Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naotaka Nobori
Şomu Nobori (昇 曙夢, Nobori Şomu, 17 iyul 1878, Oşima adası, Ryukyu adaları – 22 noyabr 1958, Tokio[d]) və ya doğum adı ilə Naotaka Nobori (昇 直隆, Nobori Naotaka) – Yaponiya tərcüməçisi və pedaqoqu. O, rus dilinin mütəxəssisi olmuş və rus ədəbiyyatının bir çox əsərini yapon dilinə tərcümə etmişdir. == Həyatı == Nobori 1878-ci ildə Kaqoşima prefekturasının Amami Oşima adasında doğulmuşdur. Yaponiyalı Nikolay tərəfindən açılmış ilahiyyat seminariyasında rus dilini öyrənmişdir. 1903-cü ildə Yunan Ortodoks Seminariyasından məzun olmuş və burada təlimçi kimi işləməyə başlamışdır. Daha sonra Hərbi Akademiyada rus dili üzrə professor olmuşdur. Vaseda və Nihon universitetlərində də müəllimlik etmişdir. Fyodr Dostoyevski, Lev Tolstoy, Aleksandr Kuprin, Leonid Andreyev və Fyodr Soloqub kimi bir çox rus ədibinin əsərlərini yapon dilinə tərcümə etmişdir. Mixail Artsibaşevin "Sanin" romanını, eləcə də, "Qorxu" və "Gecə" hekayələrini yapon dilinə qazandırmışdır. Nobori Rusiya ilə əlaqələr üzrə Yaponiya kabinetinin xüsusi məsləhətçisi olmuşdur.
Şomu Nobori
Şomu Nobori (昇 曙夢, Nobori Şomu, 17 iyul 1878, Oşima adası, Ryukyu adaları – 22 noyabr 1958, Tokio[d]) və ya doğum adı ilə Naotaka Nobori (昇 直隆, Nobori Naotaka) – Yaponiya tərcüməçisi və pedaqoqu. O, rus dilinin mütəxəssisi olmuş və rus ədəbiyyatının bir çox əsərini yapon dilinə tərcümə etmişdir. == Həyatı == Nobori 1878-ci ildə Kaqoşima prefekturasının Amami Oşima adasında doğulmuşdur. Yaponiyalı Nikolay tərəfindən açılmış ilahiyyat seminariyasında rus dilini öyrənmişdir. 1903-cü ildə Yunan Ortodoks Seminariyasından məzun olmuş və burada təlimçi kimi işləməyə başlamışdır. Daha sonra Hərbi Akademiyada rus dili üzrə professor olmuşdur. Vaseda və Nihon universitetlərində də müəllimlik etmişdir. Fyodr Dostoyevski, Lev Tolstoy, Aleksandr Kuprin, Leonid Andreyev və Fyodr Soloqub kimi bir çox rus ədibinin əsərlərini yapon dilinə tərcümə etmişdir. Mixail Artsibaşevin "Sanin" romanını, eləcə də, "Qorxu" və "Gecə" hekayələrini yapon dilinə qazandırmışdır. Nobori Rusiya ilə əlaqələr üzrə Yaponiya kabinetinin xüsusi məsləhətçisi olmuşdur.
Aomori
Aomori (yap. 青森市 Aomori-şi) — Yaponiyanın Tohoku regionundakı Aomori prefekturasının eyniadlı paytaxtı. Əhalisi 229 min (2004). Honsyu adasının şimalında mühüm tranzit-nəqliyyat qovşağı. Dəniz limanı və beynəlxalq havalimanı var. Tunel (uz. 54 km) vasitəsilə Hakodate ş. (Hokkaydo a.) ilə birləşir. Şəhər 1625-ci ildə salınmışdır. Ticarət və nəşriyyat işi mərkəzidir.
Kocori
Kocori ( gürc. კოჯორი ) - Gürcüstanda Tbilisi bələdiyyəsi daxilində şəhər tipli qəsəbə və dağ kurortu. Ölkənin ən yaxşı kurortlarından biridir. Kocori dəniz səviyyəsindən 1302-1400 metr yüksəklikdə, Tiflis mərkəzindən 18 km məsafədə yerləşir . Əhalinin böyük əksəriyyəti gürcülərdir, 90-cı illərin əvvəllərindən bəri Kocoridə yaşayan Abxaziyadan 100 qaçqın ailəsinin rəsmi qeydiyyata alındığı da bildirilir . Dağlarda yerləşən iqlimi ilə bir çox turist cəlb edir. Kocori sümük və ağciyər vərəmi olan xəstələr üçün sanatoriyalara malikdir. Yerli əhali turizm sektorunda işləyir. == Ümumi məlumat == Kocori kəndi Borjomi və Bakuriani kimi məşhur kurortlarla yanaşı, Gürcüstanın ən yaxşı kurort yerlərindən biridir. Qəsəbənin yaxınlığında mənzərəli meşəlik ərazidə kiçik çaylar və şəlalələr olan bir neçə dağ sanatoriyası var.
Peçori
Peçori (rus. Печо́ры; est. Petseri) ― Rusiyanın Pskov vilayətinin Peçorski rayonun inzibati mərkəzi. Şəhərin əhalisi 1989-cu il əhali siyahıya almasında 11 935, 2002-ci il əhali siyahıya almasında 13 056 nəfər olmuş, 2010-cu il əhali siyahıya almasında isə bu rəqəm 11 195 nəfərə düşmüşdür. Peçorinin əhalisinə bir neçə yüz etnik eston daxildir.[mənbə göstərin] == Tarix == Peçori şəhəri 16-cı əsrdə, 1473-cü ildə Dorpatdan (indiki Tartu) Pskov respublikasına qaçan pravoslav rahib İona tərəfindən əsası qoyulmuş Pskov monastırı yaxınlığında salınmışdır. Şəhərin adı olan Peçori və ya daha əvvəlki versiyası ilə Peçeri toponimi rus dilində " mağara" mənasını verən "peşeri" (пещеры) sözündən törəmişdir. Ərazi zamanla əhəmiyyətli ticarət məntəqəsi və sərhəd qalası halına gəlmişdir. Peçori, IV İvan Qroznının hakimiyyəti dövründə aparılan opriçnina siyasəti zamanı zemstvaya tabe olan bələdiyyə torpaqlarına daxil edildi. Ərazi Rusiyanın rəqibləri tərəfindən dəfələrlə mühasirəyə alınmışdır: Transilvaniya knyazı Stefan Batoriy Pskov mühasirəsi zamanı Peçorini ələ keçirmiş, şəhər 1592, 1611, 1615, 1630 və 1655-1657-ci illərdə isveçlər və ya polyakların hücumuna məruz qalmışdır. Peçori 1701 və 1703-cü illərdə Şimal müharibəsi zamanı isveçlər tərəfindən mühasirəyə alınmışdır.
Pumori
Pumori (nep. पुमोरि ) — Himalayın Mahalanqur Himal silsiləsindəki Nepal-Tibet sərhədində yerləşən dağ. Pumori Everest dağından cəmi səkkiz kilometr qərbdə yerləşir. Şerp dilində "Dağ qızı" mənasını verən Pumori, Corc Mallori belə tərəfindən adlandırılmışdır. Şerp dilində "Pumo" gənc qız və ya qız, "Ri" isə dağ deməkdir. Alpinistlər bəzən Pumoriyə "Everestin qızı" kimi müraciət edirlər. Mallori də dağı qızının şərəfinə "Clare zirvəsi" adlandırmışdır. Pumori məşhur bir alpinizm zirvəsidir. Pumori ilk dəfə 17 may 1962-ci ildə Alman-İsveçrə ekspedisiyasında iştirak edən Gerhard Lenser tərəfindən fəth edildi. 1996-cı ilin yazında İki çex (Leopold Sulovský və Zdeněk Michalec) cənub yamacında yeni bir marşrutla dağı fəth etdi.
Çoqori
Çoqori, (və ya K2, Dapsanq, Qoduin-Osten) urdu کے ٹو,hind. के२) (8611 m — hündürlüyünə görə dünyada Everestdən sonra ikinci ən hündür dağ zirvəsi. Türk dünyasını ən hündür dağ zirvəsi. Himalaydan şimal-qərbdə daha dəqiq Kəşmir (Pakistan nəzarətində olan şimal ərazilər) və Çinin (Sintzyan) sərhədində Baltoro dağ silsiləsində yerləşmişdir. Qaraqorum dağ sistemimə aid edilir. == Tarixi == Çoqori dağı 1856-cı ildə avropa ekspedisiya qrupu tərəfindən aşkar edilmişdi. Dağ Qaraqorumun ikinci zirvəsi kimi "K2" olaraq göstərilmişdi. Zirvələr, K1, K3, K4 və K5 şəklində göstərilmişdir. Zaman keçdikcə adı dəyişdirilmiş və hal-hazırda bu zirvələrin adı müvafiq olaraq Maşerbrum, Broud-pik, Qaşerbrum II və Qaşerbrum I adlanır. O zaman K2 zirvəsinin adı avropalılara məlum deyildi.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Ponor
Aomori (şəhər)
Aomori (yap. 青森市 Aomori-şi) — Yaponiyanın Tohoku regionundakı Aomori prefekturasının eyniadlı paytaxtı. Əhalisi 229 min (2004). Honsyu adasının şimalında mühüm tranzit-nəqliyyat qovşağı. Dəniz limanı və beynəlxalq havalimanı var. Tunel (uz. 54 km) vasitəsilə Hakodate ş. (Hokkaydo a.) ilə birləşir. Şəhər 1625-ci ildə salınmışdır. Ticarət və nəşriyyat işi mərkəzidir.
Aomori prefekturası
Aomori prefekturası (yap. 青森県 Aomori-ken) — Yaponiyanın Hönsü adasında, Tohoku regionunda prefektura. Ərazisi 9 644 min km², əhalisi 1,5 mln. (2005). İnzibati mərkəzi Aomori şəhəridir. Relyefi alçaq dağlıqdan və sahil düzənliklərindən ibarətdir. Tohoku tərkibində ayrı-ayrı sənaye mərkəzləri olan aqrar regiondur. Qurğuşun, sink (Kamikita), dəmirli qum (ölkənin ən iri yatağı) hasil edilir. Taxta-şalban və ağac emalı mühüm əhəmiyyət kəsb edir. Yeyinti, metallurgiya, neft-kimya müəssisələri var.
Ceyms Kobörn
Ceyms Harrison Kobörn III (ing. James Harrison Coburn III) — ABŞ aktyoru. Ceyms Kobörn buddizmlə maraqlanmış, Brüs Linin dostu və tələbələrindən biri olmuşdur. == Həyatı == Ceyms Kobörn 31 avqust 1928-ci ildə ABŞ-də Nebraska ştatının Lorel şəhərində Şotland-İrland və İsveç əsilli ailədə anadan olmuşdur. Onun atası mexanik olmuşdur. Ceymsin uşaqlıq illəri Kaliforniyanın Kompton şəhərində keçmişdir. 1959-cu ildə ilk dəfə olaraq film karyerasına başlayır. Həmin ildə Ceyms Beverli Kelli ilə ailə həyatı qurur. Onun ilk çəkildiyi filmlər vestern janrında olub. Bu müddət ərzində Ceymsin Harrison Kobörn IV (1961) və Liza (1967) adlı övladları dünyaya gəlir.
Corc Tabori
Corc Tabori (mac. Tábori György; 24 may 1914[…], Budapeşt – 23 iyul 2007[…], Berlin) — macar teatr rejissoru, yazıçısı və ssenaristi. == Həyatı == Corc Tabori 1914-cü ildə Budapeştdə yəhudi əsilli ailədə anadan olmuşdur. Atası Auşvitz həbs düşərgəsində öldürülən, anası və qardaşı Nasist idarəçiliyindən qaçan Corc Tabori 1935-ci ildə Hitler Almaniyasını tərk edərək Londona köçmüşdür. İkinci Dünya müharibəsi zamanı İngiltərə ordusunda müharibə müxbirliyi etmiş və BBC-də işləmişdir. 1947-ci ildə ABŞ-yə köçmüşdür. == Yaradıcılığı == Onun ilk romanı Beneath The Stone adlanır. 1945-ci ildə bitirdiyi roman ABŞ-də çap edilmişdir. Taborinin ingiliscə yazdığı iki romanı - The Cannibals və Pinkville Vinn Həndman tərəfindən Nyu-York şəhərindəki Amerikan Teatr Sarayında 1968-ci ildən 1970-ci ilə qədər səhnələşdirilmişdir. 1970-ci ildə onun The Prince əsəri əsasında Con Boorman tərəfindən Leo the Last adlı film çəkilmişdir.
Fikayo Tomori
Oluvafikayomi Oluvadamilola "Fikayo" Tomori (19 dekabr 1997, Kalqari, Alberta) — İngiltərəli peşəkar futbolçu. İtaliyanın Milan klubunda və İngiltərə milli futbol komandasında çıxış edir. == Klub karyerası == === Çelsi FK === Tomori Çelsi FK komandasına 8 yaşı olarkən qoşulub və Çelsinin Akademiya sistemi vasitəsilə əsl futbolçuya çevrilib. O, 2015 və 2016-cı illərdə Çelsi klubu ilə həm UEFA Gənclər Liqasında, həm də Əvəzedici Heyətlərin Gənclər Çempionatında geri çəkilməyərək birinci yeri qazanıb. Bununla da Tomori Çelsinin bir parçası olduğunu sübut edib. 11 may 2016-cı ildə Tomori Çelsi FK klubu ilə Liverpul FK klubu arasındakı görüşdə ehtiyat skamyasında akademiyanın əməkdar futbolçuları olan Temi Abraham və Keysi Palmer ilə birlikdə əyləşmişdirlər. Oyun isə 1–1 hesabı ilə başa çatmışdır, lakin Tomori Enfilddəki oyunda meydana çıxa bilmədi. 15 may 2016-cı ildə Tomori Premyer Liqanın son oyununda Çelsi ilə Liqanın çempionu Lester Siti FK arasındakı oyunda debüt etmişdir. Tomori oyunda Branislav İvanoviçi 60 dəqiqə əvəz etmişdir. Oyun isə 1–1 hesabı ilə başa çatmışdır.
Françeska Pomeri
Françeska Pomeri (d. 18 fevral 1993) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Pomeri, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Helicobacter pylori
Helicobacter pylori mədə və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli, qrammənfi patogen bakteriyadır. Mədə və onikibarmaq bağırsaq xoraları, qastritlər, duodonitlər, mədənin limfom və şişləri etioloji olaraq H. pylori yoluxması ilə əlaqələndirilir. Belə ki, 90% H. pylori daşıyıcılarında heç bir xəstəlik simptomları olmur. Cinsin Helicobacter adlandırılması onun spiral formaya malik olmasıyla əlaqədardır. Bu quruluşa malik olması H. pylori bakteriyasının mədə və onikibarmaq bağırsağın selikli qişasına asandlıqla daxil olmasına və onun selikdə hərəkət etməsinə imkan yaratmış olur.[mənbə göstərin] == Kəşfin tarixi == 1875-ci ildə alman alimi spiral və ya spiralşəkilli bakteriyanı mədənin selikli qişasında aşkar etmişdir. Tapılmış bi bakteriya qidalı mühitdə əkilsə də inkişaf etməmişdir. Beləliklə də bu təsadüf maraq kəsb etməmiş və unudulmuşdur. 1893-cü ildə italyan alimi Culio Bidzodzero turş mühitli mədə şırəsində mövcud olan spiralşəkilli bakteriyanın təsvirini vermişdir. 1899-cu ildə Krakovdakı Yagellon universitetinin professoru Yavorski mədənin yuyuntu suyundakı çöküntüləri müayinə edərkən spiralşəkilli bakteriyalara diqqətini cəlb etmiş və onları lat. Vibrio rugula adlandırmışdır.
Karel Poborski
Karel Poborski (çex. Karel Poborský; d. 30.3.1972) — çex futbolçu.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.
Kodori çayı
Kodori və ya Kodor (abx. Кәыдры [Kudrı], gürc. კოდორი [Kodori]) — Gürcüstanın şimalında Abxaziya ərazisindən axır. Çay Suxum şəhərindən 20 km cənub-şərqdə Qara dənizə tökülür. Kodori çayı öz başlanğıcını Qafqaz silsiləsinin Naxar aşırımına yaxın ərazidən götürür. Sərhəddə Qaraçay və Qrandra yerləşir. İki dağ çayı olan Saken və Qrandra çaylarının birləşməsindən əmələ gəlir. Saken Kodorinin ən böyük qoludur. Sağdan Klıç çayını qəbul edir. Burada çay ensiz və gözəl mənzərəli dərədən axır.
Lev Oborin
Lev Nikolayeviç Oborin (rus. Лев Николаевич Оборин; 11 sentyabr 1907, Moskva – 5 yanvar 1974[…], Moskva) — SSRİ pianisti. == Həyatı == Lev Nikolayeviç Oborin 11 sentyabr 1907-ci il tarixində Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1926-cı ildə Moskva konservatoriyasını bitirmişdir. Orobin 1930-cu ildən burada fortepianodan fərs demiş, 1935-ci ildən professor olmuşdur. Oborin 5 yanvar 1974-cü il tarixində, 66 yaşında, SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. == Təltif və mükafatlar == Lev Oborin 1927-ci ildə Varşavada keçirilən pianoçuların F. Şopen adına birinci beynəlxalq müsabiqəsinin laureatı olmuşdur. O, 1943-cü ildə SSRİ Dövlət mükafatına, 1964-cü ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür. Oborin 2 dəfə Lenin ordeni, 2 başqa orden və medallarla təltif edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Рабинович Д. А. Портреты пианистов.
Mariya Kobörn
Pooriə Putək
Pooriə Putək (27 iyun 1991-ci il)— iranlı reper, bəstəkar, prodüser, YouTuber və etiket sahibidir. == Həyatı == Pooria Arab 27 iyul 1991-ci ildə Tehran, İranda anadan olub. Məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir. Pooria məktəbi bitirdikdən sonra Tehran Universitetinin Kompüter Texnologiyaları fakültəsinə daxil olub. Baxmayaraq ki, təhsilinin son ilində oranı tərk edərək hərbi xidmətə getməyə qərar verir. Tehran şəhərində iki aylıq hərbi təhsilini başa vurduqdan sonra Pooria Tehranın İnformasiya Mühafizəsi Mərkəzinə silah təchizatı şöbəsinə köçürüldü. beş ay sonra Pooria ordunu tərk edir və daha sonra, 2012-ci ildə sinir sistemi xəstəliyi səbəbindən hərbi xidmətə girə bilməməsinin rəsmi təsdiqini alır. Purianın atası oğlunu siyasi mövzular və İrandakı mövcud rejimin ümumi narazılığı ilə əlaqəli təhlükələrdən qorumaq üçün onu ali təhsil almaq üçün xaricə göndərmək qərarına gəlir. Həmin illərdə Putak İranın underground rep cəmiyyətinə Həmid Manfinin prodüseri olduğu "Nasakh" adlı ilk albomunu təqdim edir.
Rafal Poborski
Rafal Poborski (pol. Rafał Poborski; 6 fevral 1976, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2020-ci ildən). == Həyatı == 6 fevralda 1976-cı ildə Varşavada anadan olmuşdur. 1995–2000-ci illərdə Varşava Universitetinin Etnologiya və Mədəni Antropologiya İnstitutunda təhsil almış və 2002-ci ildə həmin Universitetin Şərqi Avropanın Tədqiqatı üzrə Xüsusi Şərqşünaslıq Tədqiqatları üzrə magistr dərəcəsi almışdır. İsveç Milli Müdafiə Kollecində Avropa təhlükəsizlik siyasəti kursunu bitirmişdir. (2008-ci il). Peşəkar karyerasına Polşa İnformasiya Agentliyi Səhmdar Cəmiyyətində redaktor kimi başlamışdır. Sonra 2000–2003-cü illərdə Varşava Şərqşünaslıq Mərkəzinin Rus bölməsində analitik kimi çalışmışdır. 2003-cü ildən Xarici İşlər Nazirliyi ilə peşəkar əlaqəlidir, burada diplomatik və konsulluq təhsillərindən başlayaraq ta şöbə müdiri, departament direktorunun müavini və Polşa Respublikasının Səfiri vəzifələrinə keçmişdir. Xarici İşlər Nazirliyinin qərargahında Poborski həmçinin çalışmışdır Avropa Departamentində, Şərq Siyasəti Departamentində, eləcə də Təhlükəsizlik Siyasəti Departamentində.
Roman Pokora
Roman Pokora (22 fevral 1948 – 8 mart 2021, Lvov) — Ukraynalı futbol mütəxəssisi == Həyatı == 22 fevral 1948-ci ildə Ukraynanın Zborıv şəhərində anadan olub.
Skrjabinus popovi
Skrjabinus popovi (lat. Skrjabinus popovi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Lanset şəkilli trematodlardır, uzunluğu 4,3, eni isə 1,05 mm-dir. Ağız sormacının uzunluğu 0,28 mm, eni 0,031 mm-dir. Bədənin ön qurtaracağından 0,966 mm məsafədə yerləşən, ağız sormacından 2 dəfə böyük müqayisəedici dərəcədə möhkəm olan qarın sormacının diametri 0,52 mm-dir. Udlaq qısadır. Dairəvi farinksin diametri 0,105 mm-dir. Oval şəkilli yumurtalıqlar asimmetrik şəkildə yanlarda, qarın sormacının arxa qurtaracağında yerləşir. Sağ toxumluğun böyüklüyü 0,178 mm, eni isə 0,241 mm, sol toxumluğunki isə 0,126 mm, eni 0,210 mm-dir. Cinsi bursa qarın sormacından öndə yerləşib uzunluğu 0,210 mm, eni 0,168 mm-ə çatır.