Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aytıs
Aytış və ya Aytıs (qaz. айтыс, qırğ. айтыш, başq. әйтеш) — qazax, qaraqalpaq, qırğız və başqırd poeziyasında akınların mahnı yarışı, şifahi xalq şeirinin geniş yayılmış ənənəvi formalarından biri olmuşdur. Bütün xüsusiyyətləri ilə Azərbaycanda şair və aşıqlarının deyişmələrini xatırladır. Deyişmə – poetik söz qüdrətinə güvənən iki aşığın qarşı-qarşıya dayanaraq birinin digərini məğlub etməsi məqsədi daşıyan şeirləşmə. Bir neçə mühüm mərhələdən ibarət olan aşıq deyişmələrinin sonunda qalib tərəf məğlub tərəfin sazını əlindən almaq hüququna malik olur. Adətən, ya özünə güvənən bir aşıq tanınmış bir saz-söz ustadının üstünə gedərək onu deyişmə meydanına çəkir, ya da məktub göndərərək qarşı tərəfi öz meydanına çağırır. Dirili Qurbaninin Dədə Yediyarla, Tufarqanlı Abbasın Təbriz aşıqları ilə deyişmə meydanına çıxması birinci, Dərbəndli Zərnigarın Abdalgülablı Valehə, Naxçıvanlı Reyhan xanımın Şəmkirli Aşıq Hüseynə deyişmə dəvəti göndərməsi isə ikinci tip deyişmələrə aiddir.
Neftis
Neftis – Qədim Misir mifologiyasına görə ölülərin ilk tanrısı.
Vaytim
Vaytim (alb. Vajtimi) — Alban adətində ölənlərin yas mərasimində bir və ya bir neçə qadın tərəfindən oxunan mərsiyyə. Şimali Albaniyada kişilərin də ifa etdiyini görmək olur. == Cənubi Albaniya == Cənubi Albaniyadakı adətlərə görə bir qadın poetik ayələr oxuyur və arxasında xor duruş gətirir. Cənubi Albaniyada Vaytimdə yalnız qadınlar iştirak edir, Şimali Albaniyada isə kişilər də iştirak edə bilər. Mahnı mərhumun dirildilməsini xahiş edir, çünki sahib olduğu və onun üçün əziz olanların hamısı onu yenidən həyata qayıtmağa çağırır. Keçmişdə varlı ailələr tərəfindən yaxşı bir vaytim icra etmək üçün peşəkar matəmçilər işə götürüldü. Türk səyyahı Övliya Çələbi 1670-ci ildə Osmanlı İmperiyasının bir hissəsi olan Cənubi Albaniyanın Qirokastra şəhərinə baş çəkdi və bunları qeyd etdi:Qirokastra xalqı ölən qohumlarını qırx və ya əlli, şüphəsiz səksən ilədək yas tutur. Hər bazar günü ölən şəxsin bütün qohumları ağlaya-ağlaya böyük bir nalə və fəryad qaldıran peşəkar matəmçilərə pul ödəməklə tikilmiş bir evdə toplaşırlar. Bütün səs-küy və qarışıqılıq səbəbindən bazar günü heç kim şəhərdə dayana bilməz.
Anactis
Atractylis (lat. Atractylis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Ayris
Laura van den Breyl (nid. Laura van den Bruel; 19 yanvar 1995), daha çox Ayris (ing. Iris, nid. Airis) kimi tanınır) — Belçika müğənnisi, Belçikanın 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsilçisi. == Həyatı == 1995-ci ildə Belçikanın şimalında yerləşən kiçik Morkxoven kəndində anadan olub. 15 yaşından oxumağa başlayıb və 2010-cu ildə buraxdığı debüt albomu olan "Wonderful" onu öz ölkəsində əsl ulduza çevirib. == Diskoqrafiya == === Albomları === Seventeen (2012) === Sinqlları === Wonderful (2010) Would You?
Datis
Datis və ya Datus – I Daranın hakimiyyəti dövründə Fars Əhəməni ordusunda xidmət etmiş Midiyalı sərkərdə. O, daha çox, Yunan-İran müharibələrinin birinci kompaniyasında Artaferlə birgə Fars ordusuna rəhbərlik etməsi ilə yadda qalmışdır. Datis Naksos adasının mühasirəsinə cavabdeh olan ilk Əhəməni sərkərdəsi olmaqla yanaşı, e.ə. 490-cı ildə rəzil fars ordusuna rəhbərlik edərək Eretrianı fəth etmişdir. Həmin il yunanlara qarşı baş vermiş Marafon döyüşündə isə o, Əhəməni ordusunun hücumçu qüvvələrinə rəhbərlik etmişdir. Ktesi bildirir ki, Datis Marafon döyüşündə çətin hala düşərək afinalıların əlinə keçmişdir. Ancaq Herodot onun bu döyüşdən sağ çıxdığını qeyd etmişdir. Əslində Datisin vəzifəsi Artaferlə birgə yunan ordusunun yürüşünün qarşısını almaq idi. Çünki, I Dara Trakiyaya hərbi səfər zamanı çox əziyyət çəkmiş Mardoniusun hərbi yükünü müvəqqəti olaraq bir az azaltmaq qərarına gəlmişdi.
Latış
Latışlar və ya latviyalılar (latış. latvieši‎) — Latviyanın əhalisinin 62,1 % təşkil edən (2011 tarixinə olan məlumat) Baltika xalqı. Dili — hind-avropa dil ailəsinin baltik qrupuna (litva dili ilə birgə) daxil olan latış dili. Ənənəvi dinləri — lüteran və katolik, pravoslavlar da vardır. Belə götürülür ki, latışlar qədim Baltika xalqları olan latqalların, kurşilərin, zemqalların, sellərin və fin-uqor xalqlarının XVII əsrdə qovuşması nəticəsində yaranmışdır. İlk dəfə yazılı mənbədə latışlar haqqında 1613-cü ildə Georq Matsel tərəfindən qələmə alınmış "Latış katexizis"də qeyd edilir ("Lettisch Vademecum"). Latış dili haqqında 1525-ci ildə Almaniyada latış dilində nəşr edilmiş və saxlanmamış "Lüteran messe"sində də qeyd olduğu bildirilir. Sayları: Latviya: 1 330 769 ABŞ: 87 564 Rusiya: 28 520 Braziliya: 20 000 Avstraliya: 18 938 İrlandiya: 18 008 Ukrayna: 5079 Litva: 2,3 тыс. (2010) Estoniya: 2199 (2009) Belorusiya: 1549 (2009) == Mənbə == Кудрявцев И. Феномены политического национализма на примере Латвийской Республики Стродс Х. Начало переселения латышских крестьян в Россию в 40-е — 60-е гг. XIX в.
Mayis
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Mayıs
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Natiq
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Qəzənfəroğlu — Bəstəkar. Kino bəstəkarı. Natiq Rəsulzadə — Natiq Həsənov — Videomühəndis. Videotəminatçı. Natiq Fərzəliyev — Aktyor Natiq Qədimov — Aparıcı. Müxbir. Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Rüstəmov — şəhid.
Naxış
Ornament (Naxış, Nəqqaşlıq) — bəzək deməkdir. Ritmik elementlərdən ibarət naxış. Ornamentin ilk rüşeymlərinə Paleolit dövrü abidələrində təsadüf olunur. Xalq yaradıcılığında naxış nisbətən daha yığcam olur, ciddi riyazi qanunlara əsaslanır. == Tarixçə == Azərbaycanda sənətkarlığın inkişafı haqqında burada müxtəlif dövrlərdə olmuş çoxsaylı tacirlər, səyahətçilər və diplomatlar çoxlu maraqlı faktları bildirirlər. İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamahı və Bərdənin ipək mə"mulatlarının gözəlliyini vurğulamışdır. İngilis səyahətçisi – tacir Antoniy Cenkinson (XVI əsr) yay iqamətgahının təbdəbəsini təsvir edərək yazır: "Kral ipək və qızılla bəzədilmiş zəngin bir çadırda oturmuşdu", onun paltarı mirvari və qiymətli daş-qaşla bəzədilmişdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darai və məxmər idi. Onlar Şamaxı, Baskal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal bövhəciklər) istifadə olunurdu.
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.
Anystis baccarum
lat. Anystis baccarum (Linnaeus, 1758) — evribiont gənə növüdür. Ovalıqlardan yüksək dağlıq ərazilərə qədər rast gəlinir. Əsasən partenogenetik yolla çoxalır. Erkəklərinə az rast gəlinir. Daşların və döşəmənin altına qoyulan yumurtaları qışlayır. İldə 3 nəsil verir. Xırda buğumayaqlılarla, o cümlədən, ayaqquyruqlularla qidalanır. Kannibalizm də müşahidə edilir. Kosmopolit növdür.
Arkadi Naydiç
Arkadi Naydiç (alm. Arkadij Naiditsch‎; 25 oktyabr 1985, Riqa) — əvvəllər Almaniyanı təmsil etmiş Azərbaycan şahmatçısı, qrosmeyster (2001). == Həyatı == 1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub. 1996-cı ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə bir çox qrosmeyster Arkadi Naydiçlə məşğul olur. 15 yaşında qrosmeyster adını qazanır. 2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb.
Kira Naytli
Kira Naytli (ing. Keira Knightley) — məşhur İngiltərə aktrisası. == Həyatı == Kira Naytli 1985-ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onun anadan olması qəribə mərc əsasında baş verir. Belə ki, onun valideynləri - anası aktrisa Şerman Makdonald və atası aktyor Uill Naytli öz aralarında mərc qoşurlar. Şerman karyerasını yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. Əgər o, özünün birinci əsərini təqdim etsə, onda ailədə ikinci uşaq anadan ola bilər. Şerman Makdonald mərcdə qalib gəlir və gələcək aktrisa Keira Knightley anadan olur. Kiranın özündən böyük Kaleb adlı bir qardaşı var. O, uşaqlıqdan aktrisa olacağına əmin idi.
Lactococcus lactis
Lactococcus lactis — "pendir bakteriyası" olaraq da bilinən, pendir istehsalında starter olaraq istifadə olunan bakteriya növü.
Martin Naydiç
Martin Naydiç (17 dekabr 1990) — Argentinalı üzgüçü. Martin Naydiç Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Martin Naydiç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:39.93 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Nargis (jurnal)
Nargis (azərb. Nərgiz‎) — 13 dekabr 2012-ci ildən etibarən Nargis nəşriyyat evində dərc olunan dəb və incəsənət haqqında konseptual jurnaldır. == Haqqında == Nargis jurnalının ilk sayının təqdimatı 2013-cü il yanvarın 13-də M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, jurnalın adını daşıdığı professor Nərgiz Paşayevanın doğum günü keçirilib. Təqdimatda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Jurnalın həm çap, həm də üç dildə elektron versiyası mövcuddur: rus, azərbaycan və ingilis. == Beynəlxalq nəşrlər == Nargis jurnalının Gürcüstan versiyasının rəsmi təqdimatı 22 dekabr 2014-cü il tarixində Tbilisidə keçirilmişdir. Nargis Georgia-nın baş redaktoru model və Tbilisi Moda Həftəsinin təşkilatçısı Tako Çheidzedir, üz qapağının əsas qəhrəmanı isə Gürcüstanın ilk birinci xanımı Maka Çiçua idi. == Daimi bölmələr == Dəb – dəbli illüstrasiyalar, fotosessiyalar, sənayenin dizaynerləri və insayderləri ilə müsahibələr, moda trendlərinin icmalı və s. məlumatlardan ibarətdir. Mədəniyyət – hesabatlar, mədəniyyət və incəsənət xadimləri ilə müsahibələr və s.
Narsis Yameoqo
Narsis Yameoqo (19 noyabr 1980, Uaqaduqu) — hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş Burkina-Faso yarımmüdafiəçisi == Karyerası == 1980-ci ilə təvəllüdlü Yameoqo Portuqaliyanın məşhur "Portu" klubunun yetirməsi hesab olunur. O, 1989-91-ci illərdə bu komandanın müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib. 1999-cu ildə vətəninə yollanıb və iki mövsüm "ASFA Yennega" klubunda çıxış edib. Ardınca Seneqala üz tutaraq "Janna D'Ark"la anlaşıb. 2003-cü ildə Portuqaliyaya qayıdıb. Bir mövsüm "Braqa"nın heyətində olub. Bu müddətdə Portuqliya çempionatında 4 oyun keçirməyə imkan tapıb. 2004-cü ildə Portuqaliyanın aşağı dəstə təmsilçisi "Portimonense" transfer olunub. 2006-cı ilə qədər bu klubda çıxış etdikdən sonra başqa bir aşağı dəstə təmsilçisi – "Olhanense"yə keçib. Onun növbəti dayanacağı isə Portuqaliyanın "Ribeirao" klubu olub.
Qabriela Santis
Qabriela Santis (d. 4 noyabr 1996) — Qvatemalalı üzgüçü. Qabriela Santis Qvatemalanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Qabriela Santis birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:06.94 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 37-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Yonas Aystis
Yonas Aystis (lit. Jonas Aistis, əsl soyadı Aleksandraviçyus, Alexandravičius; 7 iyul 1904[…] və ya 7 noyabr 1904, Kaunas rayonu[d] – 13 iyun 1973[…], Vaşinqton) — Litva şairi. 1930-cu illərdən Qərbi Avropada, 1946-cı ildən ABŞ-da yaşayıb. Elegik əhvali-ruhiyyə toplularının poeziyasına "Ximeranın solğun gözləri" (1937), "Büllur tabutda" (1957), "Katarsis" (Vilnüs, 1988) əsərləri aiddir. Esse kitabları yazmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == История литовской литературы. Вильнюс: Vaga, 1977. С. 313—314. Lietuvių rašytojai. Bibliografinis žodynas: A—J. Vilnius: Vaga, 1979.
Mixael Hayniş
Mixael Artur Yozef Yakob Hayniş (alm. Michael Arthur Josef Jakob Hainisch‎; 15 avqust 1858[…] – 26 fevral 1940[…], Vyana) — Avstriya siyasətçisi, Birinci Dünya müharibəsinin sonunda monarxiyanın süqutundan sonra 1920–1928-ci illərdə Avstriyanın ilk prezidenti. == Erkən həyatı == Mixael Artur Yozef Yakob Hayniş 15 avqust 1858-ci ildə Avstriya-Macarıstanda, indiki Avstriyanın Aşağı Avstriya diyarında anadan olmuşdur. O, fabrik sahibi olan atasının adını daşıyır. Anası Marianna Hayniş ölkədə sufrajizm seçki hüququ hərəkatının lideri idi. Hayniş fəaliyyətinə Xəzinədarlıq və Təhsil Departamentində hüquqşünas və məmur kimi başlamışdır. O, daha sonra Aşağı Avstriya və Ştiriyadakı təqaüdə çıxmış və öz mülkləri ilə maraqlanmağa başlamışdır. O, burada model fermalara rəhbərlik etmiş, Fabian hərəkatının Avstriya bölməsinin rəhbəri və Mərkəzi Xalq Kitabxanasının yaradıcılarından biri olmuşdur. Hayniş sonrakı illərdə radikal sosializmdən uzaqlaşaraq mühafizəkar aqrarçı olmuşdur. == Prezidentliyi == Mixael Hayniş siyasi partiyalardan uzaq idi.
Ayti
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Ayris (film)
"Ayris" (en İris) — İngilis yazıçısı Ayris Mördokun və həyatı yoldaşı Con Beyli ilə yaşadığı illər haqqında bəhs edən drama janrında çəkilmiş film. Film 2001-ci ildə rejissor Riçard Ayr tərəfindən çəkilib. == Süjet == Film yazıçı və filosof Ayris Mördokun son illərindən bəhs edir. Yazıçı həyatının sonunda Alsheymer xəstəliyindən əziyyət çəkirdi. Filmin süjet xətti, gənc Ayrisin gələcək əri Con Beyli ilə tanışlığı haqqında bəhs edən fleşbəklərlə kəsilir. Onların arasında dərin məhəbbət hissi yaranır. Cütlük ömrünün sonunadək birlikdə yaşayır. == Rollarda == == Mükafat və mükafata namizədlər == Burada əsas və mühüm mükafatlar sadalanır. tam siyahı ünvanında yerləşdirilib. Mükafatlar 2001 — "Ən yaxşı gənc istedad" Berlin Kinofestivalı (Hyu Bonnevil) 2001 — ABŞ Kino tənqidçilərinin Milli Şurasının 2 mükafatı: "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent), Kino sənətində xüsusi ustalığa görə 2002 — Oskar, 2002 "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent) 2002 — BAFTA, 2002 "Ən yaxşı qadın rolu" (Cudi Denç) 2002 — Qızıl Qlobus "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent) 2002 — Avropa Kino Akadeiyasının Mükafatı "Ən yaxşı qadın rolu" (Keyt Uinslet) Mükafata namizədlik 2001 — Əsas müsabiqədə iştirak Berlin Kinofestivalı (Riçard Ayr) 2002 — Oskar 2002 — "Ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı qadın rolu" (Keyt Uinslet) 2002 — BAFTA 2002 — mükafata 5 namizəd "Ən yaxşı Britaniya filmi" (Robert Foks, Skott Rudin, Riçard Ayr), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Hyu Bonnevil), "İkinci dərəcəli ən yaxşı qadın rolu" (Keyt Uinslet), "Ən yaxşı uyğunlaşdırılmış ssenari" (Riçard Ayr, Çarlz Vud) 2002 — Qızıl Qlobus mükafatına 2 namizəd: "Dram janrında ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı qadın rolu — Kinofilm" (Keyt Uinslet) 2002 — Avropa Kino Akadeiyasının Mükafatına 3 namizəd: "Ən yaxşı kişi rolu" (Cim Brodbent və Hyu Bonnevil), "Ən yaxşı qadın rolu" (Cudi Denç) 2002 — ABŞ kinoaktyorları Gildiyasının mükafatına 2 namizəd: "Ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent) == Maraqlı faktlar == Ayris Mördokun rolunun ifasına görə Cudi Denç və Keyt Uinslet Oskar mükafatına namizəd olmuşdular.