Aomori prefekturası

Aomori prefekturası (yap. 青森県 Aomori-ken) — Yaponiyanın Hönsü adasında, Tohoku regionunda prefektura. Ərazisi 9 644 min km², əhalisi 1,5 mln. (2005). İnzibati mərkəzi Aomori şəhəridir. Relyefi alçaq dağlıqdan və sahil düzənliklərindən ibarətdir. Tohoku tərkibində ayrı-ayrı sənaye mərkəzləri olan aqrar regiondur. Qurğuşun, sink (Kamikita), dəmirli qum (ölkənin ən iri yatağı) hasil edilir. Taxta-şalban və ağac emalı mühüm əhəmiyyət kəsb edir. Yeyinti, metallurgiya, neft-kimya müəssisələri var. Əkinçilik (əsasən, düyü), bağçılıq (əsasən, alma), heyvandarlıq inkişaf etmişdir. Tovado Milli Parkı və Yaponiyanın ən böyük Tovado krater gölü Aomori prefekturasının ərazisindədir.[1]

Aomori
青森県 Aomori-ken
Aomori prefekturasının yerləşməsi
Aomori prefekturası Yaponiya xəritəsində Aomori prefekturasının xəritəsi
Aomori prefekturasının adası
Yerləşməsi
Ölkə Yaponiya
Region Tohoku regionu
Ada Honşu
Məlumat
İnzibati mərkəz Aomori
Statistika
Sahə 9 606,26 km² (8-ci)
su  %-i 1,2 %
Əhali (01/09/2012)
   Ümumi 1 384 152 adam (28-ci)
   Əhali sıxlığı 143,52 nəfər/km²
Qəzalar 8
Bələdiyyələr 40
Rəmzlər
Prefektura bayrağı
Prefektura bayrağı
Prefektura emblemı
Prefektura emblemı
Ağac Thujopsis dolabrata
Gül Alma gülü
Quş Kiçik qu quşu
İdarəçilik
Qubernator Sōichirō Miyaşita
Rəsmi sayt (yap.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 568. ISBN 978-9952-441-02-4.