Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Laruku
L'Arc~en~Ciel (fr. Göy qurşağı; yap. ラルク アン シエル - raruku an sieru) — 1991-ci ildə Osakada yaradılmış yapon rok qrupu. == Tarix == L'Arc~en~Ciel qrupu 1991-ci ildə vokalist Hideto Takari (o zaman HIDE, daha sonra isə hyde ləqəbi ilə tanınır), gitaraçı hiro və təbilçi pero, qrupun başçısı olan bassçı Tetsuya Oqava (o zaman TETSU ləqəbi altında ifa edirdi) tərəfindən çağırılanda yarandı. Bir il ərzində qrup Osaka şəhərində məşhur olub və 1992-ci ilin iyunun 12-də hiro onu tərk edib. Bundan sonra TETSU öz dostu ken ilə danışıb, ona universiteti tərk edib, qrupa gitaraçı olaraq qoşulmağa inandırmışdı. Bundan sonra, 1992-ci ilin dekabrın 30-da qrupu pero da tərk etmişdi və gələn il onu yeni barabançı sakura əvəzləndirib. 1993-cü ilin aprelin 1-də qrup müstəqil, amma geniş şəkildə tanınan Danger Crue Records ilə Dune adlı ilk albomu buraxıb. Albom Oricon şirkətinin indi çartında birinci yeri tutub. Bu böyük şirkətlərin diqqətini cəlb edib və 1994-cü ildə qrup Sony Music Entertainment Japan-a aid olan Ki/oon ilə müqavilə bağlayıb.
Naruto
Naruto (ナルト) — Masaşi Kişimoto tərəfindən yazılan və çəkilən manqa seriyası. Əsas mövzusu baş qəhrəman Naruto Uzumakinin cəmiyyət tərəfindən qəbul edilməsi arzusu və bunun üçün əlindən gələni etməsidir. Manqa iki hissədən ibarətdir. Birinci hissədə Naruto 12 yaşında, digərində isə 16–17 yaşındadır. Naruto manqasının 1999-dan 2014-cü ilə qədər Shueisha jurnalında tankobon şəklində 72 cildi çap edilib. Bu manqa əsasında anime də çəkilmişdir. Animenin ilk 220 seriyası Yaponiyada Studio Pierrot və Aniplex studiyaları tərəfindən 2002–2007-ci illər arası çəkilmişdir. "Naruto: Shippuden"-in orijinal seriyaları Yaponiyada 2007-ci ildən göstərilmıyə başlanmış, 2017-ci ildə 500-cü seriyada final etmişdir. Animenin ingilis versiyası isə 2005–2009-cu illər arasında Cartoon Network kanalında göstərilmişdir.
Nurulu
Nurulu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Nargülü
Nargülü (lat. Campsis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinə aid bitki cinsi.
Nauru
Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir.
Kökatan nargülü
Kökatan nargülü == Təbii yayılması == Şimali Amerika, Çin və Vyetnamda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə qədər olan, iri, qalın gövdəsi üzərində külli miqdarda hava kökləri əmələ gətirən sarmaşıqdır. Budaqda xırda yarpaqların sayı 9–11 ədəd olub, qarşılıqlı, lələkvari, ellipsvari, uzunluğu 3–6 sm-dir, üst hissəsi yaşıl, kənarları dişli, çılpaq, alt hissəsi isə açıq-yaşıl, kənarları bütöv, damarcıqları damarcıqları tüklüdür. Qıfabənzər iri çiçəkləri, 10 sm uzunluğunda, 5 sm enində, kənarları tünd-narıncı rəngli, çiçəkləri dəstədə 4–12 ədəd olmaqla süpürgə çiçək qrupunda toplanır. Çiçək tacının uzunluğu 5–7 sm, diametri 3–4 sm olub, uzunsov-boruşəkilli, üstdən narıncı, içəridən sarıdır. Çiçəkləməsi yay aylarına təsadüfən edir və uzun müddət çiçəkləyir. Meyvələrin uzunluğu 12 sm-ə qədər olan, uzunsov-silindrik qutucuqlardır. Toxumlarla, kök qələmləri və zoğlarla çoxaldılır. == Ekologiyası == Zəngin və orta miqdarda nəmişli torpaqlarda tez böyüyür. Quraqlığa davamlı, işıq və istisevəndir, ancaq qışda −20 °C temperaturda şaxta vurur.
Mikio Naruse
Mikio Naruse (20 avqust 1905[…], Tokio[d] – 2 iyul 1969, Tokio[d]) — Yaponiya kinorejissoru. == Həyatı == Mikio Naruse 20 avqust, 1905-ci ildə Tokio şəhərində anadan olmuşdu. Mikio Naruse 2 iyul 1969-cu ildə Tokio şəhərində vəfat edib.
Narumi Miura
Narumi Miura (d. 3 iyul 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Naruto boğazı
Naruto boğazı (yap. 鳴門海峡) — Avaci və Şikoku adalarını bir-birindən ayıran boğaz. Onaruto körpüsü Kobe-Avaci-Naruto ekspres yolunun cənubunda yerləşir və Avaci ilə Şikoku adalarını birləşdirən əsas bağlantıdır. Naruto boğazı burulğanları ilə məşhurdur. Bu boğaz Yaponiyanın ən sürəti burulğanlarına sahibdir və burulğanların diametri 20 metrə çata bilir.
İriçiçəkli nargülü
İriçiçəkli nargülü (lat. Campsis grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin nargülü cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çində, Yaponiyada, Qərbi Avropada, ABŞ və digər ölkələrdə geniş yayılmışdır. XX əsrin əvvəllərindən Krımda, Qafqazın Qara dəniz sahillərində becərilir. == Botaniki təsviri == Hündürlüyü 6-8 m-dək olan, tez böyüyən, işıqsevən, budanmanı yaxşı keçirən lianadır. Yarpaqları tək, lələkvari, 7-9 ədəd, 3-6 sm uzunluğunda, yumurtavarı və ya yumurtavarı-lansetvarı, ucu biz, dişli, çılpaq, xırda olur. Çiçəkləri iri, yumşaq və ya süpürgəvari çiçək qruplarında yerləşir, kasacığı 5 ədəd, lansetvarı, mərkəzinə qədər bölünmüş hissəlidir. Çiçək tacı qıfvari, kasacığın təxminən yarısınadək olan borucuqlu, qırmızı rəngli, eni 7-8 sm-ə çatır. Qutucuğu uzunsov-silindrik, ucu kütdür. İriçiçəkli kampsis tez böyüyür.
Naruto Uzumaki
Naruto Uzumaki (うずまき ナルト Uzumaki Naruto) — Masaşi Kişimoto tərəfindən yazılmış və çəkilmiş, 1999-cu ildən etibarən yayımlanan Naruto adlı manqa seriyasının baş qəhrəmanıdır. Eyni zamanda 2002-ci ildən başlayaraq anime seriyası da yayımlanmışdır.
Baruj (Urmiya)
Baruj (fars. باروژ‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (28 ailə).
Narui Alaverdyan
Nairuhi İsaakovna Alaverdyan (25 iyun 1941, Stepanakert – 10 noyabr 2021, Xankəndi) — erməni müğənnisi . Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == 25 iyun 1941-ci ildə Xankəndidə anadan olmuşdur. Xankəndi şəhəri Sayat-Nova adına musiqi məktəbini bitirib. 1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978-ci ildən isə "Qarabağ" estrada ansamblının solisti kimi çıxış etmişdir.
Nauru Respublikası
Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir.
Nauru adası
Nauru (ing. Nauru) — Sakit okeanın qərbində, Mikroneziyanın cənubunda yerləşən ada. Sahəsi 21,3 km² təşkil edir. Əhalisinin sayı 13 528 nəfərdir, o cümlədən 6763 nəf. kişi, 6765 nəf qadın. Nauru adası nadir atoll tipi olan qalxmış atolldur. Adanın daxilində azca duzlu şirinsulu göl vardır (Buada gölü). Göl əvvəllər bir laqun olmuşdur. Şimalında isə Anabar gölü yerləşir. Ada Ekvatordan 42 km cənubda yerləşir.
Nauru bayrağı
Nauru bayrağı — Naurunun Dövlət bayrağı
Nauru dili
Nauru dili (dorerin Naoero)- Avstroneziya dillərinə aid olan və Nauruda danışılan dildir.
Nauru himni
Nauru dövlət himni(Nauruca: Nauru Bwiema, Nauru mahnısı, Nauru nəğməsi)- Naurunun dövlət himnidir. Sözlərinin müəllifi Marqaret Hendri və bəstəkarı isə Lorens Henri Hiksdir. Naurau müstəqillik əldə edən il, 1968-ci ildə təsdiq edilmişdir. == Nauruca sözləri == Nauru bwiema, ngabena ma auwe. Ma dedaro bwe dogum, mo otata bet egom. Atsin ngago bwien okor, ama bagadugu Epoa ngabuna ri nan orre bet imur. Ama memag ma nan epodan eredu won engiden, Miyan aema ngeiyin ouge, Nauru eko dogin! == Azərbaycanca tərcüməsi == Nauru bizim vətənimiz, ürəkdən sevdiyimiz yurd, Hamımız sənin üçün dua edirik və həm də adını həmd edirik. Uzun zamanlardan bəri bizim böyük əcdadlarımızın evi olmuşsan Və hələ gələcək nəsillər üçün olacaqsan. Hamımız, bayrağını şərəfləndirmək üçün birlikdə iştirak edəcəyik, Və biz birlikdə sevinciylə deyəcəyik; Əbədi olsun Nauru!
Naruto personajlarının siyahısı
Naruto (yaponca: ナルト) anime və manqa seriyası Masaşi Kişimoto tərəfindən yaradılmışdır və bir çox xəyali obrazı özündə ehtiva edir.Seriya 2 hissədən ibarətdir. İlk hissə 220 epizoddan ibarətdir və Narutonun 12,13 yaşlarını əhatə edir. İkinci hissə isə 500 epizoddan ibarətdir və Narutonun 15,16,17 yaşlarını əhatə edir. İkinci hissə həmçinin "Naruto Shippūden" adlandırılır. Seriyanın baş qəhrəmanları Naruto Uzumaki, Sakura Haruno, Sasuke Uçiha və onların müəllimi olan Kakaşi Hatakedir. Aşağıdakı siyahıda seriyanın bütün obrazları yox, daha yadda qalan obrazları göstərilmişdir.
Təbriz namusu (roman)
Təbriz namusu — Fərman Kərimzadənin tarixi romanı == Məzmun == “Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir. == Nəşr == Roman 2017-ci ildə Bakı Kitab Klubunda 256 səhifədə çap edilmişdir. == İstinadlar == == Həmçinin oxu == Tehran Əlişanoğlu. Tarixlə belletrizmin arasında (F.Kərimzadənin «Təbriz namusu» romanı haqqında) - «Ədəbi tənqid» jurnalı, 1992-ci il № 1, s. 76-79 == Xarici keçidlər == "Təbriz namusu (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-06-06 tarixində arxivləşdirilib.
Azərbaycan–Nauru münasibətləri
Azərbaycan–Nauru münasibətləri — Azərbaycan Respublikası ilə Nauru Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin noyabr ayının 11-də qurulmuşdur.
Nauru Olimpiya Komitəsi
Nauru Olimpiya Komitəsi (BOK kodu: NRU) — Naurunu təmsil edən Milli Olimpiya Komitəsidir. Bu komitə adada Olimpiya hərəkatı təmsil və təşkil edir. NNOK 1991-ci ildə yaradılmış və 1994-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmışdır. Bu komitə həm də Birlik Oyunlarında Nauru nümayəndəliyi üçün cavabdeh olan orqandır. Nauru 1992-ci ildən etibarən Olimpiya Oyunlarında mütəmadi iştirak edir.
Boruto: Naruto Next Generations
Boruto: Naruto Next Generations (BORUTO(ボルト) -NARUTO NEXT GENERATIONS-) — Ukyō Kodachi və Masashi Kishimoto tərəfindən yazılmış manqa seriyasıdır. Seriya 2016-cı ilin may ayından etibarən Shueisha's Weekly Shōnen Jump və daha sonra V Jump-da dərc edilmişdir. Serial Naruto seriyasının davamıdır və Naruto Uzumaki'nin oğlu Boruto Uzumaki və onun ninja komandasına diqqət yetirir. Boruto, Naruto seriyasının davamı üçün Şueisha'nın Kişimoto'ya təklifindən qaynaqlanır. Lakin Kişimoto bu təklifdən imtina edib və keçmiş köməkçisi Mikio İkemotoya təklifi geri götürməyi təklif edib. Pierrot tərəfindən istehsal olunan film 7 avqust 2015-ci ildə nümayiş olundu. 2017-ci ilin aprel ayından etibarən anime televiziya serialı adaptasiyası yayımlanır. Boruto filminin təkrarı kimi başlayan manqadan fərqli olaraq, anime Boruto və onun dostları sonrakı hekayə xəttində ninjaya çevrilməzdən əvvəl prequel kimi başlayır. Pierrotun anime prequel həm yeni, həm də geri qayıdan personajlardan istifadə etdiyi üçün tərifləndi, lakin manqanın hekayəsinin daha çox baş qəhrəmana yönəldiyi üçün daha ciddi olduğunu qeyd etdi. Shueisha 2017-ci ilin yanvar ayından etibarən manqa seriyasının bir milyon nüsxəsini çıxardı.
Təbriz namusu (Fərman Kərimzadə)
Təbriz namusu — Fərman Kərimzadənin tarixi romanı == Məzmun == “Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir. == Nəşr == Roman 2017-ci ildə Bakı Kitab Klubunda 256 səhifədə çap edilmişdir. == İstinadlar == == Həmçinin oxu == Tehran Əlişanoğlu. Tarixlə belletrizmin arasında (F.Kərimzadənin «Təbriz namusu» romanı haqqında) - «Ədəbi tənqid» jurnalı, 1992-ci il № 1, s. 76-79 == Xarici keçidlər == "Təbriz namusu (tarixi roman)" ( (az.)). kitabklubu.org. 2017-06-06 tarixində arxivləşdirilib.
Zettai naru Isolator
The Isolator (絶対ナル孤独者, Zettai naru Aisorēta, azərb. İzolyator‎) — Şimecinin rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works 2014-cü ilin iyunundan bu yana 4 cildini nəşr etmişdir. Naoki Koşimizunun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Dengeki Daioh" jurnalında nəşr olunur. Yen Press ranobe və manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. == Məzmun == 2019-cu ilin avqustunda alimlər Yer kürəsinin kənarından gələn və onları böyük kataklizmdən xəbərdar edən siqnallar qəbul edirlər. Bu hadisədən sonra müxtəlif Yerdənkənar həyat formaları insanlarla ünsiyyətə girməyə başlayırlar. Onlarla ünsiyyətdə olan şəxslər Üçüncü göz adlandırılırlar və müxtəlif güclər əldə edirlər. Bəziləri səs sürətində hərəkət etmək bacarığı qazanır, bəziləri poladı belə kəsən qılınc əldə edir. Hadisələrin əsas diqqət mərkəzində 17 yaşlı dərrakəli oğlan Minoru Utsuqi və supergüclərə malik şəxslərə nəzarət edən təşkilatın üzvü Yumiko Azudur.