Nəimi

Fəzlullah bin Əbi Məhəmməd Nəimi Təbrizi (1339–1401) — Hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof.

Fəzlullah Nəimi
فضل الله نعيمي استرآبادي
Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Astrabadi
Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Fəzlullah Nəiminin rəsmi
Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Fəzlullah Nəiminin rəsmi
Təxəllüsü Fəzl
Doğum tarixi 1339/1340
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Culfa, Əlincə qalası
Vəfat səbəbi edam olunub
Dəfn yeri Naxçıvan
Fəaliyyəti şair, filosof, yazıçı
Əsərlərinin dili fars dili, türk dili
Tanınmış əsəri Cavidannamə
Vikimənbənin loqosu Fəzlullah Nəimi Vikimənbədə

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Astrabadi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və İranın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəğbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) "IX əsrin parlaq şəxsiyyətləri" adlı kitabında oxuyuruq: " Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi."

"Hürufi"- ərəb dilindəki "hərf" sözünün cəmi olan "hüruf" sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, "insan və dünya — dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc — Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir. Hər bir mərhələdə yeddi dövr var. Və Adəmin dünyaya gəlişindən başlanan bu mərhələlər məhşər gününə qədər davam edəcəkdir." Ərəb əlifbasının hərfləri, rəqəmləri və onların ədədi mənaları hürufilərdə xüsusi mistik anlayış kəsb edir və dünyanın dövri hərəkətlərinin simvolları kimi qəbul edilirdi. Onlar sözləri varlığın əsası kimi götürürlər. Sözlər "Quran"da və "Quran" vasitəsilə Allahdan gələn vəhylər kimi dünyanın materiyası olmuşdur. Allahın "Quran"dakı sözlər vasitəsilə insanda təcəlla etməsi haqdakı hürufi ideyası da buradan yaranmışdı.

Nəiminin həyatı haqqında məlumatlar çox azdır. Bu barədə olan səhih məlumatları da tədqiqatçılar onun özünün və həmfikirlərinin əsərlərindən götürmüşlər.

Şeyx Fəzlullah Nəimi 1339/40-cı ildə anadan olub. Yaxşı təhsil almasına baxmayaraq, uzun müddət həyatda öz yerini tapa bilməyib. Elə vaxt olub ki, o, öz dolanışığını papaq tikməklə qazanıb. Ancaq onun elmə həvəsi hər şeyə üstün gəlmiş və o bilik qazanmaqdan ötrü o dövrdə qəbul olunan ənənəyə görə, səyahətə çıxıb.

Məlumdur ki, 1369-cu ildə o, İsfahanda olmuş, sonra isə Məkkə, NişapurXorasanı gəzmişdir. Ardıcıllarının hürufi Quranı kimi müqəddəs saydıqları "Cavidannamə" ("Əbədiyyət kitabı"), yaxud "Cavidani-Kəbir" ("Böyük əbədiyyət") adlı əsərini Fəzl Şirvanda həbsxanada qələmə almışdır.

Onun "Növmnamə" əsərində də zəngin biblioqrafik məlumatlar var. Burada Nəimi özünün Suriyadan Orta Asiyaya qədər bütün müsəlman dünyasına səfərləri, olduğu şəhərlər, tanış olduğu adamlar haqda danışır. Burada Bakı, Nişapur, Cəzirə, Mazandaran, Xarəzm, Sufiyan kimi şəhərlərin adları çəkilir. Həmin əsərində Fəzl hər şeydən əvvəl özünün gördüyü yuxuları təsvir edir. Guya o, həmin yuxuları ömrünün son 30 ilində görür. Bu yuxuların məzmunu bir yandan Fəzlin müqəddəsliyini sübut etməyə, digər tərəfdən ardıcıllarının əməl etməli olduğu öncəgörmələrin təsvirinə həsr olunub. O peyğəmbəranə yuxularına istinad edərək öz ardıcıllarını üsyana səsləyir: "… mən gördüm ki, əlimdə par-par yanan bir qılınc tutmuşam və bir münəccim öz elminə uyğun olaraq, onun üzərində yazıb ki, bir neçə üsyan olacaq. Bu üsyan sözündən sonra bir neçə dəfə Astrabadlı Fəzl sözləri yazılmışdı və həmin qılınc mənim əlimdə idi." Bu dəhşətli yuxu hətta Fəzl Teymurun əlində ölsə belə, hürufiləri üsyana səsləyir, Fəzlin əbədi diri olduğundan xəbər verirdi: Cəmadi-əl-ülya ayında çərşənbə gecəsi Borucerddə belə bir yuxu gördüm ki, bir axsaq adam bir nəfəri ardımca göndərib ki, məni edama aparsın… mən gördüm ki, o, aparıb məni öldürdü, ancaq onu da gördüm ki, mən sağam. Düzdür. Doğrudur." O, həmçinin Fəzlin "oyanış" tarixçəsini, öz təlimini necə yaydığını da təsvir edir. Bir dərviş son nəfəsində Fəzli yanına çağırıb, artıq dünyanı onun təlimi barədə xəbərdar etmək vaxtının çatdığını söyləyir. Fəzl bundan sonra doqquz ardıcılını başına yığıb, indiyə qədər hamıdan gizli saxladığı təlimini onlara açıqlayır. Bunlardan dördü ona daha yaxın idi.

Məhəmməd Əli Tərbiyətin "Danişməndane — Azərbaycan" kitabında onların adları çəkilir:

 Onun sirrina vaqif olan dostları

Məcid, Mahmud, Kamal Haşimi,

Əgər Bül-Həsənlə rastlaşsan, onu da dördüncü say

Zira o bu kitabı onlara vəsiyyət etdi.

Orta əsr müəlliflərinin əksəriyyəti belə bir fikir üzərində birləşirlər ki, Fəzl öz təlimini ilk dəfə Azərbaycanda, Təbrizdə 1386-cı ildə açıqlamışdır. Buna görə də hürufilər Azərbaycanı "Sərzəmin-e-rəstaxiz" ("Oyanış yeri") adlandırırlar. Fəzlin ən sadiq tərəfdarlarından olan Əli ül-Əla özünün "Kürsünamə" əsərində hürufiliyin yaranmasında Azərbaycanın rolunu belə təsvir edir:

Sevimli Fəzlin vəhdət günəşi

İlk dəfə Azərbaycanda doğdu.

O müqəddəs ölkəmizdən biridir,

Elə buna görə də məna günəşi burdan doğdu.

Bu ölkə Allahın mərhəmətinə nail olub

O, peyğəmbər və müqəddəslər taxtıdır.

Bu vaxta qədər Nəimi sufiliyi öyrənirdi. O, məşhur sufi şeyxi Şiblinin ardıcılı idi. Nəiminin həyatında Bakının xüsusi rolu olub. Belə ki, o burada hürufi hərəkatının mərkəzini yaratmışdı. Əli-ül-Əlanın "Qiyamətnamə" əsərində göstərilir ki, Fəzl Bakıdan getdikdən sonra da bu mərkəz və onun ardıcılları fəaliyyətlərini dayandırmamışdılar:

 Bakı tərəfdən səs gəlsə

Ayağa dur, əlini-əlinə vurub sevin.

Ora bizim sevimlimizin olduğu yerdir

Özü getsə də yeri orada qalır.

Fəzlin əsas əsərləri, o cümlədən "Cavidannamə" və yaxud "Cavidane-Kəbir", "Vəsiyyətnamə" də BakıdaAzərbaycanda qələmə alınıb. Bunlardan başqa onun "Məhəbbətnamə", "Ərşnamə", "İsgəndərnamə" və başqa əsərləri də var. Özünün son əsəri olan "Vəsiyyətnamə"ni də Fəzl Azərbaycan torpağında, edam olunmazdan əvvəl yazıb.

Nəiminin müasirlərindən biri yazır: "Fəzlüllah ibn Məhəmməd Təbrizi tərkidünya təriqətlərindən birini yaratmışdır. Bu kafir öz yalançı təlimi ilə hürufilər adı altında bir təşkilat da qurmuşdu. O hətta Teymuru da öz küfrünə inandırmağa çalışmışdı, ancaq o buna razı olmamış və kafirin edamına fitva vermişdir. Fəzlini Teymurun oğlu Miranşah edam etmişdir."

Bu qanlı və faciəli hadisə 1401-ci ildə Naxçıvandakı Əlincə qalasında baş verdi. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, Teymur Fəzlin edam olunmasından ötrü bu qalanı bilərəkdən seçmişdir. Çünki bu qala Teymurilərə müqaviməti ilə ad çıxarmış və Teymurun əleyhinə daimi çıxışları ilə tanınmışdı. Nəimi elə burada da dəfn olunub.[1] Onun məzarı və onun üzərindəki baş daşı bizim günlərə qədər gəlib çatmışdır.

  1. "ABİDƏLƏRİMİZ: Fəzlullah Nəiminin məzarının yerləşdiyi Əlincəçay xanəgahı". 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]