Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Masarik Universiteti
Masarik Universiteti (çex. Masarykova univerzita; lat. Universitas Masarykiana Brunensis) — Çexiyanın Brno şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1919-cu ildə qoyulmuşdur. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür.
Phaethornis malaris
Phaethornis malaris (lat. Phaethornis malaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Tomaş Masarik
Tomaş Masarik (çex. Tomáš Garrigue Masaryk; 7 mart 1850[…] – 14 sentyabr 1937[…]) — çex filosofu, tarixçi, siyasətçi, Çexoslovakiyanın ilk prezidenti (1918–1935). == Həyatı == Tomaş Masarik 7 mart 1850-ci ildə doğulmuşdu. Atası Yozef Masarik (1823–1907) Slovak əsilli Avstriya-Macarıstanın macar tərəfindən bir şəxs idi. Anası Tereza Masarikova (qızlıq soyadı — Kropaçkova) (1813–1887) — Moraviyalı alman idi. Tomaş Masarik müəllim məktəbini bitirdisə də, çilingər yanında şagird işləməyə başladı. Tomaş Masarik 14 sentyabr 1937-ci ildə vəfat edib. == Əsərləri == Ideály humanitní; Problém malého národa; Demokratism v politice. Praha: Melantrich, 1990 Masaryk T. G. Svobodni zednari, Nase doba 1925. Masaryk T. G. Katolicke povery o zednarstvi a satanismus, Svobodny zednar VIII/1934.
Phaethornis malaris margarettae
Phaethornis malaris margarettae (lat. Phaethornis malaris margarettae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinın phaethornis malaris növünə aid heyvan yarımnövü.
Falaris
Falaris (q.yun. Φάλαρις; e. ə. VII əsr – e. ə. VI əsr) — e.ə. VI əsrin birinci yarısında Aqrigentin tiranı, Leodamın oğlu. O, qəddarlığı ilə tanınmışdır. Əfsanəyə görə, o, nifrət etdiyi insanları mis öküzə salaraq yandırmış, körpələri yemiş, əsir götürdüyü leontinililəri Etnaya atmağı əmr etmişdir. Onun adı 148 məktubdan məlumdur.
Malaxis
Malaxis (lat. Malaxis) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Həmçinin bax == Malaxis monophyllos Malaxis unifolia == İstinadlar == Malaxis:The Plant List saytında takson barədə məlumat.
Malaxit
Malaxit – Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Bu qeyri-şəffaf, yaşıl zolaqlı mineral monoklinik kristal sistemində kristallaşır və ən çox su təbəqəsi və hidrotermal mayelərin kimyəvi çökmə üçün vasitələr təmin etdiyi sınıqlarda və dərin, yeraltı boşluqlarda botrioidal, lifli və ya stalagmitik kütlələr əmələ gətirir. Fərdi kristallar nadirdir, lakin acicular prizmalara qədər incə olurlar. Daha çox cədvəlli və ya bloklu azurit kristallarından sonra psevdomorflar da baş verir. == Xassələri == Rəng – parlaq-yaşıl, tünd-yaşıl, qaramtıl-yaşıl, bozumtul-yaşıldan ağadək; konsentrik-zonal aqreqatları müxtəlif rəngə boyanmış zonaların növbələşməsi ilə səciyyələnir; Mineralın cizgisinin rəngi – açıq-yaşıl; Parıltı – aqreqatlarda ipəyi (məxməri malaxit), tutqun, kristallarda–şüşə; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf; Sıxlıq – 4,0; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {010} üzrə orta; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: nadir rast gəlir; prizmatik, iynəvari; İkiləşmə: {100} üzrə; çox vaxt qarşılıqlı nüfuzetmə, nisbətən az hallarda–polisintetik; Mineral aqreqatları: radial-şüalı quruluşlu böyrək-və salxımvari əmələgəlmələr, sızmalar, torpaqvari (mis yaşıllığı), sıx kütlələr, stalaktitlər, qabıqlar, qaysaqlar, yaxmalar, aruzit, kuprit, sərbəst mis və b. üzrə psevdomorfozalar. Malaxitin çəkisi bir neçə tona çatan qaymaları məlumdur, onlardan ən böyüyü (çəkisi 300 t) Uralda Mednorudyanski yatağında tapılmışdır. == Mənşəyi və yayılması == Mis yataqlarının tipik hipergen mineralı olub, ilkin missaxlayan mineralların oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: azurit, xalkopirit, bornit, xalkozin, kovellin, kuprit, tenorit, sərbəst mis, hötit, hidrohötit və b.
Materik
Materik — yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur. == Materiklər == Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. === Avrasiya === Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri.
MamaRika
MamaRika və ya Erika (ukr. Еріка), əsl adı Anastasiya Aleksandrovna Koçetova (ukr. Анастасі́я Олекса́ндрівна Кочетова; 13 aprel 1989, Çervonoqrad[d], Lvov vilayəti) — Ukrayna müğənnisi və fotomodeli. == Həyatı == === Erkən illəri === Anastasiya Koçetova 13 aprel 1989-cu il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-də, Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. O, uşaqlıqdan "Reverans" uşaq studiyasında vokalla peşəkar şəkildə məşğul olmuşdur. Koçetova İvan Franko adına Lvov Milli Universitetinin Xarici Dillər fakültəsini tərcüməçi (ingilis dili) ixtisası üzrə bitirmişdir. O, ofis meneceri və vokal müəllimi işləmişdir. Koçetova 14 yaşında "Çervona ruta-2003" festivalının qalibi olmuşdur. O, 17 yaşında "Amerikan şansı" layihəsində (Los-Anceles, Kaliforniya, ABŞ) iştirak etmiş və qalib olmuşdur. Koçetovanın istedadı Stivi Vander və Brayan MakNayt tərəfindən yüksək qiymətləndirilmişdir.
Alarix
Alarix bunlara aid olunur: == Ad == Alarix (ad) — german dillərində ad. I Alarix — vestqotların kralı. II Alarix — vestqotların kralı. Alarix və Erik — İsveçin əfsanəvi kralları. == Digər == HMS Alaric (P441) — Britaniya Kral Donanmasının sualtı qayığı.
Maarif
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslər Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Marif Zeynalov — alim. Yaşayış məntəqələri Maarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Digər Maarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Malavi
Malavi (ing. Republic of Malawi, Nıyanca: Dziko la Malaŵi) — Afrika qitəsinin cənub-şərqində yerləşən və dənizə çıxışı olmayan quru ölkəsidir. 1964-cü ilədək Nyasalend adını daşımışdır. Keçmiş Britaniya koloniyasıdır. Şimal-qərbdən Zambiya ilə, şimal-şərqdən Mozambik ilə, şərq, cənub və qərbdən isə Tanzaniya ilə həmsərhəddir. Tanzaniya və Mozambik sərhəddində Malavi gölü yerləşir. Malavinin sahəsi 118,000 km2, əhalisi isə 16,777,547 nəfərdir. Onun paytaxı və ən böyük şəhəri Lilonqve, ikinci Blantyre, üçüncü isə Mzuzudur. Ölkənin ləqəbi "Afrikanın isti ürəyi"dir. == Tarixi == İndiki Malavi kimi tanına Afrika sahəsində ovçuluq və yığıcıqlıqla məşğul olan çox kiçik sayda əhali var idi.
Malik
Malik — kişi adı.
Falaris öküzü
Falaris öküzü, həmçinin mis öküz və ya Siciliya öküzü — e.ə. VI əsrin ikinci yarısında Aqrigent tiranı Falaris tərəfindən istifadə edilən qədim edam aləti. Öküzün yaradıcısı afinalı misgər Perilay hesab edilir. O, Falarisin göstərişi ilə mis öküzün ilk qurbanı olmuşdur. Falarisin özü, Pindar və Diodorun nəql etdiyi əfsanəyə görə, üsyan nəticəsində devrildikdən sonra, bənzər bir mis öküzdə yandırılaraq edam edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Политические отношения и государственные формы в античном мире. Сборник научных статей. Под редакцией проф. Э. Д. Фролова. СПб., 2002.
Kontinent (materik)
Kontinent (materik) (rus. континент, ing. continent) (lat. continens, yiyəlik halında continentis-materik) — yer qabığının nəhəng massivi olub, səthinin çox hissəsi quru şəklində Dünya okeanı səviyyəsindən yuxarıda, kənarları isə okean səviyyəsindən aşağıda yerləşir (materiklərin sualtı kənarı). Materiklərdə yer qabığı "qranit qatın" iştirakı ilə səciyyələnir və orta qalınlığı 35–45 km-dır. Müasir geoloji əsrdə 6 kontinent mövcuddur: Avrasiya (53,4 mln. km2 ), Afrika (30,8 mln. km2 ), Şimali Amerika (24,2 mln. km2 ), Cənubi Amerika (18,2 mln. km2 ), Avstraliya (7,7 mln.
Malamir xan
Malamir xan (bolq. Кан Маламир; bilinmir – 836) — Bulqar xanı (831-836). == Həyatı == Malamir xan Omurtaq xanın ən kiçik oğlu idi. Böyük qardaşı Enravota xristian olduğu üçün vərəsəliyi ləğv edilmiş, ortancıl qardaşı Zvinitsa isə xəstələnib cavan vaxtı vəfat etmişdi. Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi. Taxta çıxdıqdan 2 il sonra qardaşı Enravotanı edam etdirmişdi. === Bizansla münasibətlər === Omurtaq xanın sülh sazişinin vaxtının bitməsindən sonra imperator Feofil 836-cı ildə yenidən sərhədləri yağmalağa başlamışdı. Cavab olaraq hücuma keçən xan Plovdivi ələ keçirib xanlığa birləşdirdi. Lakin elə həmin il də öldü. Yerinə I Presian xan gəldi.
Malaxis monophyllos
Malaxis monophyllos (lat. Malaxis monophyllos) — səhləbkimilər fəsiləsinin malaxis cinsinə aid bitki növü.
Malaxis unifolia
Malaxis unifolia (lat. Malaxis unifolia) — səhləbkimilər fəsiləsinin malaxis cinsinə aid bitki növü.
Materik buzlaşması
Materik buzlaşması (rus. материковое оледенение, ing. continental glaciation) — buzlağın proqressiv inkişafının son mərhələsinə uyğun gələn buzlaşma. Materik buzlaşmasında materik buzlaq formaları üstünlük təşkil edir: materik buzlağı, yüksəklik buzlağı, buzlaq örtüyü və başqaları ilə yanaşı, həmçinin dağlıq və dağətəyi buzlaqlar kimi aralıq tipli buzlaq formaları da mövcuddur (karlar və başqaları). Dördüncü dövrdə materik buzlaş-ması Avropanın, Asiya və Amerikanın şimal hissəsini tutmuşdur. /Kontinental buzlaşmanın sin/.
Materik dyunları
Materik Çini
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən geosiyasi termindir. Bu anlayış 1949-cu ildə Çin vətəndaş müharibəsinin sonunda Çan Kayşi rəhbərliyindəki Kuomintang qüvvələrinin Tayvana çəkilməsi və Çin Kommunist Partiyasının bütün materiki ələ keçirməsindən sonra meydana çıxmışdır. 1997 və 1999-cu illərdə Çin Xalq Respublikasının nəzarəti altına keçmiş Hong Kong və Makao Deng Şiaopingin bir ölkə, iki sistem siyasəti əsasında Çinin xüsusi inzibati bölgələri statusuna malik olub başqa bir siyasi və iqtisadi sistemə malikdirlər və bu səbəbə görə Materik Çinin tərkibinə daxil edilmirlər.
Stefan Malarme
Stefan Malarme (fr. Stéphane Mallarmé; 18 mart 1842[…], Paris – 9 sentyabr 1898[…]) — Fransa yazıçısı və şairi.
Valerik çayı
Valerik (çeç. Валарта, Валериг, Валерг; bəzi mənbələrdə Вайрик) — Rusiyada çay. Çay Çeçenistan Respublikasının qərbində yerləşir. Çayın mənsəbi Sunji çayının sağ sahilində, mənsəbinin 132 km-də yerləşir. Çayın uzunluğu 29 km, su toplayıcı hövzənin sahəsi — 35,4 km²-dir. Valerik çayının aşağı axarları yay aylarında quruyur. Buna səbəb çayın əsasən qar suları ilə qidalanmasıdır. O üzdən yay aylarında çayda yüksək səviyyə müşahidə olunmur. == Etimologiyası == Çayın adı çeçen dilindəki ilkin Valeran xi sözündən yaranıb. Hərfi tərcüməsi — "çayın ölümü" deməkdir.
Çak Palanik
Çarlz Maykl "Çak" Palanik (ing. Charles Michael "Chuck" Palahniuk, ukr. Палагнюк; 21 fevral 1962[…]) — müasir amerikalı yazıçı və müstəqil jurnalist. Bir çox mükafatlara qeyd olunan "Döyüş klubu" kitabın müəllifi kimi tanınır. 1999-cu ildə amerikalı rejissor Devid Finçer romanın əsasında eyniadlı triller çəkmişdir.
Alaria alata
Alaria alata (lat. Alaria alata) — chromista aləminin yastı qurdlar tipinin trematodlar sinfinin diplostomida dəstəsinin diplostomatidae fəsiləsinin alaria cinsinə aid heyvan növü. == Növün xarakterik morfoloji əlamətləri == Bədənin uzunluğu 2,2 – 6,0 mm, maksimal eni 1,26 – 1,66 mm-dir. Ağız sormacının diametri 0,054 – 0,160 mm-dir. Ağız sormacının yanlarında qulağabənzər iki çıxıntı yerləşir. Farinksin uzunluğu 0,110 – 0,150 mm-dir. Bağırsaq farinksin bilavasitə ardınca başlanır. Qarın sormacının diametri 0,086 – 0,149 mm olub, baş hissədən 0,34 – 0,70 mm məsafədə yerləşir. Udlağın uzunluğu 0,110 – 0,150 mm, eni 0,086 – 0,100 mm-dir. Qida borusu yoxdur.