Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ohid
Ohid (xorv. Óhíd) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Oton
Mark Salvi Oton (lat. Marcus Salvius Otho Caesar Augustus; 28 aprel 32 – 16 aprel 69) — 15 yanvar 69-cu ildən etibarən Roma İmperatoru. == Həyatı == Mənşə etibarilə etrusk idi. 58-ci ildə 66-cı ilədək Luzitaniya valisi vəzifəsini icra etmişdi. Nerona qarşı Qalbanın başladığı üsyanı dəstəkləmişdi. Lakin Qalba tərəfindən vəliəhd elan edilmədiyindən onun əleyhinə intriqalara qoşulmuşdu. Pretorian qvardiyasının köməyilə 69-cu ilin yanvarında Qalbanı devirmiş və özünü imperator elan etmişdi. Ona qarşı üsyan qaldırmış və Reyn, Qalliya və Britaniya orduları tərəfindən dəstəklənmiş Vitelliyə qarşı Bedriak döyüşündə məğlub olduqdan sonra özünü öldürmüşdür. Ölüm anında demişdir: Hamının bir nəfərə görə ölməyindənsə, bir nəfərin hamıya görə ölməsi daha yaxşıdır.
Otto
Otto — Almaniyada yayılmış ad.
Thoa
Gnetum (lat. Gnetum) — bitkilər aləminin qnetokimilər şöbəsinin knetum dəstəsinin gnetaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Gnemon Rumph. ex Kuntze Thoa Aubl. Abutua Lour. Arthostema Neck.
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
An Other Cup
An Other Cup — Yusuf İslamın 2006 ildə çıxartdığı albom.
Qothold Efraim Lessinq
Qothold Efraim Lessinq (alm. Gotthold Ephraim Lessing‎, 22 yanvar 1729[…], Kaments[d] – 15 fevral 1781[…], Braunşveyq) — alman şairi, dramaturqu, ədəbiyyatşünas, pedaqoq, alman klassik ədəbiyyatının banisi, mütəfəkkiridir. Lessinq yeni alman ədəbiyyatına keçidin möhtəşəm əsasını qoymuşdur. O, həmçinin Almaniyada realist estetikanın yaradıcısı sayılır. Əsas əsərləri "Laokoon və ya Rəssamlıq və Poeziyanın Sərhədlərində" traktatı, "Hamburq dramı" məqalələr silsiləsi, pyesleri "Miss Sara Sampson", "Minna fon Barnhelm", "Emilia Galotti", "Müdrik Natan" pyesləridir." Onun mübariz ideyalarla dolu dramaturgiyası isə yeni eranın siyasi tribunası olmuşdur. == Həyatı == Qothold Efraim Lessinq 1729-cu ildə Almaniyada, Kaments şəhərində, pastor İohann Gottfrayd Lessinq (1693–1770) və həyat yoldaşı Yustina Salome,(1703–1777) ailəsində üçüncü uşaq idi. O, ibtidai təhsilini lüteran pravoslavlığının mövqelərində dayanan atasından alıb və artıq beş yaşında ikən atasının tərtib etdiyi İncil və katexizmi oxuya bilib. Qohumu Kristlob Mylius (almanca: Christlob Mylius, 1722–1754) ona hər şeyə tamamilə fərqli baxış verdi və onunla dostluq münasibətlərini davam etdirdi. Milius getdikdən sonra Lessinq Latın məktəbində, 1741-ci ildən isə — Maysendə Müqəddəs Afrikanın nüfuzlu məktəbində, ilk növbədə, qədim dilləri və qədim ədəbiyyatı öyrənir; Lessinqin ilk ədəbi təcrübələri bu dövrə aiddir. Bu monastır məktəbində də sxolastik pedantizm hakim idi.
Amblyseiulella thoi
Amblyseiulella thoi (lat. Amblyseiulella thoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiella cinsinə aid heyvan növü.
I Otto
I Otto, I Otton və ya I Böyük Otto (alm. Otto I der Große‎; d. 23 noyabr 912 – 7 may 973) — Almaniya kralı (936–973). Müqəddəs Roma imperiyasının banisi (962). == Həyatı və fəaliyyəti == I Böyük Otto 912-ci ildə Saksoniya vilayətinin Vallhauzen şəhərində anadan olmuşdur. 24 yaşından — 936-cı ildən Almaniya kralı olmuşdur. Sakson sülaləsindən olan I Otto kral hakimiyyətini möhkəmləndirmək yeritmiş, tayfa hersoqlarının separatizminə qarşı mübarizədə geniş imtiyazlar verdiyi yepiskoplara və abbatlara arxalanmışdı. Polab (Lababoyu) slavyanları torpaqlarının işğalını davam etdirmiş, onları xristianlaşdırmaq üçün 968-ci ildə Maqdeburq arxiyepiskopluğunun əsasını qoymuşdur. 955-ci ildə Lex çayı sahilində macarları darmadağın etmiş, onların qərbə yürüşünü dayandırmışdır. 951-ci ildə Lombardiyanı tutmuş, İtaliya kralı titulunu qəbul etmişdi.
Nikolaus Otto
Nikolaus Otto (alm. Nicolaus August Otto‎; 10 iyun 1832[…] – 26 yanvar 1891[…], Köln, Prussiya, Almaniya imperiyası) — alman mühəndisi və ixtiraçısı olmuşdur. Öz məşhur ixtirası Otto mühərriki ilə dünyada tanınmışdır. Heç bir ali təhsili olmasına baxmayaraq ona fəxri doktor adı verilmişdir. == Ailəsi == Otto kəndli ailəsində anadan olmuşdur. Atası kəndə poçt xidmətində çalışırdı. O ticarətçi peşəsinə yiyələnir və çörək pulunu Frankfurt am Main və Kölndə yardımçı işi ilə qazanır. Otto Anna Qosi ilə evli olur. Onun oğlu Qustav Otto sonralar təyyarə mühəndisi olur. == İxtiraları == 1862-ci ildə Otto ilk dəfə olaraq dördtaktlı mühərrik üzərində sınaqlar aparmağa başlayır.
Otto Binsvanger
Otto Binsvanger (14.10.1852, İsveçrə, Münsterlingen – 15.7.1929, Kroyslingen) — alman psixiatrı. L. Binsvangerin atası. == Fəaliyyəti == Tibb təhsilini Haydelberq, Strasburq, Sürix Universitetlərində almışdır (1875). Vyanada T. Meynertin və Höttin gendə L. Mayerin (1827–1900) yanında psixiatriya üzrə ixtisaslaşmış və burada non-restraint (xəstənin sıxılmaması) sistemi ilə tanış olmuşdur. 1882–1921-ci illərdə Yena Universitetinin psixiatriya klinikasının professoru və direktoru işləmişdi. Psixi pozuntuların əsasını təşkil edən baş beyin funksiyalarının anatomik-fizioloji pozuntuları elmi fəaliyyətinin başlıca istiqaməti idi. 1895-ci ildə aterosklerotik ensefalopatiyanı (B. xəstəliyi) təsvir etmişdir. Əsərləri proqressiv iflic (1893), nevrasteniya (1896), epilepsiya (1899), isteriya (1904) və s. xəstəliklərə həsr edilmişdir. Populyar psixiatriya dərsliyinin (1904; 6-cı nəşr, 1923, E. Zimerinqlə birlikdə) müəllifidir.
Otto Bismark
Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen‎; 1 aprel 1815[…], Şönhauzen, Prussiya – 30 iyul 1898[…]) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (alm. Ministerpräsident‎) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur. 1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər. == Həyatı == === Uşaqlığı === Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir. Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksək vəzifəli məmurun qızı idi.
Otto Diks
Vilhelm Henrix Otto Diks (alm. Wilhelm Heinrich Otto Dix‎; 2 dekabr 1891[…] – 25 iyul 1969[…]) — Alman rəssamı və estampçısı. == Haqqında == === Erkən həyatı və təhsili === Otto Diks Almaniyanın indiki Gera şəhərinin bir hissəsi olan Untermhaus şəhərində anadan olmuşdur. Franz and Luiz Diksin ən böyük oğlu olmuşdur. Dəmir tökmə sənətində işləyərkən şeir yazmağa başlamışdır. Rəssam olan Fritz Amannın əmisi oğlunun studiyasında keçirdiyi saatlar gənc Otto-nun bir sənətkar olma ehtirasının formalaşmasında həlledici idi. İlk ibtidai sinif müəllimindəndə əlavə təşviq almışdır. 1906 və 1910-cu illər arasında rəssam Karl Şenffə şagirdlik etdiyi zaman ilk şəkillərini çəkməyə başladı. 1910-cu ildə Drezdendəki Kunstgewerbeschule-ə girdi, Drezden Gözəl Sənətlər Akademiyasında, Riçard Qur onun müəllimləri arasında idi. O dövrdə məktəb gözəl incəsənət üçün deyil, əksinə, tətbiqi sənət və sənətkarlığa həsr olunmuş bir akademiya idi.
Otto Dils
Otto Dils (alm. Otto Paul Herrmann Diels‎; 23 yanvar 1876, Hamburq — 7 mart 1954, Kil) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1950). == Həyatı == Otto Dils 1876-cı ilin yanvarın 23-də Almaniyanın Hamburq şəhərində anadan olmuşdur. 1899-cu ildə Berlin universitetini bitirmiş və 1916-cı ilə qədər həmin universitetdə işləmişdir. 1916-cı ildən Kil universitetinin professoru olmuşdir. Əsas elmi istiqaməti struktur üzvi kimyası olmuşdur. 1906-cı ildə C3O2 sintez etmişdir. Xolesterin və xol turşusunun quruluşunu müəyyən etmək üçün tədqiqat işləri aparmışdır ki, bu da “Dils turşusu”, “Dils karbohidrogeni”, “selen ilə Dilsə görə dehidrogenləşmə” adlarında öz əksini tapmışdır. 1911-ci ildə Alder ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu işlər Birinci Dünya Müharibəsinin başlanması ilə dayandırılmış və yalnız 1920-ci ildə yenidən bərpa olunmuşdur.
Otto Funke
Otto Funke — alman fizioloqu 1828 oktyabrın 27-də Xemnitsdə doğulmuşdur. O, təhsilini Leypsiq və Haydelberqdə almışdır. 1852-ci ildə Leypsiq Universitetində fiziologiya müəllimliyi vəzifəsində çalışmağa başladı. 1853-cü ildə Leypsiqdəki tibb fakültəsinə dosent, 1860-cı ildə Frayburq Universitetində fiziologiya professoru oldu. Fizioloq Evald Hering in (1834–1918) Leypsiqdəki tanınmış şagirdlərindən biri idi. 1851-ci ildə Otto Funke ilk olaraq "Blutfarbstoff" adını verən hemoglobin (Alman dilində: "Hämoglobinkristalle") kristallaşdıran ilk alim idi.
Otto Han
Otto Han (alm. Otto Hahn‎; 8 mart 1879[…], Frankfurt-Mayn, Prussiya, Almaniya imperiyası – 28 iyul 1968[…], Göttingen, Aşağı Saksoniya, Qərbi Almaniya) — alman kimyaçısı, radiokimyanın pioneri, nüvə izometriyasının və uranda nüvə parçalanmasının kəşfçisi (Nobel mukafatı 1944). O, "nüvə kimyasının atası" sayılır. == Uşaqlığı == Otto Han Frankfurtda şüşəçi və insiharçı Henrih Hanın ailəsində anadan olmuşdur. Otto və onun böyük qardaşları Karl, Heyner və Yulius gözəl uşaqlıq həyatı keçirmişlər. Öz nailiyyətlərinə malik olduğu novatorluq ideyaları sayəsində çatmış olan atası oğlunda arxitektorluq istedadı görürdü. Ancaq sonralar Ottonun sənaye kimyaçısı olmaq arzusunu eşidəndə o etiraz etməmişdir. == Təhsili == Klinqer-yuxarı məktəbində orta təhsilini başa vurduqdan sonra Otto Han 1897-ci ildə Marburq Universitetində kimya və minerologiya sahəsində təhsilinə başlayır. Üçüncü və dördüncü semestrini o Münhen Universitetində Adolf von Bayerin yanında keçirir. 1901-ci ildə Marbirq Universitetində üzvü kimya sahəsində yazdığı "İzoeqenolsun bromderivatı" adlı doktorluq dissertasiyasını müdafiə edərək elmi dərəcə alır.
Otto Henri
Otto Henri (Pfals kürfürstü)
Otto Varburq
Otto Varburq (alm. Otto Warburg‎; 1859–1938) — Almaniya botaniki. == Xarici keçidlər == Biografi dari Universitas Berlin Biografi dari Pusat Otto Warburg Center Otto Warburg Minerva Center for Agricultural Biotechnology Naskah pribadi Otto Warburg yang disimpan di Arsip Zionis Pusat di Yerusalem, yang diberi kode The notation of A12.
Otto Warburg
Otto Varburq (alm. Otto Warburg‎; 1859–1938) — Almaniya botaniki. == Xarici keçidlər == Biografi dari Universitas Berlin Biografi dari Pusat Otto Warburg Center Otto Warburg Minerva Center for Agricultural Biotechnology Naskah pribadi Otto Warburg yang disimpan di Arsip Zionis Pusat di Yerusalem, yang diberi kode The notation of A12.
Otto mühərriki
Otto mühərriki — benzinlə işləyən dörd taktlı daxili yanma mühərriki. Nikolaus Otto 1876-cı ildə özünün yeni benzinlə işləyən dörd taktlı daxili yanma mühərrikini yaratmışdır. Bir ildən sonra buna patent almışdır. Bu böyük nailiyyət idi, belə ki, həmin vaxtdan etibarən dörd taktlı tsikl, əksər qaz və benzin mühərriklərinin iş rejimlərinin əsasını təşkil etmişdir. Məhz bu ixtira Nikolaus Ottonun ən böyük texniki nailiyyəti olmuşdur. Lakin qısa müddət sonar aşkar olunmuşdur ki, Ottodan bir neçə il əvvəl belə bir prinsiplə işləyən mühərrik fransız mühəndisi Alfons-Ejen Bo de Roşe (1815–1893) tərəfindən təsvir edilmişdir. Nəticədə, fransız sənayeçilər qrupu məhkəmədə Nikolaus Ottonun patentinə etiraz etmiş və məhkəmə fransızların dəlillərini əsaslı saymışdır. Əslində Bo de Roşe öz kəşfini 1862-ci ildə patentləşdirmiş, lakin işlək dörd taktlı mühərriki quraşdıra bilməmişdir. Beləliklə o, yalnız ideya təklif etmişdir, Nikolaus Otto nəinki belə bir mühərrik yaratmış, hətta ondan mövcud buxar maşınlarının faydalı iş əmsalının daha yüksək nəticələrinə nail olmuşdur. Təxminən elə həmin dövrdə Otto, Daymler və Maybaxdan asılı olmayaraq Manqeymdə işləyən Karl Benz iki taktlı daxiliyanma mühərriki yaratmış və ona patent almışdır.
Otto Şmidt
Otto Şmidt (rus. Отто Юльевич Шмидт; 18 (30) sentyabr 1891, Mogilyov – 7 sentyabr 1956[…], Moskva) — sovet riyaziyyatçısı, coğrafiyaçısı, geofiziki, astronomu, kitab nəşrinin və təhsil islahatlarının təşkilatçısı. Pamir kəşfiyyatçısı (1928), Şimal kəşfiyyatçısı. Professor (1924) SSRİ Elmlər Akademiyasının akademiki (01.06.1935, 02.01.1933-cü ildən müxbir üzvü), Ukrayna SSR Elmlər Akademiyasının (27.05.1934), Sovet İttifaqı Qəhrəmanı (1937). == Həyatı == Otto Yulieviç Şmidt 1891-ci ilin payızında Rusiya İmperiyasında anadan olub. 1964-cü ildə alim haqqında çəkilən bioqrafik filmdə elmə böyük töhfələr verən Mogilyov şəhərinin doğmasının Latviya kəndlilərindən gəldiyi iddia edilirdi. Şmidtin ata tərəfdən əcdadları almanlardır. 1897-ci ildə Mogilyov qəzetində 6 yaşlı Otto Şmidt haqqında məqalə çıxdı - uşaq doğma şəhərinin çayı üzərində üzdü. 8 yaşında oğlan su təchizatı problemini həll etmək üçün Sahara səhrasının "direktoru" olmaq arzusunda idi. Kiyev gimnaziyasında oxuyarkən Otto bir dəfə evdə verilən teoremin isbatını öyrənməmiş və dərsə cavab verərkən tələb olunan postulatı öz metodu ilə sübut etmişdir.
Otto Ştern
Otto Stern (alm. Otto Stern‎; 17 fevral 1888[…] – 17 avqust 1969[…], Berkli, Kaliforniya) — Alman fiziki. 1943-cü il Nobel Fizika Mükafatı laureatı. Almaniya İmperiyasının Zorau şəhərində doğulmuşdur (indiki Polşa ərazisində). Təhsilini Breslau Universitetində tamamlamış, fizika və kimya sahəsində doktorluq müdafiə etmişdir. Rostok Universitetində professor olaraq çalışmış, 1923-cü ildə Hamburq Universitetinə keçmişdir. Nasizm dövründə Karnegi Texnologiya Universitetinə keçmiş və dərhal sonra Kaliforniyanın Berkli Universitetində də işlərinə davam etmişdir. Ştern təcrübəli fizik idi. Molekulyar dalğa metodunun inkişaf etdirilməsi üçün çalışmışdır. Atom maqnit hərəkət ölçümləri, atom və molekulların təbii hərəkətlərinin izlənməsi, protonun maqnit hərəkətinin kəşfi də onun xidmətləri sırasındadır.
Otto Ştrandman
Otto Ştrandman (est. Otto August Strandman) — Estoniyalı dövlət xadimi. == Təhsil == Sankt-Peterburq Universitetinin hüquq fakültəsində oxumuş (1899-1901), Yuryev Universitetinin hüquq fakültəsini bitirmişdir (1903). == 1918-ci ilə qədərki fəaliyyəti == Universitetə daxil olmamışdan əvvəl Dövlət Bankının revel ofisində işləyib. 1903-1905-ci illərdə Narva və Reveldə hüquqşünas olaraq fəaliyyət göstərmişdir. 1904-1905-ci illərdə və 1917-ci ildə Revel şəhər dumasının üzvü idi. 1905-ci il inqilabi hadisələrində iştirak etmiş, 1905-1909-cu illərdə İsveçrədə sürgündə yaşamışdır. 1909-1917-ci illərdə Reveldə vəkillik etmişdir. 1917-ci ildə Fevral inqilabından sonra Rusiya Müvəqqəti Hökuməti tərəfindən Revel rayon məhkəməsinin prokuroru təyin edilir. 1917-1918-ci illərdə Estland Qubernatorluğunun Müvəqqəti Zemstvo Şurasının sədri olur.
Otön (rayon)
Otön (fr. Autun) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sona və Luara. Suprefektura — Otön. Rayon əhalisi 2006-cı ildə 89 785 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 47 nəf / km². Rayon ərazisi — 1900 km².
Ovod (roman)
Ovod (ing. Gadfly) — irland yazıçısı Etel Lilian Voyniç tərəfindən yazılmış roman. Roman 1897-ci ildə ABŞ-də nəşr olunub. Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. "Ovod" romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Azərbaycan dilində "Atmilçəyi" adı ilə də tərcümə və nəşr edilib. == Mövzu == Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. "Ovod" (Atmilçəyi və ya Mozalan) təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir.