Kosaku Hamada

Kosaku Hamada (濱田 耕作, Hamada Kosaku?, 22 fevral 1881[1]25 iyul 1938[1], Kioto[1]) və ya Seyryo Hamada (濱田 青陵, Hamada Seyryo?)Yaponiya arxeoloqu və sənətşünası.

Kosaku Hamada
yap. 濱田耕作
Doğum tarixi 22 fevral 1881(1881-02-22)[1]
Vəfat tarixi 25 iyul 1938(1938-07-25)[1] (57 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti antropoloq, sənətşünas, arxeoloq, universitet müəllimi[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kosaku Hamada 1881-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur.[2] 1905-ci ildə Tokio Universitetindən məzun olaraq sənətşünaslıq sahəsində ixtisaslaşmışdır.[2] 1909-cu ildə Kioto Universitetində yapon sənətşünaslıq və arxeologiya mövzularında mühazirələr verməyə başlamışdır.[2] 1913–16-cı illərdə Britaniyada təhsil aldıqdan sonra 1917-ci ildə Kioto Universitetinin professoru olmuşdur.[2] O, Yaponiyada arxeologiya üzrə universitet professoru olan ilk şəxs olmuşdur.[2]

Hamada 1937-ci ildə Kioto Universitetinin prezidenti seçilmiş, 1938-ci ildəki ölümünə qədər bu vəzifəni tutmuşdur.[2]

Elmi töhfələri

[redaktə | mənbəni redaktə et]

Hamada Yaponiyada arxeologiyanın elmi metodlarından istifadə edən ilk şəxs olmuşdur.[2] Onun tədqiqat qrupu 1917–27-ci illərdə 14 cildlik tədqiqat işi yayımlamışdır.[2] Bu tədqiqat işinin böyük hissəsi onun Yaponiya, KoreyaÇində apardığı qazıntı işlərinə həsr olunmuşdur.[2] 1925-ci ildə Tokio Universitetinin professoru Yoşito HaradaPekin Universitetinin professoru Ma Henlə birlikdə Uzaq Şərq Arxeologiya Cəmiyyətini qurmuşdur.[2] Bu təşkilatın məqsədi Uzaq şərqdə arxeoloji tədqiqatlarla məşğul olmaq və nəticələri bölüşmək idi.[2]

Hamada Çin və buddizm incəsənəti tarixi ilə də məşğul olmuşdur.[2] "Şina komeyki deyşo zusetsu" əsəri (1927) onun Çindəki arxeoloji tədqiqatlarının nəticələri haqqındadır.[2] "Tenşi keno şisetsu ki" (1931) isə 1582-ci ildə Avropaya göndərilmiş yapon missiyasının tədqiqatından ibarətdir.[2] Hamadanın ən tanınmış işlərinə Kioto Universitetindəki mühazirələrinə əsasən "Tsuron kokoqaku" (1922) və "Kokoqaku nyumon" (1930) əsərləri aiddir.[2]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 89. ISBN 0-87011-623-1. İstifadə tarixi: 25 avqust 2022.