Maarif — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.
Maarif | |
---|---|
40°38′12″ şm. e. 45°49′25″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Maarif oyk. Gədəbəy r-nunun Slavyanka i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1930-cu ildə həmin r-nun Söyüdlü kəndindən köçüb gəlmiş ailələr salmışdır. Kənd savadsızlığın ləğvi, maarif və mədəniyyətin yüksəlişi şərəfinə belə adlandırılmışdır.[1]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 910 nəfər əhali yaşayır.[2]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.