Pumori

Pumori (nep. पुमोरि ) — Himalayın Mahalanqur Himal silsiləsindəki Nepal-Tibet sərhədində yerləşən dağ. Pumori Everest dağından cəmi səkkiz kilometr qərbdə yerləşir. Şerp dilində "Dağ qızı" mənasını verən Pumori, Corc Mallori belə tərəfindən adlandırılmışdır. Şerp dilində "Pumo" gənc qız və ya qız, "Ri" isə dağ deməkdir.[1] Alpinistlər bəzən Pumoriyə "Everestin qızı" kimi müraciət edirlər.[2] Mallori də dağı qızının şərəfinə "Clare zirvəsi" adlandırmışdır.[3]

Pumori
Ümumi məlumatlar
Dağ silsiləsi Mahalanqur-Himal
Mütləq hündürlüyü 7.161 m
Nisbi hündürlüyü 1.278 m
Yerləşməsi
28°00′52″ şm. e. 86°49′41″ ş. u.
Ölkə
Pumori xəritədə
Pumori
Pumori
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pumori məşhur bir alpinizm zirvəsidir. Pumori ilk dəfə 17 may 1962-ci ildə Alman-İsveçrə ekspedisiyasında iştirak edən Gerhard Lenser tərəfindən fəth edildi.[4] 1996-cı ilin yazında İki çex (Leopold Sulovský və Zdeněk Michalec) cənub yamacında yeni bir marşrutla dağı fəth etdi.[5]

Alpinizm və gəzintilər

[redaktə | mənbəni redaktə et]

2005-ci ilə qədər 42 nəfərin ölümü ilə nəticələnən 500-ə yaxın zirvə fəthi qeydə alındı.[6] 2008-ci ildə dağın populyarlığı daha da artdı və bu dövrdə Pumorini gəzərkən və ya dırmaşarkən Tibet, NepalEverestə açılan mənzərələri təklif edən Nepaldakı Everest baza düşərgəsindən istifadə edilirdi.[6] Bununla birlikdə dağda qar uçqunu böyük təhlükədir. 1989 və 2001-ci illərdə bəzi ispan alpinizm komandaları ağır itkilər verdi[6] və 2015-ci ildə Pumori-Linqtren silsiləsində baş vermiş zəlzələdən qaynaqlanan qar uçqunu baş verdi.[7]

1982-ci ildə Pumoriyə dırmaşan bir qrup Everest ətrafında xizək sürdü.[8]

  • 1988-ci il oktyabr ayının sonlarında dağda iki İslandiya alpinisti öldü. Onların cəsədi 30 il sonra, 2018-ci ilin noyabr ayında amerikalı alpinist tərəfindən tapıldı.[9]
  • 1989-cu ildə Pumori üzərindəki uçqun nəticəsində dörd İspan alpinistdən ibarət bir komanda və 2001-ci ilin sentyabrında yenidən bir İspan komandası uçqun nəticəsində həyatını itirdi.
  • 19 Oktyabr 2002-ci ildə uçqun nəticəsində beş Bask alpinisti həyatını itirdi.
  • 2015-ci il 25 apreldə Nepalda güclü zəlzələ baş verdi və Everest baza düşərgəlindən birində uçqun yarandı. Şahidlərdən biri bunu "Pumoridən gələn böyük bir uçqun" olaraq xarakterizə etdi. Uçqun Xumbu buz divarının bir hissəsini və Cənub Baza Düşərgəsini keçdi. Ən azı 19 nəfər həyatını itirdi.
  1. Parekh, Navnit. Himalayan Memoirs. India: Popular Prakashan. səh. 37. ISBN 9780861321261. İstifadə tarixi: 2015-04-12.
  2. "Pumori: The bitter-sweet daughter of Everest, part 2". mounteverest.net. ExplorersWeb Inc. 15 Oct 2004. 2009-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-06.
  3. "Arxivlənmiş surət". 2018-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  4. "Asia, Nepal, Jannu". Climbs and Expeditions. American Alpine Journal. New York: American Alpine Club. 13 (2): 517. 1963. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-12.
  5. Simpson, Joe. Dark Shadows Falling. Mountaineers Books. 1999. ISBN 9780898865905. 2018-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-06.
  6. 1 2 3 "The new Cho Oyu: Pumori". ExplorersWeb Inc. 18 Sep 2008. 2016-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-06.
  7. "Everest: List of Avalanche Victims". ExplorersWeb Inc. 29 April 2015. 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-06.
  8. Wren, Christopher S.; Times, Special to the New York. "Americans Give Mt. Everest the Once-Around". The New York Times (ingilis). 1982-06-13. ISSN 0362-4331. 2018-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-21.
  9. Þorsteinn og Kristinn fundnir eftir 30 ár Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine Morgunblaðið 11 Nov 2018. Retrieved 2018-12-11.