Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cimi
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Cimi oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə Cemi adlandırılmışdır. Əslində isə kənd öz adını ərazidəki min. bulaqların adından almışdır. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbəsinin inzibati ərazi vahidində yerləşən bu kənd Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. == Əhalisi == Qədim tarixə malik Cimi kəndinin əhalisini tatlar təşkil edir. Sayları təxminən 1000 nəfərə yaxındır.
Nəimi
Fəzlullah bin Əbi Məhəmməd Nəimi Təbrizi (1339–1401) — Hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof. == Həyatı və fəaliyyəti == Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Astrabadi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və İranın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəğbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi." "Hürufi"- ərəb dilindəki "hərf" sözünün cəmi olan "hüruf" sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, "insan və dünya — dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc — Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir.
NİİM
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) — Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasına nəzarət edən, 2022-ci il fevral ayının 7-nə qədər BNA tərkibində, həmin tarixdən Daxili İşlər Nazirliyinin tabeliyinə verilən qurum. == Tarixi == Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur. İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir. Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri: GPS Şəxsi nəqliyyat Təhlükəsiz ictimai nəqliyyat Piyada/sərnişin İstifadəedicisi Nəqliyyat axının manitorinqi Parketmə Ağıllı dayanacaq Ağıllı işıqfor === İNS-in tətbiqinin əsas məqsədi === yol hərəkətinin təhlükəsizliyinin artırılması; küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması; yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması; ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması; nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması; şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması; şəhərin investisiya və turist cəlbediciliyinin artırılması; == Yaradılması == 2007-ci ildə NİİM haqqında Prezident İlham Əliyevin fərmanı verilib. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının "SK C&C" şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur. 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayan Mərkəz Nəqliyyat Nazirliyi tabeliyinə verilib.
Nimr əl-Nimr
Şeyx Nimr Baqir əl-Nimr (21 iyun 1959, Əl-Avamiyyə[d] – 2 yanvar 2016, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanlı şiə din xadimi və insan haqları fəalı. == Həyatı == Şeyx Nimr Baqir ən-Nimr 1958-ci ildə (bəzi mənbələrdə 1959) Ərəbistanın şərqində Əl-Qətif şəhərinin Əl-Avamiyyə qəsəbəsində alim ailəsində dünyaya gəlib. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının böyük alimlərindəndir. Ayətullah Nimr İslami təhsilini 10 il müddətinə Tehranda və Suriyada alıb. Bu dövrdə o, Ayətullahlar Şirazi və əl-Mədarrəsinin anlayışını tamamilə mənimsəyib. Qısa müddətdə oranın ən qiymətli ustadlarından birinə çevrilib. Bu müvəffəqiyyətlərindən sonra "Həzrəti Qaim" Mədrəsəsinin rəhbəri olur və illərlə bu vəzifəsini icra edir. Ərəbistana qayıtdıqdan sonra Əl-Avamiyyə şəhərində "İmam Qaim" Elm Mərkəzini qurur. 2001-ci ildə İslam Mərkəzini təsis edir. Dini baxımdan ölkəsindəki məzhəblərarası münaqişə anlayışına çox qoşulmayan Nimr həm də Səud rejiminin tənqidçilərindən olub.
Nimr ən-Nimr

Achinoam Nini
Cimi (bulaq)
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində, Cimi çayının (Vəlvələçayın qolu) mənsəb hissəsində yerləşir. İki isti və bir soyuq mineral bulaqdan ibarətdir. Suyu kükürdlüdür. Yerli əhali isti bulaqlardan müalicə məqsədilə istifadə edir. Cimi "narın, nazik su şırnağı" mənasında işlənmişdir. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.124.
Cimi Hendriks
Cimi Hendriks (ing. Jimi Hendrix; tam adı Ceyms Marşall Hendriks ing. James Marshall Hendrix, doğum adı Conni Allen Hendriks, ing. Johnny Allen Hendrix; 27 noyabr 1942[…], Sietl, ABŞ – 18 sentyabr 1970[…], Kensinqton, Böyük London) — məşhur Amerika gitaraçısı və müğənnisi. Psixodelik rok, blüz rok, hard rok, eysid rok və heavy metal janrlarında ifa etmişdir.
Dayqo Nişi
Dayqo Nişi (d. 28 avqust 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Fəzlullah Nəimi
Fəzlullah bin Əbi Məhəmməd Nəimi Təbrizi (1339–1401) — Hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof. == Həyatı və fəaliyyəti == Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Astrabadi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və İranın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəğbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi." "Hürufi"- ərəb dilindəki "hərf" sözünün cəmi olan "hüruf" sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, "insan və dünya — dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc — Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir.
Kimi Raikkonen
Kimi Matias Raykönen (fin. Kimi-Matias Räikkönen; d. 17 oktyabr 1979) — Finlandiyalı Formula-1 pilotu. Hazırda karyerasını İtaliyanin Alfa Romeo komandasında davam etdirir. == Bioqrafiya == Kimi Rəykkönen 1979-cu il oktyabrın 17-də Finlandiyanın Espoo şəhərində anadan olub. Kimi hər zaman qısa, soyuq və bir qədər də gülməli cavabları ilə seçilib. Ona "İce Man" ləqəbi də həm buna, həm də yarışlardakı soyuqqanlılığına görə verilib. İlk evliliyi Skandinaviya gözəli Cenni Dalman ilə 2004-cü ildə olub. Onlar 2014-cü ildə boşanıblar. Kimi daha sonra modelyer Minttu Virtanen ilə nişanlanır.2015-ci il yanvarın 28-də Robin adlı oğulları dünyaya gəlir.
Kimi Raykkonen

Kimi Raykonen

Kimi Rəykkönen

Nami Otake
Nami Otake (d. 30 iyul 1974) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 29 qol vurub.
Niki Kərimi
Niki Kərimi — İranlı aktrisa və kinorejissordur. O, İran İslam İnqilabından sonra mühüm filmlərdə rol almış və müxtəlif beynəlxalq festivallardan çoxsaylı mükafatlar qazanaraq, beynəlxalq mükafatların sayına görə İranın ən uğurlu kino sənətçilərindən biridir.
Niki Lauda
Andreas Nikolaus "Niki" Lauda (alm. Andreas Nikolaus "Niki" Lauda‎; 22 fevral 1949[…], Vyana – 20 may 2019[…], Sürix) — sabiq avstriyalı Formula-1 pilotu. Karyerası ərzində üç dəfə — 1975, 1977 və 1985-ci illərdə F1 üzrə dünya çempionluğu qazanıb. Karyerasını bitirdikdən sonra aviasiya ilə maraqlanmağa başlayıb və özünün iki şəxsi aviasiya şirkətini açıb. Bundan əlavə, Skuderiya Ferrari komandasında məsləhətçi və iki il Jaguar komandasında komanda meneceri kimi çalışıb. 1976-cı il Almaniya Qran Prisində idarə etdiyi maşının qəza etməsi və sonra alışması nəticəsində ciddi yanıq xəsarətləri almışdı. Ciyərlərinin zədə almasına və xəsarətlərinin ciddi olmasına baxmayaraq, sadəcə altı həftə sonra İtaliya Qran Prisində yenidən çempionata geri dönmüşdü. == Karyerası == === İlk illər === Niki Lauda 1949-cu il 22 fevralda varlı ailədə dünyaya göz açıb. Ailəsinin ona qarşı çıxmasına baxmayaraq o yenə də yarış maşınlarının pilotu olur. 1971-ci ildə Bankdan £30,000 funt sterlinq kreditə götürüb, özünə sığorta aldıqdan sonra Formula-2 pilotu kimi March komandasına qoşulur.
Niki Minaj
Onika Tanya Maraj-Petti (ing. Onika Tanya Maraj-Petty; 8 dekabr 1982) — əsasən Nicki Minaj (ing. Nicki Minaj) adı ilə tanınan Trinidadda anadan olmuş repçi, müğənni və bəstəkar.
Nili xaqan
Nili xaqan — Tardu xaqanın yerinə bir il xaqanlıq etmiş bir neçə il də Buxarada yabqu olmuşdu. 604-cü ildə Basıl Tegin tərəfindən əvəz olundu. == Heykəli == Nili xaqanın heykəli 2003-cü ildə Yapon tədqiqatçı alim Osava Takaşi tərəfindən tapılmışdır. Üzərində soğd əlifbası ilə "Muğan xaqanın nəvəsi Niri xaqan dovşan ilində böyük xaqan oldu" yazılıb. Heykəl Sintzyan Uyğur Muxtar regionunda yerləşir.
Nima Yuşic
Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (d. 12 noyabr 1895 – ö. 6 yanvar 1960) — sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı. == Həyatı == Nima Yuşic kimi tanınan məşhur müasir İran şairi və fars azad şeirinin atası Əli İsfəndiyari 1897-ci ildə Mazandaranın uzaq və gözəl mənzərəli kəndlərindən olan Yuş kəndində dünyaya gəlmişdir. Nimanın atası İbrahim xan Əzəmus-səltənə şücaətli atçılardan idi və heyvandarlıq və əkinçiliklə məşğul olub. İbrahim xan musiqi və xəttatlıqla da məşğul idi. Anası da çox zövqlü bir qadın idi və daima Nizami Gəncəvinin "Yeddi gözəl" və Hafiz Şirazinin divanını oxuyurdu. Nimanın uşaqlıq illəri bu səmimi ailədə və İranın yaşıl və sıx şimal meşələrində keçmişdir. O, bir müddət çobanlarla birlikdə yaylaq və qışlaqları gəzib dolaşmışdır.
Norihiro Nişi
Norihiro Nişi (d. 9 may 1980) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Nəimi türbəsi
Nəimi türbəsi — Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsi. == Haqqında == Qırmızı kərpicdən inşa edilmiş türbənin üstündə bir böyük, altı kiçik günbəz var. 1339–1401-ci illərdə yaşayan, Hürufilik təriqətinin əsasını qoymuş məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı üzərində yaradıldığı üçün Nəimi türbəsi adlandırılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 445. ISBN 5-8066-1468-9.
Nəimi Əmiral
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. == Həyatı == Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. == Fəaliyyəti == Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.
Nəimi Əmiralıyev

Roland Vimi
Roland Vimi (21 iyun 1961) — Çexoslovakiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Roland Vimi Çexoslovakiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.