Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maarif
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslər Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Marif Zeynalov — alim. Yaşayış məntəqələri Maarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Digər Maarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Malaxit
Malaxit – Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Bu qeyri-şəffaf, yaşıl zolaqlı mineral monoklinik kristal sistemində kristallaşır və ən çox su təbəqəsi və hidrotermal mayelərin kimyəvi çökmə üçün vasitələr təmin etdiyi sınıqlarda və dərin, yeraltı boşluqlarda botrioidal, lifli və ya stalagmitik kütlələr əmələ gətirir. Fərdi kristallar nadirdir, lakin acicular prizmalara qədər incə olurlar. Daha çox cədvəlli və ya bloklu azurit kristallarından sonra psevdomorflar da baş verir. == Xassələri == Rəng – parlaq-yaşıl, tünd-yaşıl, qaramtıl-yaşıl, bozumtul-yaşıldan ağadək; konsentrik-zonal aqreqatları müxtəlif rəngə boyanmış zonaların növbələşməsi ilə səciyyələnir; Mineralın cizgisinin rəngi – açıq-yaşıl; Parıltı – aqreqatlarda ipəyi (məxməri malaxit), tutqun, kristallarda–şüşə; Şəffaflıq – qeyri-şəffaf, yarımşəffaf; Sıxlıq – 4,0; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {010} üzrə orta; Sınıqlar – qabıqvari; Morfologiya – kristallar: nadir rast gəlir; prizmatik, iynəvari; İkiləşmə: {100} üzrə; çox vaxt qarşılıqlı nüfuzetmə, nisbətən az hallarda–polisintetik; Mineral aqreqatları: radial-şüalı quruluşlu böyrək-və salxımvari əmələgəlmələr, sızmalar, torpaqvari (mis yaşıllığı), sıx kütlələr, stalaktitlər, qabıqlar, qaysaqlar, yaxmalar, aruzit, kuprit, sərbəst mis və b. üzrə psevdomorfozalar. Malaxitin çəkisi bir neçə tona çatan qaymaları məlumdur, onlardan ən böyüyü (çəkisi 300 t) Uralda Mednorudyanski yatağında tapılmışdır. == Mənşəyi və yayılması == Mis yataqlarının tipik hipergen mineralı olub, ilkin missaxlayan mineralların oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: azurit, xalkopirit, bornit, xalkozin, kovellin, kuprit, tenorit, sərbəst mis, hötit, hidrohötit və b.
Maqnit
Maqnit (yun. λίθος μαγνησ maqnesiya daşı) və ya Dəmirqapan — Maqnesiya kiçik Asiyada Türkiyənin şəhərində maqnetit tapılmış yer adıdır. Maqnit bir cisim olub başqalarını maqnetik olaraq cəzb və ya itələmək qabiliyətinə malikdir. Maqnetik cəzbetmə təbii fenomendir. Bu haqqda maqnetizmdə məlumat verilir: Daimi maqnit ferromaqnitdən hazırlanmış məmul olub qalıcı maqnit xassəsini uzun müddət saxlaya bilir. Daimi maqnitlərin səciyyəvi sahəsi — 1 Т-ə qədərdir (10 kQs). Elektromaqnit elektrik cərəyanı keçdikdə maqnit sahəsi yaradan qurğudur. Adətən bu böyük maqnit keçiriciliyinə malik olan, daxilində dəmir içlik yerləşdirlmiş solenoid dolağından ibarətdir. Səciyyəvi maqnit sahəsi 1,5–2 T arasında olur.
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. == Toponimkası == Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av - "ov" və çit - " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Maadi
Maadi (arb: المعادي / rom: əl-Maadi) - Misirin paytaxtı Qahirənin ətrafında yerləşən şəhərətrafı zona. Buraya Misir Ali Konstitusiya Məhkəməsi, Amerika Kolleci, İngilis Beynəlxalq Məktəbi və Misir Geologiya Muzeyi daxildir.
Maçin
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. == Tarixi == Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
Uacit
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Aechmea maasii
Aechmea maasii (lat. Aechmea maasii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Cirsium maackii
Maak qanqalı (lat. Cirsium maackii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Euphorbia maackii
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Lonicera maackii
Maak doqquzdonu (lat. Lonicera maackii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Şimal-Şərqi Çin, Yaponiya və Koreyada palıd və qarağac meşələrində, çay sahillərində bitir. == Botaniki təsviri == Kolun hündürlüyü 4 m-dir. Tünd-yaşıl rəngli yarpaqların uzunluğu 5-8 sm, yumurtavarı və ya ellipsvarıdır, şaxələnmiş çətirin diametri 3-4 m-ə çatır. Çiçəkləməsi 4-5 yaşından başlayır, mayın axırından iyunun əvvəlinə qədər və ya iyunun ikinci yarısına qədər, təxminən 7-9 gün çəkir. Çiçəkləri qıfşəkilli, ağ rəngli olub, uzunluğunu 2 sm-dir. 5-8 yaşından hər il bol meyvə verir, meyvələri avqustun ikinci yarısından sentyabrın birinci yarısınadək yetişir. Giləmeyvələri oturaq, şarşəkilli, sərbəstdir, yeməli deyil. == Ekologiyası == Qışa, kölgəyə, quraqlığa, soyuğadavamlıdır, torpağa tələbkar deyil, zərərverici və xəstəliklərə az yoluxur.
Maarif (Gədəbəy)
Maarif — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Maarif oyk. Gədəbəy r-nunun Slavyanka i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1930-cu ildə həmin r-nun Söyüdlü kəndindən köçüb gəlmiş ailələr salmışdır. Kənd savadsızlığın ləğvi, maarif və mədəniyyətin yüksəlişi şərəfinə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 910 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Maarif (ad)
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslər Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Marif Zeynalov — alim. Yaşayış məntəqələri Maarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Digər Maarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Maarif (qəzet)
“Maarif” qəzeti — "hüquqi, elmi-metodik maarifləndirmə mərkəzi" ittifaqının azərbaycandilli milli məktəblərin müəllimlərinin aylıq jurnalı-qəzeti. == Haqqında == “Maarif” qəzeti 2001-ci ilin yanvar ayından Gürcüstanın paytaxtı Tiflisdə çap olunur. İlk əvvəllər dörd səhifəlik olub. Bu gün ayda bir dəfə olmaqla, 60 səhifə çap olunur. 14 bölmədən ibarətdir. Qəzetdə Azərbaycanın tarixinə, mədəniyyətinə, təhsilinə, milli-mənəvi dəyərlərinə, gürcü ziyalıları haqqında, Gürcüstanda yaşayan soydaşlarımızın milli-mədəni hüquqları mövzularına üstünlük verilir.
Maarif (təhsil)
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. == Həmçinin bax == Maarifçilik Maarifçilik dövrü == Mənbə == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Maarif Cəfərov
Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == == Elmi fəaliyyəti == 1989 — f.r.e.n. „Cd1-xZnx S nazik təbəqələrinin və n və p-tip SdS:Cu monokristallarının fotoelektrik xassələri" 2007 — f.r.e.d.
Maarif Həsənov
Maarif Rahim oğlu Həsənov (17 noyabr 1999; Göyçay, Azərbaycan — 12 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Maarif Həsənov 1999-cu il noyabr ayının 19-da Göyçay rayonunda anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Maarif Həsənov Ağdərə Madagizin azad edilməsində savaşıb. 12 oktyabr 2020-ci ildə Öz komandiri ilə şiddətli döyüşdən geri dönərkən gözlənilmədən 7 nəfər erməni əsgəri ilə qarşılaşan Maarif özünü itirmir və əlindəki qumbara ilə 4 ermənini məhv edir. Sağ qalan 3 ermənidən biri Maarifə atəş açır və o, şəhid olur. Maarifin komandiri isə qalan 3 ermənini öldürür, özü isə ağır yaralanır. 17 noyabr 2020-ci ildə Göyçay şəhəri Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Maarif Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Maarif Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Maarif Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Maarif Məmmədov
Maarif Məmmədov (yazıçı)
Maarif Soltan
Qəniyev Maarif Soltan oğlu (Maarif Soltan; 10 aprel 1956, Burovdal, İsmayıllı rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1987). == Həyatı == Maarif Soltan 1956-cı il aprelin 10-da İsmayıllı rayoununun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. İsmayıllıda 3 saylı şəhər orta məktəbini bitirmişdir (1973). Əmək fəaliyyətinə İsmayıllı tikinti idarəsində fəhlə kimi başlamışdır (1973-1974). Hərbi xidmətdə olmuş (1974-1976), sonra Bakıda 23 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir (1976-1977). Bakı metro tikintisində qazmaçı işləmişdir (1977-1979).Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil almışdır (1979-1984). Yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı işləmişdir (1984-1986). Hazırda "Qobustan" incəsənət toplusununda baş redaktor müavinidir (1988-ci ildən). Eləcə də, çağdaş şairlərin əsərlərindən ibarət olan illik "Poeziya Günü" tolusunun tərtibçisi və redaktorudur.İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və keçmiş ümumittifaq mətbuatında müntəzəm çıxış edir.
Maarif Səfərov
Maarif Mikayıl oğlu Səfərov (21 may 1997; Alar, Cəlilabad, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Maarif Səfərov 1997-ci ildə Cəlilabadda anadan olub. O, Cəlilabad rayonu 5 saylı məktəbdə orta təhsilini almışdır. Təhsilini davam etdirmək üçün 2013-cü ildə Göytəpə şəhər Peşə liseyinə daxil olmuşdu. Həmin liseydə oxuduğu vaxtda 2015-ci ildə hərbi xidmətə yola düşmüşdü. 2015–2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Maarif Murov dağında xidmətdə olarkən general-mayor Polad Həşimov onun komandiri olub. Daha sonra Qum Ali Dini Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Maarif Səfərov Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 21 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.
Maarif TV
“Maarif” Televiziyası – Azərbaycanda yayımlanan televiziya kanalı.
Maarif Teymur
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən). İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s.
Maarif Teymurov
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən). İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s.
Maarif qəzeti
“Maarif” qəzeti — "hüquqi, elmi-metodik maarifləndirmə mərkəzi" ittifaqının azərbaycandilli milli məktəblərin müəllimlərinin aylıq jurnalı-qəzeti. == Haqqında == “Maarif” qəzeti 2001-ci ilin yanvar ayından Gürcüstanın paytaxtı Tiflisdə çap olunur. İlk əvvəllər dörd səhifəlik olub. Bu gün ayda bir dəfə olmaqla, 60 səhifə çap olunur. 14 bölmədən ibarətdir. Qəzetdə Azərbaycanın tarixinə, mədəniyyətinə, təhsilinə, milli-mənəvi dəyərlərinə, gürcü ziyalıları haqqında, Gürcüstanda yaşayan soydaşlarımızın milli-mədəni hüquqları mövzularına üstünlük verilir.
Maarif Əkbərov
Əkbərov Maarif Süleyman oğlu — riyaziyyatçı, filosof, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə Azərbaycanda ilk mütəxəssis-alim, fəlsəfə elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru.[mənbə göstərin] == Həyatı == Maarif Süleyman oğlu Əkbərov 1930-cu ildə Qərbi Azərbaycanda (Ermənistanın) Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riyaziyyat müəllimi, kitabxana müdiri vəzifələrində çalışmışdır. O, Azərbaycanda Ucar rayonunun Qaradağlı kəndində ibtidai məktəb müəllimi işləmişdir. M.Əkbərov Böyük Vətən Müharibəsi illərində və məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, yüksək əmək nümunəsi göstərərək "1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə" medalı ilə təltif edilmişdir. Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin universitetin Cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. Alim 1953-1959-cu illərdə orada ali cəbr və elementar cəbr fənlərindən dərs demiş, "Elementar riyaziyyat" kafedrasının müdiri işləmişdir. Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə "Riyaziyyat elminin fəlsəfi problemləri" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib "Riyaziyyatda həqiqət problemi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır.