Kamil Əliyev (atlet)

Kamil Xıdırilyas oğlu Əliyev (15 oktyabr 1991; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub.

Kamil Əliyev
Kamil Əliyev 2016-cı il Yay Paralimpiya Oyunlarında
Kamil Əliyev 2016-cı il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Kamil Xıdırilyas oğlu Əliyev
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (32 yaş)
Doğum yeri Bakı, Azərbaycan
İdman növü Yüngül atletika

Həyatı[redaktə | mənbəni redaktə et]

Kamil Əliyev 1991-ci il oktyabrın 15-də Bakı şəhərində anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

2016-cı ilin avqust ayında Kamil Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Kamil Əliyev uzunluğa tullanma turnirində 7.05 metr nəticə ilə gümüş medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Kamil Xıdırilyas oğlu Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.09.2022. Archived from the original on 2016-10-28. İstifadə tarixi: 30.09.2022.