Lev Nikolayeviç Oborin (rus. Лев Николаевич Оборин; 11 sentyabr 1907[1], Moskva[2] – 5 yanvar 1974[2][1][…], Moskva[2]) — SSRİ pianoçusu.
Lev Oborin | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 sentyabr 1907[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 5 yanvar 1974[2][1][…] (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu, bəstəkar, musiqi pedaqoqu, universitet müəllimi[d] |
Janr | klassik musiqi |
Musiqi aləti | piano |
Təhsili |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Lev Nikolayeviç Oborin 11 sentyabr 1907-ci il tarixində Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1926-cı ildə Moskva konservatoriyasını bitirmişdir. Orobin 1930-cu ildən burada fortepianodan fərs demiş, 1935-ci ildən professor olmuşdur. Oborin 5 yanvar 1974-cü il tarixində, 66 yaşında, SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir.[3]
Lev Oborin 1927-ci ildə Varşavada keçirilən pianoçuların F. Şopen adına birinci beynəlxalq müsabiqəsinin laureatı olmuşdur. O, 1943-cü ildə SSRİ Dövlət mükafatına, 1964-cü ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür. Oborin 2 dəfə Lenin ordeni, 2 başqa orden və medallarla təltif edilmişdir.[3]