olunub. Bu kəşf üçün, Devi Cəmiyyətin Rumford Medalına layiq görülmüşdür. Bu lampadan sınaq üçün ilk dəfə 9 yanvar 1816-cı ildə Hebburnda istifadə edilib.
Elektrik lampası
Elektrik lampası — elektrik enerjisi ilə qidalanan işıqlandırma avadanlığı. XIX əsrin sonuncu onilliyində ilk olaraq Avropada, daha sonra isə bütün dünyada istifadə edildi. Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox mühüm hadisələrdən biri olmaqla, həm də böyük və cürbəcür nəticələrə gətirdi. Lampanın bu formasını Thomas Edison icad edib və bu icad digər icadları qabaqlayaraq bütün dünyaya uğurla yayılıb. Həmin dövrdə iki tip: közərmə və qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta qövsünə əsaslanırdı: əgər güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan) ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuq götürüldükdə bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.
Fragaria campana
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Frank Lampard
Frenk Ceyms Lempard (20 iyun 1978[…], Romford[d], Böyük London) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Gecə lampası
Gecə lampası — qaranlıq otaqların və ya bəzən qaranlıq olan otaqların (məsələn, gecə) işıqlandırılması üçün istifadə olunan kiçik dekorativ çıraq. Gecə lampası otaqda oriyentasiyanı yüngülləşdirir, zədələrdən qoruyuraq; eyni zamanda, o, otaqda yatmış insanları narahat etmək üçün kifayət qədər parlaq deyil.
Nausithoe limpida
Nausithoe limpida (lat. Nausithoe limpida) — nausithoe cinsinə aid heyvan növü.
Pedra-Lavrada
Pedra-Lavrada (port. Pedra Lavrada) — Braziliyanın Şimal-şərq regiounun Parayba ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 6573 nəfərdir. Ərazisi 351,688 кm²-dir. Əhalinin sıxlığı 18,7 nəfər/кm²-dir.
Qaz lampası
1897-ci ildə Londonun bir neçə nöqtəsində Pluto Lamp (qaz lampası) quraşdırılır. Bu aparatlar yalnız küçələri işıqlandırmaqdan ibarət olmur, eyni zamanda satış (vending) maşını kimi fəaliyyət göstərirdi — isti kofe, çay və kakao təklif edirdi. Bununla bərabər, avtomat-fanarda siqaret və qəzet də almaq mümkün idi. Həmçinin, bir başqa modelində Scotland Yard"a məktub göndərilməsi üçün teleqraf da quraşdırılmışdı. Bunların hamısı qaz ilə işləyirdi.
Vud lampası
Qara işıq lampası və ya Vud lampası (ing. Black light, Wood's light), ultrabənövşəyi işıq lampası — modeldən asılı olaraq bir-birindən fərqli diapazonlu uzun dalğalı (ən "yumşaq", görünən işığa ən yaxın) ultrabənövşəyi (UVA) işıq yayan flüoressens, qövsvari və ya LED lampadır. Kvars lampalardan fərqli olaraq, nisbətən zəif görünən parıltıya (bəzən ümumiyyətlə görünmür) malikdir və daha aqressiv ultrabənövşəyi diapazonlar yaymır: UVB (günəşdən qaralma və dəri yanıqlarına cavabdehdir) və UVC (kvars lampası radiasiyasının mikroorqanizmlərə sürətli zərərinə, insanın gözlərinə və dərisinə təsirinə görə cavabdehdir; günəş UVC-si isə yer səthinə gəlib çatmır). Bir çox digər lampalar görünən işıqla eyni vaxtda ultrabənövşəyi şüalar yaysa da, görünən işıq olmadan UV işığı tələb olunduqda, xüsusən də bir çox maddələr ultrabənövşəyi şüalanmaya məruz qaldıqda ortaya çıxan flüoressensliyi müşahidə edərkən qara işıq lampası lazımdır. "Qara işıq" lampası dekorativ və bədii işıq effektlərində, tibbdə diaqnostik və müalicəvi məqsədlərlə, flüoressens boyalarla xüsusi işarələnmiş maddələrin aşkarlanmasında (məsələn, əskinaslarda), həvəskar və peşəkar mineralogiyada mineral ovçuluğu, saxta pulların aşkarlanmasında, plastik qatranların bərkidilməsi, həşəratların cəlb edilməsi və soyuducu sızmasının aşkar edilməsində istifadə olunur. == Təsir prinsipi == Belə lampalar adi flüoressens lampalarla eyni prinsiplərə uyğun olaraq hazırlanır. Yeganə fərqi qara işıq lampalarının istehsalında xüsusi lüuminoforun istifadə edilməsi və (və ya) şəffaf şüşə lampanın əvəzinə tünd qara lampa, kobalt və ya nikel oksidi qatqıları olan mavi-bənövşəyi uvio şüşə istifadə edilir. Belə şüşə Vud şüşəsi adlanır (ing. Wood's glass) və dalğa uzunluğu 400 nmdən çox olan görünən işığı ötürmür. == Tətbiqi == Kriminalistikada lampa işığında flüoressensləşən qan, sidik, sperma və ya tüpürcək izlərini aşkar etmək üçün; Əskinasların həqiqiliyini müəyyən edərkən (bir çox müasir əskinaslarda flüoressens işarələr var); Tibbdə dermatoloji yaraların təyinində, xüsusən də göbələk infeksiyalarının və trixofitozun aşkarlanmasında.
Hamada Hikozo
Hamada Hikozo (浜田彦蔵, 20 sentyabr 1837 – 12 dekabr 1897, Tokio), eləcə də, digər adları ilə Cozef Heko (ing. Joseph Heco) və ya Amerika Hikozo – ABŞ vətəndaşlığı almış ilk yapon. Xristianlığı qəbul etmiş, Yaponiyada ilk müasir qəzeti nəşr etdirmişdir. == Həyatı == === ABŞ səfəri === Hamada 1837-ci ildə Harima əyalətində bir gəmi kapitanının oğlu kimi doğulmuşdur. 1850-ci ildə Edo şəhərinə qayıdarkən gəmisi qəzaya uğramış və 52 gün boyunca açıq dənizdə üzdükdən sonra o və 16 dənizçi ABŞ-yə məxsus "Oakland" gəmisi tərəfindən xilas edilmişdir. Gəmi 1851-ci ilin fevralında San-Fransiskoya çatmışdır. Həmin dövrdə ABŞ hökuməti Metyü Perrinin başçılığı altında Yaponiyaya ekspedisiya göndərməyi planlaşdırdığı üçün bu 17 yaponu ekspedisiya zamanı Yaponiyaya qaytarmaq qərarı verilmişdi. Ekspedisiya 1852-ci ildə Yaponiyaya yola düşmüşdür. Honkonqa çatanda amerikalılar Hamadaya ABŞ-yə qayıtmağı təklif etmişdirlər. Hamada təklifi qəbul etmiş və yoldaşlarından ayrılaraq San-Fransiskoya qayıtmışdır.
Hamada Talat
Hamada Talat (1 mart 1981) — Misirli atıcı. Hamada Talat Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamada Talat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 618.2 xal toplayaraq 39-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Hiroki Yamada
Hiroki Yamada (d. 27 dekabr 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Keyci Tamada
Keyci Tamada (d. 11 aprel 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 16 qol vurub.
Kosaku Hamada
Kosaku Hamada (濱田 耕作, Hamada Kosaku, 22 fevral 1881 – 25 iyul 1938, Kioto) və ya Seyryo Hamada (濱田 青陵, Hamada Seyryo) – Yaponiya arxeoloqu və sənətşünası. == Həyatı == Kosaku Hamada 1881-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. 1905-ci ildə Tokio Universitetindən məzun olaraq sənətşünaslıq sahəsində ixtisaslaşmışdır. 1909-cu ildə Kioto Universitetində yapon sənətşünaslıq və arxeologiya mövzularında mühazirələr verməyə başlamışdır. 1913–16-cı illərdə Britaniyada təhsil aldıqdan sonra 1917-ci ildə Kioto Universitetinin professoru olmuşdur. O, Yaponiyada arxeologiya üzrə universitet professoru olan ilk şəxs olmuşdur. Hamada 1937-ci ildə Kioto Universitetinin prezidenti seçilmiş, 1938-ci ildəki ölümünə qədər bu vəzifəni tutmuşdur. == Elmi töhfələri == Hamada Yaponiyada arxeologiyanın elmi metodlarından istifadə edən ilk şəxs olmuşdur. Onun tədqiqat qrupu 1917–27-ci illərdə 14 cildlik tədqiqat işi yayımlamışdır. Bu tədqiqat işinin böyük hissəsi onun Yaponiya, Koreya və Çində apardığı qazıntı işlərinə həsr olunmuşdur.
Lamara Çkoniya
Lamara Çkoniya (gürc. ლამარა გრიგოლის ასული ჭყონია; 27 dekabr 1930, Batum – 14 mart 2024, Tbilisi) — gürcüəsilli opera və kamera müğənnisi, pedaqoq, SSRİ xalq artisti (1976). == Boqrafiya == Lamara Çkoniya 27 dekabr 1930-cu ildə indiki Gürcüstanın Batumi şəhərində anadan olmuşdur. 1956-cı ildə Vano Saracaşvili adına Tiflis dövlət konservatoriyasını bitirir. O, Q. M. Qoqiçadzenin sinfində dərs alır. 1956–1960-cı illər və 1968-ci ildə Tbilisi Dövlət Opera və Balet Teatrının salisti olur. 1960–1968-ci illərdə isə Kiyev Dövlət Opera və Balet Teatrında çalışır. Dövlət Akademik Böyük Teatr, Mariin teatrının səhnəsində çıxış edir. Konsert-ifa fəaliyyətinə rəhbərlik etmişdir. Onun kamera repertuarına rus, gürcü və xarici bəstəkarların təxminən 400 əsəri daxildir.
Lambda-zond
Lambda-zond — sensorların rolu avtomobildə yanaçağı və çıxış qazlarının düzgün formada təmin etməsidir. Yəniki yanma kamerasında yanmanın düzgün baş verməsini təmin edir. Sensorların tərkibi Dioksid Zirkonniyalı keramikadır. (ZrO2) Bu bütün oksiqen sensorlarına keçərlidir. Oksigen sensorunun əsas iş prinsipi yanma kamerasından çıxan qazların miqdarını ölçməkdir. Bu sensorlar mühərriyin çıxışında və daha sonra katalizator çıxışında yerləşdirilir. İş prinsipnə görə ilk sensorlar mühərriyin yanmasını təmin edir. Katalizatordan sonrakılar isə zərərli qazların nə dərəcədə katalizator filterindən keçdiyini təmin etməkdir. Keyfiyyətsiz yanacaq daha çox zərərli qazlar verərək həmin sensorları tez bir zamanda sıradan çıxardır. BMW mühərikləri keyfiyyətli yanacağa həssas olduğundan dolayı keyfiyyətsiz yanacaq istifadə olunduqda tez sıradan çıxır.
Lambda hesablaması
Lambda hesablanması (λ-hesablama) — hesablama anlayışını formalaşdırmaq və təhlil etmək üçün Amerika riyaziyyatçısı Alonzo Çörç tərəfindən hazırlanmış rəsmi bir sistem. == Saf == λ {\displaystyle \lambda } - hesablama Saf λ {\displaystyle \lambda } - hesablamasışərtləri həmçinin , obyektləri ("obami")və ya Lambda (hərf-λ) şərtləri adlanan tətbiq və abstraksiya istifadə edərək yalnız dəyişənlərdən qurulmuşdur. Əvvəlcə hər hansı bir sabitliyin olması ehtimal edilmir. == Tətbiq və abstraksiya == Əsasən λ-hesablama iki əsas əməliyyata əsaslanır: Tətbiq (lat. applicatio — qoşma, qoşulmaq) müəyyən bir dəyərlə əlaqədar bir funksiyanı tətbiq etmək və ya çağırmaq deməkdir. Adətən onun işarəsi f a {\displaystyle f\ a} ,hardaki, f a {\displaystyle f\ a} — funksiya, a isə a {\displaystyle a} — arqumentdir.Bu riyaziyyatda ümumi olan f ( a ) {\displaystyle f(a)} notasiyaya uyğun gəlir,bəzən də həmçinin də istifadə olunur,lakin, λ-hesablama üçün f {\displaystyle f} -in nəticəni verilən giriş dəyərindən hesablayan alqoritm kimi qəbul etməsi vacibdir. Bu mənada f {\displaystyle f} , a {\displaystyle a} tətbiqinə iki cür baxmaq olar: tətbiqi nəticəsində f {\displaystyle f} -dan a {\displaystyle a} -ya və yaxudda hesablama prosesi olaraq f a {\displaystyle f\ a} . Tətbiqin son şərhi β-azalma anlayışı ilə əlaqədardır. Abstraksiya və ya λ-abstraksiya (lat. abstractio — yayındırma,bölmə) öz növbəsində verilmiş ifadələrə uyğun olaraq funksiyalar qurur.
Seyryo Hamada
Kosaku Hamada (濱田 耕作, Hamada Kosaku, 22 fevral 1881 – 25 iyul 1938, Kioto) və ya Seyryo Hamada (濱田 青陵, Hamada Seyryo) – Yaponiya arxeoloqu və sənətşünası. == Həyatı == Kosaku Hamada 1881-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. 1905-ci ildə Tokio Universitetindən məzun olaraq sənətşünaslıq sahəsində ixtisaslaşmışdır. 1909-cu ildə Kioto Universitetində yapon sənətşünaslıq və arxeologiya mövzularında mühazirələr verməyə başlamışdır. 1913–16-cı illərdə Britaniyada təhsil aldıqdan sonra 1917-ci ildə Kioto Universitetinin professoru olmuşdur. O, Yaponiyada arxeologiya üzrə universitet professoru olan ilk şəxs olmuşdur. Hamada 1937-ci ildə Kioto Universitetinin prezidenti seçilmiş, 1938-ci ildəki ölümünə qədər bu vəzifəni tutmuşdur. == Elmi töhfələri == Hamada Yaponiyada arxeologiyanın elmi metodlarından istifadə edən ilk şəxs olmuşdur. Onun tədqiqat qrupu 1917–27-ci illərdə 14 cildlik tədqiqat işi yayımlamışdır. Bu tədqiqat işinin böyük hissəsi onun Yaponiya, Koreya və Çində apardığı qazıntı işlərinə həsr olunmuşdur.