Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən geosiyasi termindir. Bu anlayış 1949-cu ildə Çin vətəndaş müharibəsinin sonunda Çan Kayşi rəhbərliyindəki Kuomintang qüvvələrinin Tayvana çəkilməsi və Çin Kommunist Partiyasının bütün materiki ələ keçirməsindən sonra meydana çıxmışdır.
1997 və 1999-cu illərdə Çin Xalq Respublikasının nəzarəti altına keçmiş Hong Kong və Makao Deng Şiaopingin bir ölkə, iki sistem siyasəti əsasında Çinin xüsusi inzibati bölgələri statusuna malik olub başqa bir siyasi və iqtisadi sistemə malikdirlər və bu səbəbə görə Materik Çinin tərkibinə daxil edilmirlər.