Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
LİBOR
IBO
International Baccalaureate Organization (IBO ing. Beynəlxalq Bakalavriat Təşkilatı və ya IB; digər rəsmi dillərdə: fr. Organisation du baccalauréat international və ya BI; isp. Organización del Bachillerato Internacional və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi. IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var. Diplom Proqramı (ing. Diploma Programme; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar.
Dino Lebo Falula
Dina Lebo Falula (9 dekabr 1983) — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Dina Lebo Falula Cənubi Afrika Respublikasını 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Dina Lebo Falula birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 41 dəqiqə 46 saniyəyə qət edərək 157 marafonçu sırasında 63-cü yeri tutdu.
Didi Lilo
Didi Lilo ( gürc. დიდი ლილო ) - Gürcüstanda Tbilisi mərkəzindən 4.5 km şərqdə şəhər tipli bir qəsəbə. Tiflis bələdiyyəsinin bir hissəsidir (cari statistika Tiflis şəhərindəki şəhər tipli qəsəbəni nəzərə alır) . 2008-ci ilə qədər Kvemo Kartli bölgəsinin Gardaban bələdiyyəsinin bir hissəsi idi. Əhalisi 2417 nəfərdir (2014) , əsasən gürcülərdir . Didi Lilo Stalinin Vissarion Cuqaşvilinin doğulduğu yerdir. 1974-cü ildə Didi Lilo şəhər tipli qəsəbə statusunu aldı. Gürcüstan Ədliyyə Nazirliyinin arxivləri və Tbilisi Eksperimental Karbid Materialları Zavodu burada yerləşir. 2013-cü ilin əvvəlində Didi Liloda yerli mediada geniş yer alan bir qalmaqal baş verdi. Yanvarın 28-dən bəri kəndin 50-yə yaxın sakini zibil maşınlarının ora girməsinin qarşısını alaraq məişət tullantıları poliqonuna aparan yolu bağladı.
LIBOR skandalı
LIBOR dərəcəsi ilə manipulyasiya 2008–2016-cı illərdə beynəlxalq qalmaqal və bunun ardından dünyada standart faiz dərəcələrinin qlobal islahatı ilə başa çatan ən böyük Avropa və Amerika bankları tərəfindən həyata keçirildi. 2012-ci ildə sona çatan skandal nəticəsində LIBOR rəhbərliyi dəyişdirildi. Bundan əlavə, məhkəmə proseslərinin ardından böyük beynəlxalq bank qrupu cərimə ödədi. Keçmiş treyder Tom Heys ağır cinayətə görə cəza alan tək şəxs idi. LIBOR faiz dərəcəsi, Yunan bankiri Minos Zombanakis, JP Morgan Manufacturers Hanover Bank (London) İdarəedici direktoru tərəfindən təklif edilmişdir. 1969-cu ildə, korporativ müştərisinə Londondakı altı aylıq banklararası faiz dərəcəsi ilə təyin olunmuş dərəcədə sindikatlaşdırılmış kredit verdi. 1986-cı ildən bəri, İngilis Banklar Birliyi mütəmadi olaraq LIBOR-un hesablanması üçün ictimai bir öhdəlik götürdü. Dərnək, gündəlik olaraq on altı bankdan digər banklardan borc ala biləcəkləri şərtlərlə soruşdu. Ən aşağı və ən yüksək dərəcələr hesablamadan çıxarıldı, qalan dərəcələr orta hesablandı. Beləliklə, qalmaqaldan əvvəl LIBOR, bankirlərin bir-birlərinə kredit verə biləcəkləri dərəcələr barədə ortalama bir fikir idi.
Liao sülaləsi
Lyao sülaləsi (Çincə: 遼 pinyin: liáo, 916 - 1125), bugünkü Monqolustan və Çinin şimal hissəsində hakimiyətini quran Qarakitayların (Kidan 契丹 qìdān) xanədanı. Lyao çayının ətrafında iqamet edən Kıtaylardan Yelu Abaoji (耶律阿保機 Yēlǜ Ābǎojī), 907-ci ildə Kıtay xaqanı olmuş və 916-cı ildə özünü "Tanrı imperatoru" (天皇帝 tiān huáng dì) elan etmiş və Böyük Kitan (大契丹 dà qìdān) qurmuşdu. 947-ci ildə ikinci imperatoru Taizong (太宗 Tàizōng, əsli adı: Yelü Deguang 耶律德光 Yēlǜ Déguāng) ölkənin adını "Lyao" olaraq dəyişdirdi. Ölkənin adı 983-cü ildə təkrar "Kidan", 1066-cı ildə yenə "Lyao" olmuşdu.
Lino Ventura
Lino Ventura (it. Lino Ventura, 14 iyul 1919–22 oktyabr 1987) — fransız aktyoru, mənşəcə italyan. Fransız filmlərində çəkilərək məşhur olmuşdur. Lino Ventura İtaliyanın Şimali Parma şəhərində, Covanni Ventura və Luiza Borininin ailəsində anadan olmuşdur. Səkkiz yaşında ikən təhsilini yarımçıq qoymuş və çlışdığı peşələri dəfələrlə dəyişmışdir. İlk olaraq karyerasında boks və güləşlə məşğul olurdu. 1950-ci ildə Lino yunan-Roma güləşi üzrə Avropa çempionu olur, lakin Henry Cohen (həm də aktyor) ilə mübarizə zamanı onun sağ ayağı ciddi zədə alaraq idman karyerasını dayandırmaq məcburiyyətində qaldı. 1953-cü il Jak Bekkerin "Qənimətimə toxunmayın" qanqster filmidə çəkildikdən sonra, kino aləminə daxil oldu. Həmin andan da onun aktyorluq karyerası başladı. Qanqster filmlərinin çoxunda onun tərəf müqabili dostu, məşhur fransız aktyorları Jan Qaben və Alen Delon olmuşdur.
Tibo Kurtua
Tibo Nikolya Mark Kurtua (11 may 1992) — İspaniya və dünya futbol tarixinin ən titullu klublarından biri, La Liqa klublarından olan Real Madriddə və Belçika millisində qapıçı mövqeyində çıxış edən Belçikalı peşəkar futbolçudur. Kurtua Genk klubunun futbol akademiyasını bitirib və artıq 18 yaşında komandasının Belçika çempionluğunu qazanmasında əsas rol oynadı. 2011-ci ilin iyul ayında 8 milyon funt sterlinq qarşılığında Çelsiyə transfer olundu və elə həmin il oyun praktikası toplaması üçün dərhal Atletiko Madridə icarəyə verildi. Buradakı üç mövsümdə 2012-ci ildə UEFA Avropa Liqasını, 2013-cü ildə Copa del Reyi və 2014-cü ildə İspaniya çempionluğunu qazandı. Son iki mövsümdəki göstəricilərinə görə La Liqada ən yaxşı qapıçıya verilən Rikardo Zamora mükafatını qazandı. Kurtua 2014-cü ilin iyulunda Çelsiyə qayıtdı və komandasına ilk mövsümündə Liqa Kubokunu və Premyer Liqa çempionluğunu qazanmalarında kömək etdi. İki il sonra Çelsinin yenidən liqanı qazanmasındakı uğurlarına görə Premyer Liqanın Qızıl Əlcəyi mükafatını qazandı. 2018-ci ildə İspaniya nəhəngi Real Madrid Kurtuanı 35 milyon funt-sterlinqə transfer etdi və Atletiko Madridin transfer etdiyi Yan Oblakın transfer məbləğini üstələyərək La Liqanın ən bahalı qapıçısı oldu. 2019-2020 sezonunda ikinci dəfə La Liqa çempionluğunu və üçüncü Zamora mükafatını qazandı. Tibo Kurtua beynəlxalq səviyyəli debütünü 2011-ci ilin oktyabrında etdi və Belçika millisini təmsil edən ən gənc qapıçı oldu.
Yibo xaqan
Yibo xaqan — Türgiş xaqanlığının Çin tərəfindən təyin olunmuş hökmdarı. Əsasən nominal xaqan olmuş, Suyab ətrafını idarə etmişdir.
Dina Lebo Falula
Dina Lebo Falula (9 dekabr 1983) — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Dina Lebo Falula Cənubi Afrika Respublikasını 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Dina Lebo Falula birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 41 dəqiqə 46 saniyəyə qət edərək 157 marafonçu sırasında 63-cü yeri tutdu.
Finau Lino Ohuafi
Lilo və Stiç
Lilo və Stiç (ing. Lilo & Stitch) - 2002-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. Lilo və Stiç — Internet Movie Database saytında.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Ga və Lobo (departament)
Ga və Lobo — Kamerunun cənub regionuna daxil olan departament. Departament 19 911 km² sahəni əhatə edir və 2005-ci ildə ümumi əhalisi 196 951 nəfər olmuşdur. Departamentin mərkəzi Sanqmelimada yerləşir. Kamerundakı qorunan ərazilərdə biri olan Ga Təbiət Qoruğu dapartamentin ərazisində yerləşir.
Lilo və Stiç: Seriyalar
Lilo və Stiç: Seriyalar (ing. Lilo & Stitch: The Series) — 2003-2006-cı illərdə Disney Channel-də yayımlanan serialdır. Bu serialda Lilo adlı az yaşlı qız və onun yadplanetli dostu Stiçin törəmələrini axtarmaq macəralarından danışılır. İlk dəfə cizgi serialı 20 sentyabr 2003-cü ildə dünya ölkələrində yayımlanmışdır. Cambanın yaratdığı 624 yadplanetli varlıq Havayın dörd bir tərəfinə dağılır. Yadplanetli varlıqlar qolf topu böyüklüyündə rəngli bir toplar formasındadır. Suyla təmas etdikləri zaman bu varlıqlar canlanır və funksiyalarını yerinə yetirirlər. Onları axtarışına Lilo və Stiç çıxırlar... Lilo və Stiç: Seriyalar — Internet Movie Database saytında.
Propan
Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir. Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu −42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır. 0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir. Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).
Lilo və Stiç (cizgi filmi, 2002)
Lilo və Stiç (ing. Lilo & Stitch) - 2002-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. Lilo və Stiç — Internet Movie Database saytında.
Çan Van Çan
Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918 – 20 aprel 1996, Hoşimin) — Vyetnam hərbi xadimi. O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur. Vyetnam müharibəsi zamanı Cənubi Vyetnam və ABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir. 1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir. Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur.
Muhammed Popal
Məhəmməd Popəl Muqim oğlu — Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qarabağ müharibəsi iştirakçısı. Məhəmməd Popəl 1967-ci ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulub. Ali təhsillidir. Kabulda Kimya Biologiya İnstitutunu, eləcə də Pakistanda Politologiya İnstitutunu bitirib. 1993-cü ildə könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gəlib. 1994-cü ildə Azərbaycanda fəxri polkovnik rütbəsinə layiq görülüb. 2007-ci ildən təsis etdiyi Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Ailəlidir, 2 övladı var.
Ban Pain
Ban Pain (Norfolk dili Ban Pain) — Norfolk adasının ən iri şəhəri. Adanın əsas kommersiya mərkəzi, faktiki paytaxtı. Adanın bir kənarından digərinə yol şəhərdən keçir. == Əhalisi == Dəqiq əhali sayı məlum deyil. Müəyyən mənbələrə görə onun əhalisi 180 nəfərdir (2007-ci il) == İdarəetmə == Şəhərin bələdiyyəsi və dəqiq sərhədi yoxdur. Şəhərin ticarət-sənaye palatası sahibkarların şəhərin idarə edilməsində iştirakını təmin edir. Şəhərin emblemi və hansısa fərqlənmə nişanı yoxdur.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Pac-Man
Pac-Man — Namco tərəfindən yaradılan kompüter oyunudur. 1980-ci ildə gün üzünə çıxmış və qısa zamanda populyarlaşmışdır. Pac-Man'da oyunçu labirint içərisində hərəkət edərək sarı diskləri bitirməyə çalışır. Qarabasma və canavarlardan qaçaraq, hədəfi bütün kiçik diskləri toplamaq olan oyunçu disklərin hamısını toplayınca digər mərhələyə keçir. Daha çox bal toplamaq üçün çıxan meyvələri toplamaq lazımdır. Böyük sarı diskləri aldığında qarabasma və canavarlar rənglərini göyə dəyişirlər və bir müddət yeyiləbilir vəziyyətə gəlirlər. Oyun Yaponiyada Puck-Man olaraq adlandırılırdı. Ancaq bəzi vandallar "P" hərfini "F" ilə dəyişdirincə, oyun Amerikada Pac-Man olaraq çıxdı. İlk dəfə Google Pacman ilə birlikdə 21 may 2010-cu ildə bir jest edərək bu oyunu loqosu yerinə qoymuşdur.
Tan Pen
Tan Pen (4 fevral 1981) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Tan Pen Honq Konqu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Daha sonra Tan Pen Honq Konqu 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Pan
Pan (yun. Πάν) — Yunan mifologiyasında meşə tanrısı. Hermesin oğlu. Qurşaqdan aşağısı keçi, yuxarısı isə insandır. Çənəsində keçi saqqalı, başında keçi buynuzları var. Çobanların havadarıdır, cinsi həzzi təmsil edir. Musiqini, mahnı oxumağı və rəqs etməyi çox sevən tanrıdır. Pan insanlara gizlincə yaxınlaşıb qorxutmağı sevərdi. "Panic" sözü Panın adından törənmişdir.
Proval gölü (Tatarıstan)
Proval gölü —Tatarıstanın Alikseevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. Proval gölü karst mənşəllidir. Tatarıstanın Alikseevski rayonunda, Zoteevka kəndində yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 75 metr, maksimal eni isə 60 metrdir. Su səthinin sahəsi 0,30 ha-dır. Orta dərinliyi 3 metr təşkil edir. Göl 1895-ci ildə dərinliyi 7 metr, diametri 70 sm olaraq meydana gəlmiişdir. Su tutarının həcmi 10 m³-dir.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Banzay Çibi-Çan
PlayStation: The Official Magazine (abr. PTOM), 2007-ci ilə qədər PlayStation Magazine (abr. PSM) — "Future plc" tərəfindən nəşr edilmiş keçmiş ABŞ videooyun jurnalı. Jurnal hər il 13 nömrə nəşr edirdi. "PlayStation" üzrə ixtisaslaşmış jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında, sonuncu nömrəsi isə 25 dekabr 2012-ci ildə nəşr edilmişdir. "Future plc" tərəfindən nəşr edilən başqa "PlayStation" jurnalı – "PSM3". == Tarix == === PSM: 100% Independent PlayStation Magazine === Rəsmi jurnala çevrilməzdən əvvəl "PSM" "Sony PlayStation" platforması üzrə ixtisaslaşmış müstəqil bir videooyun jurnalı idi. Jurnalın ilk nömrəsi 1997-ci ilin sentyabr ayında nəşr edilmişdir, üzlüyündə isə "Final Fantasy VII" videooyununun şəkli var idi. Nəşr edildiyi dövrdə digər "PlayStation" mövzulu jurnallardan daha çox nüsxə satmışdır. 2007-ci ildə "PSM" onillik ildönümünü qeyd etmişdir.
Babo
Babo (16 noyabr 1976, La Tortuqa[d]) — məşhur Meksika reperi.
Bebo
Bebo — 2005-ci ildən 2013-cü ildə iflasa uğrayana qədər fəaliyyət göstərən və 2021-ci ilin fevralında yenidən fəaliyyətə başlayan Amerika sosial şəbəkə saytıdır. Sayt iflas etdikdən sonra bir sıra qısamüddətli təkliflər, o cümlədən ani mesajlaşma və video axını ilə bir neçə dəfə yenidən fəaliyyətə başlamışdır. Amazon tərəfindən 2019-cu ilin iyul ayında bağlandığı zaman satın alındı. 2021-ci ilin yanvarında elan edildi ki, bir ay sonra yeni sosial media saytı olaraq geri qayıdacaq. Saytın əsası Maykl Birç və Xoçi Birç tərəfindən qoyulub. == Tarixi == Bebo ər-arvad komandası Maykl və Xoçi Birç tərəfindən 2005-ci ilin yanvarında San-Fransiskodakı evlərində yaradılmışdır. Veb saytın adı təsisçilər tərəfindən satın alınmış və adın nə demək olduğu sualına cavab vermək üçün "Blog Early, Blog Tez-tez" backronimi icad edilmişdir. Veb sayt populyarlığının zirvəsində Myspace-i keçərək Böyük Britaniyada ən çox istifadə edilən sosial şəbəkə vebsaytına çevrildi və nəticədə ən azı 10,7 milyon unikal istifadəçini qeydiyyata aldı.
Bibl
Cübeyl (ərəb. جبيل‎ Jubayl; finik. GBL) və ya Bibl (q.yun. Βύβλος Büblos) — Livanda, Dağlıq Livan mühafəzəsində şəhər. Aralıq dənizi sahilindədir. Şəhərin qurulma tarixi dəqiq olaraq bilinmir. Bəzi mütəxəssislər bu şəhərin tarixinin 7,000 il əvvələ qədər çatdığını təxmin edir. Həmçinin, şəhərə yunanca papirus mənasını verən "Bibl" adı verilmişdir, çünki Cübeyl vaxtilə papirus ticarətinə hakim bir liman şəhəri idi. Cübeyl e.ə. III əsr və e.ə.
Bibop
Bibop və ya bop, melodik bir quruluşdan daha çox harmonik bir quruluş üzərində qurulmuşdur və sürətli templə improvizasiyayla xarakterizə edilən caz növüdür. 1940-cı illərin başlarında və ortalarında Amerika Birləşmiş Ştatlarında ortaya çıxmışdır.
Bico
Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun Bico kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur. Bico Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir. ==== "Bico" sözünün etimologiyası ==== Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir. Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır: Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir.
Bliyo
Bliö (fr. Blieux, oks. Blieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 22 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 75.7%) idi. Fəal olan 22 nəfərdən 15 nəfər (7 kişi və 8 qadın), 7 nəfər işsizdir (5 kişi və 2 qadın).
Dabo
Dabo — Afrika ölkələrində daha çox işlədilən soyad. Baqali Dabo — Qəbələ klubunda çıxış edən Fransa futbolçusu. Abdulaye Dabo — Nant klubunda çıxış edən Fransa futbolçusu. Mustafa Dabo — Seneqal futbolçusu. Usman Dabo — Fransa futbolçusu. Muhamadu Dabo — Fransa futbolçusu. Bakiro Dabo — Qvineya-Bisau siyasətçisi.
Dico
Dico — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 162 nəfərdir. Dico kəndi Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki di (kənd) və colqo (yer) sözlərindən düzəlib, "kənd yeri" mənasındadır.
Diqo
Diqo — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Diqo Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonim Talış dilindəki di (kənd) və qo (yer) sözlərindən düzəlib, "kənd yeri" deməkdir. Coğrafi ad talış dilində di "kənd" və qo "yer" mənasındadır. Diqo Diqoov adından təhrifdir. Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Eiso
Eyso - Eyso sülaləsindən ilk Rükyu kralı. Gihonun baş naziri idi, o taxtdan əl çəkərkən yerinə gəlmişdi. Onun hakimiyyəti dövründə vergi sistemində və idarəetmədə inkişaflar başlamışdı. Kumecima, İheya kimi adalar krala vergi verməyə başlamışdı. Amami-Oşima adası da ələ keçirilmişdi. 1272-ci və 1276-cı illərdə Xubilay xanın elçilərini qəbul etmişdi.
Çiba
Çiba (yap. 千葉市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Çiba prefekturasının eyniadlı paytaxtı.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.