Leopold fon Zaxer-Mazox (alm. Leopold Ritter von Sacher-Masoch; 27 yanvar 1836[1][2][…], Lvov[4] – 9 mart 1895[1][2][…]) — Avstriya yazıçısı.
Leopold fon Zaxer-Mazox | |
---|---|
alm. Leopold Ritter von Sacher-Masoch | |
Təxəllüsü | Charlotte Arand[3], Zoë von Rodenbach[3] |
Doğum tarixi | 27 yanvar 1836[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 1895[1][2][…] (59 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, yazıçı, universitet müəllimi[d], tarixçi |
Fəaliyyət illəri | 1867-ci ildən |
Əsərlərinin dili | alman dili |
Tanınmış əsəri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Leopold fon Zaxer-Mazoxun əsərində ədəbi növ olaraq əhvalata, struktur olaraq isə "müqavilə", "akt", "proqram" tipində mətnə uyğun gəlir. Konvensiya və tənbeh, amma eyni zamanda bədənə göstərilməli olan diqqət hakim mövqe daşıyır: "Sevgili məşuqəm, əvvəl əlinə incə bir iynə alaraq başdan-tikəcəksən … amma sabah bir tibb imtahanının var, buna görə qətiyyən iz buraxmamalısan… və sair".
Mazoxizmdə məsələ passivlik, ya da fantaziyada deyil. Passivlik vizuallaşaraq partnyorlar arasındakı aktiv bir əlaqəyə də gətirib çıxara bilər – mazoxistin köməyinə gələn sadist deyil – aktivliyi müəyyən müddət ərzində təyin olunacağı üçün aktiv – passiv əleyhdarlığı artıq "yox" vəziyyətindədir. Beləcə ən əhəmiyyətli "mazoxist" mətnlərdən biri, Leopold von Zaşer Mazoxun arvadı Vilhelmina von Zaxer-Mazoxun avtobioqrafiyası yaranmışdır.
XIX əsrin xarici siyasi feminist mətnlərindən seçilən bu avtobioqrafiya ərini əlində saxlamaq istəyən, uşaqlarını qoruma arzusuyla ərinin qəribə zövqlərinə cavab vermək məcburiyyətində qalan bir orta səviyyəli qadının dili ilə danışılır, "bədənin qadir olduqlarının kəşfi" dediyi bir həyat prosesi, feminist xarakterli bir formulla sona çatar: "Həyatda bir qadın olaraq nələrə qadir olduğumu artıq başa düşürəm". Proses təhlükəlidir, ancaq dəyəri hələ yoxlanılmamış olmasındadır.
Sad ilə Mazox ədəbiyyatının tanınmamağı, onları sinfi və coğrafi bir kartoqrafiyaya sığdıra bilməmizə də kömək edəcək – Mazox əhvalatları "həqiqi xarakterdədir". Sad isə içinə səhnə təsvirləri yerləşdirdiyi böyük teatr – roman və siyasi pedaqoji üslubuna qaçır.
Nə Sadda, nə də Zaxer-Mazoxun əsərlərində pornoqrafik fantaziyaları görə bilmərik. Xüsusilə də Mazoxda təcrübə dilinə rast gəlirik. Bu əsərlərdə işgəncədən daha çox kəşflər və insan bədəninin qüdrətini, affekt vəziyyətini görürük.