Seyryo Hamada

Kosaku Hamada (濱田 耕作, Hamada Kosaku?, 22 fevral 188125 iyul 1938, Kioto) və ya Seyryo Hamada (濱田 青陵, Hamada Seyryo?)Yaponiya arxeoloqu və sənətşünası.

Kosaku Hamada
yap. 濱田耕作
Doğum tarixi 22 fevral 1881(1881-02-22)
Vəfat tarixi 25 iyul 1938(1938-07-25) (57 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti antropoloq, sənətşünas, arxeoloq, universitet müəllimi[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Kosaku Hamada 1881-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur.[2] 1905-ci ildə Tokio Universitetindən məzun olaraq sənətşünaslıq sahəsində ixtisaslaşmışdır.[2] 1909-cu ildə Kioto Universitetində yapon sənətşünaslıq və arxeologiya mövzularında mühazirələr verməyə başlamışdır.[2] 1913–16-cı illərdə Britaniyada təhsil aldıqdan sonra 1917-ci ildə Kioto Universitetinin professoru olmuşdur.[2] O, Yaponiyada arxeologiya üzrə universitet professoru olan ilk şəxs olmuşdur.[2]

Hamada 1937-ci ildə Kioto Universitetinin prezidenti seçilmiş, 1938-ci ildəki ölümünə qədər bu vəzifəni tutmuşdur.[2]

Elmi töhfələri[redaktə | mənbəni redaktə et]

Hamada Yaponiyada arxeologiyanın elmi metodlarından istifadə edən ilk şəxs olmuşdur.[2] Onun tədqiqat qrupu 1917–27-ci illərdə 14 cildlik tədqiqat işi yayımlamışdır.[2] Bu tədqiqat işinin böyük hissəsi onun Yaponiya, KoreyaÇində apardığı qazıntı işlərinə həsr olunmuşdur.[2] 1925-ci ildə Tokio Universitetinin professoru Yoşito HaradaPekin Universitetinin professoru Ma Henlə birlikdə Uzaq Şərq Arxeologiya Cəmiyyətini qurmuşdur.[2] Bu təşkilatın məqsədi Uzaq şərqdə arxeoloji tədqiqatlarla məşğul olmaq və nəticələri bölüşmək idi.[2]

Hamada Çin və buddizm incəsənəti tarixi ilə də məşğul olmuşdur.[2] "Şina komeyki deyşo zusetsu" əsəri (1927) onun Çindəki arxeoloji tədqiqatlarının nəticələri haqqındadır.[2] "Tenşi keno şisetsu ki" (1931) isə 1582-ci ildə Avropaya göndərilmiş yapon missiyasının tədqiqatından ibarətdir.[2] Hamadanın ən tanınmış işlərinə Kioto Universitetindəki mühazirələrinə əsasən "Tsuron kokoqaku" (1922) və "Kokoqaku nyumon" (1930) əsərləri aiddir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 89. ISBN 0-87011-623-1. İstifadə tarixi: 25 avqust 2022.