Maarif Mikayıl oğlu Səfərov (21 may 1997; Alar, Cəlilabad, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Maarif Səfərov | |
---|---|
Maarif Mikayıl oğlu Səfərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Alar, Cəlilabad, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Cəlilabad |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri |
Maarif Səfərov 1997-ci ildə Cəlilabadda anadan olub.[2][3][4] O, Cəlilabad rayonu 5 saylı məktəbdə orta təhsilini almışdır. Təhsilini davam etdirmək üçün 2013-cü ildə Göytəpə şəhər Peşə liseyinə daxil olmuşdu. Həmin liseydə oxuduğu vaxtda 2015-ci ildə hərbi xidmətə yola düşmüşdü.[5] 2015–2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Maarif Murov dağında xidmətdə olarkən general-mayor Polad Həşimov onun komandiri olub. Daha sonra Qum Ali Dini Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Maarif Səfərov Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 21 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Cəlilabadda dəfn edilmişdir.[6][7][8][9]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Maarif Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[10]
Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Maarif Səfərov "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[11]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Maarif Səfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[12]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Maarif Səfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[13]