Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kotlet
Kotlet (fr. côtelette) — yağda qızardılmış ət tikələrindən, əsasən dairəvi şəkildə hazırlanan yemək növü. Ən məşhur növü Kiyev kotletidir.
Omlet
Omlet (fr. omelette) — fransız yeməyi olub yüngül qarışdırılmış toyuq yumurtasından tavada qızardılmaqla hazırlanır. Fransız omleti heç bir əlavəsiz tavaya tökülmüş yumurta qarışığının bir üzü kərə yağında qızardıldıqdan sonra ortadan iki bölünərək ya da dürüm şəklində süfrəyə verilir. Bu cür yemək demək olar ki beynəlmiləl olub müxtəlif xalqların mətbəxində müxtəlif cür adlandırılır. Məsələn, italyanlarda "it. frittata", yaponlarda "omu-raysu" və "omu-soba", ruslarda süd, un və kartof qarışıqlı rus. дрoчёна, azərbaycanda "qayqanaq" və.s.
Atlet
Atlet bu mənaları ifadə edə bilər: Atlet yaxud mayka — alt geyimi. Atletçi — atletika idman növləri ilə məşğul olan şəxs.
Outlet mərkəzlər
Outlet mərkəzlər — şoppinq məkanı Xaricdə outlet mərkəzlər məşhur şoppinq məkanına çevrilirlər. XX əsrin 70-ci illərində ABŞ-də yaranan və 90-cı illərin sonunda məşhurluğun zirvəsinə çatan outlet mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90% çatan endirimlərlə əldə edə etmək olur. == Azərbaycanda == 2011-ci il fevralın 1-də Bakı Avtovağzal Kompleksində Baku Outlet Park fəaliyyətə başlayıb. 8500 m² ərazidə fəaliyyət göstərən "Zara", "H&M", "Pull&bear", "Bershka", "Stradivarius", "Adidas", "Nike", "Reebok", "Puma" və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə əldə etmək mümkündür. Baku Outlet Park açılışının ilk günlərindən alıcıların rəğbətini qazanıb. Gələcəkdə mərkəzdə təqdim olunan brendlərin siyahısını daha da artırmaq planlaşdırılır.
Andrey Petrov (atlet)
Andrey Petrov (13 oktyabr 1986) — Özbəkistanlı marafonçu. Andrey Petrov Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andrey Petrov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona gədər qət edə bilmədi.
Fanodan olan atlet
Fanodan olan atlet, Qalib Gənclik və ya Lisippo di Fano — Qalib Gəncliyin tədqiqi və konservasiyası 1980-ci ildən 1990-cı illərə qədər davam edir və klassik bürünc üzərində araşdırmalara və qədim Aralıq dənizi mütəxəssislərinin Getty Muzeyi ilə əməkdaşlığına əsaslanır. Bütün heykəl bir parçada töküldü; bu tökmə texnikası "itirilmiş mum" üsulu adlanır. == Haqqında == 1972-ci ildə Münhen qalereyasının sahibi Heinz Herzer və Volker Kinnius Rudolph Stappın konservasiya layihəsi haqqında hesabat yazdılar. Rudolph Stapp qədim tunclar üzrə ixtisası ilə tanınan Victorious Youth ilə heykəl üzərində işlərə başladılar. Tuncdan qabığı çıxarmaq üçün metalda müxtəlif cızıqlar buraxdılar. Heykəli təmizləmək üç ay çəkdi. == Tarixi == Egey və Aralıq dənizi sahillərində çoxlu sualtı tunclar aşkar edilmişdir; 1900-cü ildə dalğıclar Antikythera gəncliyini və Stoik portretinin başını , Antikiterada , 1926-cı ildə Cape Artemision Poseydonunu , 1996-cı ildə Xorvatiya Apoxyomenosunu və 1999-cu ilə qədər müxtəlif bürüncləri tapdılar. Fanodan olan atlet heykəli isə 1964-cü ilin yayında İtaliyanın Adriatik sahillərində Fano dənizində , italyan balıqçı trol gəmisinin torlarına ilişərək tapıldı.
Hüseyn Həsənov (atlet)
Hüseyn İsmayıl oğlu Həsənov (26 sentyabr 1986) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Hüseyn Həsənov 1986-cı il sentyabrın 26-da anadan olub. == Karyerası == 2012-ci ilin avqust ayında Hüseyn Həsənov Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Üçtəjanla tullanma turnirində 12.74 metr nəticə ilə dördüncü pillənin sahibi olan Hüseyn Həsənov, uzunluğa tullanma turnirində 6.52 metr nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Hüseyn İsmayıl oğlu Həsənov "Tərəqqi" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Hüseyn İsmayıl oğlu Həsənov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.
Kamil Əliyev (atlet)
Kamil Xıdırilyas oğlu Əliyev (15 oktyabr 1991; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == Kamil Əliyev 1991-ci il oktyabrın 15-də Bakı şəhərində anadan olub. == Karyerası == 2016-cı ilin avqust ayında Kamil Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Kamil Əliyev uzunluğa tullanma turnirində 7.05 metr nəticə ilə gümüş medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Kamil Xıdırilyas oğlu Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Mərvə Aydın (atlet)
Merve Aydın — Türkiyəli yüngül atlet.
Nazim Babayev (atlet)
Nazim Tahir oğlu Babayev (8 oktyabr 1997, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Nazim Babayev 1997-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 2008-ci ildən idmanla məşğul olur. Məşqçisi Ziyad Xəlfəyevdir. == Karyerası == Nazim Babayev 2013-cü ildə Utrext şəhərində (Niderland) baş tutan Avropa Yeniyetmələrinin Olimpiya Festivalında 15.54 metr nəticə göstərdi və turnirin qızıl medalına sahib oldu. Daha sonra Nazim Babayev 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Oğlanların üçtəkanla tullanma turnirində mübarizə aparan Nazim Babayev isə təsnifat mərhələsində 15.65 metr nəticə göstərdi. Bu nəticəyə əsasən Nazim Babayev mərhələni 17 atlet sırasında 2-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı. Bu mərhələdə isə 15.96 metr nəticə göstərən Nazim Babayev, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu. Nazim Babayev 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə apardı.
Rahib Məmmədov (atlet)
Ruslan Abbasov (atlet)
Ruslan Abbasov (24 iyun 1986, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Ruslan Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 10.58 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 5-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Tofiq Heydərov (atlet)
Tofiq Heydərov (16 iyul 1972, Lənkəran) — Azərbaycanı təmsil edən ağır atlet, "AAAF İnşaat MMC"-nin təsisçisi, "Zirvə" Beynəlxalq İdman Klunun prezidentidir. == Həyatı == Tofiq Mirhəsən oğlu Heydərov 1972-ci il iyulun 16-da Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Lənkəran şəhərində əvvəllər yəhudi sineqoqu olmuş binada ağır atletika ilə məşğul olmağa başlayıb. 1988-ci ildə SSRİ idman ustası adını alıb. 1990–1995-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil alıb. 16 iyul 1992-ci ildə Lənkəran şəhər Bədən tərbiyəsi və idman Komitəsinin sədri təyin edilib. Ailəlidir, beş qızı var. == Karyerası == Tofiq Heydərov 1990-cı ildə yeniyetmələrdən ibarət SSRİ yığmasının heyətində Macarıstanın Sezsard şəhərində baş tutan Dostluq Oyunlarında mübarizə apardı və üç qızıl medala sahib olub. Tofiq Heydərov 1992-ci ildə müstəqil Azərbaycanı İranın Təbriz şəhərində baş tutan Asiya Çempionatında təmsil edib. 1996-cı ildə isə o, Norveçin Stavanger şəhərində baş tutan Avropa Çempionatında beşinci pillənin sahibi olub və olimpiya lisenziyası əldə edib.
İradə Əliyeva (atlet)
İradə Azad qızı Əliyeva (27 dekabr 1991, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == İradə Əliyeva 1991-ci il dekabrın 27-də Bakı şəhərində anadan olub. 1997–2008-ci illərdə Sabunçu rayonunda 310 nömrəli tam orta məjtəbdə təhsil alan İradə Əliyeva, ali təhsilini 2008–2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Ajademiyasında (ADBTİA) alıb. Əvvəl voleybolla məşğul olub. 2005-ci ildən isə nizə atma ilə məşğul olur. Şəxsi məşqçisi Bəxtiyar Zeynalovdur. == Karyerası == İradə Əliyeva 2015-ci ildə Qətərin Doha şəhərində baş tutan Dünya Çempionatında 44.18 metr nəticə ilə turnirin qalibi oldu. 2016-cı ilin avqust ayında İradə Əliyeva Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. İradə Əliyeva nizə atma turnirində 42.58 metr nəticə ilə gümüş medala sahib oldu.
Faiq Bağırov (atlet)
Faiq Bağırov (3 fevral 1976) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Faiq Bağırov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 800 metr məsafəyə qaçış turnirində 1:58.40 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Teymur Qasımov (atlet)
Teymur Qasımov (14 oktyabr 1973, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Teymur Qasımov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 10.98 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı. Daha sonra Teymur Qasımov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 11.18 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 8-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Elxan Süleymanov (atlet)
Elxan Süleymanov (2 fevral 1974) — Azərbaycanı təmsil edən ağır atlet. == Karyerası == Elxan Süleymanov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Elxan Süleymanov final mərhələsində 292.5 (130.0 + 162.5) nəticə göstərdi və olimpiadanı 8-ci pillədə başa vurdu. Elxan Süleymanov 2001-ci ilin aprelində Trençin şəhərində baş tutan Avropa Çempionatının gümüş medalına sahib oldu.
Ramil Quliyev (atlet)
Ramil Quliyev (29 may 1990, Bakı) — Azərbaycanı və Türkiyəni təmsil edən yüngül atlet, 2017-ci il Dünya Çempionatının və 2018-ci il Avropa Çempionatının qalibi. == Həyatı == Ramil Quliyev 1990-cı il mayın 29-da anadan olub. Ramil Quliyev 2019-cu ildə Rusiya atleti Yekaterina Zavyalova ilə evləndi. Cütlüyün bir qızı var. == Karyerası == Ramil Quliyev 2006-cı ildə Çində baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı və 100 metr məsafəyə qaçış turnirində 10.90 saniyə nəticə göstərdi. Bir il sonra, 2007-ci ildə isə Ramil Quliyev Çexiyanın Ostrava şəhərində yeniyetmələr arasında Dünya Çempionatında 200 metr məsafəyə qaçış turnirində 20.72 saniyə nəticə göstərdi və turniri gümüş medalla başa vurdu. Həmin il Ramil Quliyev həm də Serbiyanın Belqrad şəhərində Avropa Gənclər Olimpiya Festivalında 100 metr məsafəyə qaçış turnirində 10.50 saniyə nəticə ilə, 200 metr məsafəyə qaçış turnirində isə 20.98 saniyə nəticə ilə turnirin qızıl medallarına sahib oldu. 2008-ci ildə Ramil Quliyev İspaniyanın Valensiya şəhərində baş tutan Dünya Çempionatında (zalda) mübarizə apardı və 60 metr nəticəyə qaçış turnirində 6.84 saniyə nəticə göstərdi. Həmin ilin iyulunda Ramil Quliyev Polşanın Bıdqoş şəhərində gənclər arasında Dünya Çempionatında 100 metr məsafəyə qaçış turnirini 21.00 saniyə nəticə ilə beşinci pillədə başa vurdu. Avqustda isə Ramil Quliyev Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi.
Arif Axundov (atlet)
Arif Axundov (25 iyul 1972) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Arif Axundov Azərbaycanı 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 11.11 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Azər Əhmədov (yüngül atlet)
Nicat Rəhimov (ağır atlet)
Nicat Əli oğlu Rəhimov (13 avqust 1993; Bakı, Azərbaycan) — Qazaxıstanı təmsil edən ağır atlet. == Həyatı == Nicat Rəhimov 1993-cü il avqustun 13-də Bakı şəhərində anadan olub. == Karyerası == Nicat Rəhimov 2010-cu ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. Nicat Rəhimov 2010-cu ildə Valensiya şəhərində (İspaniya) baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Sinqapur Olimpiadasına vəsiqə qazandı. Nicat Rəhimov birdən qaldırma turnirində əvvəlcə 125 kiloqramlıq, sonra isə 130 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində isə Nicat Rəhimov 134 kiloqramlıq ştanqı qaldıra bildi və bu mərhələni birinci pillədə başa vurdu. Təjanla qaldırmada isə Nicat Rəhimov birinci cəhdində 154 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 161 kiloqramlıq ştanqı qaldıra bilsə də, üçüncü cəhdində 166 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Bununla belə Nicat Rəhimov ümumi nəticədə 295 kiloqram nəticə göstərdi və Sinqapur Olimpiadasının qızıl medalına sahib oldu. Nicat Rəhimov 2013-cü ildə Lima şəhərində (Peru) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.
Xu Xiao (ağır atlet)
Xu Xiao (13 aprel 1979) — Çinli qadın ağır atlet. 75 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Çini təmsil edir. Xu Xiao dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Elxan Süleymanov (ağır atlet)
Elxan Süleymanov (2 fevral 1974) — Azərbaycanı təmsil edən ağır atlet. == Karyerası == Elxan Süleymanov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Elxan Süleymanov final mərhələsində 292.5 (130.0 + 162.5) nəticə göstərdi və olimpiadanı 8-ci pillədə başa vurdu. Elxan Süleymanov 2001-ci ilin aprelində Trençin şəhərində baş tutan Avropa Çempionatının gümüş medalına sahib oldu.
Valentin Xristov (ağır atlet, 1956)
Valentin Xristov (ağır atlet, 1994)
Valentin Xristov (tam adı: Valentin Snejov oğlu Xristov, bolq. Валентин Снежов Христов; 30 mart 1994, Şumen[d]) — Bolqarıstan əsilli Azərbaycan ağır atleti. 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb, elə həmin ildəcə "Tərəqqi" medalı ilə təltif edilib. 2018-ci ilin 22 dekabrında Beynəlxalq Ağır Atletika Federasiyasının mətbuat xidməti Valentin Xristovdan 2012-ci il Olimpiadası zamanı götürülmüş dopinq-testinin təkrar analizinin müsbət nəticə verdiyini açıqlayıb. Sidik analizləri nəticəsində atletin orqanizmindən dehidroxlorometiltestosteron aşkarlanıb. Buna görə də o, XXX Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib. Karyerası ərzində Valentin Xristov Dünya Çempionatlarında 2 gümüş, 6 bürünc medal qazansada, yalnızca 2 bürünc medal istisna olmağla, bütün medallardan, dopinq qəbul etdiyi üçün məhrum edilib. Avropa Çempionatlarında isə 9 qızıl medala sahib olan Valentin Xristov 2013-cü ildə Albaniyanın paytaxtı Tirana şəhəridə baş tutan yarışda qazandığı 3 qızıl medaldan məhrum edilib. 2015-ci il 4 dekabrda Beynəlxalq Ağır atletika Federasiyasının (IWF) qərarına əsasən, qadağa olunan preparatlardan istifadə ietdiyi üçün 8 il müddətinə beynəlxalq yarışlardan uzaqlaşdırıldı. Onun, cəzası 4 dekabr 2023-cü ildə başa çatır.
Dövlət Balet Studiyası
Bakı Xoreoqrafiya Akademiyası — Azərbaycan Respublikasında xoreoqrafiya sahəsində ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən xüsusi ali məktəb. == Tarixi == Azərbaycan SSR Xalq Maarif Komissarlığı Kollegiyasının 29 aprel 1922-ci il tarixli iclasının qərarı ilə Əli Bayramov adına Mərkəzi Klubun nəzdində Balet Studiyası açılmışdır. 1923-cü il avqustun 18-də Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən Bakıda ritm və rəqs studiyası açılmış və “Balet studiyası” adlandırılmışdır. 1929-cu ildə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən, bu studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilmişdir. 1933-cü ildə Bakı Xoreoqrafiya Məktəbində artıq 157 şagird təhsil alır və təhsil müddəti 4 ildən 9 ilə çatdırılmışdır. 1935-ci ildə Xoreoqrafiya Məktəbi Azərbaycan SSR Xalq Maarif Komissarları Şurasının qərarı ilə Bakı Xoreoqrafiya Texnikumu, 1962-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qərarı ilə Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Məktəbi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılmış və fəaliyyətə başlamışdır. 26 dekabr 2014-cü il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Akademiya ümumi təhsil (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas və ali təhsil (bakalavr, magistr, doktorantura) pillələri üzrə təhsil proqramı və əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirir. == Fəaliyyəti == Elmi-pedaqoji kadr potensialı sayəsində akademiyada 7 kafedra və akademiyanın ali qərarverici orqanı olan Elmi Şurası fəaliyyətə başlamışdır. Bununla bərabər akademiyanın Bədii Şurası, Elmi-Metodiki Şurası, kollec və tam orta məktəbin Pedaqoji Şuraları fəaliyyət göstərir.
Balet
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Botnet
Botnet (ing. Botnet, "robot" və "network" (şəbəkə) sözlərindən) − istifadəçinin xəbəri olmadan kompüteri məsafədən idarə etməyə imkan verən ziyankar proqramlarla − botlarla yoluxmuş kompüterlərdən ibarət şəbəkə. Bot istifadəçinin kompüterində gizli quraşdırılan və bəd niyyətli şəxsin yoluxmuş kompüterin resurslarından istifadə etməklə müəyyən əməlləri yerinə yetirməsinə imkan verən proqramdır. Botnetlər adətən spam göndərilməsi, konfidensial informasiyanın toplanması, xidmətdən imtina hücumları (Dos-hücum), fişinq və s. üçün istifadə edilir. == Ümumi görünüş == Botnet, təhlükəsizliyi pozulmuş və nəzarəti üçüncü tərəfə verilmiş kompüterlər, smartfonlar və ya əşyaların interneti (IoT) cihazları kimi İnternetə qoşulmuş cihazların məntiqi toplusudur. "bot" kimi tanınan hər bir təhlükəyə məruz qalmış cihaz, zərərli proqram (malicious software) paylanmasından proqram təminatı tərəfindən cihaza daxil olduqda yaradılır. Botnetin nəzarətçisi IRC və Hypertext Transfer Protocol (HTTP) kimi standartlara əsaslanan şəbəkə protokolları ilə yaradılmış rabitə kanalları vasitəsilə bu təhlükəyə məruz qalmış kompüterlərin fəaliyyətini idarə edə bilir. Botnetlər kibercinayətkarlar tərəfindən getdikcə daha çox müxtəlif məqsədlər üçün əmtəə kimi icarəyə verilir. == Arxitektura == Botnet arxitekturası zaman keçdikcə aşkarlanma və pozulmalardan yayınmaq üçün təkamül etmişdir.
Dövlət
Dövlət (ərəb. دولة‎) — siyasi quruluş olub, müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirir. Dövlət çox vaxt cəmiyyətlə səciyyələndirilirlər. Yer kürəsi (Antarktidanı çıxmaq şərtilə) iki yüzdən çox dövlət arasında bölünmüşdür. Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xüsusi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. Dövlətin forması və fəaliyyəti ilə dövlət nəzəriyyəsi elmi məşğul olur. Nə elmdə, nə də beynəlxalq hüquqda dövlətin qəbul edilmiş ümumi təyinatı var. == Dövlətin mənşəyi haqqında nəzəriyyələr == Dövlətin mənşəyi haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunlara teoloji, patriarxal, marksist, zorakılıq, ictimai müqavilə, psixoloji, üzvi və b.
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. == Tarixi == İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
Oiley
Oiley, Eley (q.yun. Οἰλεύς və ya Ὀϊλεύς) — qədim yunan mifologiyasında Lokrida padşahı. Hesiod, Stesixor və Likofron əsərlərində onun adı İley kimi qeyd olunur. Leodak və Narikalı Aqrianomun övladı idi; və ya onun valdeyinləri Apollon və Ureya idilər və ya Qodedokun oğlu idi. Arqonavtlar yürüşündə iştirak etmişdir və orada o, Stimfal quşlarının mis lələyi ilə çiynindən yaralanmışdır. Onun həyat yoldaşının adı Eriopa (digər adı Alkimaxa) idi. Bundan başqa, o, Eant (Kiçik Ayaks) və Medontun atasıdır.
Otlaq
Otlaq – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən sahə. Otlaq təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii otlaqlarda bitki örtüyü çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol və kollardan ibarət olur. Süni Otlaqda isə bitki örtüyü çoxillik və birillik taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır. Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp] və alp zonalarını əhatə edərək təbii otlaqların 33%-ni təşkil edir. == Otlaq dövriyyəsi == Otlaq ərazilərinin ardıcıl istifadə olunan sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq oluna bilər. == Otlaq eroziyası == Otarma normasına riayət etmədən intensiv otarma nəticəsində torpağın dağılması. == Otlaq qrupları == Adətən bir formasiya daxilində bir-birinə yaxın (oxşar) otlaq tiplərini birləşdirir. == Otlaq resursları == Ev və vəhşi heyvanların otlaması məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
TTNET
TTNET — Türk Telekom brendi altında fəaliyyət göstərən, Türkiyənin ən böyük internet provayderi. 7 milyon abunəçisi mövcuddur. Türk Telekom Group şirkətinin tərkibində yer alır. Hal-hazırda Məhəmməd Hariri İdarəetmə Şurasının sədri, Abdullah Orkun Kaya isə TTNET-in icraçı direktorudur (CEO). 2010-cu ilin fevral ayında TTNET Tivibu adlanan yeni xidmət yaratdı. Bu xidmətə televiziya və kinolardan ibarət idi. Bu xidmət istifadəçilərə həm telefondan, həm də kompüterdən televiziya və film izləmək imkanı verirdi. 27 yanvar 2016-cı ildə Türk Telekom, mobil şəbəkə, sabit telefon və internet xidməti provayderi üçün tək marka "Türk Telekom"-u yaratdı. == Brendləri == === Tivibu === Tivibu, TTNET tərəfindən təmin edilən İnternet televiziya xidmətidir. Bu xidmət yüksək sürətli genişzolaqlı xidmət vasitəsilə Türkiyədə istifadəçilərə televiziya və kino təcrübəsi təklif edir.
Xələt
Xələt — adətən bütün bədəni örtən uzunqol və uzunətək geyim növü. Xələt müxtəlif təyinatlı ola bilər: hamam xələti, çimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
Çilət
Çilət — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Çıldıran kəndindən cənubda dağ. Hündürlüyü 1561 m. Cilet variantında da qeydə alınmışdır. Çilət "ciskin, sis, qatı duman" mənasındadır.
Öryət
Öryət — Azərbaycan Respublikasının Şəki rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Oryat kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Kəndin adı XIII əsrdə məskunlaşmış monqol əsilli oyrat tayfasıyla bağlıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə XVIII əsrə aid tarixi abidələr və qoruq var. == Əhalisi == Kəndin əhalisi 4.000 nəfərdən çoxdur.
İtlər
İtlər (lat. Canidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Əhlət
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Dövlət içində dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). == "Dövlət içində dövlət" hesab edilənlərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Azərbaycan Dövlət Opera və Balet Teatrı
== Tarixi == 1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək. Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək. Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M. F. Axundovun adı verilmişdir.
Azərbaycan Dövlət Оpera və Balet Teatrı
== Tarixi == 1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək. Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək. Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M. F. Axundovun adı verilmişdir.
Belarus Dövlət Opera və Balet Teatrı
Belarus Dövlət Akademik Opera və Balet Teatrı (belar. Нацыянальны акадэмічны Вялікі тэатр оперы і балета) — Belarusun paytaxtı Minsk şəhərində yerləşən teatr binası. Yerli xalq buranı "Opera Teatrı" (belar. Оперны Тэатр) və ya "Opera və Balet Teatrı" adlandırır. Mövcud teatr binası 1939-cu ildə açılıb. Bu, Leninqraddan olan Belarus memarı İosif Lanqbard tərəfindən hazırlanmışdır. Binanın orijinal dizaynı yalnız qismən yerinə yetirilmiş və bəzi dizayn detalları maliyyə və digər problemlərə görə dəyişdirilmişdir. Teatr binasında Zair Azqur tərəfindən hazırlanmış barelyeflər var. == Tarixi == Belarusda ilk daimi teatr 1933-cü ildə Belarus opera və balet məktəbinin nəzdində studiyanın təşkilatçısı məşhur Rus Opera müğənnisi Anton Bonaçiç tərəfindən qurulmuşdur. O yeni teatrın ilk rəhbəri idi.
Tbilisi Dövlət Opera və Balet Teatrı
Tbilisi Milli Opera və Balet Teatrı (gür: თბილისის ოპერისა və ბალეტის სახელმწიფო აკადემიური თეტტი), əvvəllər Tiflis İmperial Teatrı kimi tanınan, Gürcüstanın Tbilisi şəhərində Rustaveli prospektində yerləşən bir opera evi. 1851-ci ildə qurulan Tiflis Opera, Gürcüstanın əsas opera evi və Şərqi Avropanın ən qədim müəssisələrindən biridir. 1896-cı ildən etibarən, teatr, Baltik Alman mənşəli görkəmli memar Viktor Johann Gottlieb Schröter tərəfindən tikilmiş ekzotik bir neo-Mavritaniya tərzində quruluşa malik olmuşdur. Bəzi Şərq bəzək və üslubunda qətiyyətli olsa da, binanın sxemi, foyesi və əsas salonu tipik bir Avropa opera binasına bənzəyir. Təşkilat qurulduğu gündən etibarən teatr bir neçə yanğın tərəfindən zərər görmüş və Sovet Gürcüstanının rəhbərliyi altında böyük bərpa işləri aparılmışdır; sonuncu bərpa işləri 2016-cı ilin yanvarında başa çatıb, və təmiri 6 il çəkmişdi, təxminən 40 milyon ABŞ dolları məbləğində bir gürcü biznes fondu tərəfindən qarşılanmışdır. Opera evi Tbilisidə mədəni həyat mərkəzlərindən biridir və 1937-ci ildən bəri təşkilatın adı olan Gürcüstanın milli bəstəkarı olan Zaçaria Paliaşviliyə aiddir. Həmçinin teatr beynəlxalq tanınmış gürcü baletası Nina Ananiashvilinin başçılıq etdiyi Gürcüstanın Dövlət Baletinə ev sahibliyi edir. Son illərdə Montserrat Caballé və José Carreras kimi opera ulduzları, milli bayram və prezidentlik mərasimləri üçün ənənəvi bir yer kimi bu teatrda fəaliyyət göstərmişdir.
Çuvaş Dövlət Opera və Balet Teatrı
Çuvaş Dövlət Opera və Balet Teatrı (çuvaş Чăваш патшалăх оперăпа балет театрĕ) — 1960-cı ildə Çuvaş Respublikasında Çuvaş Dövlət Musiqili Teatrının bazasında yaradılmış Çeboksar teatrı. Mövcud teatr binası 1985-ci ildə inşa edilmişdir. == Tarixi == Teatr 1960-cı ildə F. Vasilyevin ilk Çuvaş operası "Şıvarman" ("Su dəyirmanı") ilə açılmışdır. Kollektivə Boris Semenoviç Markov rəhbərlik edirdi. Əvvəlcə tamaşalar Çuvaş Musiqi və Dram Teatrının səhnəsində oynanılırdı. 1967-ci ildə Q. Xirbinin "Narspi" operasının səhnələşdirilmiş quruluşu həyata keçirildi. O, həmçinin Çuvaşıstan Sovet Muxtar Respublikasının K. İvanov adına Dövlət Mükafatına layiq görüldü. Teatrda ilk balet tamaşası — A. Adamın "Jizel" tamaşası oldu. 28 iyun 1970-ci ildə ilk milli çuvaş baleti dünyaya gəlmişdir. Bu F. Vasilievin "Sarpiqe" baleti idi.