Arkadi Naydiç (alm. Arkadij Naiditsch; 25 oktyabr 1985, Riqa) — əvvəllər Latviya, Almaniya və Azərbaycanı təmsil etmiş Bolqarıstan şahmatçısı, qrosmeyster (2001).
Arkadi Naydiç | |
---|---|
alm. Arkadij Naiditsch | |
| |
Ölkə |
Latviya (2005-ci ilə qədər) Almaniya (2005–2015) Azərbaycan (2015–2024) Bolqarıstan (2024-cü ildən) |
Doğum tarixi | |
Doğum yeri | Riqa, Latviya SSR, SSRİ |
Titulu | qrosmeyster (2001) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.737 (dekabr 2013) |
FİDE nömrəsi | 4650891 |
Vikianbarda əlaqəli mediafayllar |
1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub.
1996-cı ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə bir çox qrosmeyster Arkadi Naydiçlə məşğul olur. 15 yaşında qrosmeyster adını qazanır.
2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb.[2]
2015-ci ilin iyulunda Almaniya Şahmat Federasiyasını Azərbaycan Şahmat Federasiyasına dəyişib.[3][4][5] 2017-ci ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionatının qızıl medalını qazanıb.[6] Bununla da o, iki ölkənin milli komandasının heyətində Avropa çempionu olan ilk qrosmeyster olub.[6]
Naydiçin bacıları — İrina (doğ. 1986), Yevgeniya (doğ. 1987) və Mariya (doğ. 1988) da şahmat yarışlarında çıxış edirlər.[7]
Naydiç 2014-cü ilin oktyabrında İsrail şahmatçısı Yuliya Şvaygerlə evlənib.[8] Onlar hazırda Bakı şəhərində yaşayırlar.[9]