The Isolator (絶対ナル孤独者, Zettai naru Aisorēta?, azərb. İzolyator) — Şimecinin rəssamlığı ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works 2014-cü ilin iyunundan bu yana 4 cildini nəşr etmişdir. Naoki Koşimizunun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Dengeki Daioh" jurnalında nəşr olunur. Yen Press ranobe və manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır.[1]
The Isolator | |
Birinci cildin üzlüyü. Personaj: Yumiko Azu. | |
絶対ナル孤独者 (Zettai naru Aisorēta) azərb. İzolyator | |
---|---|
Janr | elmi fantastika |
Manqa | |
Manqaka | Reki Kavahara |
Rəssam | Şimeci |
Nəşriyyat | ASCII Media Works |
Nəşr tarixi | 10 iyun 2014 – hazırda |
Cildlər | 4 (cild siyahısı) |
Manqa | |
Yazıçı | Reki Kavahara |
Rəssam | Naoki Koşimizu |
Nəşriyyat | ASCII Media Works |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Dengeki Daioh |
Nəşr tarixi | avqust 2015 – hazırda |
Cildlər | 2 (cild siyahısı) |
2019-cu ilin avqustunda alimlər Yer kürəsinin kənarından gələn və onları böyük kataklizmdən xəbərdar edən siqnallar qəbul edirlər.
Bu hadisədən sonra müxtəlif Yerdənkənar həyat formaları insanlarla ünsiyyətə girməyə başlayırlar. Onlarla ünsiyyətdə olan şəxslər Üçüncü göz adlandırılırlar və müxtəlif güclər əldə edirlər. Bəziləri səs sürətində hərəkət etmək bacarığı qazanır, bəziləri poladı belə kəsən qılınc əldə edir.
Hadisələrin əsas diqqət mərkəzində 17 yaşlı dərrakəli oğlan Minoru Utsuqi və supergüclərə malik şəxslərə nəzarət edən təşkilatın üzvü Yumiko Azudur. Ögey bacısı ilə sakit həyat tərzi keçirən Minoriyə bir gün yadplanetlilər tərəfindən həmişə arzuladığı "kimsəsizlik" gücü verilir. Lakin tezliklə Minori ona verilən bu gücə görə qatılmaq istəmədiyi müharibəyə qoşularaq İzolyator olur.
Reki Kavahara ranobeni əvvəlcə 23 noyabr 2004-cü ildən 20 iyul 2009-cu ilə kimi onlayn şəkildə saytında yayımlamışdır və bu zaman kəsiyində 40 cild yazmışdır.[2] Lakin peşəkar karyeraya başladıqdan sonra ranobeni yazmağı dayandırmışdır. 2014-cü ildə Reki Kavahara ranobeni nəşr etdirmək qərarına gəlmişdir.[3] ASCII Media Works ranobenin 4 cildini nəşr etmişdir.[4]
Ranobe seriyası 2014-cü ildə Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.[5]
№ | Orijinal versiyasının nəşr tarixi | Orijinal ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 10 iyun 2014[6] | ISBN 978-4-04-866510-0 | 23 iyun 2015[7] | ISBN 978-0-31-626059-6 |
2 | 10 fevral 2015[8] | ISBN 978-4-04-869248-9 | 26 yanvar 2016[9] | ISBN 978-0-31-626889-9 |
3 | 10 fevral 2016[10] | ISBN 978-4-04-865748-8 | 22 noyabr 2016[11] | ISBN 978-0-31-655272-1 |
4 | 10 may 2017[12] | ISBN 978-4-04-892894-6 | — | — |
Naoki Koşimizunun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası "Dengeki Daioh" jurnalında nəşr olunur. İki cildi buraxılmışdır.[4] Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.[1]
№ | Orijinal versiyasının nəşr tarixi | Orijinal ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 10 fevral 2016[13] | ISBN 978-4-04-865656-6 | 24 yanvar 2017[14] | ISBN 978-0-31-650464-5 |
2 | 8 oktyabr 2016[15] | ISBN 978-4-04-892292-0 | — | — |
Ranobe seriyasının ikinci cildi 2015-ci ilin birinci yarısında 50.472 nüsxə satmış və Yaponiyada ən yaxşı satan 49-cu ranobe olmuşdur.[16]
Anime News Network-dan Rebekka Silverman ranobenin ilk cildini qiymətləndirərək personajların inandırıcı olduğunu və müəllifin əvvəlki əsərlərinə nisbətən daha yaxşı yazdığını bildirmişdir.[17]