Maqov

MaqovAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Maqov
41°35′26″ şm. e. 46°29′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 254 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.321 nəf.
Xəritəni göstər/gizlə
Maqov xəritədə
Maqov
Maqov

Kənddə böyük mədəniyyət evi fəaliyyət göstərir.[1] Mədəniyyət evində "Hudulki" folklor kollektivi yaradılmışdır.[1] Bu kollektiv milli rəqslərin, milli musigi alətlərinin, milli mahnıların yaşamasına və gələcək nəslə çatdırılmasına xidmət edir.

Əhalisi avarlardan ibarətdir.[1]

Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.[2] Kənd ərazisində, Zaqatala-Balakən dəmiryolu mənzilinin 151-ci km-də qatar platforması tikilir.[3]

  1. 1 2 3 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi: Kəndlər haqqında məlumat: Zaqatala rayonu haqqında məlumat: Adət və ənənələr
  2. Zaqatala rayonunun 5 kəndinə ilk dəfə təbii qaz verilmişdir. Arxivləşdirilib 2021-04-14 at the Wayback Machine socar.az, 17.06.2015  (az.)
  3. "Zaqatala rayonunun Makov kəndi ərazisində qatar dayanacağı inşa edilir". www.aztv.az (ingilis). 2012-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2017.