Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moran Mazor
Moran Mazor — 17 may 1991-ci ildə anadan olan İsrailli (Gürcü yəhudisi) müğənni. Moran Mazor 2013 Avroviziya Mahnı Müsabiqəsində İsraili "Rak Bishvilo" mahnısı ilə təmsil edib, yarışmanın favoritlərindən hesab olunmasına baxmayaraq, İsrail yarımfinal mərhələsində 14-cü yeri tutaraq, finala vəsiqə qazana bilmədi.
Leopold fon Zaxer-Mazox
Leopold fon Zaxer-Mazox (alm. Leopold Ritter von Sacher-Masoch‎; 27 yanvar 1836[…], Lvov – 9 mart 1895[…]) — Avstriya yazıçısı. == Həyatı == Leopold fon Zaxer-Mazoxun əsərində ədəbi növ olaraq əhvalata, struktur olaraq isə "müqavilə", "akt", "proqram" tipində mətnə uyğun gəlir. Konvensiya və tənbeh, amma eyni zamanda bədənə göstərilməli olan diqqət hakim mövqe daşıyır: "Sevgili məşuqəm, əvvəl əlinə incə bir iynə alaraq başdan-tikəcəksən … amma sabah bir tibb imtahanının var, buna görə qətiyyən iz buraxmamalısan… və sair". Mazoxizmdə məsələ passivlik, ya da fantaziyada deyil. Passivlik vizuallaşaraq partnyorlar arasındakı aktiv bir əlaqəyə də gətirib çıxara bilər – mazoxistin köməyinə gələn sadist deyil – aktivliyi müəyyən müddət ərzində təyin olunacağı üçün aktiv – passiv əleyhdarlığı artıq "yox" vəziyyətindədir. Beləcə ən əhəmiyyətli "mazoxist" mətnlərdən biri, Leopold von Zaşer Mazoxun arvadı Vilhelmina von Zaxer-Mazoxun avtobioqrafiyası yaranmışdır. XIX əsrin xarici siyasi feminist mətnlərindən seçilən bu avtobioqrafiya ərini əlində saxlamaq istəyən, uşaqlarını qoruma arzusuyla ərinin qəribə zövqlərinə cavab vermək məcburiyyətində qalan bir orta səviyyəli qadının dili ilə danışılır, "bədənin qadir olduqlarının kəşfi" dediyi bir həyat prosesi, feminist xarakterli bir formulla sona çatar: "Həyatda bir qadın olaraq nələrə qadir olduğumu artıq başa düşürəm". Proses təhlükəlidir, ancaq dəyəri hələ yoxlanılmamış olmasındadır. Sad ilə Mazox ədəbiyyatının tanınmamağı, onları sinfi və coğrafi bir kartoqrafiyaya sığdıra bilməmizə də kömək edəcək – Mazox əhvalatları "həqiqi xarakterdədir".
Amazon
Amazon (şirkət)
Kazak
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
MacOS
macOS — personal kompüterlər istehsal edən Apple şirkətinin bir məhsulu olan əməliyyat sistemidir. Adını Macintosh alma növündən alır. macOS — Apple şirkətinin Power Macintosh kompüterləri üçün hazırladığı əməliyyat sistemi kimi istifadə edilir. System adlandırılan ilk versiyası 1984-cü ildə, macOS 10 versiyası isə 2001-ci ildə meydana çıxıb. İlk qrafik interfeysə malik olan sistemdir. Zamanın ən qabaqcıl sistemidir. 2002-ci ildən satışa çıxarılan versiyalar Unix üzərində yaradıldığı üçün çox stabildir və təhlükəsizdir. Bu versiyalar üçün demək olar ki, virus yoxdur. Son versiyası macOS Mojave adı altında satılır. Yeni funksiyalarla genişləndirilən macOS Mojave Azərbaycanda da satış və istismardadır.
Maiko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Malik
Malik — kişi adı.
Maniok
Manihot esculenta (lat. Manihot esculenta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin manihot cinsinə aid bitki növü. Tropik və subtropik Amerikada yetişən bu bitkinin yüz əllidən çox növü var. Kökündə bol miqdarda nişasta olduğu üçün yerlilərin qidalanmasında böyük əhəmiyyət daşıyır, həmçinin nişastasından tapioka keçirildiyi üçün kommersiya cəhətdən də əhəmiyyəti böyükdür. Maniok kökləri, heyvan yemi kimi də istifadə edilir. Xüsusilə halqa və ya un halında satılan maniok, kiçik malları və donuz balalarını bəsləməkdə istifadə edilən, həzmi çox asan bir qidadır. Maniok Braziliyada bitən bir növündən kauçuk əldə edilir.Bitkinin əsas istehsalçıları Nigeriya, Tailand, İndoneziya, Braziliya və Konqo Respublikasıdır.
Manosk
Manosk (fr. Manosque, oks. Manòsca) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk, Cənub-şərqi Manosk və Cənub-qərbi Manosk kantonunlarına daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04112. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 22 270 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 13133 nəfər (15-64 yaş) arasında 9.286 nəfər iqtisadi fəal, 3927 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.3%, 1999-cu ildə 66.0%). 9286 aktiv şəxsdən 7936 nəfəri (4110 kişi və 3826 qadın), 1350 nəfəri işsizdir (606 kişi və 744 qadın).
Maqov
Maqov — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə böyük mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evində "Hudulki" folklor kollektivi yaradılmışdır. Bu kollektiv milli rəqslərin, milli musigi alətlərinin, milli mahnıların yaşamasına və gələcək nəslə çatdırılmasına xidmət edir. == Əhalisi == Kənddə əsasən avarlar yaşayır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. Kənd ərazisində, Zaqatala-Balakən dəmiryolu mənzilinin 151-ci km-də qatar platforması tikilir.
Marko
Marko — ad. Marko Delvekkio — İtaliya futbolçusu. Marko Di Matteo — CAR-lı oxatan. Marko Messias — Portuqaliyalı ağır atlet. Marko Yuliano — İtaliya futbolçusu. Marko di Vayo — İtaliya futbolusu.
Matoke
Matoke (digər adları matooke, amatooke, ekitookye (Cənub-Qərbi Uqanda), ekitooke (Qərbi Uqanda)və ikitoke (Ruanda))-banandan hazırlanmış yemək növü. Yaşıl bananlar yığılır, qabıqlarından təmizlənir, daha sonra unda əzilir və bişirilir. Matoke Ruanda və Uqandanın milli təamı sayılır. Yeməyin hazırlanması üçün toplanan orta ölçülü yaşıl meyvələr Şərqi Afrika dağlıq bananıdır və onlar Bantu dilində matoke adlanır.
Mayak
Mayak ya da dəniz fənəri — gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlarında inşa olunan hündür mərtəbəli tikiliyə verilən addır. == Poçt markalarında mayak == Poçt markası == İstinadlar == == Xarici keçidlər == Ukrayna mayakları Arxivləşdirilib 2009-07-01 at the Wayback Machine Ukraynada mövcud olan mayaklar «Школы Яхтенного Капитана».
Mayko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Mayot
Mayotta (fr. Mayotte, komor Maore) — dənizaşırı region (fr. d'outre-mer) və eyni zamanda Fransanın dənizaşırı departamenti (département d’outre-mer, və ya DOM) (31 mart 2011-ci ildən). 1976-cı ildən bəri region Fransa ilə Komor arasında mübahisəli bir ərazidir, konstitusiyasına görə Mayotta muxtar ada statusuna malikdir. BMT Baş Assambleyası Komor Birliyinin Mayot adasına (Maore) hüquqlarını tanıyır Region Mozambik boğazında, Hind okeanının qərbində, Mozambik ilə şimali Madaqaskar arasında yerləşir. Əsas ada, Mayotta (Maore) , Pamandzi adası və bir neçə digər kiçik adalardan ibarətdir. Coğrafi olaraq Komorlara aiddir. Regionun sahəsi — 376 km², əhalisi — 246.489 nəfər (2016), sıxlığı — 657 nəfər / km², adambaşına düşən ÜDM €9100 (2015). == Coğrafiya == Əsas ada Komorosdakı geoloji cəhətdən ən qədim olan Mayotte (Maore) , uzunluğu 39 km, eni 22 km, ən yüksək nöqtəsi Benara dağıdır (fr. Mont Bénara, 660 m).
Qazon
Qazon — bağ, park və xiyabanlarda dekorativ və s. məqsədlə ot əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və Mavritaniya növləri var. Parter qazonu çiçəklik, dekorotiv ağaclıq, guller hs code 0602905000 həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park qazonu park, bağça, bulvar və b. yerlərdə salınır. == Qazona qulluq == === Əkin === Erkən payız, yaz və yazın əvvəli torpaq daha isti və hava daha sərin olduqda əkin, çəmənlik üçün əsas mövsümdür. Əkindən dərhal əvvəl havalandırma köklərin daha dərin böyüməsinə və daha sıx çəmənliyə kömək edə bilər.
Dabok
Dabok - Koreya döyüş sənətləri ilə məşğul olanların geydiyi formadır. Dabok sözündəki "da" – həqiqi insanın həyat yolu, "bok" – paltar deməkdir. Dabok cüdo kimi Yapon döyüş sənətlərində istifadə edilən Yapon (Keikogi|keikogi/dōgi) dilindən gəldi. Dabok bir çox rəngdədir, baxmayaraq ki, ağ və qara ən çox yayılmışdır. Dabokun əksi dabokun qalan hissəsindən fərqli rəngdə ola bilər. Onlar ənənəvi pambıqdan pambıq-polyester qarışıqlarına qədər müxtəlif materiallardan hazırlanır. Dabokun şalvar və qolları ənənəvi Yapon keikogi-dən daha geniş və uzundur. Buna görə praktikantlar tez-tez Koreya hanbokundan sonra modelləşdirilmiş dabok geyinirlər. Dünya Taekvondo Federasiyası üslublu taekvondo ilə məşğul olanların daboklarında adətən hanbokun dizaynına uyğun tikilmiş v-yaxalı gödəkçələr olur. Ənənəvi taekvondoçular keikogi ilə eyni və ya çox oxşar olan dabok geyinə bilər, önü çarpaz gödəkçə ilə, Beynəlxalq Taekvon-Do Federasiyası üslublu taekvondoçular isə adətən şaquli şəkildə bağlanan gödəkçənin ön hissəsi ilə daha yeni dizaynda geyinirlər.
Mason
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Balsamita major subsp. major
Tanacetum balsamita (lat. Tanacetum balsamita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == Balsamita balsamita (L.) Rydb. [Illegitimate] Balsamita major Desf. Balsamita major var. major major Balsamita major subsp. major major Balsamita major var. tanacetoides (Boiss.) Moldenke Balsamita suaveolens Pers. Balsamita vulgaris Willd. Chamaemelum balsamita (L.) E.H.L.Krause Chrysanthemum balsamita (L.) Baill.
Balsamita major var. major
Tanacetum balsamita (lat. Tanacetum balsamita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. == Sinonimləri == Balsamita balsamita (L.) Rydb. [Illegitimate] Balsamita major Desf. Balsamita major var. major major Balsamita major subsp. major major Balsamita major var. tanacetoides (Boiss.) Moldenke Balsamita suaveolens Pers. Balsamita vulgaris Willd. Chamaemelum balsamita (L.) E.H.L.Krause Chrysanthemum balsamita (L.) Baill.
Plantago major var. major
Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır. Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir. == Yayılması == Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir == Sinonimləri == Plantago borysthenica Wissjul. Plantago dregeana Decne.
Vinca major subsp. major
Böyük qıfotu (lat. Vinca major) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çin və Yaponiyadır. Təbiətdə növün arealı Cənubi Avropanı, Asiyanı və Şimali Afrikanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur. Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür. Hündürlüyü 30-45 sm-ə çatır. Yarpaqları yumurtavari, ovalşəkilli, üstü tünd-yaşıl, altı isə açıq-yaşıl rənglidir, uzunluğu 4-8 sm, eni 2-5 sm, çılpaq, kənarları tükcüklüdür. Çiçəklərinin diametri 30-50 mm, parlaq göydür, düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir. Kasacıq hissəsinin uzunluğu 8-9 mm, tükcüklü, çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir.
ABD Malik
Malik Xəyyam oğlu Kələntərli (27 yanvar 1978, Bakı) — Azərbaycanlı müğənni, repçi, aktyor və parfümer. ABD Malik XXI əsrin əvvəllərində Azərbaycan rep musiqisində özünə məxsus yeri olan Dəyirman qrupunun üzvlərindən olmuşdur. == Həyatı == Kələntərli Malik Xəyyam oğlu, 27 yanvar 1978-ci ildə Bakı şəhərində anadan olub. Atası Xəyyam Kələntərli Məlik oğlu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissor vəzifəsində çalışıb. Anası Səidə Cavadova İman qulu qızı Azərbaycan Memarlıq və İnşaat Universitetində fəlsəfə və tarix üzrə müəllim vəzifəsində çalışır. Ailənin tək övladıdır. Bakı şəhəri 207 nömrəli tam orta məktəbdə təhsil alıb, məktəbdə diskotekalarda və tədbirlərdə DJ-lik və aparıcılıq edib. 1995-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat İqtisadiyyatı fakültəsinə daxil olub. Orada Miri Yusiflə bir qrupda təhsil alıb və yaxın dostluq münasibətləri qurub. Ardıcılıqla həmən ildə gələcək Dəyirman qrupunun başqa solistləri ilə tanış olub.
Adam Maniok
Adam Maniok – (mac. Mányoki Ádám, 1673[…] – 6 avqust 1757, Drezden) Macar portret rəssamı. Barokko sənət axımının nümayəndələrindən olmuşdur. == Həyatı == Adam Maniok 1673-cü ildə protestant bir rahibin oğlu olaraq dünyaya gəlmişdi. Ailəsi kasıb olduğundan onu alman bir ailənin himayəsinə vermişdi. Maniokun təhsilində bu ailənin rolu böyük olmuşdur. O ilk əvvəl Lüneburq şəhərinə, oradan isə Hamburqa gələrək burada təhsil almışdır. Daha sonra Hannoverdə Andreas Şeyts və Parisdə Nicolas de Largillierenin yanında çalışmışdır. Niderlandda təhsilini tamamladıqdan sonra 1703-1707-ci illərdə Prussiya kralı I Fridrix Uilyamın sarayında yaşamış, saray rəssamı olmuşdur. 1707-ci ildə Adam Maniok II Ferens Rakoçinin sarayında xidmət etməyə başlayır.
Amadok burnu
Amadok burnu (Nos Amadok \'nos a-ma-'dok\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Bransfild boğazı sahillərindən cənubda yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun E.ə 415–384-cü illərdə Frakiya hökmdarı olan Amadokun adını daşıyır. == Yerləşməsi == Burun Elefant burnundan 2 km şimal-qərbdə, Klark nunatakından 1.8 km cənub-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L. L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L. L. Ivanov.