Nazim Tahir oğlu Babayev (8 oktyabr 1997; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet.
Nazim Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Nazim Tahir oğlu Babayev |
Ləqəbi | Nico |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
İdman növü | Yüngül atletika |
Məşqçisi | Ziyad Xəlfəyev |
Boyu | 186 sm. |
Nazim Babayev 1997-ci il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 2008-ci ildən idmanla məşğul olur. Məşqçisi Ziyad Xəlfəyevdir.
Nazim Babayev 2013-cü ildə Utrext şəhərində (Niderland) baş tutan Avropa Yeniyetmələrinin Olimpiya Festivalında 15.54 metr nəticə göstərdi və turnirin qızıl medalına sahib oldu.
Daha sonra Nazim Babayev 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Oğlanların üçtəkanla tullanma turnirində mübarizə aparan Nazim Babayev isə təsnifat mərhələsində 15.65 metr nəticə göstərdi.[1] Bu nəticəyə əsasən Nazim Babayev mərhələni 17 atlet sırasında 2-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı.[1] Bu mərhələdə isə 15.96 metr nəticə göstərən Nazim Babayev, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[2][3]
Nazim Babayev 2015-ci ildə I Avropa Oyunlarında mübarizə apardı. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1307 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Nazim Tahir oğlu Babayev Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edildi.[4]
Daha sonra Nazim Babayev İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı və 17.04 metr nəticə göstərdi. Bu nəticələrə əsasən Nazim Babayev turnirin qızıl medalına sahib oldu və 2016-cı ildə baş tutacaq Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazandı.
Nazim Babayev 2016-cı ildə Portlend şəhərində (ABŞ) baş tutan Dünya Salon Çempionatında mübarizə apardı. Turnirdə 16.44 metr nəticə göstərən Nazim Babayev, 8-ci pillənin sahibi oldu. İyulda isə Nazim Babayev Amsterdam şəhərində (Niderland) baş tutan Avropa Çempionatında mübarizə apardı və 16.06 metr nəticə ilə turniri 22-ci pillədə başa vurdu.
Avqustda Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə aparan Nazim Babayev, 16.38 metr nəticə göstərdi və Olimpiadanı 25-ci pillədə başa vurdu.
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Nazim Babayev, 2017 və 2019-cu illərdə baş tutan Universiada Oyunlarının da qızıl medallarına sahib olub.
Nazim Babayev 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Turnirdə 16.72 metr nəticə göstərən Nazim Babayev, Olimpiadanı 15-ci pillədə başa vurdu.