Mayıs

MayisAzərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd.[1]

Mayis
39°41′38″ şm. e. 46°24′20″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Mayis xəritədə
Mayis
Mayis

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.[2]

Mayis Laçın rayonunun kiçik kəndlərindən biridir. Qarabağ xanlığı dövründə və ondan da əvvəl Mayis kəndinin ərazisi indiki Qarıqışlaq kəndində yaşayan sakinlərin yaylaq yeri olmuşdur. Təxminən 1810-cu illərdə bir neçə ailə indiki Mayis kəndində və onun yaxınlığında Əlimərdanlar adlanan yerdə məskunlaşaraq, bir daha Qarıqışlaq kəndinə dönməmişlər və beləliklə, Mayis və Əlimərdanlar kəndlərinin əsasını qoymuşlar. Lakin 1930-cu illərdə sovet hökumətinin xırda kəndləri ləğv etmək siyasətinin tərkib hissəsi olaraq Əlimərdanlar kəndi ləğv edilmiş, onun sakinlərinin də əksəriyyəti Mayis kəndinə köçürülmüşdür.

Mayis kəndinin adının da maraqlı tarixçəsi var. Əvvəllər onun adı Qısamtolan olmuşdur ki, bu da "Qızxanıma toy olan" ifadəsinin qısaldılmış variantıdır. Belə adın həmin yerdə ilk məskunlaşan və ətraf kəndlərdə böyük hörmət və nüfuza malik bir şəxsin Qızxanım adlı qızına orada toy etməsi ilə bağlı olduğu söylənilir. Mayis adı isə 1918-ci ildən sonra meydana gəlmişdir. Bu adın 1918-ci ildə erməni quldurları ilə döyüşdə xalqımıza dəstək verməyə gəlmiş Osmanlı türklərindən qaldığı deyilir. Kəndin ərazisindən keçərək döyüşə gedən türk hərbçiləri həmin güllü-çiçəkli yeri Mayis adlandırmışlar və bu kəlmə də kəndin adına çevrilmişdir. "Mayis" sözü məhz güllü-çiçəkli yer, gözəl məkan mənasını verir.

Hazırda Sonasar kəndi ilə bir inzibati ərazi vahidini təşkil edən Mayis kəndi bir sıra yaxşı ənənələri ilə məşhurdur. Laçın rayonu üzrə aparılmış son hesablamalarda məlum olmuşdur ki, Mayis kəndi ali təhsilli sakinlərinin əhalisinin ümumi sayına nisbətdə rayon üzrə ən yüksək göstəriciyə malikdir. Həqiqətən də, hələ çar Rusiyasının dövründə Mayis və Əlimərdanlar kəndlərindən o dövr üçün tanınan ziyalılar çıxmışdır. Məsələn, Cabbar Əlimərdanov sovet hakimiyyətinin qurulduğu ilk illərdə Tərtər rayonunda daxili işlər (indiki polis) şöbəsinin rəisi, daha sonra rayon icraiyyə komitəsinin sədri olmuşdur. Mayisin onlarla sakini Respublikanın müxtəlif yerlərində və Laçın rayonunun özündə məsul işlərdə işləmiş və bu gün də çalışmaqdadırlar. Mayisli müəllimlər Minkənd, Qarıqışlaq, Pircahan, Mişni məktəblərinin ilk müəllimlərindən olmuşlar, Sonasar kənd orta məktəbinin pedaqoji heyətinin əsas hissəsini mayislilər təşkil etmişdir. Mayis kəndinin yetirməsi olan üç nəfər – Cənnət Mirzəyev, Ənvər Heydərov və Mərdan Səlimov müxtəlif elm sahələri üzrə alimlik dərəcəsinə malik olmuşlar.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Laçın rayonunun ən mənzərəli kəndlərindən biri olan Mayis kəndi Hoçazçayın sağ sahilində meşəli, güllü-çiçəkli bir yerdə yerləşir. Kənd Sonasar, Soyuqbulaq, Mişni kəndləri ilə qonşudur. Ərazisində olan onlarla bulaq, qoz, fındıq, armud, zoğal, böyürtkən, zirinc və başqa yabanı meyvələrlə zəngin olan meşələr təbiətin Mayis kəndinə bəxş etdiyi əsrarəngiz gözəllikdir.

1992-ci ilin mayında kənddə 50 ailə və ya 240 nəfər yaşayırdı. Hazırda sayları 320 nəfərə çatmış mayislilər Azərbaycanın 18 rayonunda məskunlaşmışlar.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Mayis // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.